Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   2   3   4   5   6   7   8   9   ...   19

DEMƏ 
 
Mən desəm haqqını al, sən demə: "Allah qoysa".  
Vətənin dərdinə qal, sən demə: "Allah qoysa". 
Keçmiş ağ günlərini, qüdrətini, şöhrətini 
Mən desəm bir yada sal, sən demə: "Allah qoysa". 
Mən desəm gəl görüşək, can evimizdən əbədi  
Qovsun hicranı vüsal, sən demə: "Allah qoysa". 
Mən desəm yaxşı düşün, xalqmı inkar edənə,  
Ayıq ol, vermə macal, sən demə: "Allah qoysa". 
Mən Süleyman bilirəm dərdimizin çarəsini,  
Söyləsəm, qardaş, ucal, sən demə: "Allah qoysa". 
Milyon inşallah ilə ağ günə çıxmaq olmaz. 
Mən desəm "Cəngi"ni çal, sən demə: "Allah qoysa". 
  
 
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
70 
 
 
DİNLƏ MƏNİ 
 
Bir ana övladıyıq, dinlə məni, qardaşım,  
Hicrandan sinəmizdə min dağım, min dağm var.  
Azadlıq vuruşunda güllədən deşim-deşim,  
Qızıl qana boyanmış bayrağım, bayrağın var. 
 
Bir gün görüşəcəksən, bacınla, qardaşınla,  
Sağalmaz bu yaralar alıınla, göz yaşınla.  
Hicrana dözdün yetər, öz bəlalı başınla,  
Səttarxanlar yetirən müqəddəs torpağm var. 
 
Bu qurtuluş yolundan geriyə çekilmə sən,  
Yadlara əyilmədin, yenə də əyilmə sən.  
Bu smaq günlərində özünü tək bilmə sən – 
Sənin Süleyman kimi arxan var, dayağın var! 
 
 
AY ELLƏR 
 
Ellər, ellər ay ellər, ömrümün bu çağında,  
Səadətin bağında, məhəbbətin bağında,  
Bacımla, qardaşımla görüşməkdir məqsədim,  
Könlümdə gecə-gündüz dillənir bu həsrətim. 
 
Bir sirri bilmişəm mən,  
Bu fikrə gəlmişəm mən.  
Vüsalın uzun yolu mənim canımdan keçir,  
Ordubadımdan keçir, Naxçıvanımdan keçir. 
 
 
YORULDUM DEMƏRƏM 
 
Hər mahnım, hər şerim öpüb, öpəcək,  
Xalqın dodağını qızılgül kimi.  
Səni, ev vətənim, dərindən sevən,  
Bir könül tapmazsan bu könül kimi! 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
71 
 
 
Hicran əllərinlə bağrın söküldü,  
Uğrunda döyüşdə igidlər öldü. 
       Ayrılıq həsrəti bağrımı dəldi,  
       Bununçün hər günüm keçdi il kimi! 
  
Ey təbrizli gözəl, sözüm var sənə, 
Sinənə cəlladlar dağ çəkib yenə. 
Görünür o nəmli gözlərin mənə, 
Kirpikləri şehli qərənfil kimi! 
 
Dilin açar olsun, dodağın qıfıl, 
Sinəndən dəftərə tökülsün qızıl. 
Ayıl, öz dərdinə özün çarə qıl. 
Gəzmə vətənində bir qafil kimi! 
 
Hər yana baxıram ağrıyır ürək, 
İnsan həyatindan bahadır çörək. 
Övlad vətənində gəzməsin gərək 
Bir dilənçi kimi, bir səfil kimi! 
 
Hardasan, hardasan, ey vüsal günü! 
Yoruldum demərəm ömrüm uzunu - 
Cənub həsrətinin ağır yükünü, 
Daşısam çiynimdə qoca fil kimi!  
 
 
ÜZÜM YOXDUR 
 
Deyirsən ki, sənin vətən torpağına göz dikmişəm, 
Bu qırmızı yalanına daha mənim sözüm yoxdur. 
Torpağına sən qatmısan doğma ana torpağımı, 
Mən şairəm, özgələrin torpağında gözüm yoxdur. 
 
Utan, mənim millətimdən üstün tutma millətini, 
Millətinə yedirtmə gəl millətimin nemətini. 
Uzun illər könlüm çəkir bu vüsalın həsrətini  - 
Dözəcəyəm, kim deyir ki, ürəyimdə dözüm yoxdur? 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
72 
 
 
Qardaşımın həyatını düşünürəm səhər-axşam,  
Vüsalına yetmək üçün hələ bir yol tapmamışam.  
Qan qardaşım zindandadır, mən bu tayda azad quşam,  
Sən dərdə bax, gözlərinə görünməyə üzüm yoxdur! 
  
 
  
AZƏRBAYCANDADIR 
 
Neyləyim, dostlar, yenə qan qardaşım tufandadır,  
Yelkənim - hər dalğası, dağdan böyük ümmandadır.  
El bilir, yox mahnıma, yox şerimə sərhəd mənim,  
Sözlərim dillərdədir, Təbrizdədir, Zəncandadır.  
Bircə an olsun da ayrılmır o taydan gözlərim,  
Təbrizin hər guşəsi başdan-başa al qandadır.  
Yurdumun hər zərrəsi doğma, əzizdir könlümə,  
Vəslə yollar axtaran könlüm hələ hicrandadır.  
Özgə bir torpaqda yoxdur, yox gözüm - aləm bilir,  
Varlığım, eşqim, mənim ruhum Azərbaycandadır. 
  
 
VAR 
 
Mən bilirəm, bilməyən də qoy bilsin,  
Ayrılığm yaman qara üzü var.  
Günlər deyil, aylar deyil, illərdir  
Ürəyimdə yarasının közü var. 
 
O taydakı mərd ellərə könlümün,  
Şerə vurğun nəsillərə könlümün,  
Həsrət dolu könüllərə könlümün,  
Dərya qədər deyiləsi sözü var. 
 
Süleymanam, dözümlüyəm firqətə,  
Zaman gərək son versin bu həsrətə.  
Ürəyim bir xəritədir, xəritə,  
Orda əziz vahid Vətən özü var. 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
73 
 
 
DƏDƏLƏR, BABALAR OCAĞINDAYAM 
 
Könlümdə bir dərya nəcib arzular,  
Yenə dərdli Araz qırağındayam.  
Xeyli var üzünü görmədiyimin – 
Cənublu dilbərin sorağındayam. 
 
Deyirəm silinsin sinəmdən bu dağ,  
Qəlbləri oxuyum mən varaq-varaq.  
Hər iki sahildə deyiləm qonaq,  
Dədələr, babalar ocağındayam. 
 
Gəzirəm qol-qola həqiqətimlə,  
Üz-üzə gəlirəm səadətimlə.  
Dünyaya sığmayan məhəbbətimlə,  
Öz anam torpağın qucağındayam. 
 
Könlümə doğmadır mənim bu yerlər,  
Sizindir yazdığım bütün şeirlər.  
Süleyman Rüstəməm, belə deyirlər,  
Mahnımla ellərin dodağındayam. 
 
 
DOLAŞIR DİLLƏRDƏ 
 
Çox da o sahildə yad əllərilə,  
Adı kitablardan pozulan mənəm.  
Bununla təsəlli tapıram ki, mən,  
Şeri ürəklərə yazılan mənəm. 
 
Leylamı səsləyib, gəzdim illərlə,  
Keçirdim günümü təsəllilərlə.  
Könül dəftərinə qara əllərlə,  
Ayrılıq damğası basılan mənəm. 
 
Xalqın xəbərdaram diləklərindən,  
Qan sızar gözünün bəbəklərindən.  
Uçan durnaların lələklərindən,  
Hicran məktubları asılan mənəm. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
74 
 
 
Çox da ki, deyiləm özüm o tayda,  
Dolaşır dillərdə sözüm o tayda,  
Araz sahilində, gözüm o tayda,  
Məzarı bu tayda qazılan mənəm!  
 
YENƏ ARAZ QIRAĞINDA 
 
Ömür keçdi, hicran quşu can evimdən köçmədi,  
Arazından iki qardaş yan-yana su içmədi.  
Heç özüm də bilmədim ki, necə oldu, qardaşım,  
Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi!  
Dəli könlüm istəyəntək buz bulaqlar başında  
 
Ocağımız tüstülənib, kababımız bişmədi. 
Şair gözüm qızılgülü, qərənfili, laləni  
O sahildə, bu sahildə bir-birindən seçmədi.  
Niyə mənim bu əllərim məhəbbətin bağından,  
Tikanları oraq kimi öz vaxtında biçmədi?!  
 
Mən mücahid qardaşımın gözlərindən öpürəm,  
Al bayrağı güllələrdən çoxdan deşmə-deşmədi.  
Qanlı döyüş meydanında, qara gündə, dar gündə  
Əcdadımın həm Qıratı, həm Bozatı kişnədi. 
Dağ gövdəli hansı igid, hər savaşın sonunda  
Babək kimi, Koroğlutək bığlarını eşmədi?!  
Qan qardaşım, bir zamanlar sənin, mənim qılıncım,  
Dəstəyədək cəlladların ürəyinə işlədi. 
 
Şöhrətini ulduzlara, aya, günə yazdılar,  
Heyrətindən qoca dünya barmağını dişlədi. 
 
Hanı sənin o çağların? Yox, yox, görüb duyuram,  
Azadlığın sorağında sinən, bağrın teşnədir.  
Yaxdı məni hicran dərdi, bu dərdimin yanında  
Özün yaxşı bilirsən ki, başqa dərdlər heç nədir.  
Dərdli Araz sahilində, uzun yollar boyunca,  
Qana dönmüş, ürəyimdən nələr gəlib keçmədi?!  
Qan qardaşım, gül üzünə bir də baxım doyunca  
Bəlkə bir də bu yerlərdən mənim yolum düşmədi! 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
75 
 
 
KÖNLÜMƏ TƏBRİZ DÜŞDÜ 
 
Mədinə Gülgünə 
 
Gəldi min dilli bahar, könlümə Təbriz düşdü,  
Güllü, bülbüllü bahar, könlümə Təbriz düşdü.  
Təbrizin dərdi mənim dərdim olub illərdir,  
Ordadır, nazlı nigar, könlümə Təbriz düşdü.  
Çox da dünyada gözəl, adlı şəhər min-mindir,  
Hər yerin öz yeri var, könlümə Təbriz düşdü.  
Bacımı, qardaşımı, sevgilimi görməliyəm,  
Yox, dəyişməz bu qərar, könlümə Təbriz düşdü.  
Mən Süleyman, Kür - Araz nəğməli şair babayam,  
Çəkirəm aləmə car, könlümə Təbriz düşdü! 
 
 
BƏNZƏMƏZ 
 
Üfüqlərdən günəş qalxır bayrağımtək hər səhər,  
Yad ellərin səhəri bu səhərimə bənzəməz.  
Bu dünyada məncə min-min gözəl şəhər yox deyil,  
Yox, heç biri bu xəzrili şəhərimə bənzəməz. 
 
Hamı bilsin, bu sirri mən çoxlarına açmışam,  
Şair kimi dövranıma min bir mahnı qoşmuşam.  
Səfər vaxtı dənizlərdən, ümmanlardan aşmışam,  
Heç bir dəniz, heç bir ümman Xəzərimə bənzəməz. 
 
Sevgilimi o sahildə mən görmədim bu ay da,  
Deməyin ki, sənin acı fəryadından nə fayda.  
Yarı canım bu taydadır, yarı canım o tayda,  
Yer üzündə heç bir kədər kədərimə bənzəməz. 
 
Süleymanam, bu dərd mənim ürəyimdə yaradır,  
O sahildə qan qardaşım yaman bəxtiqaradır.  
Yaxşı ki, mən hələ sağam, qələm yazır, yaradır,  
Heç bir dəftər mənim sinə dəftərimə bənzəməz! 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
76 
 
 
 
XATİRƏ 
 
Zəfər dolu kitabında Vətənin  
Hər igidin şöhrəti var, adı var.  
Dastanlarda bu gün belə kişnəyən,  
Bozat kimi, Qırat kimi atı var. 
 
Qan qardaşım, yadındamı o illər,  
Bir-birinə nələr dedi könüllər?!  
Ömrümüzə yazdıq təzə fəsillər,  
Ağızlarda o günlərin dadı var. 
 
Gecə-gündüz qələm düşmür əlimdən,  
Nigaranam o taydakı elimdən.  
Süleymanam, od tökülür dilimdən,  
Ürəyimdə ayrılığın odu var. 
 
 
BƏLİ, CƏNUBLUYAM 
 
Araz qırağında ayrılıq günü,  
Köynəyi qaradan biçilən mənəm.  
Bəli, cənubluyam, yadlar əlində,  
Al qanı şərabtək içilən mənəm. 
 
Bir vaxt görüşərdik Xudafərində,  
İndi yellər əsir onun yerində.  
Vətən səngərində, el səngərində,  
Bağrı deşim-deşim deşilən mənəm. 
 
Tapdaq altındadır vətən torpağı,  
Hələ sağalmayıb sinəmin dağı.  
Qardaş həsrətilə hər bahar çağı,  
Yarası lalətək açılan mənəm. 
  
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
77 
 
 
 
 
ÖZÜMÜ GÖRDÜM 
 
Yenə min arzuyla çıxdım səfərə,  
Araz sahilində izimi gördüm. 
Əziz qardaşımın, dərdli bacımın, 
Gözündə yol çəkən gözümü gördüm. 
 
Vüsalı görsəm də bir röya kimi,  
Nə qəm, bir arxam var bu dünya kimi.  
Coşqun dalğalara bir qaya kimi,  
Sinəsini gərən özümü gördüm! 
 
 
PİYALƏM 
 
Ayrılıqdan odlanan bağrımda laləm var mənim,  
Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim. 
 
Getməyir bir an xəyalımdan Cənubun həsrəti,  
Qəlbimin hər guşəsində bir şəlaləm var mənim. 
 
Həm uzaqdır, həm yaxındır məncə bu vəslin yolu,  
Təbrizin hər daxmasında odlu naləm var mənim. 
 
Arzulardan doğmadır hər nəğməmin hər kəlməsi,  
Hər sözü dildən-dilə düşmüş risaləm var mənim. 
 
Qoy vüsal gəlsin, gözəl mənalı bir sağlıq deyim,  
Qardaşım! Göy göl kimi əlvan piyaləm var mənim! 
 
 
SAXLA YADINDA 
 
Qardaş! Gözümə sən yenə pəjmürdə göründün,  
Bəsdir bu qədər qolları zəncirli süründün. 
 
Tez soldu bağın gəlmələrin tapdağı altda,  
Cənnət qurulub qardaşının bayrağı altda. 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
78 
 
  
 
Yalvarma, al öz haqqını əzminlə, gücünlə,  
Zəncirini heçliklərə qır, at çəkicinlə. 
 
Qan qardaşının sözlərini saxla yadında, 
Qoyma köləlik damğası qalsın öz adında.  
 
İnsan anadan qolları zəncirli doğulmur,  
Dünyada azadlıq, bəli, qan axmasa olmur! 
 
 
QORXMURAM 
 
Qorxmuram yağılardan bu qaranlıq diyarda,  
Könlüm günəşə həsrət bir zirzəmi kimidir.  
Azadlıq yollarında başı dik əməllərim,  
Dalğaların qoynunda rəqsan gəmi kimidir. 
 
Könlüm vətən eşqilə alovlanmış bir ölkə,  
Mənim güləcəyimə yadlar inanmır, bəlkə.  
Qorxutmasın sizləri gözlərimdəki kölgə,  
Gənc könlümün bağçası yanmış zəmi kimidir. 
 
Qasırğalı dəryada dəydi daşlara gəmim,  
Batdı nəşəm, sevincim, çıxdı sahilə qəmim.  
Odur ta o zamandan tərpənişim, görkəmim  
Ağacda son yarpağın son görkəmi kimidir. 
 
Rəqiblər ürəyimi daşlayır bir nərd kimi,  
Deyin, kimdə dərd vardır sinəmdəki dərd kimi?  
Durmuşam qəm çölündə dostlarımla mərd kimi,  
Qəmim ana vətənin şirin qəmi kimidir! 
 
Təbriz, 1941 
 
 
CƏNUB DƏRDİM 
 
Deyirdim ki, gələr gün dincələr artıq bir az dərdim,  
Xəbər gəldi Cənubdan, ah, alovlandı bu yaz dərdim! 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
79 
 
 
Sevincin dostuyam, lakin mənim də öz qəmim vardır,  
Cənublu qardaşımla tez görüşməkdir əsas dərdim! 
  
Əziz qan qardaşım yatdıqca zindanlarda təqsirsiz,  
Sənintək hər zaman tüğyan eylər daşqın Araz dərdim! 
 
Qara güllər açıb bağrımda bu sənsizliyin dərdi,  
Vüsal eşqilə məclisdə olur min telli saz dərdim! 
 
Cənub hicrində çoxdandır sinəmdə qanlı dağlar var,  
Olunmaz möhtəşəm vulkanlı dağlarla qiyas dərdim! 
 
Sənin düşmənlərin, qardaş, sənə işgəncə verdikcə,  
Gözüm qan-yaş tökər seltək, qurar könlümdə yas dərdim! 
 
Süleyman Rüstəməm, artıq tükənmiş səbrim, ey cəllad,  
Olarsan kül, sənə eylərsə əmrimlə təmas dərdim! 
 
1957  
 
 
DƏNİZƏ ÇIXSIN 
 
 
Arzumdur, ömrümdən keçən hər gecəm,  
Həmişə günəşli gündüzə çıxsın.  
Qoca balıqçıtək göllərə deyil,  
Yelkənim dalğalı dənizə çıxsın. 
 
Cənubun dərdinə şahiddir yaşım,  
Savalandan betər ağarıb başım.  
İnansın sözümə bacım, qardaşım,  
Kim istər o eldə qan dizə çıxsın?! 
 
Deyirəm, sönməsin göylərdə Ay, Gün,  
Kim dünən yatıbsa ayılsın bu gün,  
Namuslu bir oğul sayılsın bu gün,  
Adı el içində təmizə çıxsın! 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
80 
 
 
Yanımdan yel kimi ötdükcə hər il, 
Görün nələr deyır bu şair könül:  
Nyu-Yorka deyil, Parisə deyil,  
Mənim uzun yolum Təbrizə çıxsın! 
  
Məndən gileylidir dostlarım bir az,  
Yetir sözlərimi o taya, Araz!  
Süleyman vəfasız olmayıb, olmaz,  
Gəlirəm, lalələr qoy düzə çıxsın! 
 
BİRDİR 
 
Araz! Hər yaz çəmən birdir, o sahildə, bu sahildə,  
Qərənfil, yasəmən birdir, o sahildə, bu sahildə. 
 
Bilirsən ki, suya xəncər, bıçaq vursan da ayrılmaz,  
Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə. 
 
Əzəldən ayrılıq dərdi, vüsal dərdi, vətən dərdi,  
İnandım bir də mən, birdir, o sahildə, bu sahildə. 
 
Ürək telli müqəddəs saz, şeirdən incə xoş bir dil  
Araz, bildinmi sən birdir, o sahildə, bu sahildə?! 
 
Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki,  
Əziz, doğma vətən birdir, o sahildə, bu sahildə! 
1945 
 
KÖLGƏ VAR 
 
Qardaş! Bizim görüşümüz uzun sürmədi,  
Dövran bizə bu vüsalı rəva görmədi.  
İki ürək dərdə düşdü, gözlər ağladı,  
Qarlı dağlar, göy meşələr, düzlər ağladı.  
Sən əlini qaldıraraq dilsiz göylərə,  
Dedin: "Tanrı, köməyim ol, tapdandı haqqım".  
Mənsə böyük ümidlərlə dönüb bir kərə  
Körpüdəki qanım rəngli bayrağa baxdım.  
Yaxşı günlər yadımdadır, o yaman gündən,  
Dərdli Araz sahilində ayrılan gündən – 
Ürəyimdə hicran adlı bir ölkə vardır,  
Gözlərimdə o ölkədən bir kölgə vardır. 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
81 
 
ƏN MÜQƏDDƏS ARZU 
 
Bir arzum da var dünyada - 
Bu şairi salıb yada 
(Sizə açıq deyim niyə) 
Şöhrət deyil, hörmət deyə, 
Kitabımı Arazdakı körpü üstdən assınlar. 
Gənc nəsillər unutmasm bu şairin şərtini. 
Tez köçərsəm bu dünyadan başdaşıma yazsınlar 
İki yerə parçalanmış ürəyimin dərdini. 
 
DÖZƏ BİLMİRƏM 
 
Araz sahilində hər bahar çağı  
Bir an həyəcansız gəzə bilmirəm.  
Hətta, yuxumda da qan qardaşımın,  
Əlindən əlimi üzə bilmirəm. 
 
Gözümdə yaş görüb gülməyin mənə,  
Arazdan deyirəm mən dönə-dönə.  
Təsəlli verirəm özümə, yenə  
Bu ürək ağrımı kəsə bilmirəm. 
 
Baxanda Cənuba gözüm hər səhər,  
Çəkir ordusunu üstümə kədər.  
Dözənlər, bilmirəm, necə dözürlər,  
Mənsə bu hicrana dözə bilmirəm! 
 
SİNƏM OLSUN 
 
İllər keçdi, saç ağardı qar kimi,  
O sahildən ayrılmadı gözlərim.  
Vəfalıyam, o vəfalı yar kimi,  
Qoy qalmasın ürəyimdə sözlərim. 
 
Yetər, yetər yandım hicran oduna,  
Şahid olsun bu arzuma Yer üzü.  
Mən razıyam bir vüsalın adına,  
Sinəm olsun Arazımın körpüsü! 
  
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
82 
 
TƏBRİZ YOLU 
  
Ürəyimdən çəkilib Təbrizə yol,  
Dağları, daşları qandır bu yolun. 
       Ellər hürriyyəti, etdikcə parol 
Ey nəsillər, yürüşə hazır olun! 
 
Yenə şerimlə göyərçintək uçub,  
Çəkirəm baş o döyüşkən şəhərə.  
Yenə könlüm yeni bir mahnı qoşub,  
Gözü yollarda qalan dərdlilərə. 
 
Təbrizin doğma bağından hələlik,  
Ah çəkib, qanlı çiçək-gül dərirəm.  
Qardaşım! Əslinə yaddır köləlik,  
Sənə öz mahnımı pay göndərirəm! 
 
Dayanıb yolda bahar yüklü qatar,  
Bu qatar tən ürəyimdən keçəcək.  
Ayrılıq, göz yaşı, fəryad, nə ki var – 
Əbədilik vətənindən köçəcək! 
 
 
UZAQ DEYİL 
 
Bir zamanlar əzbəriydi dillərin,  
Gözəlliyi, adı-sanı Təbrizin.  
Qara illər qara yellər gətirdi,  
Soldu birdən gülüstanı Təbrizin. 
 
Torpağının hər zərrəsi qızıldır,  
Məhəbbəti ürəkləri qızdırır.  
Güvəndiyi mərd oğludur, qızıdır,  
Yer üzündə tayı hanı Təbrizin! 
 
Ayrılıqdan ürəkləri dərd alıb,  
Haqsızlığa kainat da mat qalıb.  
İllərdir ki, ürəyimdən yol salıb – 
Hicran yüklü, qəm karvanı Təbrizin. 
  
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
83 
 
Öz yolundan çəkilməyib, çəkilməz,  
Döyüşlərdə döyülməyib, döyülməz.  
Cəlladlara əyilməyib, əyilməz,  
Həm qocası, həm cavanı Təbrizin. 
 
Alovlarda bağça yanıb, bağ yanıb,  
Anaların ahı ərşə dayanıb;  
Başdan-başa qızıl qana boyanıb  
Hər küçəsi, hər meydanı Təbrizin. 
 
Şəhidləri - "hər gün yada sal" deyir.  
Nəsillər - "anda sadiq qal!" - deyir.  
"Gəlmələrdən qisasımı al!" - deyir.  
Bayrağına keçən qanı Təbrizin. 
 
Görürəm ki, döyüşdədir, yenə də,  
Ona deyən güllə dəyir mənə də.  
Tək mənə yox, ey oxucum, sənə də,  
Qanımdandır axan qanı Təbrizin. 
 
Bu gün mənə ön səngərdə görünür,  
Yenə, yenə ön səngərdə görünür.  
Dönə-dönə ön səngərdə görünür,  
Od ürəkli Səttarxanı Təbrizin. 
 
Canım sənə qurban olsun, ey Vətən!  
Qüdrətini bilməsə də hər yetən,  
Varlığımla inanıram buna mən – 
Uzaq deyil xoş dövranı Təbrizin. 
 
Budur mənim bu könlümün qərarı – 
Cəlladlara özüm qazım məzarı.  
Gəlməyincə azadlığın baharı  
Deyib-gülməz Süleymanı Təbrizin. 
  
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
84 
 
ŞƏHRİYARA MƏKTUB 
 
ŞAİR QARDAŞIMA MƏKTUB 
 
Qoy söyləyim ürəyimin sözünü,  
Bir kərə də görməmişəm üzünü,  
Nigaranam, yetir mənə özünü  
Məhəbbətin bağrımdadır, Şəhriyar,  
Mənim ürək ağrımdadır, Şəhriyar. 
 
Kim deyir ki, ünvanımız ayrıdır,  
Nə adımız, nə sanımız ayrıdır,  
Nə canımız, nə qanımız ayrıdır,  
Ürək birdir, bədən birdir, Şəhriyar,  
Vətən birdir, vətən birdir, Şəhriyar. 
 
Havaları nə gözəlmiş bu yazın,  
Araz üstdən çatdı mənə avazın,  
Yarı canım bu tayında Arazın,  
Yarı canım yanındadır, Şəhriyar,  
Şerin, sözün ətir dadır, Şəhriyar. 
 
Gülşənlərdə çiçəkləri dindirən,  
Gözəlləri, göyçəkləri dindirən,  
Sevgi dolu ürəkləri dindirən  
"Heydərbaba"n nə gözəldir, Şəhriyar,  
Nə qəsidə, nə qəzəldir, Şəhriyar. 
 
Hər canlıdan sənə bu can yaxındır,  
Uzaq deyil yol ki, yaman yaxındır,  
Qaşla gözün arasından yaxındır,  
Gəl-gəl deyir sonbeşiyim, Şəhriyar,  
Qurban sənə ev-eşiyim, Şəhriyar. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
85 
 
Hicran odu sinəmizi yaxdı, gəl,  
Səndən ötrü ürəyimiz axdı, gəl,  
İstəyirsən əncir-üzüm vaxtı gəl  
Məclislərdə başda otur, Şəhriyar,  
Ürəyimdə arzum budur, Şəhriyar. 
 
Gəl qəmləri küləklərə verim, gəl,  
Öz bağımdan sənə güllər dərim, gəl,  
Sən məni gör, mən də səni görüm, gəl,  
Demə ömür xəzansızdır, Şəhriyar,  
Əcəl yaman amansızdır, Şəhriyar. 
 
Beşikdəki quş yuxulu körpələr,  
Dodaqları süd qoxulu körpələr,  
Babaları dağdan ulu körpələr  
Bizi əvəz edəcəklər, Şəhriyar,  
Yolumuzla gedəcəklər, Şəhriyar. 
 
Qoy bir də qan çilənməsin torpağa,  
Yer üzündə nə qul olsun, nə ağa,  
Şənlik qursun Təbriz, Mərənd, Marağa  
Dilə gəlsin kamanımız, Şəhriyar,  
Belə keçsin dövranımız, Şəhriyar. 
 
Gəl Bakıya bağım-bağçam güləndə,  
Bircə ovuc torpaq gətir gələndə.  
Dostlar qatsın torpağıma öləndə,  
Bəlkə onda kama çatam, Şəhriyar,  
Son mənzildə rahat yatam, Şəhriyar!! 
 
18 may 1968 
 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin