Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   11   12   13   14   15   16   17   18   19

HÜSEYNQULU SARABSKİ 
 
Səhnəyə, sənətə məcnuncasına  
Məftunumuz təkdi, gəldi və getdi.  
Füzuli gözünün yaşından doğan,  
Məcnunumuz təkdi, gəldi və getdi. 
 
Sənət aləmində unudulmayan, əbədi yaşayan sənətkarlarımızdan biri də 
Hüseynqulu Sarabskidir. Vaxtilə  şöhrəti dastan kimi dildən-dilə  gəzən bu 
əvəzsiz ustadın musiqi mədəniyyətimizin, opera sənətimizin inkişafında çox 
böyük xidmətləri olmuşdıır. Təəssüf ki, bu misilsiz sənətkarın səsi yazılmamış, 
haqqında film çəkilməmişdir. Mən şəxsən Sarabski ilə gənclik illərində, 1926-
cı ildə mətbuat orqanlarında çalışdığım zaman tanış oldum. Sonralar daha tez-
tez görüşüb dostlaşdıq. Yadımdadır, məktəbli çağlarımızda  əlimizə pul düşən 
kimi opera teatrına "Leyli və  Məcnun", "Şah  İsmayıl", "Əsli və  Kərəm" və 
digər tamaşalara baxmağa gedərdik. Hüseynqulu Sarabskinin aktyorluq 
istedadı, ürəkləri titrədən məlahətli səsi biz gənclərin ruhunu oxşayırdı, 
həyəcanlandınrdı. Onun iştirak etdiyi tamaşalara təkrar-təkrar baxdıqca bu 
sənətkəara qarşı  məhəbbətimiz qat-qat artırdı. Məcnunu o qədər təbii, canlı, 
zəngin boyalarla ifa edirdi ki, tamaşa salouundakıların gözləri yaşarırdi. O 
zaman Hüseynqulu Sarabskinin iştirakilə verilən tamaşa axşamları teatr 
qarşısında atlı milis dəstəsi növbə çəkirdi. Çünki bilet əldə edə bilməyənlər nə 
yol ilə olursa-olsun teatra girib Hüseynqulunu səhnədə görmək istəyirdilər. 
Qapılar sınmaq dərəcəsinə  gəlirdi. Hər sənətkarın gözəl, qiymtli əsərləri 
Sirasında bir şah  əsəri olur. Sarabskinin yaratdığı gözəl surəttərin hamısından 
yüksəyi Məcnun obrazı idi. Mühitinin ədalətsizliyi nəticəsində müsibətlərə 
düçar olub faciələr keçirən Məcnunu Sarabski kimi səhnədə  təcəssüm etdirən 
başqa bir artist təsəvvür etmirəm. Biz bir dəfə bir neçə mədəniyyət xadimi ilə 
birlikdə Sarabskinin evində qonaq idik. Söhbət yenə "Leyli və  Məcnun" 
operasından gedirdi. Sarabski "Leyli və  Məcnun" operasının rejissorluğunu 
etmək fikrində olduğunu büdirdi. O dedi: "Tanımayan olsa, səhnəmizdə o 
imkan olsa, doğrusıı, mən Məcnunu səhnədə qumlar üstündə ayaqyalm 
oynayardım. Onda özümü tamam kamal bir ərəb zənn edərdim". 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
256 
 
Bu sözlər göstərir ki, Hüseynqulu Sarabski bir Məcnun kimi, bir ərəb kimi 
səhnədə özünü tamam kamal Ərəbistan torpağında görmək istəyirdi. 
Səhnə  fəaliyyəti bir hadisəyə çevrilmiş Sarabski həyatda çox sadə, 
mehriban, təvazökar, qayğıkeş bir insandi. Ümumxalq məhəbbəti qazanmış bu 
ustad insanları çox sevirdi. Həmişə insanda yaxşı  cəhətləri görməyə çalışırdı. 
Gənclərin yüksəlişi üçün əlindən gələni əsirgəmir, müvəffəqiyyət brini ürəkdən 
alqışlayırdı. Hüseynqulu Sarabski dövlət, partiya xadimlərindən Ruhulla 
Axundov, Əli Heydər Qarayev, Ağamalıoğlu, Baba Əliyev, sənət və ədəbiyyat 
xadimlərindən Hacıağa Abbasov, Üzeyir Hacıbəyov, Mirzəğa  Əliyev, Abbas 
Mirzə  Şərifzadə,  Əzim  Əzimzadə, Hüseyn Cavid, Haqverdiyev, Cəlil 
Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun kimi şəxsiyyətlərlə tez-tez 
görüşər, onlarla dostluq edərdi. Bu şəxsiyyətlər onun istedadina yüksək qiymət 
verərdi. Biz Hüseynqulu Sarabskinin səhnədən kənardakı həyatilə, hətta geyimi 
ilə də maraqlanardıq. 
Sarabski olduqca səmimi bir insandi. Onun qəlbində həsədə, kinə, küdurətə 
yer yox idi. O, kiçik bir haqsızlıq görəndə yaman coşardı. Respublikamızm 
rayonlarından gəlmiş tələbələrin təhsil taleyi ilə maraqlanar, gənclərin müəyyən 
bir təşkilatda işə düzəlməklərinə yaxından kömək edərdi. Sarabski bir deputat 
kimi də az fəaliyyət göstərməmişdir. Öz seçicilərinin yanına tez-tez gedər, 
onların arzularının yerinə yetməsi üçün əlindən gələni əsirgəməzdi. 
Dedim ki, biz Sarabskinin geyimi ilə  də maraqlanardıq. Onun geyimi də 
daxili kimi təmizdi, səliqəliydi. Geyimdə bütün aktyorlardan seçilirdi desəm 
yanılmaram. Sarabski ilin hər mövsümünə görə paltar geyərdi. Onun davranışı, 
yerişi, nəcib  ədası hamının nəzərini cəlb edirdi. Şax qamətli, iri gözlü, qara 
qaşlı, qarabuğdayı bu adam Bakı küçələrindən keçərkən hamı bir də dönüb ona 
baxar və dodaqaltı "Sarabski keçdi" deyərdi. 
İndi də yaşlı ziyalılarımıza rast gəldiyim zaman Sarabskidən söhbət açırlar. 
Onun yaratdığı  Məcnun surətini yada salırlar. Bəli, Sarabskinin Məcnun 
rolunda: 
 
"Yandıraram dağı, daşı" 
yaxud: 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
257 
 
"Get dərdim sən dava deyilsən,  
Biganəsən, aşina deyilsən" 
 
- deməsi ilə kim həyəcanlanmamışdır?! Kimin gözləri yaşarmamışdır?! 
Əgər Füzuli sağ olsaydı "Leyli və Məcnun" tamaşasına baxmış olsaydı, məncə 
deyərdi ki, Məcnunu (Qeysi) mən belə düşünüb yaratmışam! Məcnunu mən 
belə ifadə görmək istəmişdim". 
Yadimdadır, biz 1930-cu ildə çox istedadlı bir bəstəkar dostumuz Asəf 
Zeynallını vaxtsız itirdik. Sarabski onun cənazəsi üstündə uşaq kimi ağladı və 
dedi: "Asəf, oğlum, sən çox cavandın, mən dünya görmüşəm. Sən yox, görək 
mən öləydim, mən". 
Doğrudan da bu hamımız üçün çox böyük itki idi. Asəf Zeynallının vaxtsız 
ölümü Sarabskini sarsıtmışdı. Bu son dərəcə səmimi və qayğıkeş adam bizim 
gənc yazıçılarla da dostluq edərdi. 
Onu incəsənətlə,  ədəbiyyatla  əlaqədar çağırılmış bütün məclislərimizdə 
görərdik. Yeni gənc ədəbi qüvvələrin yaxşı əsərlərini ürəkdən alqışlardı. 
Bizə öz həyatından canlı hadisələrlə dolu xatirələr söylərdi.  Ədəbi 
gecələrimizin konsert şöbəsində qonorarsız, könüllü çıxış edərdi. Onun son 
dərəcə  məlahətli səsi dinləyənlərin hələ  də qulaqları Sarabski teatrda məşğul 
olmadığı vaxtlarda "Gənc işçi", "Yeni yol", "Kommunist", "İnqilab və 
mədəniyyət" redaksiyalarina gələrdi. Yeni sənət və ədəbiyyat məsələlərilə tanış 
olardı. Hüseynqulu Sarabski bir sıra mahnılar da yaratmışdır. Vaxtilə konsert 
salonlarında, məclislərdə oxuduğu "Muğan", "Qızıl  əsgər" mahnısı onun 
özünündür. Hətta "Qızıl  əsgər" mahnısının bu sətirlərlə başlayan mətni də 
onundur. 
 
Yatmış idin, fəhlə-kəndli, oyandın,  
Şuralarçin al qanına boyandın.  
Sən getdiyin doğru yola inandm,  
Möhkəm saxla al bayrağı əlində! 
 
Hüseynqulu Sarabski bizim musiqi mədəniyyərimizin tarixində  əbədi 
yaşayan simalardandır. 
 
30 oktyabr l969 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
258 
 
ƏBÜLHƏSƏN XAN İQBAL 
 
Bu yaxınlarda bir alim dostumuz İran Azərbaycanının məşhur ustad 
xanəndəsi Əbülhəsən xan İqbaldan da bizə müjdə yetirdi. O, l00-ə yaxın yaşı 
olan bu müğənninin indi də gənclik təravətilə oxumasını sevinclə bizə bildirdi. 
Dostumuzıı dinlərkən ordu sıralarında Təbrizdə olduğum günlər yadıma 
düşdü. 
Mən  Əbülhəsən xan İqballa 1941 - ci ildə  Təbrizdə tanış oldum. 
Tanışlığımızın qəribə tarixi var. 
Biz Təbrizdə olarkən opera teatrımız ora qastrola gəlmişdi.  Şəhər böyük 
bayram keçirirdi. Tamaşaya başqa  şəhərbrdən də axın-axın tamaşaçı  gəlirdi. 
Teatrın qastrolu orucluq ayına təsadüf etmişdi. "Koroğlu", "Arşın mal alan" və 
digər operalara gələn tamaşaçıların çoxu iftarını teatrın binasında açırdı. 
Tamaşa zamanı restoranlardan lojalara plov, kabab və başqa ləzzətli 
xörəklər gəlirdi. Salonu plov və kabab qoxusu bürüyürdü. Bülbül səhndə 
oxuyarkən salondan "Bülbül, ölmə, ölmə" - deyə bağıranlar da olurdu. 
Tamaşaçılardan birinə dedim: "Yaxşı  iş görmürsünüz, artistin oxumasına 
mane olursunuz". Təbrizli tamaşaçının mənə cavabı bu oldu: 
- Xeyr, ağa, əksinə, mən belo deməsəm, o, səsini qozamaz. 
Sənətkarlarımızın Təbrizdə olmasından istifadə edərək qəzet əməkdaşlarının 
köməyilə  məktəblərin birində gündüz bir dostlıq görüşü təşkil etdik. 
Sənətkarlarımızdan Bülbül, Həqiqət Rzayeva, Ələvsət Sadiqov, Yavər 
Kələtəntərli və başqaları çıxış etdi. 
Bülbül dinləyənlərin alqışları altında bir neçə xalq mahnısı oxudu. 
Birdən fikirləşdim ki, bu necə dostluq görüşüdür ki, yalnız Bakıdan gələn 
artistlər çıxış edir, bəs Təbriz sənətkarları? Fikrimi Təbriz qəzeti əməkdaşlarına 
bildirdim. Dedilər ki, məclisdə oxuyanlarımız var. Lakin orucluqdur bəlkə 
oxumadılar. Qubernator da burdadır. Ona desəniz bəlkə bir şey çıxdı. 
Mən birinci sırada oturan Rəhimi adlı qubernatora bu təkliflə müraciət edib 
sonra öz yerimdə oturdum. 
O, bir nəfəri yanma çağirtdırdı. Bu gödəkboy, kök, gözü çeşməkli bir qoca 
idi. Aralarındakı söhbəti eşitmədim. Bir azdan konserti idarə edən cavan 
təbrizlılər adından Əbülhəsən xan İqbalın çıxış edəcəyini 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
259 
 
elan etdi. Salonda böyük bir canlanma oldu. Birinci cərgədə yanımda oturan 
Bülbül iki əlilə üzünü tutub dedi: 
- Ay Süleyman, biabır olduq, vay, vay. 
- Niyə, Bülbül? 
- Heç bilirsən Əbülhəsən xan kimdir? 
- Xeyr bilmirəm. 
- O Şərqin dahi xanəndəsidir. Mən gərək o olan məclisdə mahnı 
yox, bir dəstgah oxuyaydım, keçib. 
Bir az əvvəl qubernatorla danışan çeşməkli qoca səhnədə göründü. Salon 
alqışdan titrəyirdi. Bəli, bu Əbülhəsən xan İqbal idi. 
O, böyük şairimiz Seyid Əzim Şirvaninin qəzəlinin bu sətrilə: "Zülfünü bas 
yarama, qoyma məni qan aparır" oxumağa başladı. 
Salondakılar dərin sükut içində idi. Mən harda olduğumu unutmuşdum. 
Doğrudan, o, ecazkar bir xanəndəymiş. 
Əbülhəsən xan İqbal məni səsiylə, nəfəsilə, öz musiqi dünyasına aparmışdı. 
Oxuyarkən onun üzündə əzab əlaməti görünmürdü. Dodaqları, gözləri, bir sözlə 
bütün siması incə bir təbəssümə  qərq olmuşdu. Konsertdən sonra Bülbül 
Əbülhəsən xanla qucaqlaşıb öpüşdü. 
Sonralar onunla görüşəndə xanəndələrdən söhbət gedəndə belə deyərdi: 
- Məclisdə oxuyarkən, xanəndənin üzünda əzab  əlaməti olmamalıdır. 
Xanəndə onu dinləyənlərə əziyyət verməməlidir. 
Bir axşam bizim artistlərin bir konserti haqqında onun fikrini bilmək 
istədim. 
O, Qurban Pirimovun mükəmməl texnikaya malik böyük ustad olduğunu 
söylədi. Sara Qədimova səhnədə xalq mahnıları oxuyarkən 
dedi: 
- Bu xanım hələ cavandır. Onun qarşısında uzun bir yol var. 
Xoşuma gələn cəhət oxuyarkən gözlərində, dodaqlarında görünən 
təbəssümləridir. Bu çox yaxşı əlamətdir. 
Əbülhəsən xan Seyid Şuşinski haqqında məhəbbətlə danışırdı. Onlar bir 
zaman Tiflisdə görüşüblərmiş.  Əbülhəsən xan açıq, pullu konsertlərda 
oxumazdı. Lakin o, musiqilə, sanətkara qiymət verilən, hörmət göstərilən 
məclislərdə təmənnasız oxuyardı. İranda onun plastinkalarını on baha qiymətə 
belə tapmaq çətindi. 
Bu böyük sənətkar o zaman Təbrizdə  şəhər bələdiyyəsində kiçik bir 
vəzifədə çalışırdı. Halbuki, belə bir adam musiqi ocaqlarında bir ustad kimi 
gəncliyə çox xeyir verə bilərdi. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
260 
 
Sovet ordusu doğma  şəhəriərimizi faşistklrdən geri alanda Təbrizdə 
təntənəli yığincaqlar keçirilirdi. Biz Əbülhəsən xana müraciət etdikdo o: 
- Belə təntənədə iştirak etməmək günahdır. Mən hüzurunuzda 
hazır - deyib gülümsərdi. 
Bir axşam Cəlil Məmmədquluzadənin köhnə dostu professor Fəxri Ədham 
bizi evinə "paçaplov''a qonaq çağırdı. Bu növ plov yalnız Təbrızdə olur. 
Əbülhəsən xan İqbal da məclisdə idi. O, bizi yenə öz məlahətli səsilə valeh 
etmişdi. Məclisdə sakitlik olan kimi deyirdi: 
- Ağalar, niyə  məni oxutdurmursunuz! Mən ki, təmənnasız oxuyanam. 
Yoxsa güman eləyirsiniz ki, qocalmışam, yorularam. Yox, ağalar, mən hələ çox 
oxuyacağam.  İstəsəniz, gedib Təbrizin  ətrafındakı o dağın başında elə 
oxuyaram ki, Təbriz əhli səhərə kimi yuxusuz qalar. 
Bəli, Əbülhəsan xan belə bir xanəndə idi. 
1942-ci ildə Mirzə  İbrahimovla birlikdə  Təbriz ziyalılarından bir neçəsini 
Bakıya qonaq gətirdik. 
Təbrizdə bunu eşidən Əbülhəsən xan yanımıza gəlib dedi: 
- Bakıya gedənlər nə xoşbəxtdirlər. Mən də getmək istərdim. 
Ordakı həmpeşələrimlə, köhnə dostum Seyid Şuşinski ilə görüşərdim. 
Mən çox istərdim ki, sizin konservatoriyada muğam haqqında bir neçə 
mühazirə oxuyam. Gələn dəfə Bakı səfərində məni yaddan çıxarmayın. 
Bu söhbətdən 25 il keçmişdir.  Əbülhəsən xan eyni arzunu indi 
Təbrizdən gəlmiş alim dostumuza da demişdir. O Bakını, Azərbaycan 
sənətkarlarını görmək arzusuyla çırpınır. 
Son illərdə  İranla aramızdakı  mədəni  əlaqələr genişlənir, yoluna düşür. 
Bakıdan Tehrana, Tehrandan Bakıya incəsənət xadimləri qastrola gedib gəlir. 
Arzu edərdik ki, günlərin birində  İrandan Bakıya gələn sənətkarlarla 
birlikdə 100 yaşlı həmişəcavan Əbülhəsən xan İqbal da bu dostluq körpüsündən 
keçsin. 
 
11 yanvar 1967  
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
261 
 
MİRZƏĞA ƏMİ 
 
Səhnəmizin nəhəng artisti, xalqımızın sevimli sənətkarı Mirzəğa  Əliyevi 
respublikamızda tanımayan varmı? O, böyük şöhrəti, sonsuz məhəbbəti xalqa, 
vəəonə sədaqətlə xidmət sayəsində qazandı. 
Mən onu uşaqlığımdan tanıyırdım. Bizim məhəllədə (keçmiş Spasski və 
Çadrovı küçəsinin tinində) yaşayırdı. 
Məhəlləmizdə böyük, kiçik - hamı onu sevərdi. Onun mis kimi cingildəyən, 
şən qahqəhələri, gülən gözləri, əbədi olaraq mənim xatirimdən çıxmayacaqdır. 
Şirin-şirin danışdıqca həm gülər, həm də dinləyənləri güldürərdi. Mən onu gah 
həyətimizdə, gah da dükan qabaqlarında tanıdığı  və tanımadığı adamlarla 
söhbət eləyən görərdim. Biz ona sadəcə Mirzəğa  əmi deyərdik. Ömrünün 
axırınadək ona bu adla muraciət eləyirdik. Bizim məhəllə uşaqları onun adını 
böyük bir sevinc və qürurla çəkirdi. Zarafat deyil, teatrın  ən yaxşı,  ən böyük 
artisti bizim məhəllədəndi. Məhəlləmizin əhalisi onun tamaşalarma bir bayram 
təntənəsinə gedən kimi axışardı. 
Mirzağa  Əliyev böyük realist sənətkar kimi məhəlləmizdəki müxtəlif 
adamların müxtəlif xasiyyətlərinə  dərindən bələd olmaq məqsədilə onılarla 
dostluq eləyirdi. Məhəlləmizdə yaşayanlardan çoxunun qəribə  ləqəbləri vardı. 
Bu ləqəblərin bəzisi nəsillərilə, bəzisi də özlərinin xasiyyətlərilə  əlaqədardı. 
Mirzəğa bu adamların xarakterlərindəki müsbət və  mənfi cəhətləri həssas bır 
sənətkar kimi öyrənir və  səhnədə ifa etdiyi şəxsiyyətlərin simasında onlardan 
gördüklərini kəskin boyalarla yaratmağa nail olurdu. 
Xalqımızm sevimli sənətkarı, məhəlləmizin üzügülər Mirzəğa əmisi belə bir 
adamdı. 
1922-ci üdə 16 yaşım vardı. Nərimanov adına Sənaye Texnikumunun 
elektro mexanik şöbəsində oxuduğum halda şerə,  ədəbiyyata həvəsim daha 
çoxdu. Divar qəzetində kiçik şeirlər çap etdirirdim. Məktəbin dram dərnəyində 
iştirak etdiyimdən tez-tez satir-agit teatrına gedərdim. Orada oynayan kiçik 
formalı komediyalar məni ürəkdən güldürürdü. 
Atam isə teatra əmimlə  bərabər Mirzəğa  Əliyevin onlara verdiyi 
kontramarkalarla ayrıca gedərdi. Mirzəğa səhnədə görünən zaman salon nəhəng 
bir ağız kimi birdən qəhqəhə  çəkirdi. Mirzəğanın təbii, səmimi oyunu hamını 
heyran eləyirdi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
262 
 
Satir-agit teatrında tamaşaya qoyulan bir və ya iki pərdəli kiçik  formalı 
əsərləri  əsas etibarilə  Əbdürrəhimbəy Haqverdiyev, Süleyman Sani Axundov, 
Səid Ordubadi kimi tanınmış yazıçılarımız, Mirzəğa  Əliyev, H.Abbasov, 
Əhməd Qəmərli kimi artistlərimiz yazırdı. Mən bu əsərlərə tamaşa etdikcə 
həvəsləndim. Mənə elə  gəldi ki, mən də bu sayaq komediyalar yaza bilərəm. 
Bir həftə gecəli gündüzlü aram sız zəhmət çəkərək "Çimnaz xanım yuxudadır" 
adlı bir pərdəli iki şəkilli bir komediya yazdım. Lakin əsərin taleyinə bir o 
qədər də inanmırdım. Bu əsəri böyük bir qorxu, ehtiyat, həyəcan və 
utancaqlıqla satir-agit teatrına apardım. Orda Mırzəğa  Əliyevə rast gəldim. O 
mənı diqqətlə süzüb fikrə getdi. Mən Nərimanov adına texnikumun formasını 
geydiyimdən o məni birdən tanıya bilməmişdi. Nə üçün gəldiyimi ona 
söylədim. 
- Bala, harda oxuyursan! Haralısan! Kimlərdənsən? 
Mən ona harda oxuduğumu, haralı olduğumu, hansı ailəyə mənsubiyyətimi 
söylədikdə, o sevindi və bərkdən gülməyə başladı. 
- Deməli, Qara övladı nəslindən, özü də mənim dostum Dəmirçi 
Əliabbasın oğlusan? 
- Bəli dedim. Ancaq bunu atam bilməsin. 
- Nə üçün oğlum? 
- Çünki atam mənim mühəndis olmağımı istəyir. O, istəyir ki... 
- Başa düşürəm, qorxma demərəm, demərəm. 
- Sağ olun. 
- Yaxşı, sən onu bilirsən ki, atan mənə bir palto borcludur? 
- Xeyr. 
- Bunun qəribə bir tarixi var. İşdir, yazdığın əsər, xoşumuza gəlsə, paltomun 
pulunu sənin zəhmət haqqından çıxacağıq - deyib qəhqəhə çəkdi. 
Mən heç nə başa düşmədiyimdən mat-qut olub qalmışdım. O bunu sezərək 
əlavə etdi: 
- Oğlum, zarafat eləyirəm. Paltonun tarixi belədir. Atanla uşaqlıqdan  
dostam. Ananı  gəlin gətirəndə  mən atanın sağdışı idim. Dost-aşnalar, fişəng 
atdılar, qəfildən fişəngin biri mənim təzə paltomun qoluna düşüb onu yandırdı. 
Bu belə... qaldı yazdığın bu əsər.  
Ona diqqətlə baxaram görək dəmirçi Əliabbasın oğlu nə yazıb. 
O, məni bir ata mehribanlığı  və  nəvazişi ilə yola saldı. Mən bir neçə ay 
teatra tərəf üz çevirmədim. Məhəllədə də qorxumdan onun 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
263 
 
gözünə görünmədim. Deyirdim bəlkə yazdığım komediya heç bir şeyə 
yaramayacaq. Nigarançılıq içində qovrulurdum. 
Bir gün satir-agit teatrının divarlara vurulmuş böyük bəzəkli afişaları 
mənim toy-bayramına çevrildi, sevincimə  səbəb oldu. Öz gözlərimə inana 
bilmirdim. Bir afişanın qabağında yarım saatdan çox dayanıb teatrda 
oynanılacaq  əsərlərin adlarını  təkrar-təkrar oxuyurdum. Afişa: Mirzəğa 
Əliyevin benefisinə ("Orda elə, burda betü") Əsər Mirzəğa  Əliyev ("Çimnaz 
xanım yuxudadır" yazanı  Nərimanov adına texnikumun tölebesi Süleyman 
Rüstəmzado) sözləri yazılmışdı. 
Sevincimdən yerə-göyə  sığmırdım. Məktəbdə  uşaqlar raəni dövrəyə ahb 
təbrik eloyirdilər. 
Tamaşa axşamı  məktəb yoldaşlarımla birgə lap dal cərgədə otur-mıışduq. 
Mirzəğanı bir çox təşkilatlar tərəfindən təbrik ctdilər. Onun ilhamla, məharətlə 
oynaması, tamaşaçıların qolbinİn dnrinliklorina qədər təsir eləyirdi. "Çimnaz 
xanım yuxudadır" komcdiyasmda baş rolu Mirzəğa oynayırdı. Mən də 
tamaşaçılara qoşulub ürəkdən gələn qəhqəhələr çəkirdim. Özüm öz yazdığımın 
belə  təsir bağışlayacağını heç də gözləmirdim. Təcrübəsiz bir məktəblinin 
qələmindən çıxan kiçik bir əsərdə Mirzəğa Əliyevin müəllim qələmi işləmişdi. 
O, yazdığım bu kiçik esərdə bir sıra ixtisarlar aparmışdı. Həmin gecə tamaşada 
qonşularımızla birlikdə atam da vardı. "Avtor-avtor" – deyə  məni səhnəyə 
çağırdılar. Teatrdan qayıdandan sonra evdə atam mənə dedi ki, Mirzəğa 
Əliyevin benefısinə getmişdik... Teatrda ol çalıb səhnəyə bir uşaq çıxartdılar 
lap sənə oxşayırdı. 
Mən üstünü vurmadım. O, məni tanımamışdı. Çünki uzun illər 
dəmirçixanada ocaq alovlarına baxdığından gözləri bir o qədər də yaxşı 
görmürdü. O, teatr üçün əsər yazdığımı bilsəydi bəlkə  də  pərt olardı. Çünki 
necə olursa-olsun öz oğlunu mühəndis görmək istəyirdi. 
Mirzəğa Əliyevlə mənim yaradıcılıq dostluğum həmin bu gecədən başlandı. 
Sonralar mən satir-agit teatrına getdiyim zaman səhnə arxasına keçib onunla 
görüşərdim. 
Mirzəğa  Əliyevin səhnəmizdə istər klassik, istər müasir sovet dram 
əsərlərində yaratdığı unudulmaz obrazlar, bütün tamaşaçıların xatirəsində, 
qəlbində silinməz iz buraxmışdı. O, biz yazıçılarla görüşəndə  Cəlil 
Məmmədquluzadədən, 
Əbdürrəhimbəy Haqverdiyevdən, Nəcəfbəy 
Vəzirovdan, Hüseyn Ərəblinskidən, Kəblə Cahangirdən  şirin-şirin maraqlı 
söhbətlər elərdi. O, Stanislavski, Şepkin, Tolstoy, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
264 
 
Ostrovski, Çexov yaradıcılığından böyük məhəbbətlə, hörmətlə danışardı. 
Onun yaradıcılıq oduyla yanan gur ilhamlı sinəsi canlı xatirələrlə doluydu. 
Bir ay əvvəl xəstəxanada onun yanındaydım. O, məndən "Burda mənəm 
Bağdadda kor xəlifə" komediyanın taleyini soruşdu. Mən də onun yadına ilk 
kiçik formalı komediyamın tarixini saldım. O, gülə-gülə dedi: 
- İlk komediyanda pis oynamışdım. Bu komediyanda oynamamaq kişilikdən 
deyil. Xəstəliyə qalib gəlirəm. Bir həftəyə qədər hələ həlbət burdan çıxacağam. 
Səhnə məni çağırır! 
Mən ona təsəlli verdim. 
Mirzəğa əmi ona gətirdiyim üzümdən yeyərək deyirdi
- Dostum yaxşı kişiydi, zəhmət sevən adamdı, yəqin bu üzümlər onun 
əkdiyi meynələrdəndir. O məndən bır neçə yaş böyükdü. Qoy onun üzümündən 
doyunca yeyim ki, o kişi qədər yaşaya bilim! 
Ondan ayrılarkən dedi: "Məndən yazıçılarımıza salam apar. Bir-birinizi 
sevin, bir-birinizə hörmət eləyin, bir-birinizi tənqid eliyəndə  də, çalışın ki, 
arada qərəz filan olmasın. Bundan xalqa sənətə xeyir dəyməz!  İnanıram ki, 
bundan sonrakı görüşümüz xəstəxanada yox, teatrda olacaq! 
Əl verib ayrıldıq. 
Heyhat, biz onunla teatrda tabutu yanında görüşdük. Amansız ölüm onun 
sən arzusunu ürəyində qoydu. Böyük sənətkar, yaxşı insan Mirzağa  əmi artıq 
aramızda yoxdur. Yox, yox, ölüm onun səhnəmizdə yandırdığı realizm sənəti 
məşəlini söndürməkdən acizdir. 
 
Bakı, 26 oktyabr 1954 
 
İSMAYIL HİDAYƏTZADƏ 
 
İsmayıl Hidayətzadə dedikdə gözlərimiz önündə  mənalı, qaynar həyat 
sürmüş böyük istedada malik sənətkarımız canlanır. 
Hidayətzadə kimsəyə  bənzəmirdi. O özündən  əvvəl gələn  şənətkarlardan 
öyrənərək, özünəməxsus orijinal, axtarışlarla dolu sənət yollarında 
addımlayırdı. Bəstəboy, qarabuğdayı, od baxışlı bu adamın 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
265 
 
daxilində bir sənət ümmanı dalğalanırdı. O, nə evdə, nə teatrda rahatlıq 
bilməzdi. Həmişə axtarışda, həmişə səhnəmizin inkişafı üçün düşünməkdəydi. 
O, qəlbinin bütün tellərilə səhnəyə, sənətə bağlı idi. Hidayətzadə, klassik və 
müasir dramaturgiya və  ədəbiyyatla çox yaxşı, dərindən tanışdı. O, səhnənin 
bütün sirlərinə  bələddi desək, yanılmarıq. Mən onunla Nəriman Nərimanov 
adına Sənaye Texnikumunda oxuduğu zaman, 1924-cü ildə tanış oldum. 
Məktəbimizin dram dərnəyində biz həvəskarlar kiçik formalı  əsərlər 
hazırlayardıq. Böyük formalı  əsərlər üçün dövlət dram teatrının artistlərini 
dəvət edərdik. Cəfər Cabbarlının "Aydın" dramasını Hidayətzadənin bizimlə 
məşq etdiyi yadımdadır. Şəmsəddin Abbasov Aydın, mən isə Surxay rollarında 
çıxış etdik. Məktəbli olduğumuz illərdə çox sevdiyimiz artistlərdən biri də 
Hidayətzadə idi. İstedadlarına heyran olduğumuz artistləri səhnədən kənarda 
görəndə sevincimizin hüdudu olmazdı. Abbas Mirzə  Şərifzadə, Mirzəğa 
Əliyev. Sidqi Ruhulla, Rza Təhmasib, Gəraybəyli, Hacıağa Abbasov, Mirziyə, 
Əzizə, Hidayətzadə kimi artistərin həyatını daha yaxından öyrənməyə can 
atardıq. Daha sonralar bu sənətkarlarla tez-tez görüşüb söhbət etmək, onlarla 
duz-çörək kəsmək kimi səadət də bizə nəsib oldu. 
1934-1935-ci illərdə Hidayətzadə ilə daha tez-tez görüşərdik. O, Cəfər 
Cabbarlının "1905-ci ildə"  əsərində Salamov, "Sevil"ində  Əbdüləli bəy, 
"Almas"ında Şərif surətlərini misilsiz məharətlə, ustalıqla ifa edərdi. 
Yadımdadır, biz yazıçılar "1905-ci ildə" tamaşası veriləndə teatra zəng 
vurub Salamov obrazını hansı artistin oynayacağını soruşardıq. Hidayətzadənin 
bu rolda çıxacağını biləndə toplaşıb dəstəylə teatra gedərdik. Biz onun daimi 
azarkeşləri idik. Hidayətzadə  hər tamaşada ifa etdiyi surətlərə  əsərdəki 
hadisələrlə  əlaqədar gözəl cizgilər, boyalar əlavə edərdi. Mürəkkəb xarakterli 
dolğun surətlər yaradan bu səhnə ustadının məharətinə hamımız heyran idik. 
Sənət məsələlərində prinsipial, özünə  və dostlarına qarşı çox tələbkar, sənət 
aləmində güzəşt bilməyən bu adam həyatda çox sadə, təvazökar və olduqca 
şirin söhbətli idi. Onun söhbətlərində incə bir yumor vardı. Özündən yaşlı  və 
kiçik sənət adamlarıyla Cəfər Cabbarlı, Abbas Mirzə  Şərifzadə, Ülvi Rəcəb, 
Əfrasiyab Bədəlbəyli. Rza Təhmasib, Sabit Rəhman, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
266 
 
Mikayıl Müşfiq, Məmməd Kazım  Ələkbərli,  Əli Nazim, Tuqanov, Adil 
İskəndərov, İsmayıl Dağıstanlı, rəssam Rüatəm Mustafayev, Şəmsi Bədəlbəyli, 
Ələsgər Ələkbərov və başqalarıyla dostluq edərdi. 
Mən də Hidayətzadənin dostlarından və sənət pərəstişkarlarından biri idim. 
Mən onun Trenyovun "Lyubov Yarovaya" əsərindəki  Şvandiya obrazını necə 
ustalıqla, məharətlə ifa etdiyinə valeh idim. Hidayətzadə bir rejissor kimi də 
böyük şöhrət və məhəbbət qazanmışdı... 
1937-38-ci illərdə  Əzizbəyov adına teatrda müdir olduğum zaman 
Hidayətzadə ilə daha yaxından dost olduq. Mən onun bir çox məşqələrində 
olmuşam. O, xüsusilə gənc artistlərə qarşı çox qayğıkeş idi. Məşq zamanı cavan 
artist onun tapşırıqlarını lazımınca yerinə yetirməyəndə  İsmayıl özü səhnəyə 
atılıb həmin surəti necə ifa etmək lazım gəldiyini nümayiş etdirər və ciddi 
tapşırardı ki, məni təqlid etmə, özünü tap, mən bu surəti bu sayaq düşünürəm. 
Sən də düşün, tap. O, hər məşq zamanı bir neçə dəfə tərli köynəyni dəyişərdi. 
Biz o vaxt tez-tez Hidayətzadəgildə toplaşıb pürrəng çay içərək teatrımızın 
repertuarı və kollektivi haqda ciddi söhbətlər edərdik. İsmayılın həyat yoldaşı 
Soltan xanım, oğlu Timuçin süfrəmizi dadlı  şirnilərlə  bəzərdilər. Mən onunla 
və Üzeyir Hacıbəyovla birlikdə özbək incəsənəti on günlüyünə Moskvaya və 
başqa yerlərə  səfərə  çıxmışam. Hidayətzadənin çox yaxşı yol yoldaşlığı var. 
Onunla səfərə  çıxan  əsla darıxmazdı. Moskvada keçiriləcək Azərbaycan 
incəsənəti ongünlüyünə hazırlıq  ərəfəsində Hidayətzadə dram teatrından 
rnüvəqqəti olaraq opera və balet teatrına köçürüldü. Onun tamaşaya qoyduğu 
"Koroğlu"nun necə böyük müvəffəqiyyət qazanması hamıya bəllidir. 
Hidayətzadə ayrı-ayrı surətlərlə yanaşı kütləvi səhnələri canlı nümayiş etdirmək 
işində çox mahir ustad idi. Kütləvi səhnələrə onun qədər böyük əhəmiyyət 
verən rejissor tək-tək olar. Moskva səfərindən sonra Hidayətzadə opera və balet 
teatrında bədii rəhbər vəzifəsində qaldı. 
Opera teatrında olsa da onun yarı canı, ürəyi dram teatrında idi. 
Yadımdadır, darıxanda zəng vurub məni yanına çağırardı. Çaydan, söhbətdən 
sonra, kabinetin qapısını bağlayıb ayna qabağında dayanardı. 
- Mirzə Süleyman, biletsiz axşam tamaşası başlanır - deyib birdən dram 
teatrında oynadığı surətlərdən parçalar nümayiş etdirməya başlardı. Özü də 
necə... Mənim üçün, tək bir tamaşaçı üçün vəcdə 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
267 
 
gəlib, coşqun ilhamla oynardı. Paltarsız, qrimsiz də olsa gözlərimin qabağında 
Salamov,  Şmaqa,  Əbdüləli bəy,  Şərif,  Şvandiya,  Şeyx Nəsrulla və başqa 
surətlər bütün boyalarıyla canlanırdı. Mən ondan xahiş edərdim ki, heç olmazsa 
ayda bir dəfə gəlib dram teatrında yaratdığı bu surətləri tamaşaçılara göstərsin. 
O, razılıq versə də, operada iş çox olduğundan bu vədi yerinə yetirə bilmirdi. 
Hörmətli bəstəkarımız Qara Qarayev bu günlərdə bəstəkarların qurultayında 
çox haqlı olaraq Hidayətzadənin və  Məhərrəm Haşımovun opera sənətimizin 
inkişafı üçün böyük zəhmət çəkdiyini hörmətlə qeyd etdi. Vətən müharibəsi 
illərində: opera və balet teatrımız Təbrizdə çox böyük müvəffəqiyyətlə 
tamaşalar verdi. O zaman teatrın bədii rəhbəri yenə Hidayətzadə idi. 
Təbrizin, Mərəədin, Sərabın,  Ərdəbilin teatr həvəskarları onun yanına 
məsləhətə  gələrdilər. Hidayətzadəni burada da sevdilər. Bir qardaş, bir ustad 
kimi bağırlarına basdılar. 
1946-cı ildə "Qaçaq Nəbi"  əsərinin quruluşunu Hidayətzadəyə 
tapşırmışdılar. Onun kimi rejissorla işləmək doğrudan da müəllif üçün 
səadətdir. Həmin ildə  mən bir neçə aylığa Moskvaya təhsilə getməli oldum. 
Əsərdən nigarandım. Hidayətzadə ilə məktublaşandan sonra ürəyim sakit oldu. 
Hidayətzadənin məktublarında da özünə  məxsus bir əda və yumor vardı. 
Onlardan bir neçə misal gətirmək istəyirəm. O yazırdı: "Qardaşım Süleyman! 
Hər şeydən qabaq salam olsun əziz Mirzə Süleyman ağaya və sonra ərz olsun 
ağamın qulluğuna ki, sənin məktubunu aldım və çox şadam ki, Moskvadakı 
işlərin düzəlib və  hər  şey öz qaydasıyla cağbacağdır. Snə cavab yaza 
bilmədiyimə  səbəb çoxdur. Birincisi odur ki, mən bu vaxta kimi "Qız qalası" 
quruluşunda məşğul idim. Aprelin 18-də tamaşa böyük müvəffəqiyyətlə keçdi. 
Ancaq hələ "Qız qalası" qurtarmamış, məni çağırıb aprel bayramı üçün, yəni 
aprelin 28-i üçün böyük bir konsert proqramı düzəltməyi tapşırdılar. Əlavə bu 
kansertdə birpərdəli yeni bir əsər göstərməli idim. Yəni, yoldaş Orconikidzenin 
və başqa yoldaşların Azərbaycana ilk dəfə gəlmələrini göstərməli idik. Odur ki, 
kompozitor Niyazi və Mikayıl Rəfıli ilə bu tema üzərində çalışıb bir pərdədən 
ibarət bir səhnəcik quruluşu verdim". 
Hidayətzadə bütün böyük təntənələrdə, bayramlarda, əlamətdar hadisələrlə 
əlaqədar  şənliklərdə verilən konsertlərə  məharətlə,  İlhamla, məhəbbətlə 
rejissorluq edirdi. 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
268 
 
 
  
"Qaçaq Nəbi"  əsərilə  əlaqədar bir məktubunda mənə belə yazırdı: "Mən 
pyesin üzərində  hələ  də çalışıram. Məncə  nə  qədər çox məşğul olsam, bir o 
qədər yaxşı olar. Süleyman, məncə pyesdə  həll edilməmiş bir son şəkil 
qalmışdır. Mən belə güman edirəm ki, 10-cu şəkildən sonra məsələni çox 
uzatmamalı, çünki artıq hər  şey aydındır. Bəlkə, artıq pyes boyu aparılan 
mübarizələrə bir yekun vurmaq zamanı çatmışdır?! Odur ki, pyesin finalını 
tapmaq və  həll etmək lazımdır. Ancaq bunu elə etmək lazımdır ki, ara 
soyumasin". 
Görürsünüzmü Hidayətzadə necə qayğıkeş bir sənətkar və  nə  qədər 
mehriban bir insan olmuşdur. Görursünüzmü səhnonin sirlərinə nə qədər aşina 
bir ustaddır. Səhnə onun üçün bir müqəddəs ocaq, bir məbəd idi. Mən belə bir 
sənətkarı, belə  səmimi bir dostu unutmamışam. Onu həmişə  məhəbbətlə, 
hörmətlə yad edirəm. 
Hidayətzadə teatr sənəti aləmində özünə layiq fəxri bir yer tutmuşdur. 
 
10 yanvar 1968 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin