Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

CƏLİL MƏMMƏDQULUZADƏ 
 
Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz 
Cəlil Məmmədquluzadədir. 
Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə 
oxuyurdum.  Ədibimiz əsərlərində xalqımızın keçmiş 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
208 
 
dövrdəki yaralarını bir cərrah  əliylə yoxlayır və onun sağalmasına yollar 
axtarırdı. 
Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artiq öz 
satira silahını inqilabın fütuhatına  əngəl törədənlərə, yeni cəmiyyətin 
düşmənlərinə, millətin gozündən dini mövhumat pərdəsi asmaq istəyən 
ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə  Nərimanov adına 
Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri "Molla Nəsrəddin" 
məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. 
Mən o zaman "Azərbaycan gənc qələmlər ittifaqı"nda çalışırdım. Onu 
mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 
1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin "Anamın 
kitabı"  əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə  səhnə ilə üzbəüz 
lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla 
birlikdə  həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak 
edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin  əvəzinə 
özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. 
Tamaşa  əsnasında üç oğul ana ilə bacılarını  ərə vermək haqqında söhbət 
edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə 
dedi: 
- Annəciyim, həmşirəmizi mütləq bir qocaya vərməliyiz. 
Ana - Ay oğul, sən nə danışırsan, bacına yazığın gəlmir. O bədbəxti niyə 
həmşərəyə, özü də qoca həmşirəyə verək axı? 
Peterburqda təhsil almış oğlunun rolunu oynayan Ağasadıq Gəraybəyli isə 
anasına belə müraciət etdi: 
- Mama, sestramızın əsl ərə çıxan vaxtıdır, ya nə vozrajayu. 
Salonda  şiddətli gülüşlər oldu. Bu dəmdə Mirzə  Cəlil üzünü mənə tutub 
dedi: 
- Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb? 
Bu sual məni heyrətə saldı. Cürətlənib dedim: 
- Mirzə bu əsər sizindir axı. 
O: 
- Bəli, bəli, hər kim yazıbsa bəd yazmayıb, deyib başını buladı və fikrə qərq 
oldu. 
Mirzə Cəlil artistlərin atdığı şarjlara etirazını yalnız bu iki cümlə ilə bildirdi. 
Tamaşa çox gözəl idi. Lakin sənətkarlarımızın bəzi sərbəst hərəkətləri Mirzə 
Cəlili narahat etmişdi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
209 
 
Yadımdadır. Bakıda qonaq olmuş gürcü yazıçıları  vətənlərinə qayıdarkən 
bizi Gürcüstana dəvət etdilər. 
Biz 1929-cu ilin may ayında Tiflisə yola düşməli olduq. 
Nümayəndə heyətində  Cəlil Məmmədquluzadə,  Əbdürrəhim bəy 
Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd 
Cavad, Hacı  Kərim Sanılı, Cabbar Əfəndizadə, Seyid Hüseyn, Xəlil  İbrahim, 
Əminbəyli, gənclərdən Mikayıl Müşfiq, Məmməd Rahim və mən vardıq. Onu 
da deməliyəm ki, böyük ədibimiz Cəfər Cabbarlı ilk dəfə idi ki, Biləcəri 
sərhədini keçirdi. Heyəitn sədri Haqverdiyev, katibi mən idim. Haqverdiyev 
mənə daha çox öz şəxsi katibi kimi baxırdı. İki həftəyə qədər sürən bu səfərdə 
xeyli söhbətlər oldu, xeyli nitqlər söyləndi. Mirzə  Cəlil isə demək olar ki, 
cümlətani iki-üç varağa qədər söz deyə bilmişdi. O hər məsələyə ya bir sual ya 
bir cavab ilə müdaxilə edərdi. 
Səfərə çıxmaq üçün bizə maarif komissarlığından bilet əvəzinə tələbə bileti 
(pulsuz bilet) verdilər. Bakı vağzalının bufetində canlı heykələ  bənzəyən 
sədrimiz  Əbdürrəhim bəy Haqverdiyev şirin-şirin söhbət edirdi. Mən biletləri 
qeyd etdirməyə gedərkən Mirzə Cəlilə müraciət etdim. 
- Mirzə, siz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin namizədisiniz. Sizə 
yumşaq vaqona pulsuz bir yer ala bilərəm. 
O qoltuq cibindən vəsiqəsini çıxarıb mənə uzatdı... 
- Xeyr, elə məni də yoldaşlar gedən vaqona qeyd etdir. 
Mən getmək istərkən əlavə etdi. 
- Xob, deyirsiniz ki, mənim bu namizədlik kitabçamla pulsuz-parasız bilet 
almaq olar? 
- Bəli, Mirzə. 
- Bəs onda niyə belə? 
Mən  əvvəl bu sualın mənasını başa düşmədim. Bunu sonra dərk etdim. 
Molla Nəsrəddin demək istəyirdi ki, bala, indiki İcraiyyə Komitəsinin üzvü də, 
namizədi də qatarla pulsuz səfərə  çıxa bilər, bəs onda niyə  məni üzv yox, 
namizəd seçiblər?! Elə üzv seçəydilər də. 
Vaqonumuz bir qədər qaranlıqdı. Gürcü dostlarımızın bizi hansı vaqon 
qarşısında qarşılaması bizi düşündürürdü. Bir səslə  qərara aldıq ki, böyük 
yazıçılarımız qatar Tbilisiyə çatana yaxın yumşaq vaqonlara gedib ordan 
düşsünlər. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
210 
 
Haqverdiyev, vaxtımız cansıxıcı keçməsin deyə öz həyatından bizə çox 
maraqlı səhnələr söyləyirdi. 
Molla  əmi isə  əsasını  çənəsinə dayayıb gözlərini bir nöqtəyə zilləyərək 
sakitcə dinləyir və nə haqdasa düşünürdü. 
Artıq səhər açılırdı. Vaqonumuz da işıqlandı. Qatar Tiblisi vağzalına 
yaxınlaşırdı. Heç kəs yerindən qalxmaq istəmirdi. Haqverdiyevlə Mirzə  Cəlil 
hamıdan tez durub əl-üzlərini yuyub geyinmişdilər. Haqverdiyev bir sədr kimi 
bizə müraciət etdi: 
- Uşaqlar, Tbilisiyə az qalır. Tez, qalxın, əl-üzünüzü yuyun! 
Yoldaşlarda bir hərəkət əlaməti görünmədi. Hamı kal oyanmışdı. 
Bu zaman hər şeyi dərindən duyan Mirzə Cəlil Haqverdiyevin dadına çatdı. 
-  Əbdürrəhim, uşaqlar  əl-üzlərini yumasalar yaxşıdır. Qoy Tbilisi camaatı 
görüb və agah olsun ki, biz mazutlu Bakıdan gəlirik, bəli, bəli, mazutlu, 
Bakıdan. 
Bu sözlər hədəfə  dəydi. Hamı  əsgərsayağı qalxıb cəld  əl-üzünü yumağa 
getdi. 
 
* * * 
Tbilisidə Azərbaycan yazıçılarının  şərəfinə verilən qonaqlıqların birində 
Gürcüstan Yazıçılar İttifaqında çalışan bır qız oturmuşdu. Mirzə Cəlil qızın sol 
tərəfindəydi. Mirzə  Cəlil hərdənbir  əlindəki "Zarya Vostoka" qəzetilə  qızın 
üzünü yelləyir və qulağına nə isə pıçıldayırdı. 
Birdən gürcü qızı mənə donuz əti təklif etdi. Mən yeməkdən imtina etdikdə 
qız pərt olub dedi: 
- Yeməsəniz durub yanınızdan getməyə  məcburam. Qonağa nə versələr, 
yeməlidir. 
Molla əmi də ona havadar çıxdı. 
- Bala, niyə yemirsən? Ye, halalın olsun. 
Mən çıxılmaz vəziyyətdə qalıb naçar... ilk və son dəfə o məclisdə donuz əti 
yedim. 
Molla əmi gülümsəyərək dedi: 
- Bala, daha sən müsəlmanlıqdan çıxdın, mübarək olsun! 
Mən Molla əminin məclisdə  qızla pıçhapıçnıın mənasını sonra başa 
düşdüm. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
211 
 
Tbilisidə xoş günlər keçirdik. Oradan gürcü yaziçılarıyla birlikdə 
Ermənistan yola düşdük. 
Yollarda sədrimiz Haqverdiyev bolluca nitqlər deyirdi. Sevanda Mirzə Cəlil 
buz kimi suda çimərkən mahir üzgüçü olduğunu nümayiş etdirdi. 
Ermənistanın paytaxtı Yerevan şüarlarla bəzənmişdi. Məclislərdən dostluq 
sədaları yüksəlirdi. 
Bir gün Ermənistan torpaq komissarlığının həyətində toplaşmışdıq. Tut 
təzəcə yetişirdi. Bağçada qocaman bir tut ağacı vardı. Mirzə Cəlil ağaran tutları 
nəzərdən keçirib dedi: 
"Niyə, bəd deyil". Mən ağacın bir qoluna dırmandım. Budaqları silkələdim. 
Yaşıl otların üstü qar kimi ağardı. Mirzə Cəlil və digər yazıçılarımız tut yeməyə 
girişdilər. Elə bu vaxt gözü qara eynəkli, əli əsalı, uzun çənə, mıx burun, ariq 
bir adam Molla əmini ağac altında yaxaladı. Mən tez ağacdan endim. Mirzə 
Cəlil ağac altında dövrə vurduqca, həmin adam da onu qarabaqara izləyib 
dəftərçəsindən ona öz şerini ucadan oxuyurdu. Həmin  şerin bir bəndi 
yadımdadır. 
 
İravan şəhərinə diqqət elə gör kimlər gəlib. 
Bakıdan bizə qonaq hörmətli cimlər gəlib. 
 
Bu adam gözlərini Molla əmiyə zilləyərək, öz şeri haqqında, onun fikrini 
bilmək istəyirdi. Mirzə Cəlil ona dedi: "Bəli, cimlər gəlib. cimlər, bəd deyil". 
Eynəkli adam ikiqat olub təşəkkür edəndən sonra hansı qəzet redaksiyasına isə 
daban aldı. Eynəkli adam "cimlər gəlib" deyəndə adları, familiyaları cimlə 
başlayan Mirzə  Cəlili, Cəfər Cabbarlını,  Əhməd Cavadı  və Cabbar 
Əfəndizadəni nəzərdə tutmuşdu. 
Bir gün Mirzə  Cəlilin könlünə Naxçıvanı görmək düşdü. Bu barədə 
Haqverdiyevlə danışdı  və onun boynuna qoydu ki, bu səfər getmək üçün 
heyətimizin baş  rəhbəri  Əminbəylidən icazə istəsin.  Əminbəylinl tanıyanlar 
bilir ki, o necə qanunbaz bir adamdı. Mirzə Cəiil və Haqverdiyev Əminbəylinin 
yanına getdi. Özünü qabağa verib Haqverdiyev bu xahişi  Əminbəyliyə dedi. 
Əminbəyli özündən çıxdi. 
- Bu nə oyundur, canım? Bu axmaq fikir kimin başına gəlib? Dəstədən bir 
dəqiqə də ayrılmağa ixtiyarınız yoxdur... vəssalam. 
Haqverdiyev dediyinə peşman olub başını aşağı saldı. 
Mirzə Cəlil acı təbəssümlə ona dedi: 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
212 
 
- Əbdürrəhim, mən səni ağıllı adam bilirdim. Bu axmaq fikir sənin başına 
hardan gəldi?.. 
O gün Haqverdiyevin üzü gülmədi. 
Səfəri başa vurub erməni yazıçılarıyla birlikdə Yerevandan Azərbaycana 
yola düşdük. Yolüstü qonaqları bir neçə rayon və  şəhərlərimizə apardıq. Bu 
zaman Azərbaycan diviziyası  həmin  şəhərlərin birində  təlim keçməkdəydi. 
Ordu hissələri musiqi müşayiətilə qarşımızdan keçirdi. Haqverdiyevlə 
Şirvanzadə bir təpədə yan-yana durub nümayişi qəbul edirdilər. Şirvanzadə də 
tez-tez deyirdi: 
- Salam, yoldaşlar! 
- Əleyk salam. 
Şirvanzadə: 
- Yaşasın Şura Edirbecan. 
Əsgərlər: 
- Urra! - deyə cavab verirdi. 
Haqverdiyev və  Şirvanzadə yaman yorulmıışdu. Nümayişin sonunda 
diviziya komandiri zabit və  əsgərlərə  nə barədə isə  əmr verdi. Birdən polad 
biləkli əsgərlər Haqverdiyevlə Şirvanzadəni alıb tutmağa başladılar. 
Şirvanzadənin və Haqverdiyevin göylərə ucalan nalə  və  fəryadları 
əsgərlərin urra sədaları altında batıb gedirdi. İki ətli-canlı qocanınan ədibin halı 
çox pisdi. Hamımız özümüzü itirdik. Tez diviziya komandirinə müraciət etdik. 
Komandirin  əmrilə  əsgərlər nəhayət, bihal olmuş  Şirvanzadədən və 
Haqverdiyevdən  əl çəkdilər. Artıq iki möhtərəm yazıçı otların üstündə arxası 
üstə zorla ağır nəfəs alırdı. Onlar ancaq bir neçə dəqiqədən sonra özlərina gəla 
bildilər. Bu mənzərəni seyr edən Mirzə Cəlil gülümsəyərək dedi: 
- Döşünü qabağa verənin, çox danışanın aqibəti bax belə olar. 
Niyə, bəd deyil. 
 
* * * 
 
Mirzə  Cəlilin böyüklüyü, necə qüdrətli qələm sahibi olduğundan, 
alimlərimiz, ədəblyyatşünaslarımız öz ürək sözlərini demişlər və bundan sonra 
da deyəcəklər. Mənim payıma isə ounn həyatında baş vermiş  bəzi hadisələr 
düşmüşdür. Mirzə  Cəlil aramızdan gedəndən sonra hər yerdə onun adını 
eşidirdim. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
213 
 
1941-ci ildə ordu sıralarında Təbrizdə olduğum zaman "Molla Nəsrəddin" 
məcmuəsinin orada nə kimi mühüm rol oynadığının şahidi oldum. 
Bir gün Təbrizli professor Fəxri Ədhəm bizi evinə qonaq çağırdı. 
O böyük məhəbbətlə Mirzə Cəlildən canlı, maraqlı xatirələr danışırdı. 
Vaxtilə Mirzə Cəlil İran səfərində Təbrizdə Fəxri Ədhəmin evində çox əziz 
qonaq kimi yaşamışdı. Professor Fəxri  Ədhəm bizə divardan asılmış bir şəkil 
göstərdi. Bu ailəvi şəkildə Mirzə Cəlil də vardı. 
Cəlil Məmmədquluzadə öz "Ölülər"  əsəri kimi ölməzdir. Onun əsərləri 
hərəkətdədir, yaşayır və yaşayacaqdır. Mənə elə  gəlir ki, Cəlil 
Məmmədquluzadə xalq tərəfindən sevil-sevilə oxunmasına öz vətənindən 
uzaqlarda belə şöhrət tapmasına belə qiymət verər: "Niyə, bəd deyil". 
 
XƏYALIMDA MİRZƏ FƏTƏLİ CANLANDI 
 
Vətən müharibəsi illərində ordu sıralarında  İran Azərbaycanında olduğum 
zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, 
yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər. 
İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil 
Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə  Fətəli Axundov, biri Mirzə 
Ələkbər Sabir idi. 
Bir neçə gün əvvəl qeydlər dəftərçəmi nəzərdən keçırdim. Dəftərçənin bir 
yerində Mirzə  Fətəlinin beş il uşaqlıq çağlarını keçirdiyi Xamnə  kəndi 
haqqında qeydlərə rast gəldim. Mən bu qeydləri 1941 -ci ilin 30 oktyabrında 
yazmışdım. Onları buraya köçürməyi lazım bildim. Mirzə  Fətəlinin uşaqlıq 
illərini keçirdiyi Xamnə kəndinə gedirik. Təbrizə qastrola gəlmiş opera və balet 
teatırının artistlərindən bir ncçəsı bizimlədir. Niyazi, Məmmədağı Bağırov, 
Əlövsət Sadıqov və qeyriləri Xamnədə konsert verəcəklər. Alimlərimizdən 
Yunis Hacıyev, Səmədzadə və mən bir maşındayıq. 
Şəxsən məndə elə bir əhvali-ruhiyyə, elə bir inam vardi ki, guya Xamnədə 
Mirzə Fətəlini uşaqlıq çağlarında görəcəyəm. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
214 
 
Payızdır, lakin təbiətdə solğunluqdan  əsər-əlamət yoxdur. Təbrizdən 
Xamnəyə 80 kilometrlik yol var. Sofyana qədər  şose yoludur. Sofyandan o 
yana yol daşkəsəkli, dərəli, təpəlidir. Maşınlarımız havaya toz buludları 
qaldıraraq gedir. Maşınların pəncərələrini örtdüyümüzdən istidən tərləmişik. 
Sofyan dəmir yolunun kənarında bağlı, bağatlı böyük bir kənddir. 
Sofyandan keçərkən kənd  əhalisi qarşımıza çıxdı. Kəndlilər bizi çox səmimi, 
mehıibancasına qarşıladilar.  İlk dəfəydi ki, Sovet Azərbaycanından gələnlərlə 
görüşürdülər. Bizimlə qucaqaşıb öpüşdülər. Onlaırın gözləri yaşarmışdı. 
Bəziləri əllərilə, bəziləri donlarının ətəyilə gözlərinin yaşını silirdi. 
Bizi şirin dillə öz yoxsul daxmalarına qonaq aparmaq istədilər. 
Tələsdiyimizə görə onlardan üzr istəyib yolumuza davam etdik. 
Maşınlarımızın arxasınca alqış  səsləri ucaldı. Hava çox gözəldi.  Ətraf aydın 
görünürdü. Yol boyu qan qardaşlarımızın taleyini düşütıürdük. Uçan quşları, 
ötən quşları gördükcə cənublu qardaşlarımızın da belə xoşbəxt pərvazlanmasını 
arzulayırdıq. Yol üstündə kiçik bir kəndin meydançasında maşınlarımızı 
yoxlamaqçın dayanmalı olduq. 
Burada da kənd adamları pişvazımıza çıxdı. Nimçələrdə bizə üzüm verdilər. 
Kəndin ağsaqqalı bizə: 
 - Buyurun, xanəmizdə dincəlin, çay için, - dedi. Biz də  təşəkkürümüzü 
bildirdik. Qocalardan biri gülümsəyərək: "Qorxmayın biz xəsis deyilik. Bizdən 
ehtiyat eləməyin. Biz sizinlə qardaşıq. Sağ olun, var olun. Nə  qədər ki, siz 
burdasınız, kölgəniz üstümüzdədir, kəndin zalım ərbabından qorxumuz yoxdur. 
Evimiz sizin evinizdir. Kasıbın olduğundan bir şey taparıq. Bu yerin ən xəsis 
adamı  ərbabdır. Hazırda keşiyini həyətindəki  əli silahlı sadiq nökərləri çəkir. 
Ondan çəkdiyimizi Allah özü yaxşı bilir. Ərbabımızı bizdən yumurta vergisi 
alanda görsəydiniz özünüzü gülməkdən saxlaya bilməzdiniz. Onun xüsusi bir 
ölçü daşı var. Vergi vaxtı tərəzinin bir gözünə daşı, bir gözünə isə yumurtanı 
qoyur, yumurta daşdan bir misqal belə yüngül vəzndə olsa qəbul etmir ki, 
etmir. Amma siz bu toıpağa ayaq basandan sonra ərbabın tərəzisi, daşı bekar 
qalıb, danışdığim həqiqətdir". Hamımız güldük. 
Mən qocaya dedinı ki, yəqin uşaqlıq illərini sizə qonşu Xamnə  kəndində 
keçirmiş Mirzə Fətəlinin Hacı Qarası ilə ərbabınız qohumdur. 
Kəndlilərlə  səmimi,  şirin söhbətdən sonra üzü dağlara sarı  hərəkət etdik. 
Şəbüstər qəsəbəsinə çatdıq. Burada Sabiri Özünə ustad seçmiş 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
215 
 
Mahmud ağa Şəbüstərinin qəbrini ziyarət etdik. Mən çöl çiçəklərindən dərib 
qəbirdaşı üstünə qoydum. Kəndin qocalan, cavanları heyrət içindəydi. 
Şəbüstərini tanıdığımıza ona hörmət  əlaməti olaraq qəbrini ziyarət etdiyimizə 
məəttəl qalmışdılar. 
Kənd uşaqlarıyla, bu haqda söhbət etdim. Onlar məni başa düşdülər. Söz 
verdılər ki, bayramlarda mütləq Şəbüstərinin qəbrini güllərlə, çiçəklərlə ziyarət 
edəcəklər. 
Şəbüstər daş, kərpic, palçıq evlərdən ibarət yaşıllıqlar içində  qərq olmuş 
gözəl bir kənddir. Uca barılardan göylərə baş qaldırmış meyvə  ağacları, 
nəzərləri oxşayırdı. Şəbüstərdən Xamnəyə doğru yola düşdük. Budur, ədəbiyyat 
tarixində adı çəkilən Xamnə görünür. Maşınlarımız, kəndin ortasında dayandı. 
Bir təbii axınla  əbali bizə doğru gəlirdi. Biz kənd  əhalisinin  əhatəsində 
yarımörtülü bazar içiylə kənd məktəbinə tərəf gedirik. Hamı sevinirdi. Onlar ilk 
dəfə öz qardaşlarını, sovet adamlarrıı görürdülər. Məktəb həyətinə girdik. 
Cümə günü olduğıundan məktəbdə dərs yoxdu. Məktəb müdirinin dalınca adam 
göndərdik. Beş-altı  dəqiqə içində  məktəb həyəti adamlarla doldu. Bir azdan 
məktəb və qonşu damlarda qadınlar, qızlar, uşaqlar göründü. Damlara bir anda 
ensiz, uzun nərdivanlar söykəndi, qadınlar  əvvəlcə qucaqlarındakı qundaqlı 
körpələrini odun tullar kimi damdakı  qızların üstünə tullayıb sonra isə özləri 
nərdivanla dama çıxırdılar. Bir azdan Axundzadə adlı, orta yaşlı məktəb müdiri 
gəlib çıxdı. Ona gəlişimizin səbəbini dedik. O bizə "Xoş  gəlmisiniz, çox 
şadam" dedi. 
Axundzadə Mirzə  Fətəli yaradıcılığa yaxşı  bələddi. Söhbət  əsnasında 
nədənsə özünün Mirzə  Fətəli familiyası ilə yaxınlığı olmadığını söylədi. Bu 
söhbətdən nə  səbəbə isə bir az çəkinirdi də. Lakin Təbrizdə mötəbər adamlar 
mənə demişdilər ki, Xamnə  məktəbinin müdiri Mirzə  Fətəli Axundov 
nəslindəndir. 
Biz Xamnə  əhalisi ilə danışmaq istərkən birdən  əmniyyə  rəisi öz 
əmniyyələrilə həyətə girdi. Camaat arasında bir uğultu oldu. Onlar dörd nəfərdi. 
Bizimlə salamlaşmadan, görüşmədən,  əmniyyə  rəis  əlindəki gümüş  dəstəkli 
qamçısıyla kəndlilərin üstünə cumdu və "Pədər süxtə" deyib onları  şallaqla 
dağıtmağa çalışdı. Kəndlilərin etiraz sədaları ucaldı. Mən buna dözə bümədim. 
Cəld əmniyyə rəisinin qarşısına gəlib əlindəki qamçısından yapışdım. 
- Ayıb deyilmi. Bunların günahı  nədir ki, söyub qamçılayırsan - dedim. 
Yunis Hacıyev ikimizin arasına girib bizi sakit etməyə çalışdı, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
216 
 
demə  mən qeyri-ixtiyari tapançanı atmışam.  Əmniyyə  rəisi "yumşalıb" mənə 
hərbi qaydayla salam verdi. (Mən o zaman batalyon komissarı idim.) 
Dedi ki: - Mən bu bişərəfləri sizin rahatlığınız üçün qovmaq istəyirdim. 
Mən dedim ki, kəndlilərdən mütləq üzr istəməlisiniz. O cavabinda gülərək 
dedi: "Bunlardan ha. Xeyr, ağa". 
Əmniyyə rəisi bir azdan dil tökərək bu axşam məni Təbriz restoranlarından 
birinə qonaq dəvət etdi. Mən məşğul olduğumu bəhanə gətirib onun bu təklifini 
rədd etdim. 
Biz Təbrizə qayıdandan sonra öyrəndim ki, əmniyyə  rəisi Təbriz polis 
rəisinə  xəbər verib ki, guya Xamnədə  mən onun üstünə silah çəkmişəm. Bu, 
mənim yadıma gəlmir. 
Xamnədə  məktəb həyətində böyük şənlik başlandı. Həyətdəkilər, damdakı 
qızlar, qucaqları körpəli qadınlar bir ağızdan sovet ordusuna xeyir-dua dedilər. 
Məhəbbətlərini yetirdilər. 
Axırda mən ilk olaraq "Durnalar" şerimi oxudum. Dinləyənlər bu şeirdə öz 
dərdlərini, arzularını gördü. Ədəbiyyatşünas Həbib Səmədzadə toplaşanlara 
Mirzə Fətəli yaradıcılığından danışdı. Artistlərimiz opera əsərlərindən arıyalar 
və xalq havaları oxuduqca alqış  səsləri ucalırdı. Konsert zamanı kütlə 
artistlərimizə qoşuldu. Mahnılar, rəqslər birləşdi. Hətta damlardakı al-əlvan 
paltar geymiş qızlar bu mahnılara, rəqslərə qoşuldu. Xamnə başdan-başa bağ-
bağatdır. Burada badam, qoz, ərik, alça ağacları müxtəlif üzüm növləri kənd 
başqa bir gözəllik verir. 
Barıları aşıb küçələrə sallanan meynələrin iri, şəffaf gilələri adama gəl-gəl 
deyirdi. Təbrizdə olduğu kimi burada küçələrdən keçərkən, həyətdəki 
gözəllikləri təsəvvür edə bilmirsən. 
Ən yoxsul adamın qapısından içəri girdikdə gözlərinin önündə gözəl, 
könüloxşayan bir mənzərə canlanır. Hər həyətdə müxtəlif meyvə  ağacları  və 
güllər, çiçəklər vardır. Mən meydançalardakı qocaman ağacları gördükdə 
düşünürdüm. Bəlkə bir vaxt balaca Mirzə Fətəli bu ağaca dırmanıbmış, bəlkə 
balaca Mirzə Fətəli bu keçdiyimiz küçədən keçibmiş. Bəlkə balaca Mirz Fətəli 
bu meydanda uşaqlarla kosaldıqaç oynayıbmış və s. 
Xamnədə bizim müəyyən vaxtımız yarımörtülü bazarda keçdi. Bazardakı 
bir neçə dükan adlanan gözdə ancaq daş çapı kitablar və 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
217 
 
əlyazmalar satılırdı. Səmədzadə buradan bir neçə qiymətli kitab aldı. 
Xamnəlilər hər yerdə bizimlə idi. 
Bizi evlərə qonaq çağırırdılar. Biz ancaq Xanmənin dadlı,  ətirli 
meyvələrindən yeyə bildik. 
Axşam düşdüyündən Xamnəli qardaşlarımızdan həsrətlə ayrıldıq. Yol boyu 
düşünürdüm, xəyalımda Xamnə meydançasında gah balaca Mirzə  Fətəlini 
uşaqlarla oynayan görürdüm, gah böyük, dahi ədibin ucalan heykəlini seyr 
edirdim. 
 
Oktyabr 1962 
 
ƏZİM ƏZİMZADƏ 
 
Əzim  Əzimzadə  təsviri  İncəsənətin yüksək zirvələrində özünə  əbədi yer 
tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır. 
Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara 
böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir. 
Şəxsən  ınən  Əzim  Əzimzadəni Molla Nəsrəddin və digər gülgü 
məcmuələrimizdəki əsərlərilə tanıyırdım. 
O zaman bir ailə tapmazdın ki, Əzimzadənin çəkdiyi rəsmlərə baxıb 
dərindən, ürəkdən gülməsin. Keçmiş dövrdəki fırıldaqçı din nümayəndələri, 
bəylər, mülkədarlar, qolçomaqlar, qoçular, canilər, xalqın həyatını  zəhərləyən 
bu müzürr insanlar onun fırçasından çıxan  əsərlərlə  şiddəti zərbəyə, atəşə 
tutulurdular. O zaman Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və Sabirlə 
yanaşı  Əzim  Əzimzadənin adı da hörmətlə  və  məhəbbətlə  çəkilirdi. Xalqın 
gözünü həqiqətə açmaqda, əzablara dözmüş zəhmətkeşlərdə qanlarını soranlara 
qarşı qəzəb, nifrət oyandırmaqda Əzimzadə də çox mühüm bir rol oynamışdır. 
O dövrdə bu, sənətkar üçün böyük qəhrəmanlıqdı, fədakarlıqdı. 
Əzimzadə ilə  əyani 1925-ci ildə "Kommunist" qəzeti redaksiyasında tanış 
oldum. 
Əzimzadə  qəzetin növbəti nömrələri üçün beynalxalq məsələlərə, 
məişətimizdəki kəsirlərə aid karikaturalar, şarjlar çəkirdi. 
Bizim "Gənc qızıl qələmlər ittifaqı" həmin vaxtda kommunist qəzetinin 
klubunda fəaliyyət göstərirdi.  Əzimzadəni ilk dəfə  Nəriman Nərimanov adına 
Sənaye Texnikumunda oxuduğum zaman filarmoni- 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
218 
 
yada Sabirin xatirəsinə həsr edilmiş ədəbi, bədi gecədə səhnədə gördüm. 
Bu gecədən toplanan pullar Sabir kitabxanasının zənginləşdirilrnəsi üçündü. 
Budur, Əzimzadə səhnədə göründü. Gurultulu alqışlar altında salondakılara 
hörmətlə baş  əydi. Kiçik taxta lövhəyə kağızlar yapışdırıb bir göz qırpımında 
kömürlə sovet hökumətinin düşmənlərinin Makdonaldın, Petenin, Çemberlenin, 
Qolçaqın, Kerenskinin, qeyrilərinin eybəcər  şəkillərini çəkir və salondakıların 
gülüşləri altında qızğın alqışlanırdı. 
Əzim  Əzimzadənin mədəniyyətimizin hər sahəsindən yaxşı dostları vardı. 
Yazıçılardan və jurnalistlərdən Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) 
Əbdürrəhim bəy Haqverdiyev, Mahmud Səid Ordubadi, Seyid Hüseyn Sadiq, 
Əli Nəzmi, Nemət Bəsir, Məmmədəli Sidqi, Xəlil  İbrahim,  Əsəd Tahir, 
artistlərdən Hacıağa Abbasov, Mirzəğa Əliyev, Abbas Mirzə Şərifzadə, İsmayıl 
Hidayətzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, partiya və dövlət 
xadimlərindən Ruhulla Axundov, Həbib Cəbiyev və başqaları onun sənətinə 
çox yüksək qiymət verirdilər. 
Əzimzadəni tez-tez nəşriyyatlarımızda, qəzet və  jıırnal redaksiyalarında 
görmək olardı. 
Onun fırçası bir gün də bikar qalmırdı. O İllərin kitablarında, qəzəl və 
jurnallarında Əzimzadə fırçasından çıxmış əsərlərə rast gəlirdik. 
Əzimzadənin gənc yazıçıların iclaslarında iştirakı da yadımdadır.  O vaxt 
Əzimzadə  mənim  şarjımı  çəkmişdi. O, gülərək deyirdi ki, "səndə  nə isə var, 
şarja yaman çətin gəlirsən". 
Həmin illərdə  Əzimzadə  mənə öz əksini bağışladı.  Şəklin altında  ərəb 
əlifbasilə bu sözlər yazılmışdır: "Gələcəyimizin parlaq örnəyi, kommunizm 
qurıüuşumuzda böyük ümidlər verəcək Süleyman yoldaşa xatirə. Bakı. 5 may 
1927-ci il". 
Bu mənim üçün Əzimzadədən ən gözəl, əziz xatirədir. Mən onunla "Maarif 
və  mədəniyyət" jurnalının katıbi olduğum zaman da tez-tez yaxından 
görüşərdim. 
Yadımdadır, Seyid Hüseyn Sadiq jnrnalımız üçün "Bir küçənin tarixi" adlı 
bir hekayə yazmışdı. Hekayədə Bakı varlısı, qoçusu Hacı Aslandan bəhs 
edilirdi. 
Məcmuənin redaktoru Ruhulla Axundov mənə dedi ki, "Hekayə mütləq 
rəsmlərlə getməlidir. Bakının köhnə tiplərini Əzimzadə kimi gözəl bilən ikinci 
rəssamımız yoxdur. Əzimzadəni tap, hekayəni ver 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
219 
 
oxusun. Adımdan ona de ki, bundan sonra jurnalımızda fəal iştirak etməlidir". 
Əzimzadə Ruhulla Axundovun xahişini sevinclə  qəbul etdi. Hekayə üçün 
çox orijinal, tutarlı rəsmlər çəkdi. 
Bundan sonra o jurnalımızın fəal iştirakçılarından biri oldu. Biz gənclər bir 
neçə dəfə Əzimzadənin evində qonaq da olmuşuq. 
Bir dəfə  rəssam Rüstəm Mustafayev, Şəmsi Bədəlbəyli və  mən 
Əzimzadəgilə getdik. Süfrə arxasında xeyli söhbətdən, gülməkdən sonra 
Əzimzadə yorğun olduğundan mürgüləməyə başladı. 
Rüstəm Mustafayevin təhrikiylə  Əzimzadənin otağındakı bir albomu 
götürüb aradan çıxdıq. Bu albom Parijdə çox az tirajla çap olunmuşdu. 
Əzimzadə albomun aparıldığını o günün səhəri bilmişdi. O bizi tapdı. Nadır 
albomu geri qaytarmağımızı xahiş etdi. Bir də  əlavə etdi ki, cavansınız elə 
əsərlərə baxmağı sizə məsləhət görmürəm. Üzr istəyib albomu ona qaytardıq. 
Hazırda Şüvəlandakı bağ evimdə Əzimzadənin mənə bağışladığı rəngli bir 
rəsm var. Mən hər zaman o əsərə baxarkən ürəkdən gülməyə bilmirəm. Gənclik 
illərində mən Əzimzadəyə bir şeir ithaf etmişdim. 
Əzim  Əzimzadə Azərbaycan xalqının böyük rəssam oğludur.  Əzimzadə 
yaratdığı əsərlərlə mədəniyyətimizin tarixində şərəfli yerlərdən birini tutur. 
 
Fevral 1970 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin