Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   11   12   13   14   15   16   17   18   19

YADA DÜŞƏNLƏR 
 
Əziz  Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai 
yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. 
Ondakı incə, duzlu yumor söhbətlərinu məlahət verərdi. 
Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alınan 
faşizmi təhlükəsindən qorumaq məqsədilü İran torpağına qədəm qoydu (1921-
ci il muqaviləsi əsasında). 1941-ci ildə İran ərazisino daxil olan qoşunlarımızı 
xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə  mənsub yüksək 
rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə 
verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar. 
İranda alman faşizminə rəğbət bəsləyən, nökərçilik göstərənlər yox deyildi. 
Onlar çox çalışırdı ki, ordumuz İranda olduğu müddət  ərzində ölkədə  hərc-
mərclik olsun. Bunun qarşısını almaq bizim borcumuz idi. 
O vaxt orduya çağırılmışlar sırasında mən də İranda idim. Təbrizdə düşmən 
təbliğatına uyan tacirlər, mülkədarlar, alverçilər və qeyriləri Tehrana 
qaçmışdılar. O zaman Tehranda ingilis qoşunları 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
269 
 
olurdu. Təbrizdə küçələr, bazarlar dilnçillrlə,  əlillərlə dolu idi. Hələ yoldan 
keçənlərə əl uzadan cındır geyimli qarılar, qızlar, körpələr... Hərbi şuranın üzvü 
Əziz Əliyev bizim rəhbərimiz idi. 
O bizi toplayaraq dedi ki: "Biz İranın daxili işlərinə qarışmırıq. Ölkədə 
sakitliyi qoruyub hərc-mərcliyə yol verməməliyik. Biz bu ölkəyə müharibəylə 
gəlməmişik. Bütün əhaliyə açiq-aydın bildirməliyik ki, bizim xanla, tacirlə, 
mülkədarla və qeyriləri ilə  işimiz yoxdur. Sovet ordusunun bir nəfərindən də 
İran əhalisi pislik görməyəcək. 
Əlbəttə, zülmdən, işgəncədən cana doymuş  kəndlilər,  əlsiz-ayaqsızlar, 
kəndxudalara, mülkədarlara, xanlara qarşı ayağa qalxıb qisas, intiqam almaq 
üçün ölüm-dirim vuruşuna girişmək istəyəcəklər. Lakin faşizmlə müharibə 
vaxtı, qoşunumuzun burada olduğu zaman buna əsla yol vermək olmazdı. 
Hamımız özümüzü sovet vətəndaşına layiq aparmalıyıq. Siz bunu çox yaxşı 
bilirsiniz". 
Hərbi  şuranın üzvü Əziz  Əliyevin  əmrilə  bır qrup təbliğatçı ayrıldı. Bu 
qrupun sədri Yunis Hacıyev, müavini mən oldum. Haciyev Bakıya çağırılandan 
sonra onu mən əvəz etdim. 
Əziz  Əliyev bütün hadisələrin içərisindəydi. Onun qayğıkeşliyi, 
alicənablığı, xeyirxahlığı, mehribanlığı hamımızı heyran etmişdi. Hamımız ona 
hədsiz rəğbət bəsləyirdik. 
Əzizin dediyi kimi xalq arasında olduq, buraya gəlişimizin mənasını 
kütlələrə anlatdıq. 
Tehrana qaçmış mülkədarlar, tacirlər, alverçilər Təbrizə və digər  şəhərlərə 
qayıtdı. 
Onu da deyim ki, qoşunumuz sərhədi keçərkən özlərini yaxşı aparmayan bir 
sıra hərbi xidmətçilər araya çaxnaşma düşməsin deyə  tərəfimizdən müvəqqəti 
həbs edümişdilər. Mənim yanıma bir çox adam övladlarmın həbsdən 
buraxilmasıyla əlaqədar xahişə gəlirdi. Mən Əziz Əliyevə bu barədə müraciət 
etdim.  Əziz  Əliyev dedi ki: "Biz onları  hələlik, arada sakitlik olsun deyə 
saxlayırdıq.  İndi sən yanına gələnlərdən müvəqqəti tutulanların adlarını, 
familiyalarını soruşub dəftərinə yaz və  qətiyyətlə de: bu gün, sabah 
buraxdırarıq. 
Qoy bilsinlər ki, bizim ölkədə şairə necə hörmət bəsləyirlər". 
İki gün müddətində tututanlar azad edildi. Mən "sağ ol-var ol, Allah səni 
saxlasın" kimi təşəkkürlər qazandım. 
Az müddətdə  Cənubi Azorbaycan əhalisi bizim ordu nəfərlərindəki insani 
sifətlərə heyran qaldı. Hərbi  şuranın üzvü Əziz  Əliyevin adı  Cənubi 
Azərbaycanda dillər əzbəri oldu. 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
270 
 
Əziz Əliyev bütün hadisələrlə maraqlanır və öz məsləhətlərini bizə yetirirdi. 
Biz  Əziz  Əliyevə öz gördüyümüz işlər haqqında məlumat verəndə 
qüsurumuzu da gizlətməzdik. 
O da bizimlə böyük qardaş kimi, sosial ucaltmadan, açıq, aydın və çox 
təsirli bir tərzdə müsahibə aparardı. 
Yeri gəlmişkən deməliyəm ki, Təbriz və digər şəhərlərdə çox acınacaqlı bir 
məsələnin də sahidi olduq. Azərbaycanlılar məktəblərdə öz ana dillərində deyil, 
fars dilində təhsil alırdılar. Məktəb daxilində öz doğma ana dilində danışmağa 
cürət edən uşaqlar məktəbdən xaric olunurmuş... 
Təbrizdə 12 minə yaxın erməni yaşayırdı. Onlar şahdan öz ana dillərində 
məktub açmağa icazə ala bilmişdilər. Daha əcayib bir məsələ. Kürdlərin 
dağlardan şəhərlərə gəlişi qadağan imiş, kürdləri quldur, cani kimi qələmə verib 
əhali arasında vahimələr yaratmışdılar.  Əziz  Əliyev  İranda müxtəlif dilli 
xalqların bir-birilə dostluq etməsini vacib məsələlərdən biri kimi irəli sürdü. 
Kürdüstanda sakitlik olsun deyə oraya Mehbalı  Əmiraslanovu və digər bir 
yoldaşı vaziyyəti öyrənmək üçün göndərdi. Bunun böyük təsiri oldu. Kürdlər 
Əmiraslanovu "Əmiri asi" deyə adlandırırdı. Kürd qazıları  Təbrizə  gəidilər. 
Onları müşayiət edən bir dəstə  də  gəlmişdi. Qəribədir. Təbrizdə  dərhal 
dükanlar, restoranlar, evlərin qapıları bağlandı. Əhali elə bildi ki, şəhərdə qətl, 
qarət başlanacaq. Yox, belə olmadı. Kökü olmayan təbliğat heçə döndü. 
Yenidən dükanlar, restoranlar, bağlı qapılar açıldı. Əziz Əliyevin kürd və İran 
xalqları arasıda bu ülfəti, dostluğu yaralması təqdirəlayiq bir iş oldu. Təbrizdə 
Əziz  Əliyevin kürd qazı-ları, ruhaniləri ilə dostluq, qardaşlıq söhbətindo 
Mehbalı  Əmiraslanovla birlikdə  mən də  iştirak etmişəm (Sonralar bizimlə 
görüşən kürd xalqının mərd oğullarını  Məhəmməd Rza şah Tehranda dar 
ağacından asdırdı). Onlar bizə Rza şahın kürd xalqına etdiyi zülmlərdən, hər 
hüquqdan məhrum edildiklərindən danışırdılar. Onlar söz verdilər ki, nə qədər 
sovet qoşunları İrandadır, bizim tərəfdən kimsənin burnu belə qanamayacaq. 
Bu görüşlərdən sonra qazinin qardaşı  mənim üçün ceyran vurub hədiyyə 
gətirmişdi. 
Təbrizdə  konsert salonu, teatr binası və qeyri-mədəni ocaqlar yoxdu. Əziz 
Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet teatrı 
Təbrizə qastrola gəldi. Opera teatrı 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
271 
 
sənətkarlarını qarşılamağa vağzala əllərdə gül dəstələri bütün Təbriz getmişdi, 
desəm yanılmaram. 
Əziz  Əliyev kürdləri teatr artistləri tərəfindən verilən bir konsertə  dəvət 
etdi. Kürdlər lojalarda oturmuşdular. 
Paltarları, çalmaları rəngarəngdi. Bellərində qəmələri, silahları vardı. 
Konsertdə müğənnimiz Sara Qədimova "Kürdün gözəli" mahnısını 
oxumağa başlayan kimi kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət 
bürüdü. Kürdlər birdən səhnədə göründülər. Bir-birlərinin qurşağından yapışıb 
kürdcə oxuyaraq yallı getdilər. Salonu arasıkəsilməyən alqışlar bürüdü. Bu, 
təbrizlilər üçün, bızim üçün unudulmaz hadisə oldu. 
 
* * * 
 
Əziz  Əliyev həkim olduğundan Təbriz  əhalisinin vəziyyətini, ehtiyacını 
nəzərə alaraq Təbrizdə  əhaliyə  məccani xidməl göstərən xastəxana açdırdı. 
Bakıdan həkimlər çağırıldı. Xəstəxananın müdiri, baş həkimi çox gözəl insan, 
çox yaxşı  həkim Qədimov oldu. Tez bir zamanda Təbrizdə böyük hörmət və 
şöhrət qazandı. 
Əziz Əliyevin birtəşəbbüsü də alqışa layiqdir. Əziz, ucuz, eybəcər Amerika 
filmləri görmüş,  əhaliyə Azərfilmin çəkdiyi filmləri göstərməyi irəli sürdü. 
Bakıdan "Kəndlilər", "ismət" və digər filmlər gətirildi. 
Yadımdadır. Sərin bir payız axşamı Gülüstan bağında, açıq havada 
"Kəndlilər" filmi göstərildi. Hava getdikcə soyuyurdu. Lakin əhali yerdə oturub 
həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş  həyatından, xalqımızın 
mübarizəsindən danışan bu film gostərildikcə  təbrizlilər  əsərin qəhrəmanın 
şiddətli alqışlarla qarşılayırdılar. 
 
* * * 
 
Biz Təbrizə  gəldiyimiz vaxt məscidlərin qapıları  qıfıllı idi. Soruşduq, 
dedilər ki, Rza şah bağlatdırıbdır. Bizdən soruşdular ki, bu məsələyə siz necə 
baxırsınız. Cavab verdik ki, bu sizin öz daxili işinizdir. Bir də soruşdular ki, 
sizdə necə, məscidlər işləyirmi? 
Cavab verdik ki, bizdə dindarlara məscidə getməyi qadağan edən yoxdur. 
Məlum oldu ki, qadınlara çadra örtmək də yasaq imiş. Bir 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
272 
 
  
azdan məscidlər işə başladı. Maraqlanıb bir neçə məscidə getdik. Rövzəxanlar 
əvvəlcə Leninin ruhuna fatihə, Stalinə cansağlığı  və  Qızıl Orduya faşizm 
üzərində qələbə arzulayaraq öz dini işlərini davam etdirirdilər. 
Mən aşura günü Təbrizdə  qəribə bir hadisənin  şahidi oldum. Təbrizin 
mərkəzi küçəsində böyük bir izdiham göründü. Bunlar zəncir vuranlardan, 
başlarını yaranlardan, sinə vuranlardan ibarətdi. Təbriz ajanları bu izdihamın 
qarşısını kəsə bilmədi. Dəstənin qabağında bir adam ələmlər arasında Stalinin 
iksini aparırdı.  İzdihamdan bu sözlər yüksəlirdi: "Məhv olsun zalimlər, qəhr 
olsun cəlladlar. Yaşasın hürriyyət,  ədalət. Yaşasın  şurəvilər!" Ajanlar yoxa 
çıxdı... 
 
* * * 
 
...Bir zarafat daha... Hər axşam opera teatrımızın tamaşalarında olurduq. 
Həmin dostumuz deyirdi ki, "Koroğlu" operasında mənalı bir şey varsa, o da 
təlxəkdən ibarətdir. Təlxəksiz "Koroğlu" "Koroğlu" olmazdı. Təlxək səhnədə 
peyda olan kimi dostumuzun kefi kökəlirdi. Mən yoldaş Əziz Əliyevdən icazə 
alıb bir zarafat düzəltdim. Səhnə arxasına gedib güclə Hidayətzadəni 
hazırladım. Sonra gəlib sakit lojada oturdum. Bir azdan Hidayətzadə həyəcanlı 
gəlib Əziz Əliyevə müraciət etdi: yoldaş hərbi şura üzvü, xoşa gəlməz bir badi 
səbaş verib. 
- Nə olub ki? 

O olub ki, təlxək rolunu oymayan artist İsgəndərov bərk naxoşlayıb, 
bu gecə tamaşa təlxəksiz olacaq. 
- Çarəmiz nədir. Onsuz oynayın. 
Dostumuz qızarıb, bozarırdı. Əsəbi anlar keçirirdi. 
- Necə yəni onsuz oynayın? Təlxəksiz da "Koroğlu" olar. Durun gedək 
mehmanxanamıza nərdimizi oynayaq. Qoy bunlar da özleriyçün təlxəksiz 
oynasınlar. 
Əziz: - Getmək yaxşı düşməz. Tamaşaçılar bizi görüblər. Getsək 
haqqımızda nələr danışmazlar, - dedi. 
Hidayətzadə səhnəyə getdi. Dostumuz isə çox pərt, qanıqara lojada oturub 
heç səhnəyə tərəf baxmırdı. Tamaşa başlandı. Birdən "Nay, nay, nay, nay, nay" 
deyib dünbək çala-çala təlxək səhnədə göründü. 
Dostumuz ucadan "Adə, təlxək gəlib ki" deyə bağırdı. Salondakıların hamısı 
lojamıza tərəf baxdı... 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
273 
 
* *  * 
Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırmışdı. Məclisdə on, on 
iki nəfər adam vardı. Sovet adamrarından məclisdə  Əziz  Əliyev, Mehbalı 
Əmiraslanov və  mən vardıq. Təbrizin cavan xanəndəsi başladı. Qəzəl 
oxunduqca qubernator hiddətlənirdi. "Bunu məclisdən kənar eləyin" kimi sözlər 
deyirdi. Lakin xanəndə qəzəlin sonunda  
 
Süleyman, qafil olma, yaxşi bax ətrafa şairsən  
Cinayət aşdı həddindən, haray sal ki, vətən yandi. 
 
sətirlərini oxuyan kimi Fəhimi də, digərləri də qəzəblərini süni təbəssümlə əvəz 
edərək məni alqışladılar, təriflədilər... 
 
* * * 
 
Mən Bakıya məzuniyyətə gəlməli idım. Əziz mənə dedi ki, sənə bir əmanət 
verəcəyəm, bizim ailəyə çatdırasan. 
Yola çıxan gün yanına getdim... Mənə əl boyda bir qutu verdi. Lakin başqa 
yoldaşlarımız düyü, kişmiş  və qeyri şeylər alıb göndərirdilər. Qutunun içində 
nə olduğunu bilmirdim. 
Bakıda  Əzizgilin evinə  gəldim. Həyat yoldaşı  məni hörmətlə qarşıladı. 
Məktubu və qutunu ona verdim. Qutunu açdılar.  İçində  qələm, karandaş, 
karandaş yonan, pero və məktəbli uşaqlara lazım olan şeylər vardı. 
Əzizın həyat yoldaşı Təbrizdəki həyatla, güzəranla maraqlandı. Mən ona o 
qədər lazımi  şeylərin olduğundan danışdım ki... Təbrizə qayıdanda ona 
ailəsindən məktub apardım. Məktubu oxuyub Əziz  Əliyev gülə-gülə dedi ki: 
"Təbriz mağazalarını qiyabi evimizə köçürmüsən ki..." Əlbəttə,  Əziz evlərinə 
ailəsi üçün çox şey göndərə bilərdi. Lakin bu onun xarakterinə uyğun deyildi. 
Əziz  Əliyevlə müharibədən sonra da görüşərdik. Təbrizdəki günləri yada 
salardıq. Dağıstanda olduğu zaman hər görüşdə  mənə deyərdi ki, "Həmişə 
Moskva səfərindən qayıdan zaman Mahaçqalada düş, keçən günləri təkrar yada 
salaq". 
Bəli, hər görüşdə biz o günləri xatırlayardıq. 
Cənubi Azərbaycanda yazılan  şeirlər hadisələrdə yaxından iştirak 
etməyimin bəhrəsidir. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
274 
 
ARAZIN O TAYINDA 
 
Cənubi azərbaycanlı qardaşlarımızın taleyi məni həmişə düşündürmüşdür. 
İlk gənclik illərində yazdığım bir neçə kiçik şerim bu mövzudadır. 1934-cü ildə 
qələmə aldığım "Yaxşı yoldaş" poemasında da bu məsələdən bəhs açmışam. 
1940-cı ildə tamaşaya qoyulmuş "Qaçaq Nəbi" mənzum dramasında bu 
haqda daha ətraflı söhbət getmişdir. 
Boyük Vətən müharibəsi illarində isə Arazın o tayında qan qardaşlarımızla 
görüşmək, dərdləşmək mənə qismət oldu. Müharibə təzəcə başlanmışdı. Alınan 
faşistləri bizə qonşu ölkələrdə  (İranda) fitnə-fəsad yaratmasınlar deyə, 
qoşunlarımız  İran torpağına daxil oldu. İran qoşunları isə çox yüngül 
müqavimət göstərdi. Ordu başçıları, zabitlər  əsgərləri özbaşına buraxıb 
qaçdılar. Qaçarkən kəndlərdə  hərbi paltarlarını  kəndlilərlə  dəyişir, təğyirlibas 
edirdilər. 
Hamamsızlıqdan paltarları bitli kəndlilərə bu sərfəli idi. Bir çox kəndlilər 
isə onlardan köhnə yamaqlı paltar əvəzinə silah alirdılar. Baş verən kiçik 
toqquşma zamanı yalnız bir İran təyyarəsi sovet Azərbaycanının bir rayon 
mərkəzinə bir-iki bomba ata bilmişdi. 
Təbrizə isə bir sovet təyyarəsi xətərsiz bir neçə bomba atmışdı.  İran 
zabitlərindən  əsir düşən də olmuşdu.  İran ordusunda olan azərilər müqavimət 
göstərməmişdi. Əhali ilə birlikdə Qızıl Ordu hissələrinə yol göstərmişdilər. 
Şəhərin varlıları Tehrana qaçmışdılar (Nəhayət, sovet ordusunun xeyirxah 
məqsədlə İrana girdiyini bilib yenidən Təbrizə qayıtmışdılar). 
Təbrizə sovet Azərbaycanın qabaqcıl ziyalılarından bir qrup gəlmişdi. Mən 
də onların sırasında idim. Mən bir neçə nəfərlə Tehranda olmalıydım. Lakin bu 
məni heç də maraqlandırmırdı. Mən qan qardaşlarımla yaxından görüşmək, 
həyatlarını dərindən öyrənmək maqsədilə Tehrana getmədim. Təbrizdə qaldım. 
Bu gözəl  şəhərdə keçirdiyim munalı günlər, aylar indi də xatirimdədir. 
Təbrizdəki siyasi qruppanın rəisi Yunis Hacıyev, müavini isə mən idim. Yunis 
Hacıyev Bakıya çağırıldıqdan sonra onu mən  əvəz etdim. Dəstəmizdə rayon 
Partiya Komitəsi katibləri, icraiyyə komitəsi müdirləri vardı. 
Şəhər hadisələrlə doluydu. Əhali Qızıl Ordu nəfərlərini ehatə edib Sovet 
İttifaqı haqda onlara suallar yağdırdılar. Təbrizdə biz azərilərin 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
275 
 
görünməsi böyük hadisəyə çevrildi. Qucaqlaşmalar, öpüşmələr. Sevincdən 
doğan göz yaşları. 
Təbriz küçələrində dilənçilər də az deyildi. Küçədən keçənlərə körpə  əllər 
uzanırdı. Yolçular bu zarıyan uşaqlara əhəmiyyət vermədən keçirdilər. 
"Qaraçılar məhəlləsi" adlanan yer isə  həyatın dibi idi, - desək yanılmarıq. 
Ehtiyac üzündən bu darısqal, natəmiz məhəllədə özünü tümənlərə satan 
qadınlar, qızlar vardı. 
Cənublu qardaşlarımızın həyatı çox ağırdı. 
Məktəblərdə yalnız tədris pulu verməyə gücü çatanların balaları oxuyurdu. 
Məktəblərdə tədris fars dilində keçirdi. Məktəb divarları arasında öz ana dilində 
(azəricə) danışanlar məktəbdən qovulurdu. Şəhərdə yalnız bır xəstəxana vardı. 
Yoxsulların xəstələri dava-dərmansız keçinirdi. 
Şəhərdə  mədəniyyət ocaqları yox idi desək, yanılmarıq. Bunun yerinə 
tiryəkxana və ümumxana vardı. 
Yoxsulların balaları gün çıxandan-gün batana bir qarın çörəyə ərbablar üçün 
işləyirdi. 
Sovet adamlarının bu torpağa gəlişi xalqın gözünü açdı. Şəhərdı tızə həyat 
başlandı. "Azırbaycan", "Şahin" adlı  qəzetə  nəşr edildi, Həvəskarların dram 
dərnəkləri işə başladı. 
Məni şairlər maraqlandırırdı. 
Əvvəla onu deyim ki, ilk günlərdə  Təbrizdəki acınacaqlı  vəziyyət məni 
yaman sıxmışdı. Bir neçə gün yemək-içməkdən qalmışdım. Nəhayət, bu 
vəziyyətə alışdım. Bir ay müddətində yazdığım bir neçə  şeri mətbuata 
verməkdən çəkindim. Təbrizdəki  şairlərlə tanış olmadan, onların  şairlik 
qüdrətlərini bilmədən bunu etməkdən çəkindim. Sovet şerimizin adını ucada 
tutmağı hər şeydən üstün bildim. Təbrizdə şairlər vardi. Mir Mehdi Etimadla, 
Hilal Nasiri və  Əli Fitrətlə tanış oldum. Bunların yalnız birinin bir kitabçası 
nəşr olunmuşdu. Bu kitabın müəllifi Mir Mehdi Etimad idi. Hilat Nasirinin 
Təbrizdə və Ərdəbildə kitab-dəftər mağazası vardi. Əli Fitrət isə Təbriz dəmir 
yolunda keşikçi vəzifəsində çalışırdı. Dəmir yoluna yaxın yerdə kiçik bir xanəsi 
vardı. Həmin daxmada o mənə  və Mirzə  İbrahimova beş-alti qoyun baş-
ayağından çox dadlı yemək hazirlamışdı. Bizimlə görüşəndən sonra azəricə 
şeirlərini qəzetlərdə çap etdirməyə başladı.  Mən bu şair dostlarımla görüşdən  
sonra 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
276 
 
Süleyman Hikmət imzasıyla şeirlər dərc etdirməyə başladım. İlk şerim "Vətən 
yandı" idi. 
Doğrudan da Cənubi Azərbaycan od içindəydi. Onun zəngin varını Tehrana 
daşiyırdılar. Tehrandan da xarici ölkələrə daşmırdı. 
Yadımdadır. Təbrizdə gizli polis rəisi Sərhəng Seyf demokratlara, bizə 
hüsn-rəğbət bəsləyənlərə gizlicə divan tuturdu. Təbriz zindanları azadixahlarla 
doluydu. Bir gün bir bayram münasibətilə  Təbriz qubernatoru Fəhimi bir 
ziyafət düzəltmişdi. Sərhəng Seyf mənimlə yanaşı oturmuşdu. Mənə bir sıra 
müəmmalı suallar verirdi. Təbrizdə arayıb tapdığımız gənc müğənni başmaqçı 
Xəyyam da burada idi. Xahiş etdilər ki, Xəyyam oxusun. 
Xəyyam "Vətən yandı" qəzəlimi oxumağa başladı. Qubernator I Fəhimi və 
Sərhəng Seyf qəzəlin ilk sətirlərindən qəzəbləndilər. Öz aralarında müğənni 
başmaqçı  Xəyyamı  məclisdən başqa yerə aparmağı  qərarlaşdırdılar. Lakin 
qəzəlin sonunda: 
 
Süleyman, qafil olma, yaxşı bax ətrafa şairsən  
Cinayat aşdı həddindən, haray sal ki, vətən yandı... 
 
beytini eşidən kimi ikisi də üztərində süni təbəssümlər yaratdılar. Başmaqçı 
Xəyyamı rahat buraxıb məni alqışladılar. Sərhəng Seyf mənə "Abco" (pivə) 
içirməyə çalışırdı. Mən də ona müharibə illərinin arağını içirmayə başladım. Bu 
işdə  mənə yanımızda oturan sovet süvari diviziyasının komandiri polkovnik 
Alekseyev də kömək etdi. Bir azdan sonra Sərhəng Seyf özünü itirdi. 
Qubernator Fəhiminin əmrilə onu məclisdən apardılar. 
 
* * * 
 
Cənubi Azərbaycanda maşınla, atla və piyada bir çox dağ  kəndlərində 
oldum. Mən müharibədən  əvvəl Moskvada hərbi ləhsil almışdım. Hərbi 
şöhrətim "batalyon komissarı" idi. Təbrizdə süvari diviziyasına təhkim 
olunmuşdum. Polkovnik Alekseyevin təşəbbüsü ilə süvari məşqlərini keçdim, 
yaxşı at çapmaq öyrəndim. Döşümdə patrondaş, çiynimdə karabin silahım, bir 
de Alekseyevin hədiyyəsi "parabellum" yarağım vardı. Alekseyev Finlandiya 
cəbhəsində iştirak etmiş komandirdi. O mənə həmin cəbhələrdə olmuş "Artist" 
ləqəbli gözəl bir at və gümüş bəzəkli qılınc da bağışlamışdı. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
277 
 
Azərbaycan Opera Teatrı  Təbrizdə qastrolda olanda Bülbül "'Koroğlu" 
tamaşasında həmin atı minərdi. 
Bir gün dostum Bülbül ilə balaca küsüşmüşdük. Atlara baxan əsgərə 
tapşırdim ki, mənim atımı daha teatra verməsinlər. 
Bir axşam "Koroğlu" tamaşasında Bülbül səhnəyə arıq görkəmsiz faytonçu 
atı ilə  çıxdı. Tamaşadan sonra Bülbüllə görüşdük.  İkimiz də sözsüz gülməyə 
başladıq. Nəhayət, Bülbül diliəndi. "Şair, axırda qəhrəman Koroğlunu fayton 
atına da mindirdin". 
Bundan sonra Bülbiil yenə həmin "Artist ləqəbli atla çıxış etdi. Ata "Artist" 
ləqəbi təsadüfi qoyulmamışdı. At doğrudan da çox qəşəng və çox oynaq idi. 
 
* * * 
 
Təbriz indi də gözlərimin önündədir. Onun bir böyük küçəsi vardır. Biz 
orada olanda əhali həmin küçəyu Səttarxan-Bağırxan xiyabanı adını verdi. 
Həmin küçədə mehmanxana (Firdos mehmanxanası), mağazalar, restoranlar 
yerləşir. Təbrizdə  əhalini siyahıyaalma o qədər də inandırıcı deyil. Əhalinin 
müəyyən qismi müəyyən səbəblərə görə siyahıyaalınmadan boyun qaçirırdı. 
Verilən rəsmi məlumata görə o zaman Təbrizin əhalisi 300 minə qədərdi. 
Təbrizdə 12 min erməni yaşayırdı. Demək olar ki, şəhərin mərkəzindəki 
mağazaların səhmanlısı onların idi. 
Təbrizdə vur-tut bir zavod vardı. Bu pivə zavodu Budaqyansm idi. 
Şohərdə bir kinoteatr binası vardı. 
Bakıdan Təbrizə bizim "Azərfilm" in çəkdiyi əsərtar gətirildi. Bu işlərə də 
mən nəzarət edirdim. 
Biz çox ucuz qiymətə bu filmləri bina sahiblərinə xalqa göstərmək üçün 
verirdik. 
Bir gün şəhər bağında "Kəndlilər" filmini əhaliyə göstərirdik. Açıq havada 
soyuğa baxmayaraq, tamaşaya hamı böyük maraqla baxırdı. Az keçmədi 
quşbaşı qar yağmağa başladı. Lakin kimsə yerindən tərpənmədi. Təbrizdə sanki 
hamı alverlə  məşğuldur. Məsələn, bir küçədən keçirsən, orada qəribə 
munzərəyə rast gəlirsən. Sanki alçaq mərtəbəli evlər mağazadır. Hər evin 
küçəyə açılan pəncərələrində hər şey satılır. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
278 
 
Məsələn, bir pəncərədə üzüm, yemiş, digərində quru meyvə nəzərə çarpır. 
Pəncərənin bir gözü bir qardaşa, digər gözü digər qardaşa məxsusdur. 
Təbrizdə istədiyin şeyi adama zorla da sata bilirlər. 
Bir gün Bülbüllə birlikdə küçə ilə gedirdim. 
Bir cavan adam qabağımızı  kəsib Bülbülə müraciətlə "Ağa, mən bu 
qəlyanaltını satıyam". 
Bülbül: - Canım, get sat. 
Cavan oğlan; - Ağa, bu qəlyanaltını vallah satıyam. 
Bülbül: - Gülüm, dedim ki, get sat!.. Mən çəkən deyiləm. Mənim qəlyanım 
yoxdur, altını neyləyirəm. 
Cavan oğlan bizdən ayrıldı. Bir az sonra başqa bir yerdə yenə qabağımızı 
kəsdi. 
Cavan oğlan: - Ağa, man bu qəlyanaltını satıyam... 
Bülbül: - Canım, get sat da... nə istəyirsən məndən... 
Cavan oğlan getdi. Üçüncü dəfə yenə qabağımıza çıxdı. 
Cavan oğlan: - Ağa, mən bu qəlyanaltını satıyam. 
Bülbül: - Bala, qiyməti neçədir? 
Cavanoğlan: - Birtümənə... 
Bülbül: - Al bala, bü sənin bir tümənin, xoş getdin. Qəlyanaltın mənə gərək 
deyil. 
Cavan oğlan alverindən xeyli razı bizdən uzaqlaşdı. Doğrudan da heç nəyə 
gərək olmayan köhnə qalyanaltını da Təbrizdə yaxşi qiymətə satmaq olarmış. 
Bülbül dedi: "Süleyman, bu Təbrizlilər qəribə adamlardır. Bir də gördün ki, 
həmin bu cavan adam sabah qabağımıza çıxıb deyəcək, ağalar, mən qarpız 
qabıqlarını satıyam. Sənə satacaq, hünərin var alma, alacaqsan". 
 
* * * 
 
Dedim ki, Təbriz qəşəng  şəhərdir. Baharı çox gözəldir. Dar küçələrdən 
keçəndə uca banlardan başqa bir tikintini görmürsən. Lakin hər qapıdan içəri 
girəndə gözəlliyə heyran olursan. Bunların içərisində nəzərə çarpmayan evlər, 
meyvə  ağacları, üzümlər, güllər, çiçəklər, gözləri oxşayır.  Şəhərin  ətrafındakı 
yoxsul evlərinin qabağında üzümlük və çiçəklik vardır. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
279 
 
Təbrizin qışı sərt olur. Bozən şaxta adamı qılınc kimi kəsir. 
Belə qış aylarında yoxsulların halı çox ağır olur. Qışda yanacaq üçün odun 
çox baha satılır. 
Bir az komür tapıb kürsü quran daxmalarda ailə güclə qızına bilir. Bir dəfə 
şəhərkınarı məhəllələrinin birində çox acınacaqlı bir mənzərənin şahidi oldum. 
Bir döngədə xörək içində kişə bükülmüş bir meyit gördüm. Meyitin dövrəsində 
buz üstündə titrəyə-titrəyə ağlayan bir ncçə oğlan və qız uşağı vardı. Yaxınlaşıb 
məsələylə aşina oldum. Meyit qoca bir bənnanın idi. 
Yoxsullar yayda birtəhər dolana bilərdilər. Qış ayları onlar üçün çox ağır 
olurdu. Evlərdə yanacaq yox idi, bazarda odunun qiyməti çox baha idi. 
Hətta elə evlər vardı ki, orda ailələr üstlərinə salmağa qalın yorğan belə tapa 
bilmirdilər. 
Küçələrdə buzlar üstə ayaqyalın, başıaçıq gəzən uşaqların vəziyyəti adamı 
sarsıdırdı. 
Axşamlar dadlı yeməklərin qoxusunu ətrafa yayan restoranların qapısında 
dilənən oğlan, qız uşaqları adamın ürəyini yandırırdı. Biz cibimizdə nə artıq pul 
vardısa, bu məsum balalara verirdik. Bəzi dilənçi uşaqlar bizi öz aralarında 
bölüşdürmüşdülər. Məsələn, biri məni, digər dilənən uşaqlara göstərib deyirdi 
ki: "Siz bu ağaya yaxınlaşmayın, bu mənim ağamdır. Siz də özünüzə başqa ağa 
tapın". 
Bu körpələr haqqında düşünən, onları bu vəziyyətdən xilas üçün çarə 
axtaran hanı? Şair, gəl döz bu dərdlərə görüm necə dözürsən! 
Ailənin imkanı olmadığından meyiti döngədə qoyub dəfn üçün yol 
keçənlərdən kömək istəyirdilər. Cibimdə olan bir neçə tüməni onlara verib 
ürəyi yaralı düşüncələr içərisində oradan ayrıldım. "Memarın faciəsi" poemam 
həmin hadisənin məhsuludur. 
Sovet qoşunları İran torpağına daxil olmamışdan əvvəl kürdlərin dağlardan 
aşağı,  şəhərlərə  gəlməsi qadağan idi. Bizim İranda olmağımız bu xalqların 
dostluğunun möhkəmlənmasinə səbəb oldu. 
Doğrudur, kürdlər ilk dəfə  dəstə-dəst;» Təbrizə  gələndə yuxarı  təbəqədən 
olanların kürkünə birə düşdü. Dükan-bazar bağlandı. Şəhərdə gediş-gəliş azaldı 
- adamlar evlərdə oturub nəyinsə baş verəcəyini gözləyirdi. 
Lakin heç bir hadisə baş vermədi. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
280 
 
Əksinə, gözəl,  əlamətdar dostluq tuntənəsi nümayiş etdirildi. Bakıdan 
Təbrizə qastrola bir dəstə artist gəlmişdi. Sara Qədimova da onların 
arasındaydı. 
Təbrizdə teatr binasında konsert verilirdi. Kürd xanları tavus quşu qədər 
rəngli libasda, belləri qəməli, silahlı lojalarda konserli dinləyirdilər. 
Qurban Pirimovun müşayiətilə Sara Qədimova "Kürdün gozəli" mahnısını 
oxuyanda kürdlər dayana bilmədi. Öz dillərində səhnəyə aferinlər yağdırdılar. 
Daha soııra hamısı lojalardan çıxıb səhnəyə toplaşdılar. 
Bir-birilərinin qurşağından yapışıb oxuya-oxuya yallı getdilər. Doğrudan da 
çox maraqlı, görməli mənzərəydi. Salondan alqış sədaları uzaqlara əks edirdi. 
Bu axşam hamının xatirində dərin izlər buraxdı. Səhəri bütün şəhər əhalisi 
bu gözəl hadisədən danışırdı. Beləliklə, kürdlər haqqında gedən fitnəli şayiələrə 
son verildi. 
Opera teatrımız Təbrizdə müvəffəqiyyətlə  çıxış edirdi. Orucluq ayı idi, 
lojalarda oturanlar iftarını teatrda açırdı. Onlar üçün restoranlardan plov, kabab 
və qeyri-ləziz xörəklər gətirilirdi. Onlar iftar aça-aça tamaşaya baxırdılar. 
Bir tamaşa zamanı teatrın foyesində gödəkboylu bir adam yanaşdı. Məni bir 
tərəfə çəkdi. Mən onu dərhal tanıyıb Cavadzadə yoldaş dedim. O: "Xeyr, mən 
Pişəvəriyəm" deyə cavab verdi. Mən onu "Bakıda Qızıl Qələmlər  İttifaqının 
fəaliyyəti vaxtından tanıyırdım. O zaman o "Kəndli" qəzetinin redaktoru idi. 
Onunla bir neçə dəfə görüşümüz də olmuşdu. 
Pişəvəri məndən xahiş etdi ki, bizim məsul yoldaşlarla onu görüşdürüm. 
"Zindandan təzə buraxılmışam. Məqsədim Təbrizdə "Tüdə"-ni yaratmaqdır. 
Burada arzuma yetməsəm Tehrana getməliyəm". 
Mən onun bu arzusunu bizim yoldaşlara çatdırdım. Yoldaşlarımız bu işə 
laqeyd baxdılar. Mən Pişəvərini (Cavabzadəni) yaxşı tanıdığımı, bizim adam 
olduğunu başa salmağa çalışırdım. Söhbətdən belə  çıxdı ki, Təbrizdə olan 
məsul işçi yoldaşlarımızın bu böyük şəxsiyyət haqqında heç bir məlumatları 
yoxdur. Hətta bir nadan dedi ki, "Onu zindandan bilərək buraxıb üstümüzə 
göndəriblər. Şübhəli adamdır. Bİz onunla görüşmək istəmirik". 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
281 
 
Bunu söyləyən Cənubi Azərbaycanda xeyirxah fəaliyyət göstərmək əvəzinə 
silah alverilə, qadınlara sataşmaqla və ciblərini doldurmaqla məşğul olan Ağa 
Səlim Atakişiyev (Səlim Petroviç) idi. Nə isə. Pişəvəri belə qəbuldan çox pərt 
oldu. Təbrizdə qalmayıb Tehrana getdi. 
 
* * * 
 
Yeri gylmişkən deyim ki, həmin Ağa Səlim Təbrizdə  və onun ətraf 
kəndlərindən silah yığmağı bir şübhəli adama tapşırmışdı. Həmin ailə vaxtilə 
Bakıda bizim sabiq Spasskaya küçəsində yaşayırdı. 
Bir gün Mirzə  İbrahimov mənə dedi ki, məni bir fəhlə ailəsi evinə qonaq 
çağırır. Gəl bərabər gedək. Zavallı vaxtilə Bakıda fəhləlik edirmiş.  İndi də 
bıırada ehtiyac içindədir. Gəl gedək, yoxsa könülləri qırılar... 
Bərabər həmin ailəyə qonaq getdik. İçəri girən kimi diksindim. Mən kimi 
görsəm yaxşıdır. Kor Əlini. Ağasəlim Atakişiyev üçün silah toplayan gəncin 
atasını. Kor Əlini... 
Onlar da məni görən kimi özlərini itirdilər. Kor Əli  əlbəttə, tamamilə kor 
deyildi. Bir gözünün qapağı yatıq idi. Bu Kor Əli Bakıda məşhur Qoçu 
Ağakərimin qardaşı idi. Məhlə onların əlindən göz açmazdı. Adam oğurlamaq, 
adam oldürmək onun əlində su içmək kimi bir şeydi. Bəli, bu evdə  mənim 
dəmirçi atamı,  əmimi və anamı tanıdıqlarım və  İrana gələndən sonra polis 
tərəfindən soyulduqlarını bizə nəql etdilər. 
Bu evdən çıxandan sonra Mirzə  İbrahimova bu "fəhlə"  Əli kişinin kim 
olduğun açıb deyəndə mat qaldı. Atakişiyev və Kor Əli görünür ta Bakıdan çox 
yaxşı tanışmışlar. Ağakişiyev biz ziyalıları yaman tərif edirdi. Amma əlaltdan 
xeyirxah, azadixah adamlarla görüşümüzə mane olurdu. Bir dəfə  mənim 
maşınımda Səttarxanın qardaşını yanımıza gətirdib onunla söhbət etdik. Bu 
münasibətlə Ağakişiyev bizə min cür siyasi ləkələr vurmağa çalışırdı. Nəhayət, 
mən  Ərdəbildə onun adamlarının qəbzlərini öz puluma dükanlardan geri alıb 
Təbrizdə yığıncağimızda müzakirəyə qoydurdum. Onun adamları dükanlardan 
şey alanda pul verməzdilar.  Əvəzinə bir barmaq kağıza qol çəkib dükançıya 
təqdim edərdilər. Bu hadisədən sonra Atakişiyev bizi bir qədər təqib etmədi. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
282 
 
* * * 
 
Bir gün xəbər gəldi ki, Sərabın Dağ kəndlərinin birində sovet adamları xanı 
və oğlunu öldürüb izini itiriblər. Əlbəttə, bu, düşmənlərin şayiəsi idi. O kənddə 
bir nəfər də sovet adamı olmurdu. Qubernator bizim ştaba bu haqda etiraz 
bildirdi. Həmin kəndə  Həsən  Şəhgəldiyevlə  məni göndərdilər. Biz maşınla 
Səraba gəldik. Sərabda olduğumuz zaman bəzi yoldaşlarımız otaqdan, yaxud 
kənddən kənara çıxmırdılar.  İdarə  işiylə  və dadlı yeməklər yeməklə 
məşğuldular... Bir paramız isə  həyatın içərisində olmağı istəyirdik. Bizə  nə 
tapşırıq verirdilərsə  dərhal icrasına başlayırdıq. Bu dəfəkj səfərdə  Sərabda bir 
gün qalmalı olduq. Polis idarəsinə getdik. Dağ kəndinə onlarla birlikdə getməyi 
lazım bildik. Polis rəisi bizə əmniyələr verməkdən imtina etdi. 
Dedi ki: "Kəndlərdə  əmniyələrimizi tutub silahlarını alırlar. Müqavimət 
göstərdikdən öldürürlər də. Siz zamin olsanız birlikdə gedərik". Biz zamin 
olduq ki, onların başından bir tük əskik olmayacaq. Atlara minməli olduq. 
Mənə birxam at gətirdilər. Bəli, bu at bəlkə də minilməmişdi. Polis həyətinda at 
məni az qalmışdı yerə çırpsın. Bu atı mənə bilərəkdən vermişdilər. Digər bir at 
gətirdilər. Təəccüblü burasıdır ki, həmin ata nə əmniyə rəisi, nə də əmniyələr 
mindi. 
Üzü dağlara doğru hərəkət etdik. Atlarımızı sürətlə dağ yoluyla çapırdıq. 
Şahgəldiyev atı bir ayaq, bir ayaq sürürdü. Çox yerdə onu gözləməli 
olurduq...  İrəlidəki yollar bizi dağlara doğru aparırdı. Gedəcəyimiz kəndə az 
qalmışdı ki, əmniyə  rəsi və  əmniyələr atları qamçılayıb kəndə bizdan əvvəl 
girməyə can atdılar. Mən da atı çapdım. Onlar atları  kənddə bir daxma 
qarşısında saxlayıb yerə endilər. 
- Bu nə  işdir, siz bizdən zaminlik istəyirdiniz. Necə olur ki, bizdən  əvvəl 
kəndə girməyə cürət edirsiniz dedim. Əmniyə  rəisi dedi ki, bax bu ev 
şurəvilərindir. Mən istədim ki, onları buradaca silahlı surətdə sizə göstərim. 
Nə isə  Şahgəldiyev də  gəlib çıxdı. Otaqda bir neçə adam vardı. Bunlar 
tudəçilərdəndi. 
Xan və oğlu haqqında sorğu-suala başlandı. Hamı bir ağızdan dedi ki, Xan 
və oğlu qaçmışdır. Onları öldürən olmamışdır. 
Xanın malikanəsinə getməli olduq. Xanın evi qarət edilmişdi. Evin 
müəyyən yeri yandırılmışdı, Bir manqalın dalından bir nəfər yuxulu 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
283 
 
gözlərilə bizi süzdü. Bu xanın qardaşı idi. Belə bir hadisəyə baxmayaraq, tiryək 
çəkməklə  məşğuldu. Digər otaqdan iki qadın çıxdı. Biri xanın arvadı, digəri 
bacısı idi. Xanın bacısı örpəyini başından götürüb ayaqlarımın altına atdı. 
- Qardaşımın və oğlunun ya dirisini, ya ölüsünü bizə qaytarın - dedi. 
Kənd ağsaqqallarına müraciət etdik. Qarət olunmuş şeylər bir saatın içində 
xanın evinə qaytarıldı. Kənd əhalisi meydançaya toplaşdi. 
Hamı bir ağızdan xanın və  oğlunun qaçdığını söyləyirdi.  Əmniyə  rəisi 
deyirdi ki, "bu yalandır, xanı öldürmüsünüz. Görünür günahı varmış ki, 
öldürmüsünüz". Meydançaya toplaşanlar bir-bir xanın zülmündən, oğlunun 
qizların namusunu pozmasından xeyli danışdı. Bir gənc qadın başını  aşağı 
dikərək Xan oğlu tərəfindən zorlandığını danışdı. 
Bir qoca kürkünü qaldırıb belindəki xəncər yaralarını göstərdi. O dedi ki, 
Xan oğlu nəvəmi zorlamaq istəyirdi. Mən harayına yetişdim. Xan oğlu 
həyatimdəki meyvə  ağaclarını doğramağa başladı. Mane olmaq istəyəndə 
xəncərlə bir neçə yerdən məni yaraladı. 
Divana şikayət etdim. Səsimi eşidən olmadı. Kəndlilərin arasında pəhləvan 
gövdəli birini tanıdım. O vaxtilə (Qulam Yəhya) Bakı neft mədənlərində 
işləyirdi. Mən xəlvəti ona başa saldım ki, əmniyə rəisi köhnə qurddur. Onlardan 
şübhələnir. Sabah gecə Səraba yanımıza gəlsinlər. Gecəni kənddə xanın evində 
qalmalı olduq. Kəndülər gecə yarısına qədər bizə suallar yağdırırdılar. Əmniyə 
rəisi onlara belə deyirdi: "Əqlinizi başınıza yiğın. Bu gün-sabah müharibə 
qurtaracaq. Bunlar öz vətənlərinə qayıdacaq. Yenə burada sizinlə biz 
qalacağıq". 
Mən kəndlilərə bir neçə  şeir oxudum. "Durnalar" şerimi oxuyandan sonra 
soruşdum ki, bu şeir onlara çatdımı? Bir kəndli dedi: 
- Ağa, niyə, ürəyimin qulaği var, gözü var. 
Durnalar bizux da". 
Bu söz sonra mənim bir şerimin sərlövhəsi oldu. Kəndlilər evlərinə 
dağılışdı. Biz xalılar üzərində yatmalı idik. Əmniyə  rəisi və  əmniyələr 
biləklərini və ayaqlarının açıq tərəfini qaytanla bərk bağladılar. Biz təəccüb 
etdik. Sən demə özlərini bitdən müdafiə üçün tədbir görürmüşlər. 
Sababı Səraba gəldik. Bir evdə rahatlanmaq istədik. Gecəyarı Qulam Yəhya 
bir yoldaşla yanımiza gəldi. Lampa işığında söhbətə başladıq. Onlar xanın və 
oğlunun həmin kənddə otaqda boğdurulub yol üstündəki quyuya atıldığını 
bildirdilər. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
284 
 
Artıq bu adamların burada qalması  təhlükəli idi. Səhər tezdən görüşməyi 
qərarlaşdırdıq. 
Lakin sübhə qədər yata bilmədik. Bədənimizi nə isə yeyirdi. Bəlkə qaşınma 
xəstəliyinə tutulmuşduq, deyə düşündük. Köynəklərimizi yoxladıq.  Əllmizdə 
bitlər sira-sıra düzülmüşdü. Dəhşətə gəldik. Sübh tezdon iki yoldaşı Ərdəbildən 
Təbrizə gedən hərbi yük maşınıyla yola salıb özümüz də orada qalmayıb 
hərəkət etdik. Mehmanxana həyətində soyunub paltarımızı yandırmağa verdik. 
Təmizlənib təzə paltar geydik. Təbrizdə Q.Y. yoldaşın taleyi bizi çox nigaran 
qoymuşdu. Bizə  xəbər çatdı ki, Q.Y. yoldaşı tutublar. Sərab  əmniyə  rəisi 
Təbrizə telefonla xəbər çatdırıb ki, Q.Y. yoldaşı sovet maşınında yola salıblar. 
Mən  şairliklə yanaşı, bir fədaiyə dönmüşdüm. Ürəyim cənublu 
qardaşlarımızın çəkdikləri müsibətlərə,  əzablara tamaşaçı kimi baxa bilmirdi. 
Təbriz ziyalıları,  ətraf kəndlərin nümayəndələri yanıma gəlib dərdlərini 
danışırdılar. Mən də onların arzularını  məndən rütbəcə böyük yoldaşlara 
çatdırırdım. Hər ailənin, hər adamın həyatı, güzəranı bir böyük kitaba sığmayan 
hadisələrlə doluydu. 
Q.Y. yoldaşın taleyi ilə məşğul olduq. 
Mirzə ilə  mənim yanıma iki adam tez-tez gəlib hər xahişimizi yerinə 
yetirməyə hazır olduqlarını bildirdilər. Bunlardan biri Milli Qəhrəman 
Səttarxanın kürəkəni idi. Çox ucaboy, pəhləvan gövdəli bu adam deyirdi ki, 
kimi istəyirsinizsə gedib vurum. Mən bunlardan çox zülmlər çukmişəm. Biz 
onu başa salırdıq ki, İran torpağına gəlməkdə məqsədimiz başqadır. Biz terror 
əleyhinəyik. Tək-tək adamları aradan götürməklə xalqımın vəziyyəti 
yaxşılaşmaz. Bir gün eşitdik ki, Qarabağda nıülkədarlar öz nökərlərilə birlikdə 
onu facianə bir surətdə öldürüblər. 
İkinci adam isə  Zəndi adli kürd idi. O zindandan təzəcə  çıxıb Təbrizə 
gəlmişdi. O deyirdİ ki, "Mon kürd ziyalılarındanam. Azadgah olduğumdan 
neçə ildi ki, zindanda yatırdım. Mən hazırda dəmir qəfəsdən çıxmış  pələngə 
bənzəyirəm. Deyin, kimi aradan götürüm!" 
Biz Səttarxanın kürəkəninə dediklərimizi ona da söylədik. Mirzə ilə bir neçə 
kəlmə danışdıq ki, o bizi başa düşməsin... 
Kürd Zəndi bir neçə dil bilirdi. Mən ona Q.Y. yoldaşın başına gələnləri 
danışdım. Zəndi dedi ki, mən belə işlərin çarəsini yaxşı bilirəm. 
Nəhayət, öyrəndik ki, Q.Y. yoldaş xilas edilmişdir. Bu həqiqətə  nə  qədər 
uyğundur, bilmirəm. Zəndi bizə dedi ki, mən qubernator Fəhıminin kabinetinə 
girdim. Mauzeri gicgahına dayayıb Q.Y. yoldaşın dərhal 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
285 
 
azad olunmasını  tələb etdim. Qoca qubernator canının qorxusundan telefonla 
dərhal Q.Y. yoldaşın buraxılması əmrıni verdi. Sonralar Q.Y. yoldaşı hər dəfə 
görəndə bu hadisəni ona xatırlatmaq istədimsə də, bacarmadım. 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin