ƏRDƏBİL SƏFƏRİ
Bizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü
günündə Ərdəbildə əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı
idi. Bizim Qizıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdl. Bu
hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə
bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. "M-l" maşınla
yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə qət edirdik. Axşamüstü
Səraba çatdiq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola
çıxmaği məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən
ehtiyat edirdi. İkimizin də rutbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər
dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərok mənimlə
sürücünün üzərindo rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük.
O, sürücüyə ciddi tapşırdı ki, "Gözün dörd əfsun, yolda gözünə şübhəli bir şey
görünəndə cəld maşını saxla".
Artıq qaranlıq düşmüşdü. Dərələrdın keçəndə qulaqlarımızda küləklərin
uğultusu səslənirdi.
Təbrizdən Ərdəbilə gedən yol boyu hər şeydən çox söyüd və iydə ağacları
görmək olur. Hətta palçıq evli kənd həyətlərində, küçələrində də bu ağaclar
görünür. Yollarda Tehrana və digər şəhərlərə gedən maşınların damında da
kəndirlə məhküm sarınmış yük vardı. Bir də görürsən ki, yolu tozanaq bürüdü.
Yolda toz bulud kimi havaya qalxdı. Budur, bir neçə yüz eşşəkdən ibarət
karvan gəlir. Bunlar hansı mülkədarınsa, xanınsa taxılını, toyuq-cücəsini,
meyvosini şehere daşıyır. Bu malları gətirən karvanı sürən kəndlilərin yolların
tozundan ancaq parıldayan gözlərini yaxşı seçmək olurdu. Yollar, yollar, ağ
saçlı yollar, cənublu qardaşlarımın dərdlərinə, müsibətlərinə şahid yollar.
Cənublu qardaşlanmızın qəhrəmanlıqlarına şahid yollar. Bu yollardan
səyyahlar, şairlər, alimlər, sərkərdələr keçib. Bu yollardan
____________________Azərbaycan Milli Kitabxanası___________________
286
körpə Mirzə Fətəli (Səbuhi) keçib. Qaçaq Nəbi Təbrizə çar təzyiqindən bu
yollarla gəlib. Ehtiyac içində boğulan cənublu qardaşlarımız bir parça çörək
həsrətiylə Bakıya bu yollarla gəlib - Səttarxan öz fədailərilə bu yollardan
keçərək azadlıq bayrağını Tehran meydanında dalğalandırmışdır. Bu yollarla
kəndlərdən-kəndlərə gələn köçərilər, bu yollarla son mənzilə gözəllər, igidlər
ötürüblər.
İndi yollardan ürəyi dərdlərlə, xoş arzularla dolu cənublu qardaşlarımız və
öz səadətini qorumaqçın canından keçməyə hazır sovet adamları keçir. Mən il
boyu hazırda Ərdəbildə yaşayan Baba haqqında düşünürdüm. Bizim Qasım
İsmayılov küçəsində yaşayırdı. Bütün məhəllə onu tanıyırdı. Cənubi
azərbaycanlı Baba bir novxanıli qızına evlənmişdi. Məhləmizdə ona həmşəri
Baba deyərdilər. Çox şirindil, üzügülər adam idi. Onu həmişə atamla söhbət
eləyən görərdim. Baba atama İran həyatından, oradakı bolluqdan, ucuzluqdan
danışardı. Mən bu söhbətlərə qarışanda Babanın xoşuna gəlməzdi. İran
pasportlu Baba müharibədən beş-altı il əvvəl İrana köçmüşdü. Məni
düşündüran onun mədh etdiyi bu torpaqda necə güzəran keçirməsi idi.
Mən bu xəyalda ikən lapdan maşınımız dayandı. Əlizaman bağırdı: - Nə
var, adə?
Sürücü cavab verdi ki, qabaqdan gələnlər var.
Əlizaman tez maşından yerə atılıb əmr verdi:
- On
addım geri, yerə yat!
Mən naçar maşından düşüb on addım geri çəkildim və yoldaşımla yanaşı
tozlu yerə sərələndim. Yenə onun əmrilə silahlarımızı atəşə hazirladıq. Birdən
sürücü maşının yanından bağırdı:
- Yoldaş batalyon komissarı!
- Nə olub adə?
- Gedən dəvə karvanıdir.
- Adə, ölmüşdük ki, bunu əvvəldən deyə bilməzdin.
-
Əvvəldən bu qaranlıqda hardan deyə bilərdim!
Maşına minib yolumuza davam etdik.
Gecəni Əfdəbilə yaxın Nəyir kəndində qaldıq. Orada bizim qrup-padio üç
yoldaşımız vardı. Onlar Nir əhalisi və təbiəti haqqında rusca məlumat
yazmışdılar. Yoldaşım yorğunluğa baxmayaraq yoldaşlarımızın rusca savadlı
yazılmış bu məlumatının "səhvlərini" düzəldib sonra yatdı.
Səhəri Ərdəbilə gəldik.
____________________Azərbaycan Milli Kitabxanası___________________
287
Səfər dostum çox gözəl insandı. Ürəyi təmiz, bəzən bir uşaq qədər sadə idi.
Yaxşı da təşkilatçı idi.
Ərdəbil səfərində o ovundan da qalmırdı. Təpəyə qonmuş qartal gördümü,
maşını saxlatdırırdı. Atəş açandan sonra sürücüyə deyərdi ki, get o vurduğum
quşu gətir. Sürücü bir neçə dəfə "vurulmuş" quş dalınca gedib əliboş qayıtdı.
Nəhayət, etirazını bildirib daha quş dalınca getmədi. O isə deyirdi ki, yaxşı
baxsaydın vurulmuş quşu çoxdan tapardın.
Yol boyu şirin söhbət edərək gəlib Ərdəbilə yetişdik.
Burada çalışan yoldaşlarımızın numayiş və çevriliş haqqında məlumatları
yox idi.
Dostum bizim yoldaşlarla məşğul oldu.
Mən şəhəri dolaşdım. "Hövdək" adlı qəzet redaksiyasında Ayı Cövdətlə
tanış oldum. Ziyalılarla görüşdük. 7 Noyabr nümayişi haqqında söhbət etdik.
Onlar məni başa düşdülər. Nəhayət, çayxanaları gəzdim. Burada Bakıdan
gələnləri gördüm, səmimi söhbətimiz oldu.
Nəhayət, bir çayxanada qəribə hadisə baş verdi. Yeri torpaq, mizi köhnə
taxtadan ibarət, tüstüdən göz-gözü görmək mümkün olmayan bu çayxanada
oturub çay istədim.
Ərdəbillilər məni əhatə edib ölkəmiz və müharibə haqqında suallar
verirdilər. Bu dilində əlində stəkanlar dolu padnosla bizə tərəf çay gətirən adam
mənə tanış gəldi.
O mənə yaxınlaşanda "Süleyman!" deyib padnosu əlindən yerə buraxdı.
Çayxanadakılar donub qatdılar. Mən də "Baba!" deyib ayağa qalxdım.
Qucaqlaşıb öpüşdük.
Baba ağlayırdı. Göz yaşını əlinin dalı ilə silib yanımda oturdu. Babanın
paltarı köhnə, ayaqları yalın idi. Bəli, atamın cənnət kimi qələmə verdiyi,
burda, Baba çayçı şagirdi olmuşdu.
Baba deyirdi ki, sovet qoşunları İrana daxil olanda göydə sizin ilk təyyarəni
mən gördüm. Ona əl elədim. Baba ilə şərtləşib evlərinə getdim. Arvadı da məni
görüb ağladı. Bütün məhəllə adamlarını soruşdu. Bu yoxsul, bər-bəzəksiz, yeri
torpaq daxmada bir neçə saat şirin söhbətimiz oldu. Artiq əmin idim ki,
Ərdəbildə heç bir xoşagəlməz hadisə baş verməyəcəkdir.
Ərdəbildəki hərbi dostlardan bir qədər azuqə alıb Babanın evinə göndərdim.
Əvəzinə Babadan yalnız bir kütüm balığı götürdüm.
____________________Azərbaycan Milli Kitabxanası___________________
288
Ərdəbildə köhnə uçuq məscid vardır. Məscid deyəndə, hücrələri, barılan da
uçmuşdur. Oraya getməli oldum. Çünki Sovet İttifaqından İran təbəələri 1937-
ci ildə İrana köçürülərkən onların əksəri Ərdəbilə gəlmişdilər. Baba mənə
demişdi ki, onların çoxu dilənçiliklə dolanır. Onlara mühacir (çervən) adı verib
işsiz, pənahsız buraxıblar. Varlı gələnlər yoxsul olmuşlar.
Bəli, mən məscidə getdim. Uçuq hücrələr ayaqyalın, başıaçıq, çılpaq, meyit
rəngli uşaqlarla, əldən düşmüş qocalarla dolu idi. Bizi görən kimi hamı
məscidin həyətinə doluşdu. Yüzlərlə azəri burada göz görə-görə acından
qırılırdı. Bəzilərinin başına hava gəlmişdi.
Bir gənc dodaqaltı öz-özüylə danışırdı. Şeir deyirdi. Mən bu mənzərəni
Ərdəbildəki hərbi yoldaşlarımıza danışıb, onlara yardım göstərmılırini xahiş
etdim. Yoldaşlarımız yaxşı dolanırdılar.
Məsləhətlyşib qərara gəldik ki, aldıqları düyü, kartof, yağ, qənd paylarını
bir araya toplayıb həmin aclara versinlər. Burada bir gənc dilənçi qadına rast
gəldim. Söhbət əsnasında aydın oldu ki, o vaxtilə Gəncədə müəllimə imiş...
İrana gələndən sonra bu hala düşmüşdür. Bu savadlı qadın dilənirdi. Biz onu
hələlik Təbrizdə sovet xəstəxanasına işə göndərdik. Həmin qadınla görüşdən
bir şeir yarandı. "Təsadüf" adlı şerim bu görüşün nəticəsidir. Şeir beiə başlayır:
Birdən gözüm sataşdı xiyabanda bir qıza
Qafqazdakı həyatın mən andım, ağladım,
Dilbərdi, nazənindi, fəqət indi heç nədir,
Ahından od tutub o qızın yandım, ağladım.
Ərdəbildə məşhur təlxək Lotu Cabbara rast gəldim. Mən onu uşaqlıqda da
görmüşdüm. O, Quba meydanında meyxana deyərdi, qəribə oyunlar nümayiş
etdirib tamaşaçıların şiddətli gülüşünə səbəb olardı.
Lotu Cabbar xalq arasında məşhur oyunbaz idi. Onun maharətinə hamı
heyran olurdu.
Hətta çar dövründə onun yaratdığı məzhəkələr öz səsilə vallara yazılıb
satılırdı.
Lotu Cabbar Bakı və başqa şəhərlərimizin toylarında çox iştirak etmişdir.
Mən onunla 1937-ci ildə də görüşmüşdüm. Azərbaycan Dövlət Dram
Teatrında müdir vəzifəsində çalışdığım zaman Moskvada
____________________Azərbaycan Milli Kitabxanası___________________
289
keçiriləcək 10 günlük üçün bizdə tamaşalar hazırlayırdıq. "Hacı Qara"
komediyasının quruluşçu rejissoru respublikamızın xalq artisti Rza Təhmasib
idi. Rza Təhmasib xahiş etdi ki, Heydər bəyin toy məclisində mütləq Lotu
Cabbar iştirak etməlidir. Onu tapıb teatrda işləməyə dəvət etdik. Lotu Cabbar
məşqlərdə çox gülməli oynnlar nümayiş etdirirdi. Bu qocaman usta hamımızı
güldürürdü. Nəhayət, bir gün son məşq zamanı salonda adamların çoxluğunu
görən Lotu Cabbar vəcdə gəlib sərhədi aşdı. Ağzından bir neçə beyt qəribə söz
çıxdı. Rza Təhmasib vahiməyə düşdü. Dedi: "Qürxuram Moskvada daha başqa
sözlər icad eliyə".
Lotu Cabbarın zəhmət haqqısını verib hörmətlə yola saldıq. Budur, indi
Ərdəbildə həmin Lotu Cabbar yanımızdadır. Bizi əyləndirir, güldürür.
Qocalığına baxmayaraq yenə qıvraqdır, çevikdir. Meyxana deyir, sərçə
rəqsi göstərir. Barmaqlarıyla çəhəngini ta qulaqlarının dibinə aparır. Dombalaq
aşır. Bir söz, bütün oyun proqramını bizim üçün nümayiş etdirir.
Lotu Cabbar da Bakıda qalan qızı və digər qohumlarından nigaranlığını
bildirdi.
Mən Ərdubildə necə yaşadığını soruşdum. O dedi ki, "Əvvəllər bir qədər
çətin dolanırdım, Allaha şükür, siz gələni kalanam.
Mən ölüm, nə qədər mən sağam burdan getməyin. Yoxsa ölərəm, qalarsınız
mənsiz.
Görürsünüz ki, sizin yanınıza tez-tez gəlirəm, siz mənim çörək ağacımsınız.
Ərdəbilin bütün varlıları mənə həsəd aparır. Onlar sizdən yaman qorxurlar. İllər
biri ayrılıqda cibimə pul basıb deyir ki, məni o şurəvilərə tapşır. İşdir, bir şey
olsa, mənim vanına, malıma toxunmasınlar. Mən də həriflərə deyirəm ki,
qorxmayın, sizi onlara çox möhkəm tapşırmışam, noxtaları əlimdədir. Budur,
bu gün onlar mənim cibimə pul basıb yanınıza göndəriblər, mən də gərək bu
pulların əvəzinə sizə kef verəm. Mən ölüm, burada həmişəlik qalın, getsəniz
bataram".
Lotu Cabbarı bir daha görmədim.
Ərdəbildən Sərəyinə getdik. Bizə xəbər verdilər ki, orada almanların
çadirları və qeyri-ləvazimatı qalmışdır. Biz dağlara doğru hərəkət etdik. Yolda
bir çayxanada çay içmək istədik. Çayxanadan nəşə qoxusu gəlirdi. Çayxananın
divarına yaşıl karandaşla çəkilmiş eybəcər şəkillər vardı. Mən o şəkilləri
divardan qopardım! Çayxana sahibi dedi
____________________Azərbaycan Milli Kitabxanası___________________
290
ki: "Onları nahaq yerə çıxartdım. O şəkilləri bir dəli çəkir və gəlib bu divarlara
yapışdırır. Ona mane olduqda çayxanada stəkan, nəlbəki qoymur. Hamısını
sındırır". Sərəyinə çatdıq. Burada almanların çadırlarından əlamət görmədik.
Kim isə onları bizdən əvvəl aparmışdır. Guya almanlar buradakı suların tədqiqi
ilə məşğul imişlər.
Burada kiçik çaya bənzar Sərəyin suyu axırdı. Su buğlana-buğlana axırdı.
Əlimizi suya vurduq. Çox isti idi. Müalicə əhəmiyyətli su idi. Çox yerdən
adamlar buraya gəlib həftələrlə bu suda çimirlərmiş. Yaxın kəndə girdik.
Təəccüblüdür. Bilirdik ki, Cənubi Azərbaycan kəndlərində nə hamam olur, nə
də bir həkim... Bu səbəbdən kəndlilər müxtəlif xəstəliklərə tııtulurlar.
Kəndlilərin ehtiyacdan və natəmizlikdən rəngləri solğun olur. Bu kənddə isə
adamların sifəti başqa şəkildə idi. Gözümüzə qıvraq görünürdülər. Kənddə çox
gözəl su da vardı. Bu eynənNarzan suyu kimi idi.
Kənd əhalisi həm isti suda çimir, həm də bu Narzana bənzər suda.
Bu sudan bir şüşəni doldurub ağzını probka ilə möhkəm bağladıq.
Sərəyindən qayıdarkən suyun qazı iki dəfə probkanı havaya atdı. Yol üstündə
bir kənd yaxınlığında birdən maşınımızın qabağına bir kəndli ailəsi çıxdı.
Onlar maşının qabağında yerə sərələndilər. Maşından düşüb nə istədiklərini
soruşduq.
Arvadı və uşaqlarıyla qarşımıza çıxan kəndli yalvarmağa başladı:
- Ağalar, bu balalarımıza rəhminiz gəlsin. Allah xatirinə bizim acından
ölməyimizə razı olmayın. Əmniyələr qış ehtiyatımızı-taxılımızı zorla
evimizdən apardılar. Siz haqq-ədalət sahibisiniz. Bizə kömək əlinizi uzadın.
Mənim dostum kəndliyə dedi ki, sizin öz hökumətıniz var. Ora şikayət
eləyin. Bir də sizin daxili işlərinizə qarışmağa bizim ixtiyarımız yoxdur.
Bu dəfə uşaqlar ağlaşmağa başladı. Mən dözə bilmədim, maşını kəndə
sürdük. İnsanlığımızı, sovet adamı olduğumuzu yerinə yetirməli idik. Bəli,
kəndlinin qış azuqəsi ondan haqsızcasına alınmışdı.
Kəndlinin oğlu Ərdəbildə azadgahlarla çalışırmış - bu ailənin "günahı" bu
imiş. Kəndlinin taxılını özünə qaytardılar. Ürəyi sakit Ərdəbilə qayıtdıq.
Ərdtibildə doğrudan da bir həyəcan vardı. Bu həyəcanı doğuran çürümüş
üsuli-idarə idi. Biz həqiqətən İranın daxili işlərinə
____________________Azərbaycan Milli Kitabxanası___________________
291
qarışmırdıq. Ehtiyacdan, istismardan, istibdaddan cana gəlmiş adamlar artıq bu
quruluşun çürüdüyünü bilirdilər. Nicat yolu axtarırdılar. Bu vəziyyati
yaradanlar isə bunu sovet qoşunlarının İran torpağında olmasıyla izah etmək
istəyirdilər. Özləri bunu bilirdilər. Lakin Qızıl Ordunun İran torpağında olması
onlara kəndlilərə divan tutmaq üçün istədikləri məkanı vermirdi.
Biz Ərdəbildə şəhər rəisinin (ostandarın) yanında olduq. O, qoca və arıq bir
adamdı. Söhbətimiz Ərdəbildəki və kəndlərdəki vəziyyət haqqında idi. O
farsdı, bizimlə hərbi pallarlı bir gənc İran zabitinin vasitəsilə söhbət edirdi. Biz
sovet hərbi nümayəndələrinin onların daxili işlərinə qarışmadığını, kəndlərdəki
silahları öz qoşunlarının qaçarkən kəndlilərə verdiklərini, satdıqlarını söylədik.
Bu həqiqəti əlbəttə, danmaq olmazdı. Əksinə, biz İran torpağında iğtişaşların
baş verməməsinə çalışırdıq.
Bir dostumuz yenə özünəməxsus əda ilə üzünü ostandara (şəhər rəisinə)
tutub dedi: "Cənab fərhəngdar (belə bir təbir yoxdu) məsələnin əsası budur ki,
belə-belə bir şeylər" mütərcim bu cümləni tərcümə edə bilmədi. Ostandara
söylədi ki, ağanın cümləsini anlamadım.
Daha sonra dostum nitqinə davam etdi.
- Ağayi fərhəngdar, biz Süleyman Rüstəmlə sabah səhər Ərdəbildən çıxıb
getməliyik.
Bu sözü yarımçıq qoyub dostum birdən həyəcanla dedi:
Ostandar tərcüməçidən soruşdu ki, ağa niyə əsabanı danışır.
Tərcüməçi ostandan başa saldı.
O da cavab verdi ki, "mən ağanın havaxt hardan gəlib və havaxt hara
gedəcəyilə əsla maraqlanmıram. Əsəbanı olmağa dəyməz".
Oslandarla söhbətimizdən sonra dostumdan özündən çıxmasmın səbəbini
soruşdum. Cavabı bu oldu: "Yaxşı qurtardıq, sirri yaman vermişdim. Axırını
yaxşı ki, düzəltdim. Yoxsa sabah yolda qabağımızı kəsib səni də, məni də
öldürərdilər".
Ərdəbili ətrafındakı xanlar arasında da müxtəlif hadisələr baş verirdi.
Alman radio verilişlərinə qulaq asan bu xanlar Moskvanın düşmənlərimiz
tərəfindən alınacağını güman edirdilər.
Xüsusən Şahsevən xanları arasında belə söhbətlər gedirdi. Bu xanların
bəzisi bir-birilə yaxın qohum idilər. Ərdəbildə Korotkov yoldaşla görüşdüm. O,
Ərdəbilə bu məsələlərlə əlaqədar gəlmişdi. Korotkov farsca da bilirdi.
Qarayaniz zarafatçı bu adarala söhbətimiz tutdu.
____________________Azərbaycan Milli Kitabxanası___________________
292
O, Ərdəbildə evi olan Şahsevən Nəsrulla xanla görüşməli idi. Onun evinə
birlikdə getməyimizi təklif etdi. Nəsrulla xan bizı qəbul üçün yaxşı hazırlıq
görmüşdü. Məclisdə üçümüzdən başqa kimsə yoxdu. Bəzən xanın xidmətçiləri
qapı arasından ehliyatla görünüb süfrəyə yeməklər verirdilər.
Nəsrulla xan da yaman zarafatcıl idi. Görünür, Korotkovla o əvvəllər də
görüşübmüş. Çünki aralarında çox dərin zarafat olurdu. Korotkov ona ağır
söyüşlər yağdırdıqsa Nəsrulla xan qəhqəhə çəkib gülürdü.
Burada söhbət xanların bir-birlərilə silahlı toqquşmalara yol verməmələri
haqda gedirdi. Nəsrulla xanın dediyindən belə çıxırdı ki, bizi Şahsevən xanları
sovetlərin qələbəsinə inanmır. Almanlara rəğbət bəsləyirlər.
Nəsrulla xan bizə iki sual da verdi.
1. Stalin
haradadır?
2. Moskvanı almanlar ala biləcəkmi?
- Əsla yox.
Nəsrulla xan bir sıra sorğu-sualdan sonra bizi əmin etdi ki, "Şahsevən
xanları sovet qoşunları İranda olduqları müddətdə ixüşaşa yol verməyəcəklər".
Ərdəbildən Korotkovla birlikdə çıxdıq.
Noyabrın əvvəli idi. Yollara bərk qar yagmişdı. "M-l" maşının çarxlarına
zəncir bağladıq. Qarlı yoldan çox ağır keçirdik. Yolda bizdən başqa kimsə
yoxdu.
Nəhayət, yarı yolda maşınımız dayandı. Ətrafda gözümüzə bir yaşayış yeri
görundü. Biz yüngül payız paltarında idik. Donmayaq deyə ayaq döyürdük.
Nəhayət, yoldan bir neçə yüz addım bir yerdən nazik tüstü çıxdığını gördük.
Özümüzü ora yetirdik. Bu uçuq, xaraba bir mənzildi. İçəridən arıq, qara, çox
qoca bir kişi çırpılardan ocaq düzəldib üstünə köhnə bir çaydan qoymuşdu.
Kim olduğunu soruşduq. Xanımanı dağılmış, işsiz, sərkərdan bir şəxs olduğunu
bildirdi. Onun dediyinə görə, yaxında bir kənd var. Ondan xahiş etdik, kəndə
bizim haqqımızda xəbər versin. Ona bir neçə tümən pul da verdik.
Qoca ayağa qalxıb yola düşdü. İki saat sonra əllərində bel bir dəstə kəndli
harayımıza yetişdi. Onlar bizimlə əl verib, salamlaşdı. Yolun qar toplanmış
xeyli sahəsini təmizlədilər. Biz onlara öz səmimi təşəkkürümüzü, hörmətimizi,
məhəbbətimizi bəyan edib Təbrizə yola düşdük.
____________________Azərbaycan Milli Kitabxanası___________________
293
12-Cİ TÜFƏNG
Şərab səfərində bir hadisənin şahidi olmuşduq. Mən onu bilərəkdən sonra
yazmağı qərara aldım. Əmniyə rəisiylə və əmniyələrlə birlikdə hadisə baş
vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki,
sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə
Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq
lazımdır.
Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb İrandakı vəziyyətdir.
Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri əzabların
nəticəsidir.
Əmniyyə rəisi isə öz nadan fikrindən əl çəkmirdi. Birlikdə Savalan dağları
ətəyinə doğru hərəkət etdik. Bahar ayı idi. Savalanın təpəsində hələ qar
əriməmişdi. Atlarımızın ayaqları altından bahar çiçəklərinin qoxusu qalxırdı.
Dağ yuxarı qalxdıqca təmiz havanı ciyərlərimizə çəkirdik.
Yüksəkdə bina edilmiş kəndə çatdıq. Kəndlilər çox təəccübləndilər.
Əmniyyələrlə birlikdə iki hərbi sovet adamı vardı. Kəndin ağsaqqali bizi
təzimlə, ehuramla qarşıladı. Uşaqlar bizi dövrəyə aldı. Kəndliləri başa saldıq ki,
onlarla söhbətə gəlmişik. Bizi kəndin kənarında ikigöz otaqdan ibarət bir
mənzilə apardılar.
Otağın mənzərəsi mənim diqqətimi cəlb etdi. Pəncərə şişələri sınıqdı.
Onlara xamırlı kağızla yamaq vurmuşdular.
Bəli, bu bir yoxsul evi idi.
Divarlar isə başdan ayağa qəzetlərdən cırılmış şəkillərlə bəzənmişdi. Otağın
bu bəzəyindən orada yaşayanların daxili aləmini bilmək olardı. Divarlarda
Leninin, Stalinin, Nəriman Nərimanovun, sovet sərkərdələrinin qəzetlərdən
kəsilmiş, şəkilləri yapışdırılmışdı. Otaqda bardaş qurub oturduq. Bizim üçün
qoyun kəsmək istədilər. Yəqin gedəcəyimizi söykəyib buna razılıq vermədik.
Bizo pürrəng çay gətirdilər. Söhbətə başladıq. Kənd ağsaqqallarına bildirdik ki,
bu yaxınlarda bu kənddə 12 əmniyəni tərksilah etmisiniz. Tüfəngləri onlara
qaytarmalısınız. Sovet hökuməti İranda silahlı çıxışların əleyhinədir.
Kəndlilər əvvəlcə əmniyələrdən silah almadıqlarını soylədilər. Əmniyə rəisi
birdən başından böyük qələt edib təhqiramiz sözlər işlətdi. Ağsaqqallar
qəzəbləndi. Əlbətlə, üç-dörd əmniyə bu kənddə
____________________Azərbaycan Milli Kitabxanası___________________
294
nə edə bilərdi ki. Səfərə çıxanda biz zamin olmuşduq, kəndlilər onlara
toxutunayacaqlar. İndi isə kişilənməyə, xoruzlanmağa başlayıblar.
Biz kəndliləri sakitləşdirib əmniyə rəisinə bir daha ədəbsiz danışmamağı
məsləhət bildik. Kəndin ən yaşlı sakini bizdən icazə alıb yan otağa keçdi. Bir
neçə nəfərlə nə haqdasa söhbətdən sonra yenə yanımıza gəldi.
- Bəli, əmniyələrdən silah almışıq. Silahlar kənddədir. İndi ki şurəvilər
silahları qaytarmağı məsləhət görür, nə olar ki, qaytararıq.
Ancaq bu silahları qaytarmaqla biz əliboş qalmırıq. Kəndimizə pis niyyətlə
gələnləri qarşılamağa çomaqla da, baltayla da gücümüz çatar.
Qoca iki nəfərə işarə verdi ki, silahları gətirsinlər. Oturduğumuz otağa
əmniyələrin qabağına bir-birinin dalınca tüfənglər töküldü. Əmniyələr
tüfəngləri saydılar. Otağa ən bir tüfəng gətirilmişdi. Əmniyələr 12-ci tüfəngi
tələb etdilər. Kəndlilər isə təkidlə 11 tütəng aldıqlarını irəli sürürdülər.
Bu söhbətlər əsnasında digər otağın pərdəsi arasından hərdən iki baş
görünürdü. Bunlardan biri örpəklə üzünü örtmüş gənc bir qadın, digəri isə on,
on iki yaşli bir qəşəng uşaq idi. Biz kəndlilərdən xahiş etdik ki, 12-ci tüfəngi də
qaytarın, əmniyələr artıq əskik danışmayıb sakit olsunlar.
Ağsaqqal yenidən ayağa qalxıb yan otağa keçdi. Az keçmədən otaqdakı
tüfənglərin üslüna 12-ci tüfəngi yerə tulladı. Bu dəm qapı ağzında boynunu
burub dayanan uşaq fəryad qopararaq qartal ov üstünə şığıyan kimi 12-ci
tüfəngin üstünə atıldı.
— Yox, bunu vermərəm, vermərəm!
Uşaq tüfəngi sinəsində sıxıb vermək istəmirdi. Kəndin ağsaqqalı və qadın
uşağı güclə tüfəngdən ayırıb yan otağa apardılar. Bu tüfəng nəzərinizi cəlb etdi.
Onun qundağı parçalanmışdı.
Ağsaqqal bu tüfəngin tarixini bu şəkildə danışdı. "Ağalar, əztz şurəvilər, bu
kəndlərdə mülkədarların, bax bu əmniyətlərin əlindən zülm ərşə dayanmışdı.
Bir adamı öldürmək onlar üçün bir milçək öldürmək kimi idi.
Qonşu kəndin mülkədarı çox zalım, qəddar adamdi. Bıçaq sümüyə
dayanmışdı. Bir gün həmin kəndin yoxsulları yığışıb mülkədarın yanına
dərdlərini danışmağa getdilər. Mülkədar bu söhbəti öz nökərlərinə gülləsilə,
atəşilə aparmağı lazım bildi...
____________________Azərbaycan Milli Kitabxanası___________________
295
Kəndlilərdən ölən, yaralanan oldu. Bizim kənddən həmin qonşu kəndə
köməyə gedənlər oldu. Bu uşağın atası bu Tüfənglə həmin kənddə mülkədarın
quldurlarına qarşı atışmada iştirak etmişdi. Atışma zamanı bir-bir güllə gəlib
tüfəngin dəstəyinə toxunaraq bu uşağın atasının ürəyindən dəyir. O can
verərkən bu tüfəngi oğluna verməyi və atasının intiqamını zalimlərdən almağı
arzu etdi.
O gündən bu uşaq həmin tüfəngi gələcək ədalət davasında atasının heyifini
almaq üçün saxlayırdı. Nə olar... Bu tüfəng olmasın, başqa tüfəng olsun. Sağlıq
olsun, bu divarda gördüyünüz şəkilləri ruznamələrdən həmin bu uşaq kəsib
otağı bəzəmişdir. Uşağın adı Nərimandır". Kəndlilər və balaca Nəriman bizi
kəndin kənarına qədər ötürdülər. Mən ayrılarkən Nərimanın alnından öpdüm.
Bütün yol boyu onun haqqında düşünürdüm. Yazdığım "12-ci Tüfəng"
poeması bu hadisənin bəhrəsidir.
1967-ci ildə mənə ol boyda bir kağız verdilər. Bu, Cənubi Azərbaycandan
idi. Yazının müəllifi radio ilə mənim "Əzizlərdən əzizlərə" şerimi dinləyib onu
yazılı surətdə məndən istəyirdi. Yazının altından "N" yazılmışdı. Çox
düşündüm. Nəhayət, sevincimdən nə edəcəyimi bilmirdim. Bəli, bunu mənə, 25
il sonra kənddə gördüyüm, taleyindən nigaran qaldığım Nəriman yazırdı.
Bəli, uşaq çağında gördüyüm Nəriman indi yəqin vətənpərvər, zəhmətsevər
bir mübarizdir.
Səhra kəndindən Sərab yoluyla Təbrizə qayıtmalı idik. Bu səfərdə Ərdəbil
səfərində olan dostum yox idi. Bu səfərdə mənimlə Şahgəldiyev Həsən vardı.
Buna görə də məzəli hadisələr də baş vermirdi.
Bu yolda yenə bir hadisəylə üzləşdik. Bizi əyləndirib şikayətləndilər ki.
Duz-duzan kəndində bolşeviklər var. Mülkədarları sıxışdırıblar. İndi də Duz-
duzandayıq. Kənd əhalisi ilə mülkədar arasında gərgin mübarizə gedir.
Mülkədar öz qohumları və nökorlərilə uca banlı malikanəsino çəkilib guya
Özlərini təhlükədən qoruyurlar. Onlarla danışığa girmək istəyənlərə barının
gözlərindən atəş açırlar.
Burada bir nəfər özbaşına kəndlilərə rəhbərlik etməyə başlamışdı. Heç bir
təşkilatla əlaqəsi olmadan özünü bu kənddə bolşeviklərin müvəkkili
adlandırırmış.
Onun hərəkətlərilə yaxından tanış olduq. Cibində bir siyahı vardı. Ətraf
kəndləri dolaşıb kim bolşevik olmaq istəyirsə yazılsın deyə
____________________Azərbaycan Milli Kitabxanası___________________
296
adamların adını cibindəki kağıza qeyd edib onlardan üzvlük haqqi toplamışdı.
Topladığı parayla guya silah alacaqmış. Lakin məlum oldu ki, o topladığı
pulları öz xeyrinə istifadə etmişdi.
Bu özbaşınalıq edən adamı kəndin qabaqcıl adamları arasında itşa etdik.
Kəndlilər mülkədarlardan çox şikayətləndilər.
Bu kənddə baş verən hadisələrə son qoymaq lazım idi. Kəndlilərə dedik ki.
onlar mülkədarın malikanəsindən uzaqlaşsınlar. Biz özümüz onunla danışarıq.
Həsən Şahgəldiyevlo tnülkədann malikanəsinə yönofdik. Bizə atəş açan
olmadı. Əksinə, ban üstündon çubuq başında ağ yaylıq göründü. İran
torpağında nə bir xan, na bir mülkədar cürət edib sovet zabitinə, sovet əsgərinə
əl qaldıra bilmirdi. Mülkədar malikanəsinə kəndli nümayəndələrini çağırtdırdıq.
Mülkədarla sohbətə girdik. O kəndlilərdən çəkildiyini, kəndlilər isə ondan
çəkindiklərini söyləyirdilər. Mülkədar söz verdi ki, daha kəndlilərə qarşı əl
qaldırmayacaq. Yalvardı ki, kəndlilər də ona toxunmasınlar.
O özünün və övladlarının həyatı üçün çox qorxduğunu söyləyirdi.
Mülkədar qələmi alinə alıb bir kağıza bir neçə cümlə söz yazaraq bizə
təqdim etdi. O bu yazıda kəndlilərə zülm etməyəcəyinə söz verirdi. Yalvardı ki,
kəndlilər də belə bir kağız yazıb sizə versinlər, mən də arxayın olum.
Nə etmək olardı. Duz-duzanlılardan bir nəfər eyni rubda bir kağız yazdı ki,
daba mülkədara və ailəsinə qarşı silah işlətməyəcəklər.
İki parça kağızı cibimizə qoyub Duz-duzandan Təbrizə doğru hərəkət etdik.
Dostları ilə paylaş: |