Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
PARTİZAN ƏLİ 
 
Unutmaram, ömrüm boyu komsomolçu Əlinin  
Düşmənlərlə vuruşunu Qarabağ meşəsində.  
Qəhrəmanı incitsə də yarası sol əlinin,  
Qalibiyyət gurlayırdı yenə onun səsində.  
Əli coşub bağırırdı: "Axsa qızıl qanımız,  
Düşmənlərlə dolsa belə bir gün dörd bir yanımız,  
Qəlbimizi bayraq edib haqq yolundan dönmərik,  
Göy üzündə günəş sönsə biz yanarıq, sönmərik!  
Yaxşı baxın alt-üst olmuş bizim kəndə, a dostlar,  
Bu dəhşətə baxmaq olmaz durub gendə, a dostlar.  
Bacalardan tüstü qalxmır, laylasızdır beşiklər,  
Doğma kənddə anasızdır, balasızdır beşiklər.  
Xəndəklərdə kəsik başlar, kəsik əllər, ayaqlar,  
Səngərlərdə boş patronlar, bir də ki, boş daraqlar.  
Qalmamışdır partizanın evində daş üstə daş:  
Öldürülmüş min əzabla arvadı, oğlu, qızı.  
Yaxşı baxın o təpənin döşündə yanan kəndə,  
Fəryadları bomboş, dilsiz göyə dayanan kəndə.  
Yaxşı baxın o evlərin qızıl alovlarına, - 
Dalğalanır əsən yeldən pərişan saçlar kimi.  
Yaxşı baxın obamızın uçuq divarlarına,  
Qəmgin durur quş qonmayan yetim ağaclar kimi.  
Yox, bu dərdə, bu zillətə dözmək olmaz, dostlarım,  
Belə getsə yurdumuzdan nişan qalmaz, dostlarım.  
Düşmənlərə sinə gərən bizik əli yaraqlı,  
Bəli, bizik vuruşanlar, birəlli, birayaqlı.  
Mərd ellərin arasında qəhrəmandır adımız,  
Düşmənlərə zərbə vuran partizandır adımız.  
Biz ölsək də qoy anamız yaş töküb ağlamasın,  
Qapqara bir örpək örtüb bizə yas saxlamasın.  
Biz ölsək də, dostlar, nə qəm, bizdən sonra gələnlər  
Qaldırarlar adımızı göylərə bayraq kimi. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
148 
 
Ölməmişik, hələ sağıq, düşmənlərdir ölənlər,  
Düşmənlərdir önümüzdə titrəyən yarpaq kimi!  
Aha... Dostlar, düşmən yenə atəş açır, irəli!  
Atəş, hücum! Atəş, hücum! Onlar qaçır... 
İrəli!" 
Bu sözləri eşidincə yel tək qanadlanırdıq,  
Ölümləri unudaraq dağlardan atlanırdıq.  
Hər atəşdə, hər hücumda düşmənlərə hər səfər  
"Hədiyyələr" göndərirdik isti-isti güllələr!  
Müharibə günlərində müdhişdir, qorxuludur  
Vətən eşqi bizim üçün hər bir şeydən uludur,  
Ondan alır ilhamını hər partizan ürəyi.  
Biz ölməyə, öldürməyə hər dəqiqə hazırdıq,  
Daş-kəsəklər arxasından dayanmadan yazırdıq,  
Güllələrlə, düşmənlərin bədəninə yaralar. 
 
* * * 
Döyüş bitdi... Zəfər güldü üzümüzə günəş tək,  
Ağ günlərin sevgisilə döyünürdü hər ürək.  
Ailədən, məhəbbətdən danışırdıq, gülürdük,  
Bəzimizsə yaramızın al qanını silirdik.  
Əli bəzən söz qatırdı şirin söz arasına,  
Zərrə fikir verməyərək qolunun yarasına.  
Şirin-şirin, həzin-həzin gözəl tütək çalırdı,  
Ağacların yarpaqları Əliyə əl çalırdı.  
Qarabağlı, qəşəng səsli partizan yoldaşımız,  
Yanıq-yanıq oxuyurdu bizə kəsmə şikəstə.  
Könlümüzün tellərilə məşğul ikən başımız  
Yağdı birdən üstümüzə güllələr dəstə-dəstə.  
Biz də haman verdik sözü pulemyota, tüfəngə,  
Ağız açıb göylər belə heyran qaldı bu cəngə!  
Artıq bu sıx meşədə də dərin sükut hakimdi,  
Dəstəmizin üz-gözündən zəfər gülürdü indi.  
Bəli, bu son vuruşmada düşmənlər basılmışdı,  
Taleləri ölən sinfin boynundan asılmışdı. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
149 
 
Meşəni halqaya alıb yollarını bağladıq,  
Cəld, sağ qalan yağıların qollarını bağladıq.  
Birdən bizi dəhşət aldı, yoxdu qəhrəman Əli,  
Bilirdik ki, atışmada yaralanmışdı Əli.  
Yüyürüşdük dərələrə, təpələrə təngnəfəs...  
Bir ağızdan nərə çəkdik, meşəni tutdu bu səs: -  
"Əli, Əli, hardasan huy! Əli. Əli, Əli - huy!"  
Qalın meşə əks-səda verib dedi: "Bəli, huy".  
Çox axtarıb tapdıq onu, otsuz, quru bir yerdə,  
Biz belə bir qəhrəmanlıq görməmişdik bəşərdə... 
 
1932 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
150 
 
GÜLBAHAR 
 
- Danış, danış, Gülbahar, 
- Olum tanış, Gülbahar, 
Dərdlərinə yaxından. 
Səni udan bu zindan 
Yıxılmazsa kökündən, 
Dərd getməz ürəyimdən. 
Danış bir-bir, dinləyim, 
Kaman kimi inləyim... 
Ağlama, yazıq bacım, 
Gün doğur artıq, bacım, 
- Qardaş, qulaq as, deyim.  
Nədir bu dərd, yas, deyim  
Sinəm yaradır, yara,  
Günüm qaradır, qara...  
Nə haqqım, nə səsim var,  
Dəmirdən qəfəsim var.  
Dərdim uca dağ kimi;  
Solğun bir yarpaq kimi  
Küləklər əsiriyəm,  
Bəxtsizlərdən biriyəm...  
Bir zaman çox gözəldim,  
Hər gözəldən əzəldim;  
Azdı könlümün dərdi,  
Qızlar baxıb deyərdi:  
- "Qızılgülün yarpağı – 
Bu dilbərin yanağı  
Qədər gözəl deyildir.  
Bu qız bir dəstə güldür!.."  
Böyüdükcə anladım  
Nədir mənim həyatım.  
Gördüm, yaman gündəyəm,  
Sanki bir sürgündəyəm.  
Dövrəmiz qan ağlayır,  
Bulud, duman ağlayır. 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
151 
 
Gecə çıraq sönəndə,  
Atam evə dönəndə,  
Sevinərdik, yatmazdıq.  
Qəm-qüssəyə batmazdıq.  
Od tutub alışardı,  
O, bizə danışardı:  
Bugünkü sürgunlərdən.  
Gələcək ağ günlərdən.  
Gözümüzü yumardıq,  
Biz də bir pay umardıq  
O gələcək həyatdan,  
Bəzəkli kainatdan... 
 
Bir gün tutuldu atam,  
Buna dözərmi adam?!  
Batdı dəryada gəmim,  
Çoxaldı dərdim, qəmim.  
Tüstüsüz yandım oda,  
Bu aha, bu fəryada  
Qulaq asan görmədim;  
Mən bir insan görmədim  
Ki, etsin bizə kömək.  
Yağ tək əridi ürək...  
Anam düşdü yatağa,  
Döndü solğun yarpağa.  
Əridi bir şam kimi,  
Qərib bir axşam kimi.  
Dərdimizi çəkən çox,  
Qapımızı döyən yox.  
Yox ümid, yox təsəlli,  
Qışın amansız yeli  
Qılınc çəkib qudurdu,  
Astanamızda durdu.  
Ana xörək istəyir,  
Qardaş çörək istəyir...  
Satdıq evdə hər nə var,  
Elə bildik yenə var.. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
152 
 
Dad əlindən, ey fələk 
Rəvamı ki, bir mələk 
Ölsün acından, ölsün?! 
Görüm, gözün tökülsün 
Buna dözərmi ürək – 
Bir parça qara çörək  
Göz yaşıyla tapıldı,  
Mənliyimiz çapıldı.  
Anam gələrək dilə,  
Dedi: - "Qız, məni dinlə;  
Əbəsdir həkim, dərman,  
Həyatıma yox güman...  
Məni bu öskürəklər  
O dünyaya sürüklər...  
Şirin şeydir yaşamaq,  
Heç yaşamadım ancaq.  
Həyatı vurdum başa,  
Mən ölürəm... Sən yaşa!.."  
Bu sözdən sonra yazıq  
Gözünü yumdu artıq.  
Qopardım nalə, fəğan,  
"Anamız öldü, aman!"  
Deyib, birdən bayıldım,  
Bir gün sonra ayıldım...  
Qıyıb o gül bədənə,  
Sarıdılar kəfənə.  
Ortdu ustunü torpaq,  
Peşəm oldu ağlamaq.  
Adım çağrıldı yetim,  
Yamandır ölüm-itim...  
Hara gedim, hara mən?  
Həsrətəm bahara mən.  
Aclıq doydü qapını,  
Ürəyimin sapıni  
Az qaldı qırsın əcəl,  
Mənə yas qursun əcəl.  
Qan ağladı gülüşüm, 
 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
153 
 
Bütün tanış-bilişim  
Məni tanımaz oldu.  
Dostum matəm, yas oldu.  
Bəlaya düşdü başım,  
Məndən kiçik qardaşım  
Qapı-qapı diləndi.  
Göz qapaqları endi.  
Ömrümə vurdum yamaq.  
Ah... bumudur yaşamaq?!  
Bir iş yox, işə gedim,  
Mən talesiz nə edim?!  
Qış getdi, bahar gəldi,  
Dünya mənə dar gəldi.  
Qonşular yığılddar,  
Mənə çarə qıldılar.  
Zorla ərə verdilər;  
Çox pis yerə verdilər.  
Qaynanam söydü məni...  
Ərimsə döydü məni.  
Sevdiyi tiryək, qumar,  
Onda qoymadı tutar  
Evə hey sərxoş döndü;  
Cibləri bomboş döndü;  
Bircə üzüyüm vardı,  
Anamdan yadigardı, - 
O da getdi qumara...  
Mən günü, bəxti qara  
Düşdüm çarəsiz dərdə,  
Qaldım quru bir yerdə.  
Gözlərim kölgələndi,  
Elə bil, qan çiləndi  
Sevdiyim çiçəklərə.  
O dilsiz, kar göylərə  
Ucaldı hər gün ahım.  
Nəydl mənim günahım?!  
Günüm kömürdən qara... 
 
  
 
 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
154 
 
Ah... bu ömürdən qara  
Bir ömür görmədim mən.  
Yaşla doldu gözlərim,  
Mənim bişərəf ərim  
Bir gün dedi: - "Get, satıl,  
Ümumxanaya atıl,  
Ödənsin ehtiyacım,  
Sənsən çörək ağacım!"  
Lal oldum, dondüm daşa,  
Onu düşüncə başa,  
Sellər kiıni köpürdüm;  
Üz-gözünə tüpürdüm.  
Dedinı: "Hardasan, əcəl?  
Tez ol, imdadıma gəl!"  
Coşdu, qızdı bu zaman,  
Söyüş yağdı ağzından.  
Birdən üstümə cumdu – 
Bu sonuncu hücumdu.  
Heç bilmirəm ki, haçaq  
Əlimə keçdi bıçaq,  
Alovlandım od kimi,  
Şimşəkli bulud kimi  
Üzərini qapladım,  
Ürəyinə sapladım  
O dil bilməz bıçağı,  
Ev oldu qan çanağı.  
O bələndi al qana,  
Mən atıldım zindana...  
İndi sən söylə, qardaş,  
Ürəyin deyildir daş,  
Müqəssir odur, ya mən?!  
Razı olma ki, düşmən  
Məni burda saxlasın,  
Tapdasın, ayaqlasın...  
Yardaşım, məni dinlə,  
Müqəssir kimdir, söylə?! 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
155 
 
      Dedim: - Mühitdir, bacı,  
Ağlama acı-acı!  
Səninkidir gələcək...  
Gözəl günlər gələcək,  
Sevincindən ağlarsan,  
Sellər kimi çağlarsan.  
Bir qədər də döz, bacım,  
Öz bacımsan, öz bacım...  
Gec-tez dəyişər həyat,  
Gülər bütün kainat.  
Qırılar dəmir qəfəs,  
Alarsan azad nəfəs.  
Qanad açarsan sən də,  
Quş tək uçarsan sən də.  
Bəxtinə doğar günəş,  
Əlini sıxar günəş.  
Gözəl günlər görərsən, 
Sən də həyat sürərsən  
Azad bir insan kimi, 
Şair Süleyman kimi! 
 
 
 
 
Təbriz, 10 fevral 1942 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
156 
 
İLDIRIM 
 
 
İldırımın cəbhəyə üç-dörd aydı gəldiyi,  
Onun bu dağda-daşda bircə şeydi bildiyi.  
Döndərib insanları skeletə - kölgəyə,  
Düşmən ölüm gətirir bu xalqa, bu ölkəyə.  
Qəzəbindən basaraq, dişini dişi üstə,  
Deyirdi: - Düşmənlərin əsməsəm başı üstə,  
Bir cilovsuz yel kimi, bir qorxunc tufan kimi,  
Yaxmasam nəfəsimlə yurdunu vulkan kimi,  
Anadan əmdiyim süd qoy olsun haram,  
Düşmənə nicat yoxdur nə qədər ki, mən varam!..  
Mənim dostum dağlarda boy atıb böyümüşdü,  
Ölümlə pəncələşib, qurd ürəyi yemişdi.  
Günü ovda keçərdi qışda, qarda, boranda,  
Evdə bayram olardı o, ovdan qayıdanda.  
Anadan doğulanda polad kimi bərk idi,  
Üç-dörd ayda cəbhədə bir qat daha bərkidi.  
Terekin sahilində çəkərkən bir gün keşik,  
Güllələr şinelini etmişdi deşik-deşik.  
Sevinmişdi gördükcə sahildə leş yığını,  
Səssiz axan suların qandan qızardığını.  
Bağlamışdı Terekin sularına ürəyi,  
Sanki basdırılmışdı bu dağlarda göbəyi,  
Ölümün pəncəsindən sağ çıxmışdı çox dəfə - 
Düşmənin güllələri dəyməmişdi hədəfə.  
Sanki o bir qalaydı, o bir dəmir bədəndi;  
Məncə, onu qorayan məhəbbətdi, Vətəndi!  
İldırım kəşfiyyatdan qayıdanda hər gecə,  
Qoltuğundan bir şəkil çıxarırdı gizlicə.  
Dönə-dönə öpərdi onu ay işığında;  
Yaranardı alnının körpə qırışığında  
Təmiz ürəkdən doğan bir yığın dərin sual;  
Onu dağlar ardına çəkirdi dadlı xəyal,  
Aldığı məktubları gəzdirərdi cibində, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
157 
 
Bəzən torpaq səngərin oturaraq dibində,  
Oxuyardı yüz dəfə oxuduğu məktubu...  
Sevən könüllər üçün böyük təsəllidir bu.  
Bir səssizlik içində dincələrkən ortalıq,  
Birdən yada düşürdü son öpüş, son ayrılıq:  
Yarın topuğa qədər uzanan hörükləri,  
O ipək hörükləri, o ilan hörükləri,  
O can verib, can alan qara, badamı gözlər.  
Hər zaman əsir edər sevən adamı gözlər.  
Çimnazın gözəlliyi saymaqla gəlməz başa,  
Görən valeh olurdu o boya, o göz-qaşa.  
Rəng alaraq günəşdən, güllərdən, çiçəklərdən,  
Yurdunda sayılırdı birinci göyçəklərdən,  
İldırımın ömrünün baharıydı, yazıydı;  
Onu gözəlləşdirən dağların havasıydı!..  
Heç xatirdən çıxarmı toy günü, toy gecəsi,  
Könülləri dindirən saz səsi, kaman səsi  
Ürəkdən silinərmi o dadlı xatirələr,  
Xəyal göylərindəki qanadlı xatirələr...  
Düşündükcə Çimnazı, gülürdü öz-özünə,  
Varlıq bir röya kimi görünürdü gözünə.  
Hicran şüşə qəlbinə dalbadal daş atırdı,  
Yuxuda Çimnazını qucaqlayıb yatırdı...  
Ayılıb görürdü ki, hicran yolu bağlayıb,  
Çimnazın əvəzinə tüfəngi qucaqlayıb... 
 
GECƏ 
 
Gecədir, döyüşçülər səngərlərdə dincəlir,  
Arabir uzaqlardan ağır top səsi gəlir.  
Bəzən fişəng atılır, dönür gecə gündüzə,  
Bir kəs görünməz, baxsan, göz işlədikcə düzə,  
Ağ buluddan göylərin alnı qırış-qırışdır,  
Hava soyuqdur, hələ nə payızdır, nə qışdır.  
Terek qəzəblə axır, yenə də qan-qan deyir,  
Boğmuşam sularında minlərlə düşmən, deyir.  
Görürsən ki, ulduzlar hərdən göz qırpır aya. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
158 
 
Göylərdə hər nə varsa, bir-bir əks edir suya.  
Hələ seyr edin yaşıl söyüd ağaclarını,  
Sanki yuyub darayıb Terekdə saçlarını.  
Bu dünya görmüş yollar, bu düm ağ saçlı yollar,  
Çox şeyləri xatırladır, bu qoca yaşlı yollar.  
Əllərində tüfənglər, əllərində yabalar,  
Ana Vətən uğrunda bizim ulu babalar  
Vaxtilə düşmənləri bu yollarla qovmuşlar,  
Burunlarını burda qanatmışlar, ovmuşlar.  
Fikirə gedir Qafqazın ağ papaqlı dağları,  
Həsrətlə xatırlayır dəbdəbəli çağları.  
Əsgərlərsə səngərdə dirsəklənib otlara,  
Baxırlar hərdən aya, hərdən ağ buludlara.  
Hamı bir bülbül kimi cəh-cəh vurub dil açır,  
Hamının ürəyində min bir əməl gül açır.  
Biri ağrı hiss edir köz tutan yarasında,  
Biri papiros çəkir ovucu arasinda,  
Biri öz süngüsilə bir ad yazır torpağa,  
Oxuyur dodaqaltı: "Zülfün gəlməz darağa..."  
Biri də öz bəxtini ulduzlardan asıbdır,  
Deyir, görəsan, fələk alnıma nə yazıbdır...  
Mənim qəhrəmanımsa görünür xeyli dalğın,  
Beynində həlli müşkül sual vardır bir yığın.  
Uşaqlıqdan ekizdir İldırımla igidlik...  
Az keçir, birdən-birə pozulur bu sakitlik.  
O yanda təyyarələr yerə bombalar tökür,  
Bombalar bir qırpımda yerin bağrını sökür.  
Yanır göz qabağında, od içində bir şəhər,  
Alov sütunlar qalxır yerdən ta göyə qədər.  
Yanğının tüstüləri qarışır buludlara,  
Səpilir kədər tozu çiçəklərə, otlara.  
Göydən yerə quşbaşı, qapqara bir qar yağır,  
Gecənin sükutunu pozduqca çığır-bağır.  
Bürüyür küçələri alovlardan ləpələr,  
Yanır qoca qarılar, yanır dilsiz körpələr.  
Ağ birçəkli atlalar al qanlara boyanır,  
Yanır sevgi, məhəbbət, yanır gözəllik, yanır. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
159 
 
Əcəl didərgin salır yuvasından bülbülü,  
Qızıl gülün bağlarda göyə sovrulur külü...  
Qaqqtldaşaraq köçür başqa yerə durnalar,  
Necə dözsün bu dərdə, bu kədərə durnalar!  
Göründükcə bu dəhşət İldırımın gözünə,  
Od tutub yanırdı o, deyirdi öz-özünə: -  
İnsanın dərya qədər kədəri olsa belə,  
Gərək qəm dəryasından üzüb çıxsın sahilə.  
Üz-üzə gəlsən əgər ölümlə - qorxma, bərk dur!  
Yaxşı yadında saxla, hərbin qanunu budur.  
Sən tez tərpən, sən ölç-biç düşməninə kəfəni,  
Sən onu öldürməsən, o öldürəcək səni!  
Meşədə, dağda, daşda güd, qanlı qatili güd,  
Ürəyinin başından vur, eyləmə tərəddüd!  
Güllən qurtarsa, işdir, karıxma-dişlərin var,  
Qoyma salamat çıxsın əlindən qart canavar...  
Nə qədər ki, ayağın yerdən üzülməmişdır,  
Tüfəngin qundağilə kəlləsini əzişdir.  
Sözüm yadigar olsun silahlanmış hər gəncə,  
Ölmək daha yaxşıdır, qul olmaqdansa, məncə!  
Çalış, səndən danışsın zamanın dodaqları,  
Bəzənsin şərəfilə tarixin yarpaqları.  
Adma bağ salınsın, adına gül əkilsin,  
Adın əsrlər boyu məclislərdə çəkilsin! 
 
HÜCUM 
 
İldırım qabaqdaydı bölmə hücum edəndə,  
Bir neçə yoldaşilə birinci girdi kəndə.  
Gördüyü vəhşətlərdən halqalandı gözləri,  
Bir yanda hıçqırıqlar, bir yanda qan izləri.  
Baxdıqca, ürəklərə dərd gəlir ləpə-ləpə,  
Məsum dodaqlarilə on aylıq dilsiz körpə  
Başsız bir gənc qadının döşlərini əmirdi...  
İldırımın ürəyi nə daşdı, nə dəmirdi, - 
Birdən saraldı rəngi, doldu gözləri yaşla,  
Cumdu körpəyə doğru həyəcanla, təlaşla. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
160 
 
Baxmadı naləsinə, baxmadı fəryadına,  
Anasından ayırıb verdi başqa qadına.  
Hər tərəfə baxırsan, qan çıxıb dizə qədər...  
İnsanlıq simasını itirmiş bu vəhşilər.  
Üzməkdən zövq alırlar dəryasında qanların,  
Budur "mədəniyyəti", "mədəni" düşmanların!  
Budur bəşəriyyətə vəd etdikləri "cənnət"...  
Əvəzsiz qalmayacaq bu cinayət, bu vəhşət!  
Bir tərəfdə əl-ayaq, bir yanda başsız bədən,  
Kəndin sağ qalanları, çıxıb zirzəmilərdən,  
Öpürlər əsgərlərin əlindən-ayağından...  
- Qovun bu cəlladları Vətənin torpağından! – 
Deyərək əsgərlərə baxırlar heyran-heyran,  
Qeyd edir dəftərinə bunu ağ saçlı zaman...  
Yeridikcə ildırım baxırdı sola-sağa,  
Kəndin küçələrində dönmüş meyidlər dağa.  
Evlər yanıb olurdu bir ovuc kül yığını,  
Söndürməz göz yaşları, söndürməz bu yanğını.  
Bu yanğnı söndürülər yalnız qəzəblə, kinlə.  
İldırım öz-özünə deyirdi: "Yaxşı dinlə,  
Körpənin naləsini, ananın fəryadını, - 
Süngünlə yer üzündən sil faşizmin adını!"  
Budur, döşü kəsilmiş cansız yatan bir gözəl  
Ümidlə yaşayırmış bundan beş-on gün əzəl.  
Gənc yaşında, doymadan sevgidən, məhəbbətdən,  
Bir anda qara əllər boyuna biçmiş kəfən.  
İldırım bu gözələ qəlbi yaralı baxdı,  
Kinindən, qəzəbindən gözləri şimşək çaxdı,  
Dedi: - Qırmasam əgər cəlladları kökündən,  
Onları qovmasam bu dağların ətəyindən,  
O qansızlar mənim də eşqimi oğurlayarlar,  
Mənim də Çimnazımı bu sayaq doğrayarlar! – 
Budur, dar ağacında gömgöy göyərmiş bir qız,  
Yellənir sinəsində onun bir varaq kağız.  
Bu dilbər azadlıqçün boğazdan asılmışdır,  
Döşündəki kağıza bu sözlər yazılmışdır:  
"Hər kim partizanların göstərməsə yerini, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
161 
 
Boğazında görəcək ölümün kəndirini".  
Budur, ikicə qüca, qar tək ağarmış başı,  
Birinin on yaşı var, birinin doxsan yaşı.  
Budur, bir qadın kəsdi yolunu İldırımın,  
Tez boynuna doladı qolunu İldırımın.  
Silah tutan əlindən, bir də alnından öpdü,  
Solğun dodaqlarından gül səpdi, çiçək səpdi.  
"Dünyaya gətirdiniz yenidən bu xalqı siz,  
Bizi də doğrardılar bir az gec gəlsəydiniz!"  
Dərin izləri vardı gözlərində kədərin,  
Yanmışdı yurd-yuvası bu dərdli dərbədərin.  
Dalğın baxışlarında bir dünya qəzəb vardı,  
İldırımı bağrına basmaqda səbəb vardı.  
Deyirdi: "Qonşu kəndə aparın, mən də gedim,  
Balamı cəlladların önündən xilas edim..."  
Ana qoşuldu qəzəb, intiqam dalğasına,  
Milyon könüldən doğan bu ilham dalğasina...  
İldırımgil cumurdu, alıb yüz qan bir qana,  
Yanlarında saçları pərişan dərdli ana.  
Cumduqca nəfəsindən külə dönürdü sağ-sol,  
Cumurdu, ağ günlərə açıb süngüsüylə yol... 
 
Qiş 
 
Gecədir, bu dağlarda nə yazdır, nə də payız,  
Təbiət sərib yerə bircə varaq ağ kağız...  
Üstündə yazı yazır əsgərlərin ayağı,  
Gecə-gündüz İlhamı coşqun - şairsayağı.  
Əlində buzdan bıçaq, dayanıb yollarda qış,  
Qocalar söyləyir ki, heç belə qış olmamış.  
Dağların qoynundakı bulaq donub, çay donub,  
Göylərdə zənn edirsən ulduz donub, ay donub.  
Əl-ayağa dolaşır qışın saçı-saqqalı,  
Hər tərəf müəmmalı, hər tərəf macəralı.  
Nə səs var, nə səmir var: sükut, dərin bir sükut...  
Bezən ayın üzünü tutur qara bir bulud.  
Bulud çəkilən kimi gülümsəyir göydə ay, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
162 
 
Ayın gözəlliyini özündə əks edir çay...  
Hər yanda qar təpəsi, hər yanda qar yığını,  
Bir sözlə, demək olmur qarın bu ağlığını.  
Baxdıqca göz qamaşır, yerlər ağ, göylər ağdır,  
Təbiət yatmışsa da, döyüşçülər oyaqdır.  
İldırım qorxmayırdi nə soyuqdan, nə qardan,  
Bir hədiyyə almışdı bu son günlördə yardan:  
Bir toxunma yun köynək, bir cüt qalın yun əlcək,  
İçi yun, meşin papaq, yun corab, üstü bəzək,  
Boz şinel isə soyuq keçməyən bir qalaydı,  
Bu geyimlə dağlarda gəzmək ona qolaydı! 
 
KƏŞFİYYATDA 
 
Təbiətin hüsnünə mat-mat baxan İldırım,  
Kinlə dolu gözləri şimşək çaxan İldırım.  
Mühüm tapşırıq aldı bu gecə komissardan,  
Sevincindən qaynadı damarlarındakı qan.  
İki dostuyla birgə durub düşdülər yola,  
Yoldaşlar bir ağızdan dedi: - Uğurlar ola – 
Gah yoldan keçirdilər, gah çöldən keçirdilər,  
Gah çaydan keçirdilər, gah göldən keçirdilər...  
Bellərində qumbara, əllərində avtomat,  
Üzə-üzə keçdilər Tereki sağ-salamat...  
Bir çox yerdə sürünüb qarlar üstə səssizcə,  
Bir kəndə yaxınlaşdı üç yoldaş yarı gecə.  
Verilən tapşırığı düşünərək bir qədər,  
Kəndin kənarındakı bir qapını döydülər...  
Qapını açan qadın heyrətdən donub qaldı,  
Qaldırıb qollannı qartal tək qanad çaldı.  
Qollarını boynuna doladı İldırımın,  
Gözü doldu, ürəyi qanadı İldırımın.  
Gözləri kölgəliydi, saçları pərişandı,  
Görünür zavallının ürəyi-bağrı qandı.  
Görünür xeyli vardır saçlar daraq görməyib,  
Onu bu dərdli ana daramayıb, hörməyib... 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
163 
 
Soyuqdan ağ dişləri dəyirdi bir-birinə, 
Dərya dalğalanırdı qəlbimdə qan yerinə. 
Başında cındır yaylıq, əynində cırıq köynək, 
Durmuşdu İldırımın qarşısında əsərək. 
Dərd qatdı dərdli ana dərdinə İldırımın, 
Sanki qəlbinə batdı min iynə İldırımın... 
Bu ev, ev deyildi, yox, matəmxanaydı artıq, 
Bir xəstə uzanmışdı yerdə, üst-başı açıq. 
Çox ağır nəfəs alıb inləyirdi dərindən, 
Matdım-matdım baxırdı, tərpənmirdi yerindən. 
Tökərək gözlərindən gildir-gildir yağışlar, 
"Məni qurtar!" - deyirdi o yalvaran baxışlar, 
Böyük faciələrin şahidiydi gözləri, 
Gömgöydü üz-gözündə təpiklərin izləri. 
Cəlladların bu kəndə ayaq basdığı gündən, 
Qara yellər əsmişdi bu qönçənin üstündən. 
Dünənki bu gözəl qız indi bir skeletdi, 
İldırım baxıb qıza, dərin bir fikrə getdi. 
Yerlər, göylər bilir ki, bir il əzəl Larisa, 
Gözəllər arasında təkmiş gözəl Larisa. 
İldırım əyılərək qarşısında bu qızın, 
Vətənin göylərində səssiz sönən ulduzun 
Öpdü alnından doğma, mehriban ata kimi
Qırıldı içindəki ürək sazının simi. 
Ana, gözləri yaşlı, dilə gəlib danışdı, 
Elə bil, İldırımla otuz ildi tanışdı. 
Dedi: - Qardaş, mən deyim dərdimi, sən qulaq as: 
Yadlarla birgə gəldi bu ellərə kədər, yas. 
Nəğməlar yüksələrdi bu evdən bir zamanlar, 
Hər yanı bürümüşdü indi ahlar, fəğanlar. 
Belə deyildi bizim ellər bundan irəli, 
Talandı varlığımız onlar kəndə girəli. 
Bir körpəm, bir qızımla kənddən çıxa bilmədik, 
O gündən bu günədək bir kərə də gülmədik. 
Larisanm atası meşədə partizandır; 
Bir xəbər bilməyirik ondan xeyli zamandır. 
Hər gün gəlib sordular: ''De, görüm, ərin hanı?" 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
164 
 
Dinmədin, dar etdilər başıma gen dünyanı.  
Gözümün qabağında doğradılat körpəmi,  
Doldu dərdli könlümə dünyanın dərdi, qəmi.  
Qızım Larisa buna dözməyib vərəm oldu,  
Tökdüyü göz yaşından quru torpaq nəm oldu.  
Kim bilir, ürayində nə arzular bəsləyir...  
Hətta yuxusunda da qardaşını səsləyir.  
Gör bir nə günə saldı ananı bu göz dağı,  
Ömrümün ağacının qırldı şah budağı...  
Bu ölüm diyarında nə çörək var, nə dərman,  
Ancaq hələ ölməyib qəlbimizdəki inam,  
Çox da bu ana, bu qız dəmir bir qəfəsdədir,  
Gələcəksiniz deyə, qulağımız səsdədir.  
Oğul, dözmək ölümdür ayrılığa, hicrana.  
Gəldiyiniz yollara qurban olsun bu ana!  
Budur, bahardan müjdə gətirən qaranquş tək  
Uçdunuz bu yerlərə... sevindi dərdli ürək!..  
Burda tamam eylədi ana macərasını.  
İldırım xatırlayıb öz doğma anasını,  
Böyük hörmətlə öpdü bu qadının əlindən,  
Qəlbə təsəlli verən sözlər yağdı dilindən,  
Bir neçə sözlə dedi nə üçün gəldiyini... 
- Danış, bu ətraflarda öyrənib bildiyini. 
Ana dedi: - Bu kənddə oturmamışam bekar, 
Gəzmişəm hər nə qədər canavar yuvası var. 
Alın bu kağızları, bunlar sizə gərəkdir, 
Məni yaşadan yalnız bir Vətən, bir ürəkdir!.. 
Birdən qapı döyüldii, hamı kəsildi bir daş, 
Sanki anaya soyuq tər gəldi yavaş-yavaş. 
Qorxudan yarpaq kimi dili-dodağı əsdi, 
- Aman!.. - dedi... İldırım onun sözünü kəsdi. 
Səssizcə, dostlarilə gizləndilər çardaqda, 
Silahı hazır tutub oldular göz-qulaqda. 
Evə bir zabit girdi, yanında iki saldat,  
Zabitdə parabellum, soldatlarda avtomat.  
Baxdılar qanlı-qanli bir anaya, bir qıza.  
İnsan demək günahdır bu üç acgöz qansıza. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
165 
 
Arvad geyimli zabit bərəldərək gözünü,  
Təkrar etdi hey təkrar elədiyi sözünü: 
- De ərinin yerıni, deməsən öldürərik, 
Biz sizə faşistlərin gücünü bildirərik!.. 
Ərin hardadır? Söylə! 
- Bilmırəm... 
- Axmaq qarı, 
Ölmək istəmirsənsə, düzünü söylə, barı.  
Partizanlar hardadır? 
- Bilmirəm! 
- Yox, bilirsən! 
Bizi axmaq zənn edib üstümüzə gülürsən?!  
Ay qız, dillən, sən söylə, dinməsən öləcəksən!  
Cavab versən, unutma, sevinib güləcəksən...  
Dinmirsən? Al payını: bir, iki, üç, dörd, beş... on...  
Zavallı Larisamın ömrünə verildi son...  
Ana öpüş yağdırdı öz qızının nəşinə.  
Getmə! - desən, durarmı axşamın günəşinə,  
İldırım inanmadı gözüylə gördüyünə...  
Düşmən solğun dılbəri saldı gör bir nə günə!  
Üçü də Terek kimi birdən köpürdü, daşdı,  
Qəzəbli baxışları od saçdı, alov saçdı.  
Atıldı üç qəhrəman evin ortalığına,  
Xəncərlər iş görməmiş bu yerdə girməz qına.  
Daxmanın divarları bütün bələndi qana...  
Bu hala şaşqın-şaşqın durub baxırdı ana... 
 
İNTİZAR 
 
Gecədir... ay pul səpir Terekin sularına,  
Baxdıqca göz qamaşır şiş dağların qarına.  
Yel əsir, qalın meşə səslənir kaman kimi,  
Hər əsgər səngərində durmuş qəhrəman kimi.  
Ay çimib qurulanır ağ buludlar içində,  
O nə bilir ki, yanır bəşər odlar içində.  
Parıldadıqca ayın nurilə qarlar, buzlar,  
İnsanın gözlərinə görünür şux ulduzlar.  
Göy üzünə mıxlanmış bir qızıl mismar kimi, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
166 
 
Bəzən də parçalanmış qıpqırmızı nar kimi.  
Başqa bir mənzərə var bu zaman göydə. yerdə.  
Saz çalıb aşıq Əsgər oxuyur gözəlləmə,  
Deyir: - Qoymaram yadlar toxunsun gözəlimə...  
Xəyal qovur məhəbbət səhrasından sərabı,  
Oxunur varaq-varaq azad eşqin kitabı.  
Meşələr səsləndikcə, axdıqca şır-şır sular,  
Könüllərdə gül açır xoş duyğular, arzular,  
Söhbət düşür sahərki qanlı vuruşmalardan,  
Necə döyüşdüyünü nəql edir hər qəhrəman.  
Evindən məktub alan oxuyur məktubunu,  
Yalnız əsgər olanlar hiss edər, duyar bunu.  
Daha bir məktub var ki, gözləyir İldırımı,  
O dilsiz kağız sanki səsləyir İldırımı.  
O çoxdan gəlməliydi, hamı qalıb nigaran.  
Bir həyəcan doğurur bu ayrılıq, bu hicran.  
Dostları qəm bürüyür, - Ona nə oldu? - deyə,  
Biri deyir: - Görəsən, niyə gecikdi, niyə?  
Biri deyir: - Bəlkə də, başında bir xata var!..  
Dostluğun qiymətini burda bilir insanlar.  
Az keçir, bir partlayış səs salır bu dağlara,  
Əsgərlər bir qırpımda uzanır torpaqlara.  
Terekin o tayında başlanır bərk athaat,  
Səsləndikcə qumbara, səsləndikcə avtomat,  
Hamı deyir: - Görəsən, nə olmuşdur o tayda?  
Buludlar arasından bunu seyr edir ay da...  
Budur, qonşu təpəyə dırmanır dörd qaraltı,  
Səngərlərin yanında dayanır dörd qaraltı.  
Ən qabaqda gələni yerişindən bildilər,  
Onu dövrəyə alıb sevindilər, güldülər.  
Mərdlər - İldırim! - deyə, sarıldılar boynuna,  
Yağış kimi suallar yağdırdı dostlar ona.  
İldırım bir-bir dedi başlarına gələni,  
Nə artıq, nə də əskik... Oxucum, sən biləni...  
Gözləri şimşək çaxan komandir gəldi dilə,  
İldırımdan soruşdu ürəkdən gülə-gülə: 
- Terekin o tayında kimlərdi atışanlar? 
- Ürəkləri intiqam oduyla alışanlar! 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
167 
 
Bizdik orda körpünü alt-üst edib dağıdan,  
Bizdik intiqam alan - qan-qan! - deyə yağıdan.  
Sayca bizdən çoxdular, nərə çəkdim, bağırdım,  
Tək başıma qırxını avtomatımla qırdım,  
Komandir İldırımın öpüb dodaqlarından,  
Dedi: - Ey dağlar oğlu, qəhrəmansan, qəhrəman!  
Al, bu da sevgilindən gələn məktub!.. 
- Ver, görüm! 
Ah, görəsən nə yazır göz bəbəyim, dilbərim! – 
Səsləndi birdən-birə könül sazının simi,  
Uzun müddət aclığa dözmüş adamlar kimi,  
Yeyirdi gözlərilə hər sözü, hər kəlməni... 
- Dotlar, həyat yoldaşım təbrik eləyir məni: 
Yazır ki, oğlum olub!.. 
- Var ol, İldırım, var ol! 
Körpənlə bu dünyada hər zaman bəxtiyar ol. 
- Arvad soruşur - ona nə ad qoyum, söylə, mən! 
Əsgərlər bir ağızdan dedilər ki, yaz-Vatən! - 
Yayıldı Vətən səsi dağlara dalğa-dalğa, 
Yenə dərin bir sükut sökərkən ortalığa.  
Bahar tək baxışları gül səpdi, çiçək səpdi,  
Girib torpaq evciyə məktubu öpdü, öpdü.  
Öz ilkinin iyini, ətrini duydu onda,  
Qəlbində xoş duyğular oyandı bircə anda.  
Arzular qanadlandı könlümdə bir quş kimi,  
Cəh-cəh vurdu güllərin üstünə qonmuş kimi.  
Əlini yastıq edib uzandı yatağında,  
Canlandı can yoldaşı gözünün qabağında.  
Üzünü görmədiyi oğlunu qucaqladı,  
Öpdü... Ona can verdi bu ilk öpüşün dadı.  
Gözü yumuldu... fəqət dodaqları gülürdü,  
Bu gülüşdən gecənin sinəsi sökülürdü.  
Səhər günəş nur səpdi qazmaya ətək-ətək,  
Qalxdı öz yatağından qalibiyyət, gələcək! 
 
Döyüşən ordu, Bahayurd, Zibətyurd, 1942  
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
168 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin