HƏKİMLƏR CASUS TUTUB
Bəli, biz xaricdə idik. Müharibənin gərgin zamanı hər cür xeyrimizə
olmayan hadisələrdən qorunmağı bacarmalı idik. Hər birimiz sayıqlığı nəzərdən
qaçırmamalıydıq.
Çünki düşmən çox hiyləgərdi. Hər yerdə onun adamları ola bilərdi.
Təbrizdə bir qrup azəri həkimi vardı.
Bu həkimlər əhaliyə böyük yardım göstərirdi. Hətta Təbrizdən başqa digər
mahallara gedib yerində cənublu qardaşlarımıza, bacılarımıza tibbi kömək
əllərini uzadırdılar.
Təbrizin özündə bir sovet xəstəxanası da açılmışdı. Bu xəstəxanada
təmənnasız xəstələri müalicə edirdilər. Ümumiyyətlə, İranda xəstələrin
vəziyyəti çox fəna idi. Apteklərdə dərman çox baha qiymətə satılırdı.
Yoxsulların dərman almağa qüvvəsi çatmırdı. Mustafa Quliyev və Qədimov
kimi həkimlərimizin şöhrəti bər yerdə yayılmışdı.
Həkimlərimiz həmişə xalq arasında olurdu.
Onların yaşayış yeri Gülüstan bağındakı bina idi. Gülüstan bağını başı göyə
ucalmış ağaclar bəzəyirdi. Bağda böyük bir hovuz vardı. Hovuzda çoxlu qəşəng
balıq üzürdü. Qışda hovuzun suyu qalın buz bağlayırdı. Balıqlar hovuzun
dibinə çəkilirdi. Cülüstan bağında Rza şah Pəhləvinin heykəlini təbrizlilər
çoxdan uçurmuşdu.
Qış günlərindən biri idi. Mehmanxanada bizə xəbər çatdı ki, Gülüstan
bağında yaşayan həkimlərimiz bir xarici casus tutublar. Mən
____________________Azərbaycan Milli Kitabxanası___________________
316
tez özümü oraya çatdırdım. Casusu görmək istədim. Bir otaqda gənc bir adam
vardı. O çox səliqəylə geyinmişdi.
Bizim həkimlər azəricə və rusca deyirdilər ki, suallarımıza cavab vermir.
Rus deyil, bəlkə də dilimizi bilir və bilərəkdən cavab vermir.
- Deyirik bunu bağdakı buz bağlamış hovuza ataq. Onda əqli başına gələr
suallarımıza cavab verər.
Bu kimi sözləri dinləyən adam birdən mənə rusca dedi ki: - Yoldaş mayor,
qoy bu adamlar bayıra çıxsın. Sizə sözüm var.
Mən həkimlərdən xahiş etdim. Onlar otağı tərk etdilər.
Bu adam dedi ki: "Xahiş edirəm. Bizi daha yüksək rütbəli yoldaşlara
çatdırın. Məni burada saxlamasınlar. Mənim vacib işim var. Mən
kəşfiyyatçıyam. Sovet adamıyam. Bir neçə dil bilirəm. Buraya mühüm
tapşırıqla gəlmişəm. Axşam bir adamla görüşüm olmalıdır. Bu görüşdən çox
şey asılıdır. Düşmən kəşfiyyatçıları burada əl-qol açmamalıdırlar. Mənə
inanmırlarsa, sizin rütbəli yoldaşlara harda görüşə gedəcəyimi deyə bilərəm.
Qoy onlar məni nəzarət altında həmin yerə çatdırsınlar".
Mən bu adamın xahişini yoldaşlara yetirdim. Nəticəsilə maraqlanmadım.
Lakin həkimlər tutduqları casusun əsl casus olmadığını bildikdə yaman pərt
oldular.
Təbrizdə İngiltərənin, Türkiyənin də konsulluğu vardı.
İngilis konsulluğunun katibi eni-uzunu bir yaşlı adamdı. Bu adam həmişə
sovet adamlarına hədiyyələrlə yaxınlaşmaq istəyirdi.
Xüsusilə Bakıdan gəlmiş opera teatrının balet qızlarına hədiyyələr təklif
edirdi.
Lakin bizim qızlar bu hədiyyələrə yaxın gəlmirdi. Təbrizə gələn ingilis
zabitləri də qəhvəxanalarda, restoranlarda, hətta tamaşa salonlarında çox kobud
hərəkətlər nümayiş etdirirdilər. Bu hərəkətlərin şahidi olan təbrizlilər sovet
ordu nəfərlərinə böyük hörmət və məhəbbət bəsləyirdilər.
Küçələrdə, ictimai yerlərdə onlara yaxınlaşıb səmimi söhbətə girişirdilər.
Müharibə illərində İran torpağında olmuş sovet adamları sovet vətənimizə
alınaçıq, üzüağ qayıtdılar.
____________________Azərbaycan Milli Kitabxanası___________________
317
7 NOYABR
Oktyabr inqilabının ildönümü günü 7 noyabrdı. İran torpağında olan sovet
adamları bu günü böyük iftixar hissiylə, faşizm üzərində qəti qələbəyə inamla
qarşılayırdı. Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən
uğultular, gurultular qopdu. Balkona çıxdım. Atları addım-addim, ağır-ağır
gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam "urra" deyə
bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyərçinsayağı uçurdu.
Bu nə işdir, nə olmuşdur? Mənə elə gəldi ki, təbrizlilər 7 noyabr gününü
qarşılayır. Faytonun içindəki adam mənə çox tanış gəldi. Bəli, bu "Şahin"
qəzetinin sahibi Ağazadə idi.
Bu şəxs yel hayana əsdi, o yana əsən adamdı. O həmişə deyirdi: "Baba, bu
yaşda mənim dağa-daşa düşüb inqilabçılıq eləməyə iqtidarım yoxdur. Nə
bilim... Siz burda qalacaqsınız, yoxsa gedəcəksiniz. Əgər qəti burada
qalacaqsınızsa mən kəfən taxıb sizdən də betər inqilabçılığa razıram. Yox,
gedəcəksinizsə, mənlə işiniz olmasın... Bu qorxaq, liberal bir adamdi, biz bir
növ ilə onunla dil tapıb qəzetində ziyanlı materialiarın çıxmamasına çalışırdıq.
İndi budur, Ağazadənin dalınca baş küçədən insan seli axır. Mən dərhal
mehmanxanada yaşayan yuxarı rütbəli yoldaşları bu işdən xəbərdar etmək
istədim.
Təəssüf ki, onlardan heç birini tapa bilmədim. Yoldaşların hamısı şəhərdən
bir az kənarda hərbi hissədə 7 noyabr təntənəsini keçirməyə getmişdilər.
Mehmanxanada bir yoldaş tapdım (bu adam hazırda Azərbaycan Dövlət
Universitetindədir). Maşına minib Gülüstan bağına gəldik. Vərəqələrdən birini
alıb oxuduq. Farsca yaxşı bilmədiyimizə baxmayaraq vərəqədəki mətləbi başa
düşdük. Vərəqədə deyilirdi ki, "Şirindilli şirazlılar sizə peyam göndərir. Onların
səsinə səs verməliyik və ilaxır..."
Bu vərəqəni Ağazadə özü tərtib etmişdi. Gülüstan bağının qabağında
faytonun sürücüsü oturan yerinə qalxıb əsasını hərlədərək Ağazadə nitq
söyləyirdi. Əlbəttə, bu nitqin Oktyabr inqilabının ildönümünə heç dəxli yoxdu.
Nitq Təbrizdəki hökumətin başçılarının ünvanına söyüşdən ibarətdi.
Əhali isə "urra" deyib Gülüstan bağına axışdı. Ağazadə əsasını şahın
heykəlinə doğru uzadıb "Məhv olsun Pəhləvi xanədanı" deyirdi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
318
Bu sözlərdən sonra kimi Rza şah Pəhləvinin heykəlinə tüpürür, kimi heykəli
daşa basır, uşaqlar isə heykəlin başına dırmanırdılar.
Bu dəmdə Gülüstan bağında yaşayan həkimlərdən bir neçəsi bizim
köməyimizə gəldi. Əhalini sakit etdik. Ağazadəni və bir dostunu maşına
mindirib Firdovsi mehmanxansındakı nömrəmizə gətirdik. Otağa çay gətirdilər.
Ortaya nərd gəldi. Ağazadə ağzıköpüklü ona mane olduğumuzdan narazılığını
bildirirdi.
"Baba, niyə qoymursunuz ki, inqilabçı öz inqilabçilığını eləsin" deyə bizi
töhmətləndirirdi.
Biz çox yaxşı bilirdik ki, Ağazadə tudədə yoxdur. Qəti bir məslək sahibi də
deyil. Onun bu hərəkətlərinin xalqa, vətənə bir xeyri yox idi. Haradan bildiniz
ki, vərəqədə mən nə yazmışam?!" Onu başa saldıq ki, farsca bilməsək də
ayrılıqda bir çox sözün mənasını başa düşürük. Ağazadə yaman həyəcan
keçirirdi.
Baba, olmaya məni həbs etmisiniz?
- Xeyr,
ağayi Ağazadə, bizim İran vətəndaşları ilə işimiz yoxdur.
Onları həbs etməyə səlahiyyətimiz də yoxdur. Siz bizim qonağımızsinız.
Buyurun, çay için, meyvə yeyin... Nərd oynayın. Bir qədər də söhbət edək.
- Xub,
elə olsun.
O yenə də bizə şübhəli nəzərlərlə baxırdı. Hadisədən iki saat sonra Təbriz
ağsaqqallarından bir neçəsi yanımıza gəldi.
Əli Birəng də onların arasındaydı. Ağazadəni nərd oynayan gördükdə
sevindilər. Onlara xəbər çatıbmış ki, şurəvilər Ağazadəni zəbt ediblər.
Bunlar da söhbətə girişdilər. Şəhərdə artıq sakitlikdi. Lakin mehmanxana
ətrafında bəzi nigaran adam görünürdü. Ağazadəni və onun ardınca gələnləri
opera teatrmızın tamaşasına apardıq.
Bütün salonun gözü bizim oturduğumuz lojada idi. Şəhərə yayılan şayiə
bununla yuyulub getdi. Qonaqları maşinlarda evlərinə yola saldıq. Bu hadisə
haqqında isə mənimlə olan yoldaşla birlikdə yazılı surətdə izahat yazdıq.
Ağazadənin "inqilabı" bu yolla yatırıldı.
Ağazadənin səsini sonra bir dəfə radio vasitəsitə eşitdim. Tehran qoşunları
Cənubi Azərbaycandakı azadliq hərakatını boğmaq üçün Təbrizə gələndə
Ağazadə yenə fəaliyyətə keçmişdi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
319
Təbriz radiosu vasitəsilə cır səslə bağıraraq şah qoşunlarını təbrik edirdi.
Cənubi Azəri qardaşlarımız cəlladlar tərəfindən qətlə yetirilərkən Ağazadə
radio vasitəsilə "Zindabad şah İran'" - deyə bar-bar bağırırdı.
Doğrudan da bu "dostum"un ürəyi dilindəydi.
Təbrizdə bunu bilənlər vardi.
Bir gün Təbriz qubernatorunun yanında olduq.
Əziz Əliyev Təbrizdə baş verən yeni hadisələrlə əlaqədar qubernator
Fəhmiyə sovet qoşunları qərargahının etirazını bildirdi.
Qoca qubernator dünyagörmüş adamdı. O bu ciddi söhbəti zarafatla
qarşılayıb dedi ki, "Doğru buyurursunuz. Arada anlaşılmazlıqlar olur. Bunun
qabağını bir şeylə almaq olar. Baxın, bu mənim kabinetim. Başımın üstündə
Şahın surəti. Siz mənə bir adam verin gəlsin bu kabinetimdə otursun. Əlbir
işləyək. Məsələn, mənə filankəsi verin. Qoy o da istər Leninin, istər Stalinin
şəklini assın. Öz başı üstündən. Üzbəüz oturub çalışaq. Onda sizə söz verirəm
aramızda əsla ixtilaf-filan olmaz".
Təbrizdə plakatlar da buraxılırdı.
Burada rəssam İsmayıl Axundovun fəaliyyəti təqdirəlayiqdi. İsmayıl
rəssamlıqdan başqa, səhnə işləriylə də məşğul olurdu. Məsələn, "Arşın mal
alan", "Məşədi İbad" kimi operettaların rejissorluğunu da edirdi. İstər kişi, istər
qadın surətlərini məşq zamanı özü ifa edib gənc həvəskar artistlərə yol
göstərirdi.
İsmayıl Axundov plakatlar üçün faşizm əleyhinə çox tutarlı, hədəfə dəyən
karikaturalar yaradırdı. Bu plakatlara şairlərimiz şeir yazırdı.
Şüvəlan, avqust 1968
____________________Azərbaycan Milli Kitabxanası___________________
320
MÜNDƏRİCAT
CƏNUB ŞEİRLƏRİ
Dilimə dəymə
Təbrizim......................................................................................................7
Dilimə dəymə.............................................................................................8
Anam dilli qardaşım..................................................................................8
Yad gül dərə bilməz...................................................................................9
Yasin əvəzinə..............................................................................................9
Burax.........................................................................................................10
Layla.........................................................................................................10
Mücahidlər mahnısı.................................................................................11
Təbrizli analar .........................................................................................12
Vüsal həsrəti
Köçən deyiləm..........................................................................................13
Öz gülüstanım..........................................................................................13
Vüsal həsrəti............................................................................................14
Deyilmi?...................................................................................................14
Bir anlıq həyacan .....................................................................................15
Vəfalı qalıb..............................................................................................15
Gəl demə..................................................................................................16
Axtararsınız.............................................................................................16
Süleyman dərdi.........................................................................................17
Sən deyilmidin?........................................................................................17
Arazım.....................................................................................................18
Yaşa baxmıram..........................................................................................19
Ehtiyac.......................................................................................................19
Yaz, Süleyman, yaz...................................................................................20
Şeirdən qiymətli şəriət olmasın ................................................................20
Təbrizli Süleyman oldum..........................................................................21
Mənim muştuluğum..................................................................................22
Söz ordum..................................................................................................23
Nə qədər ki, sağdır....................................................................................23
Həyatdır mahnı............................................................................................24
Gecəli-gündüzlü.......................................................................................25
Mübarizə elan edirəm.................................................................................25
____________________Azərbaycan Milli Kitabxanası___________________
321
Oxucuma..................................................................................................26
Gərəksiz deməsinlər...................................................................................27
Məhəbbətim..............................................................................................27
Güclüdür məncə.........................................................................................28
Yaşıllıq məcnunu......................................................................................29
Anam Xırdaxanımın xatirəsinə .................................................................31
Ağ günlü nəvəmsən...................................................................................32
İşıq...........................................................................................................32
Saxlarsan .................................................................................................34
Ürək sözləri...............................................................................................35
Adın kimi...................................................................................................36
Haqlı deyilsən...........................................................................................37
Eşqın ürəyimin yarasındadır......................................................................37
Bacım üçün...............................................................................................38
O taylı gözələ .........................................................................................38
Ayrılıq mahnısı..........................................................................................39
Min könül qalacaq.....................................................................................39
Dənizəm mən.............................................................................................40
Hardadır......................................................................................................40
Təbrizli gözəllər..........................................................................................41
Qəbrimə yazsın nəqqaş...............................................................................41
Sevgilim.....................................................................................................42
Sənsən..........................................................................................................42
Təbrizli gözələ............................................................................................43
Hardasan.....................................................................................................43
Cənublu gözələ........................................................................................44
Təbrizli qız..................................................................................................44
Təbriz gözəlinə........................................................................................46
Bir xatirə..................................................................................................47
Sapa düzdüm............................................................................................47
Getməyib......................................................................................................48
Həsrət çəkirəm..........................................................................................48
Təbriz yolu
Oralıyam mən.............................................................................................49
Araz deyir...................................................................................................49
Nigaranam..................................................................................................50
Ağladı.........................................................................................................50
Könül mahnısı.........................................................................................51
____________________Azərbaycan Milli Kitabxanası___________________
322
Uçunüz.......................................................................................................52
Çörəyim, ağla ............................................................................................52
Bir ovuc torpaq...........................................................................................53
Amandır, getmə..........................................................................................54
İçə bilmirəm ..............................................................................................54
Ürəyimi verərəm........................................................................................55
Köçürə biləydilər ......................................................................................56
Dinlə qardaşını...........................................................................................56
Qəlbim.......................................................................................................56
Leyla...........................................................................................................57
Dəyişməzsə kökündən..................................................................................57
Ürəyimin qulağı var, gözü var....................................................................58
Gəlir .........................................................................................................58
Zindan.......................................................................................................59
Dilbərin gəlinlik evi.................................................................................59
Təbriz zindanında......................................................................................60
Vətən yandı..................................................................................................60
Tanışdır......................................................................................................61
Ürəyim parçalanır.........................................................................................62
O gün gələcək...............................................................................................62
Dülgərin arzusu..........................................................................................63
Bir məkləbin qapısında ...............................................................................64
Cənub həsrəti............................................................................................65
Qardaşımın dərdi......................................................................................68
Yenə dumalar...........................................................................................69
Bəlkə.......................................................................................................70
Demə........................................................................................................70
Dinlə məni..................................................................................................71
Ay ellər......................................................................................................71
Yoruldum demərəm.....................................................................................71
Üzüm yoxdur ..............................................................................................72
Azərbaycandadır.........................................................................................73
Var..............................................................................................................73
Dədələr, babalar ocağındayam .................................................................74
Dolaşır dillərdə
................................................................................74
Yenə Araz qırağında ................................................................................75
Könlümə Təbriz düşdü...............................................................................76
Bənzəməz...................................................................................................76
Xatirə.........................................................................................................77
____________________Azərbaycan Milli Kitabxanası___________________
323
Bəli, cənubluyam.....................................................................................77
Özümü gördüm............................................................................................78
Piyaləm.....................................................................................................78
Saxla yadında..............................................................................................78
Qorxmuram .............................................................................................79
Cənub dərdim............................................................................................79
Dənizə çıxsın ............................................................................................80
Birdir..........................................................................................................81
Kölgə var....................................................................................................81
Ən müqəddəs arzu......................................................................................82
Dözə bilmirəm..............................................................................................82
Sinəm olsun.............................................................................................82
Təbriz yolu.................................................................................................83
Uşaq deyil..................................................................................................83
Şəhriyara məktub
Şair qardaşıma məktub............................................................................85
Üçüncü məktub........................................................................................86
Şəhriyara dördüncü məktub........................................................................88
Şair Səhəndə cavab.......................................................................................90
Dostum Cavad Heyətə.................................................................................92
POEMALAR
Yaralarım.....................................................................................................95
Qafurun ürəyi.............................................................................................99
Səbuhini düşünərkən...............................................................................112
Xilaskar...................................................................................................116
Təbrizdə qış..............................................................................................121
Qolsuz qəhrəman......................................................................................129
Yeni kəndin işıqları................................................................................135
Məsumə..................................................................................................142
Nakam məhəbbət.......................................................................................145
Partizan Əli................................................................................................148
Gülbahar....................................................................................................151
İldırım........................................................................................................157
Şairin ölümü .........................................................................................169
Yaxşı yoldaş............................................................................................173
12-ci tüfəng............................................................................................190
Dönə-dönə xatırlayın................................................................................199
____________________Azərbaycan Milli Kitabxanası___________________
324
XATİRƏLƏR
Ağamalıoğlu............................................................................................205
Cəlil Məmmədquluzadə...........................................................................208
Xəyalımda Mirzə Fətəli canlandı..............................................................214
Əzim Əzimzadə.........................................................................................218
Süleyman Sani Axundov...........................................................................220
Rəşid bəy Əfəndiyev................................................................................224
Nazim Hikmət........................................................................................228
Seyid Hüseyn Sadiq.................................................................................233
Cəfəri yad edərkən.................................................................................236
Vladimir Mayakovski.............................................................................239
Mikayıl Müşfiq........................................................................................244
Mikayıl Rəfili...........................................................................................248
Hüseynqulu Sarabski................................................................................256
Əbülhəsən xan İqbal................................................................................259
Mirzəğa əmi ...........................................................................................262
İsmayıl Hidayətzadə................................................................................265
Yada düşənlər..........................................................................................269
Arazın o tayında.......................................................................................275
Ərdəbil səfəri.........................................................................................286
12-ci tüfəng............................................................................................294
Şəbüstər və Xamnə səfəri...........................................................................297
Təbriz zindanında......................................................................................307
Həkimlər casus tutub................................................................................316
7 noyabr....................................................................................................318
____________________Azərbaycan Milli Kitabxanası___________________
325
SÜLEYMAN RÜSTƏM
SEÇİLMİŞ ƏSƏRLƏRİ
ÜÇ CİLDDƏ
II CİLD
"ŞƏRQQƏRB"
BAKI-2005
____________________Azərbaycan Milli Kitabxanası___________________
326
Buraxılışa məsul:
Əziz Güləliyev
Texniki redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam:
Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Rəşad Həmidov
Korrektorlar:
Elmira Teymurova
Ceyran Abbasova
____________________Azərbaycan Milli Kitabxanası___________________
327
Yığılmağa verilmişdir 22.10.2004. Çapa imzalanmışdır 22.04.2005.
Formatı 60x90
1
/
16
. Fiziki çap vərəqi 20,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 89.
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.
Dostları ilə paylaş: |