SÜLEYMAN SANİ AXUNDOV
Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya
küçəsində keçmişdir.
Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində
Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə hal hazırda Qasım
İsmayılov adınadır.
Yaşadığımız rayonun keçmişi, əhalisi indi də yadımdadır. Məhəlləmizdə
yaşayanların çoxu yoxsullardı. Onlar müxtəlif peşə sahibi kustarlar və
fəhlələrdi. Əlbəttə, məhəlləmizdə tək-tük varlı, dələduz, hətta qoçu da vardı.
Onların üzündən bir çox ailənin günü qara keçirdi.
Küçəmizin yuxarısında (şimal tərəfdə) bir məktəb, ondan bir qədər yuxarıda
polis idarəsı yerləşirdi. Məşhur inqilabçılardan Əli Bayramov
____________________Azərbaycan Milli Kitabxanası___________________
220
və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz
Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu. Evimizdən bir
az aşağıda (cənub tərəfdə) "Dar dalanın" düşəcəyində bir binanın ikinci
mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri
müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı.
Bu insanlar haqqında əlbəttə, böyük kitab əsər yazmaq olar. Mən hazırda
yazdığım "Xatirələr dəftərim"də bunları doğru, real qələmə almağa çalışıram.
Məhəlləmizdəki məktəbin adı "4-cü rus-tatar məktəbi" idi. Çar dövründə
azərbaycanlıları ya tatar, ya da müsəlman adlandırırdılar.
Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə
"Süleyman Sani" məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və
müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş Süleyman Sani idi.
Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal
attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirəvun,
Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri
yenidən gözlərim önündə canlandı.
Mənə elə gəidi ki, sinifdə oturub həmin əziz müəllimlərimin dərsini
dinləyirərn.
Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə gətirib ordakı katibə
təhvil verdi. Özü isə dəmirçixanasına getdi.
Ailəmiz o vaxt Ləhic bağlarında istiralıətdə idi. (Ləhic bağları Maştağa ilə
Kürdəxanı arasındadır). Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd
etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım.
Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə apardı.
Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin
otağına gətirib sonra yenə sinfə aparırdı. Bu munis insan mənim gələcək
müəllimini Süleyman Sani idi.
Zakariya bəyin qızları isə mənim başımı şirin dillə və konfetlə
qarışdırırdılar. Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə şəriət
müəülmindən.
Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləb-
ləbi kişmiş yeyərdi. Şəriət müiəlliminin dərsindən bir şey başa
düşmədiyimizdən sinifdə səs-küy salardıq. Buna görə də şəriət müəllimi cəza
olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlərdi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
221
(Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir
az sonra).
Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar
qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb,
quran ayələrini oxuyar və mənasını başa salardı.
Beləliklə gözlərimizdən qara cəhalət pərdəsini götürməyə səy edərdi.
Ümumiyyətlə o vaxt bəzi müəlimlər dərslərdən zəif uşaqları öz evlərində
tamənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə həmişə
hazır gələrdik.
Yadımdadır: biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan
bayram payı aparardıq. İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verd.
Biz kiçik ipək yaylıqdakı hədiyyəni, mizin üstünə qoyanda Mir Həsən müəllim
təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?!
Mən dilim topuq çala-çala:
- Şəkərburadır müəllim, - dedim.
O, "necə, necə, şəkərqara?!" - deyə sual etdi.
Dəsmalı açdıq. Müəllim "nahaq gətirmisiniz" deyə etiraz etdi. Biz çox dil
tökdükdən sonra o bayram payını qəbul etdi.
Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun
adı "Şəkərqara müəllim" oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin
dərslərində çox sakit oturardıq. Süleyman Sanini bir yazıçı kimi də çox
sevirdik. Onun "Qaraca qız" povestini, "Qorxulu nağılları"nı dönə-dönə,
maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən yerə
düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə qələmə alınmış
surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da.
Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı
əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir.
Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi
də unutmazdı. O öz kitablarını məktəblilərə hədiyyə verərdi.
Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı.
Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim
qəpiklərə kitablar alıb evdə mütaliə edərdim.
İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk
müəllimim Süleyman Sani Axundov olmuşdur.
____________________Azərbaycan Milli Kitabxanası___________________
222
Oxuduğum məktəbdə sevimli müəllimlərmizdən biri də Süleyman Saninin
dostu Ağabəy İsrafilbəyli idi. O da çox qayğıkeş insandi. Dərsdən zəif olan
uşaqların evlərinə gedər, ailələrilə yaxından tanış olar, onlarla dərdləşər və
əlindən gələn köməyi əsirgəmzdi.
Ağabəy İsrafilbəyli ucaboy, pəhləvan gövdəlı bir adamdı. O zaman
xuliqanlar, avaralar tez-tez məktəblilərin yolunu kəsərdi. Onlar uşaqların
əynindən paltosunu . çıxarar, kitab çantasını əlindən qapardılar. Hətta
bəzilərinin ağız-burnunu da əzişdirib qanadardılar.
Polis belə hadisəiərin qabağını almazdı. Çünki bunlar Bakı qoçularının,
varlılarının ərköyün balaları və qohumlarıydı.
Kimsədən çəkinməyən İsrafilbəyli onlarla qəribə mübarizə üsulu tapmışdı.
O, məktəbimizin qabağına gələn bu dələduzlar yaxalayıb, hərəsini bir əlilə
möhkəm tutub kəllə-kəlləyə vurardı. Sonra da şəriət müəllimimizin
dustaqxanasına (odun anbarına) salıb bir neçə saatlıq həbs cəzası verərdi.
Müəllimimiz Ağabəyin sayəsində bizim məktəbin qabağından onların ayağı
həmişəlik kəsilmişdi.
Bu misalları gətirməkdə məqsədim müəllimlərimizin o dövrdə nə şəraitdə
çalışmalarını göstərməkdir.
İndi bütün məktəblərimizdə cürbəcür dərnəklər var. Şənliklərində,
bayramlarda hər məktəb öz orkestri ilə nümayişə çıxır. Lakin o zaman biz
bunlardan məhrum idik. Nümayişə çıxmaq üçün qəribə hazırlığımız olurdıı.
Məktəbimizdə Ramazan adlı Dağistanlı bir qarovulçu vardı. Tənəffus zamanı o
bizə pendir-çörək, iris və başqa şirniyyat satardı. Ramazan uca boylu,
enlikürək, şəkbuğ, zahirən vahiməli bir kişi idi. Lakin çox təmiz ürəkli idi.
Bayramqabağı məşq üçün hamımız beyətə toplaşardıq. Süleyman Sani
həyətin başında pilləkən üstündə nümayiş qəbul edən bir general vəziyyətində
durardı. Onun işarəsilə Ramazan qoltuğunda tutduğu köhnə vedrənin altını
yumruqlarıyla döyəcləməyə başlardı. Biz də bu ahəng altında addımlayıb
Süleyman Saninin qabağından keçərdik. Bu, bizim məktəb həyətindəki
xudmani nümayişimiz olurdu. Bəzən Ramazanın güclü zərbələrindən vedrənin
altı ayrılıb yerə düşərdi.
İllər keçdi, ibtidai məktəbi qurtaranda Süleyman Sani bizimlə vidalaşırdi.
Kamal attestatını alıb ağlamağa başladiq. O, bizə "yenə də görüşəcəyik" deyə
təsəlli verdi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
223
Mən onu məktəbi bitirdikdən sonra da tez-tez görürdüm. Çünki
məktəbimizlə evimizin arasındakı məsafə çox az idi. Sonralar mən şeir
yazmağa başladığım illərdə də onunla tez-tcz görüşürdüm.
Bu qayğıkeş insanın mənim üzərimdə böyük əməyi olmuşdur.
Süleyman Sani həddindən çox təvazökar adamdı. Buna canlı bir misal:
Vaxtilə mən ədəbiyyat fondu heyətinin sədri idim. Müəllimim xəstə idi.
Əsəbləri pozulmuşdu. Ürəyi onu narahat edirdi. Bizim ədəbiyyat fonduna
yazıçılar üçün kurortlara, istirahət evlərinə putyovkalar gəlmişdi. Kislovodsk
sanatoriyalarının birinə olan putyovkanı Süleyman Saninin adına yazıb evinə
göndərdim. O, əli əsalı yazıçılar ittifaqına gəldi.
Putyovkanı qaytarıb dedi ki: "Bunu nahaq etmisiniz. Qoy bu putyovkadan
gələcəyimizə ümidlər verən gənclərimiz istifadə etsinlər. Mənimki keçib". Biz
onu güclə yola gətirib putyovkanı almağa razı etdik.
Mənim və bir çoxlarının məktəb və ədəbiyyat müəllimi Süleyman Sani belə
bir şəxsiyyətdi. Xalqımız yetirdiyi belə namslu övladlarıyla qoy həmişə fəxr
etsin.
RƏŞİD BƏY ƏFƏNDİYEV
Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz
uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı,
tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi
tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.
Quşlar, quşlar, a quşlar,
Qaranquşlar, a quşlar -
şeri indi də bizim nəsildən olanların hafizəsindədir. Rəşid bəyin öz
dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan
nümayəndələrilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna
dəlalət edir. Gözəl bilirik ki, çar dövründə məktəblərimizdə ana dilimizdə
şeirlərə, mahnılara, çox böyük ehtlyac
____________________Azərbaycan Milli Kitabxanası___________________
224
vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq
istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı.
Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz
müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında
düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun
hərəkatdən kənarda qala bilməzdi. O, Oktyabr inqilabının futuhatını,
qələbələrini ürəkdən alqışladı. Rəşid bəy yaşının çoxluğuna baxmayaraq
coşqun gənclik həvəsiylə, ehtirasilə ömrunün mənalı illərini millətinin
tərəqqisinə, yüksəlişinə həsr etdi.
O, rus dilini çox gözəl bilirdi və bu dilə dərin məhəbbət bəsləyirdi. Onun
Puşkindən, Lermontovdan məhəbbətlə tərcümə etdiyi şeirlər buna sübutdur.
Məncə Rəşid bəy Puşkinin "Bağçasaray çeşməsi" poemasının giriş hissəsini
çox məharətlə tərcümə etmişdir. Bu poemanı sonralar böyük ədıbimiz
Məmməd Səid Ordubadi də tərcümə etdi. Səidin tərcüməsi küll halında
gözəldir. Rəşid bəy poemanın ilk iki sətrini belə çevirmişdir.
Oturmuş fikrə piçidə çubuq əldə Gəray durmuş,
Hüzuri-dəhşətə qol bağlamış əhli-saray durmuş.
Çox yaxşıdır. Bu iki sətirdə biz həm Gərayın əhvali-ruhiyyəsini hiss edir,
həm də saray əhalinin necə vahimə keçirdiyini görürük. Bu tərcümə Rəşid
bəyin Puşkin ədəbi irsinə dərin məhəbbətinin təzahürüdür. Rəşid bəy
Əfəndiyev sanki yenidən cavanlıq dövrü keçirirdi. Gündən-günə çiçəklənən,
gözəlləşən vətəni tərənnümdən böyük zövq alırdı.
Rəşid bəy Əfəndiyev yeni yaranmaqda olan proletar ədəbiyyatnın qızğın
tərəfdarlarından, təbliğatçılarından biri oldu. O da Cəlil Məmədquluzadə,
Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi bu
hərəkatı alqışladı və bu gənc orduya qoşuldu. Rəşid bəy Əfəndiyev Şəkidə
yaşayırdı. O, tez-tez gənc qızıl Qələmlər İftifaqına məktublar yazırdı. Gənclərin
müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi. Yadimdadır. Mən
1927-ci ildə Şəkiyə gənc Qızıl qələmlər ittifaqının bölməsini təşkil etməyə
getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla
gəlib Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı.
Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri
____________________Azərbaycan Milli Kitabxanası___________________
225
İsə olduqca arıq idi. Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik.
Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı.
Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin garıc həvəskar
yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi.
Axşamüstü pəncərədən şəhərin dağ hissəsini seyr edirdim. Birdən
mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli əsalı, gözü
eynəkli dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü; mehmanxana
qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim görəsən, bu hörmətli
adam kimdir. Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım,
qarşımda faytondan düşən adam gördüm.
- Salam, oğlum, xoş gəlmisən, Rəşid bəy Əfəndiyev!
Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla
görüşməyi qərara almışdım. Artıq budur, o özü lapdan yanıma gəlmişdir.
Onunla mehribancasına görüşdük.
- Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat
vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də
mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə.
Mən dedim ki, "Hörmətinizə görə təşəkkür edirəm. Lakin burda qalsam
yaxşıdır. Çünki nıəni cavanlardan va təşkilatlardan axtaranlar olacaq".
"Oğlum nə olar ki... Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar.
Getməsən, məni incitmiş olarsan". Bunun üstündən artıq bir söz demək
olmazdı. Faytona minib Rəşid bəygilə getdik. Rəşid bəyin ailəsi bizi öz ləziz
xörəklərilə heyran etdilər. Mən Şəki şüyütplovunun, Şəki şirnilərinin adını,
tərıfini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin
evində gördüm. Sanki dadı indi də ağzımdadır.
Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətirniz gecə
yarıya qədər çəkirdi. O məni vaxtilə çap olunmuş və olunmamış səhnə
əsərlərilə də tanış etdi.
Biz Şəkidə, Azərbaycan gənc Qızıl qələmlər ittifaqının şöbəsini təşkil etdik.
Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə
sədr seçdik.
Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı. Şəkidə olduğum müddətdə Xan
sarayını gəzdim. Evlərə qonaq çağırıldım. Hər evdə yenə də
____________________Azərbaycan Milli Kitabxanası___________________
226
məşhur Şəki plovu və şirniyyatı daddım. Bakıdan Şəkiyə yola düşərkən, bir
şəkili qələm dostum mənə demişdi ki, "sənə bir kağız verim, dostlarım
səninçün şüyütplov bişirtsinlər". Mən ondan kağız almadan Şəkiyə gəlmişdim.
Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə
kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə də Şəkidə yediyim plovları
o öz kağızının hesabına yazardı.
Şəki ziyalılarının təşəbbüsilə Şəkidə bir ədəbi gecə təşkil edildi. Ədəbi
gecəni Rəşid bəy idarə edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə
qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər.
Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur.
Bəli, bu ədəbi gecə də bunsuz olmadı.
Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə
siyahıya baxıb belə deyirdi: "Söz verilir Şəkinin birinci şairinə, söz verilir
Şəkinin ikinci şairinə və i.a.".
Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda
oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla
əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı. Nəhayət
dedim: "Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi
var. Xahiş edirəm ona söz verin".
- Oğlum sən onu tanımırsan axı. Şulux sala bilər.
- Niyə şuluq salır. Qorxmayın ona söz verin.
Nəhayət, Rəşid bəy elan etdi ki, "İndi isə söz verilir Şəkinin 37-ci şairinə".
Tribunaya orta yaşlı, üzü gülər bir adam qalxdı. Salonda bir gülüş oldu.
Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı:
Çəpərdə oturmuşdu sərçə,
Düşdü kəndirə oldu büryan...
Rəşid bəy ayağa qalxıb dedi: "Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə
bizə hörmət qoyursan. Bu nə cəfəngiyatdır ki, oxuyursan". Rəşid bəyin dediyi
Əbucabbar bəy aşağı düşərkən dedi: "Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-
ci şairi mənim kimi olar". Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin
ən zarafatcıl, hazırcavab adamlarındandır.
____________________Azərbaycan Milli Kitabxanası___________________
227
Mən Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım.
Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir
neçə dəfə görüşmüşəm.
Şəkidə bölmə düzələndən sonra gənc şairlərin, yazıçıların şeirləri “Şəki
fəhləsi" qəzetində və ayda bir dəfə qəzetə əlavə olaraq nəşr edilən ədəbi
səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi.
Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi.
Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur.
1937-ci il "Maarif və mədəniyyət" məcmuəsində də maraqlı bir şerini dərc
etdik.
Həmin şeirdə bu sətirlər səslənirdi.
Əcəb nə keçdi o dövran əhli bzar idi.
Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.
Sirur, zövq nadir, bilməziydi, əğyar idi.
O əsr-lənətə layiq, zəmanəyi çar idi.
Tamam varlığım ilə həyaım ağlar idi.
Bütün o dövrdəki xatiratım ağlar idi.
Həyatın bər cəhəti cəbridi, fəlakət idi,
Xəlayiqi bürüyən fəqridi, səfalət idi,
Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,
Alıb qızıl qələmi sən də yaz həqiqətdən,
O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə
o küçədən keçərkən dedi: "kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə
bir küçə də mənim adımı daşıyacaq".
Rəşid bəy belə bir adamdı.
NAZİM HİKMƏT
"Düşünən beyni Moskvaysa ölkəmizin,
Təzə qan dağıdan qəlbidir Bakı!"
Bu sətirlərin müəllifilə gənclik illərində hələ şəxsən taniş deyildim. O,
Moskvadan "Maarif və mədəniyyət" adlı ədəbi, ictimai
____________________Azərbaycan Milli Kitabxanası___________________
228
xarakterli jurnalımıza tez-tez, böyük ürək oduyla yazılmış gözəl şeirlər
göndərərdi. Nazim Hikmətlə əvvəlcə qiyabi tanış olduq. Bir-birimizə məklublar
yazdıq. Yeni, novator poeziyamız haqda fikir mübadiləmiz oldu. Nazim bizim
Azərbaycan sovet poeziyasi ilə çox maraqlanırdı. O, bizim oxucuların nə
mövzuda, nə ruhda şeirləri xoşladığını bilmək istəyirdi.
Az bir zamanda Azərbaycan oxucuları türk xalqının vətənpərvər, inqilabçı,
istedadlı şair oğlunu ürəkdən sevdi və alqışladı.
Nazim Hikmət Bakı həyatilə tanış olmaq və şairlərimizlə gorüşmək
arzusuyla çırpınırdı. Məktublarında gənc şairlarin jurnal səhifələrində çap
olunmuş şeirləri haqqında öz səmimi fikirlərini yazırdı. Azərbaycan
poeziyasına öz məftunluğunu bildirirdi. 1927-ci ildə mən bir neçə məktubumda
onu Bakıya qonaq çağırdım.
Nəhayət, bir gün dostumuz Nazim Hikmət öz həyat yoldaşıyla birlikdə,
qatarla, aşağıdakı sətirləri yaza-yaza Bakıya doğru gəlirdi.
Tıqırdıyor trenin rayda təkərlikləri,
Devrilərək keçiyor teleqraf dirəkləri.
Yan belimə qədər uzandım pəncərədən,
Tərə səsilə dolan havalan dinlədim.
Nazimin Moskvadan Bakıya gələrkən yolda yazdığı "yolçuluq notlarından"
sərlövhəli şeirləri çox gözəl poeziya nümunələridir.
Bəli, Nazim Hikmət Bakıya gəldi. Bir-birimizi yaxından tanıdıq.
Dostlaşdıq. Aramtzda qızğın yaradıcılıq söhbətləri, ədəbi mübahisələr başlandı.
O zaman Mikayıl Rəfili, Əli Nazim, Vəli Hacıoğlu, Əli Hüseynzadə,
Əbdülbaqi Fövzi, bir söz hamımız dostumuzun Bakıdakı günlərinin səmərəli
keçməsinə çalışırdıq.
Nazim Bakıya gəlişindən çox razı idi.
Bir axşam indiki akademiyanın binasında şairin oxucularla görüşünü təşkil
etdik. Salondakılar Nazimi tribunadan buraxmırdılar. Bu gecə doğrudan da
böyük şeir bayramı idi. Nazim sözün əsil mənasında novator şairdi. Nazim
dənizi çox sevirdi. Vaxtımızın çoxunu onunla birlikdə, Xəzər sahilində
keçirirdik. Axşamları qayıqla gəzintiyə çıxırdıq. Dənizdən gözəl şəhərimizi
məhəbbətlə seyr edirdik. Nazim həsrətlə, ürək ağrısıyla İstanbulu xatırlayırdı.
____________________Azərbaycan Milli Kitabxanası___________________
229
Nazimi sonra bir neçə günlük Şüvəlana və Buzovnaya qonaq apardıq. Bir
neçə gün Vəli Hacıoğlugilin bağında qaldıq. 12 yaşlı, pəhləvan gövdəli gənc
Nazim idmanın bütün növlərinə yaxşı bələddi. Sahildə onunla güləşdiyimiz,
qollarımızın gücünü sınadığımız, xatirimdədir. O günlər bizim üçün çox əziz
günlərdi.
Günlər, həftələr, aylar keçdi. Nazimlə Moskvada proletar yazıçılarının
birinci qurultayında və plenumlarında tez-tez görüşərdik.
Yadımdadır, Nazimi Ümumittifaq proletar yazıçıları qurultayına
Azərbaycandan nümayəndə seçmişdik.
O zaman Moskvada Nazim kimi təhsil alan başqa türk gəncləri də vardı.
Nazim bizi onlarla da tanış etdi.
27-ci ilə qədər Türkiyədə və Sovetlər ittifaqında Nazimin şeirləri yalnız
qəzet və jurnallarda dərc edilmişdi. Nazimin hələ bir kitabı yox idi. Onun ilk
şeirlər kitabı Bakıda çap olundu. Jurnallarımızda çap olunmuş şeirlərini
toplayıb "Günəşi içənlərin türküsü" adıyla nəşr etdiyimiz üçün o bizə öz
minnətdarlığını bildirdi. Kitaba bu adı da biz verdik.
Bu Nazimin ən gözəl şeirlərindən birinin adı idi. Bu kitabın naşri gənc
Nazimin şairlik həyatında bir şənliyə, hadisəyə çevrildi.
Sonra uzun illər Nazim Hikmətlə görüşmədik. O öz doğma vətənində illərlə
həbsxanalar küncündə ömür sürdü. Lakin mübariz şairin iradəsi, mətanəti
sarsılmadı. Nazim məhşur "Zoya" poemasını müharibə illərində zindanda
yazdı.
İllər illəri əvəz etdi. Nazim Hikmətlə yenidən Moskvada görüşdük. Mikayıl
Rəfili ilə birlikdə Nazimin yanına getdik. Bu gün biz onun qonağı idik. Nazim
qarşımıza döşü önlüklü çıxdı. Biz gülüşdük. Mən ona "Nazim, şairlikdən
aşpazlığa keçmisən, nədir?" dedim.
O, gülərək cavab verdi: "Dost yolunda aşpazlıq etmək fənami şeydir? Bu
gün sizə, əski dostlarıma hörmət deyə mətbəxdə özüm yemək hazırlayıram. Sırf
türk yeməkləri. Bən buna zindanda alışdım. Siz söhbətlə məşğul olunuz, mən
də mətbəxə gedim".
Nazim doğrudan da süfrəyə çox dadlı yeməklər düzdü. Döşlüyünü çıxarıb
bizimlə oturdu.
Süfrə arxasında da söhbət şeirdən gedirdi. Nazim bizə yeni şeirlərini oxudu.
Öz şəxsi həyatından, acı zindan xatirələrindən, nə kimi əsərlər üzərində
çalışdığından xeyli danışdı. Yaşa dolduğuna baxmayaraq davranışı, danışığı,
coşqun şairlik ehtirası narahat bir gənci andırırdı. Bu görüşlərdə Nazim
Hikmətin ağır ürək xəstəliyinə tutulduğunu duymaq, hiss etmək çətindi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
230
Nazim Hikmət bir şair kimi, dostluq, sülh və azadlıq carçısı kimi dünyanın
bir çox ölkələrini gəzib, dolaşmışdır. Onun alovlu, tribun şeirləri demək olar ki,
dünyanın bir çox xalqlarının dilinə tərcümə edilmişdir.
Azərbaycanda da Nazimin şeirlərdən, pyeslərdən ibarət kitabları çap olunub
çox geniş yayılmışdır.
Nazim Hikmət şerimizin dahi ustadları Nizami, Füzuli, Sabir, yazıçı və
dramaturqlarımızdan Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Cəfər
Cabbarlı haqqında böyük məhəbbətlə danışardı.
Nazim Hikmət ikinci dəfə Sovetlər İttifaqına gələndən sonra da, Bakıda bir
neçə dəfə olmuşdur.
Respublikamızın gündən-günə gözəlləşməsi, insanların firavan, xoşbəxt
həyat sürməsi, mədəniyyətimizin çiçəklənməsi, zəhmətkeşlərin xariqələr
yaratması onu ürəkdən sevindirirdi. Mehdi Hüseynlə mən onu Gəncəyə, Göy
gölə, Şəmkirə və Qazaxa apardıq. Nazim yollarda maşını saxlatdırıb
kolxozçularla şirin söhbət edirdi. Həsrətlə öz türk milləti haqda düşünürdü.
Nazim Hikmətlə dostluğumuzun indi 43 illik tarixi vardır. Onu da deyim ki,
Nazim həm də çox kəskin zəkalı, hazırcavab, incə zarafat sevən bir adamdı.
O, bir dəfə gülə-gülə mənə belə dedi: "Qardaşım, sənin necə şair olduğunu
bilirdim. Lakin yeni Molla Nəsrəddin olduğundan xəbərsizdim. Həkimlər mənə
ürək xəstəliyimə görə dərd çəkməyi deyil, gülməyi, vaxtı şən keçirməyi
məsləhət görürlər. Məncə artıq həkimlərə ehtiyac qalmır. Ya mən sənin yanında
Bakıda qalım, ya da sən mənim yanrma Moskvaya köç".
Bu söhbetdən sonra Nazim istər görüşümüzdə, islərsə, məktublarında mənə:
"Mərhəba, ya molla Süleyman, mərhəba Nəsrəddin xocam, mərhəba ya
Süleyman, Peyğəmbər" deyə müraciət edərdi. Qadınlar iştirak edən məclislərdə
isə Sabirin
"Ev madam, mənzil madam, bulvar madam, talvar madam.
Müxtəsər, əqlim çaşıb, ey dadi-bidad Ərdəbil"
- beytini deyib qəhqəhə çəkərdi.
Nazim Hikmət çox qayğıkeş, həssas bir insandı. Ona müraciət edən
gənclərə həmişə xeyirxah məsləhətlər verib, bütün varlığıyla onlara kömək
etməyə çalışardı. Zəmanəmizin ən istedadlı şairlərindən biri olan Nazim
Hikmət aramızdan sinəsi hələ açılmamış səhifələrlə dolu getdi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
231
Lakin dünyanın milyonlarla oxucusu üçün çox qiymətli əsərlər qoyub getdi.
Nazim Hikmət öz əsərlərilə dünyanın poeziya ordusu sıralarında əbədi
qaldı.
Şair özü gözəl deyib:
Ölənlər
Döyüşlərdə öldülər.
Günəşə gömüldülər.
Vaxtımız yox onlara matəm saxlamağa.
Axın var,
Günəşə axın.
Günəşi zəbt edəcəyiz,
Günəşin zəbti yaxın.
Hazırda mənim kitabxanamda Nazimin mənə hədiyyə verdiyi əsərləri,
1928-ci və sonrakı illərdə çəkdirdiyimiz şəkillər və bir sıra maraqlı, gülgü,
zarafat dolu məktublar vardır.
Bunlar uzun illər duz-çörək kəsdiyimizin, dostluğumuzun əziz və
unudulmaz nişanələridir. Nazimin "Bayram oğlu" (Əli Bayramov) "Neftə
doğru", "Neftin cavabı", "Xəzər" kimi gözəl, səmimi şeirləri bizim xalqa, bizim
vətənə həsr edilmişdir. Bunlar da Nazimdən bizə canlı xatirələrdir.
1968-ci ilin baharında biz bir qrup Azərbaycan yazıçısı Türkiyəyə, Nazimin
vətəninə səfər etdik, İstanbulu, Bursanı, İzmiri, Ankaranı gəzib dolaşdıq.
Həmişə, hər yerdə Nazimi xatırladıq.
İstanbuldan adalara gedərkən vaxtilə burada günlər keçirən Nazimi andıq.
Yollarda bulaqlardan su içərkən Nazimi yad etdik. Meşələri, dağları, çayları,
gölləri, əncirlikləri, üzümlükləri seyr edərkən türk dostumuz Nazimi düşündük.
Nazim Hikmətin gənc yaşlarında bu yerlərdə udduğu havadan udduq.
Türkiyədə Nazimin xalq tərəfindən necə dərin bir məhəbbətlə sevindiyinin
şahidi olduq. Ziyalılardan tutmuş fəhlələrə, sürücülərə, məktəblilərə qədər hamı
onun adını məhəbbətlə, hörmətlə yad edirdi.
Türk xalqının böyük şair oğlu, azadlıq, səadət aşiqi Nazim Hikmət bütün
millətlər üçün əzizdir, doğmadır.
Fevral 1970
____________________Azərbaycan Milli Kitabxanası___________________
232
Dostları ilə paylaş: |