İÇƏ BİLMİRƏM
Araz sahilindən yolum düşəndə,
Bir an həyəcansız keçə bilmirəm.
Nələr olduğunu o biri tayda
Çox gözəl bilirəm, necə bilmirəm?!
Eşitsin səsimi bacım, qardaşım,
Hicran yollarında ağardı başım.
Damır ürəyimə yenə göz yaşım,
Gündüzü gecədən seçə bilmirəm.
____________________Azərbaycan Milli Kitabxanası___________________
54
Özgələr su içir bulaqlarından,
Fəryadlar yüksəlir ocaqlarından.
Niyə qollarından, ayaqlarından,
Paslı zəncirləri aça bilmirəm.
Mənim o sahilsiz həyatım yoxdur,
Vüsalından böyük muradım yoxdur.
Niyə quşlar kimi qanadım yoxdur,
Niyə o sahilə uça bilmirəm?!
Mənə gəl-gəl deyir Təbriz, Miyana,
Sən necə baxırsan, Arazım buna!
Ürəyim yananda sənin suyuna
Göz yaşı qatmasam, içə bilmirəm!
ÜRƏYİMİ VERƏRƏM
Xəzan vursa bağçanı, çiçəyimi verərəm,
Süfrəndə şey tapmasan, çörəyimi verərəm.
Amansız olsun deyə zərbən cəllad başında,
Biləyinə köməkçi biləyimi verərəm.
Düşmənlər nəfəsilə zəhərləsə havanı,
Onda sənə Xəzritək küləyimi verərəm.
Tufan qopsa, başına qayalar, dağlar uçsa,
Qarşısına mən dayaq kürəyimi verərəm.
Azadlıq vuruşunda ürəyin parçalansa,
Qoparıb bu sinəmdən ürəyimi verərəm!
KÖÇÜRƏ BİLƏYDİLƏR
Deyirəm nə olaydı cənublu qardaşıma,
Mənim həyat suyumdan içirə biləydilər.
Azad torpağımdakı toxumunu güllərin,
____________________Azərbaycan Milli Kitabxanası___________________
55
Arazın o tayında becərə biləydilər.
Deyirəm nə olaydı məni qan qardaşımın,
Yanına Araz üstdən keçirə biləydilər.
Yaralı ürəyinin əvəzinə əvəzsiz,
Mənim bu ürəyimi köçürə biləydilər.
1967
DİNLƏ QARDAŞINI
Dinlə qardaşını, a yaslı qardaş,
Həmişə arzulu, niyazlı qardaş,
Bağrı çarpaz dağlı, arazlı qardaş,
Qoymaram gözündən sellər tökülsün.
Nələr çəkməmisən ömründə, nələr,
Səni qurtarmasam zillətdən əgər,
Gözümdə gecəyə çevrilsin səhər,
Başıma damlardan küllər tökülsün.
Gün o gün olsun ki, gəlim vəcdə mən,
Bizim bu şəhərdə görünəndə sən.
Bütün eyvanlardan, pəncərələrdən,
Ayağın altına güllər tökülsün.
QƏLBİM
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətilə çırpınar.
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri xoşbəxt, o birisi batıb qana Təbrizdə.
Biri burda karvanını sürür aya, günəşə,
Biri orda varlığını atıb oda, atəşə.
Biri burda tikir, qurur, xariqələr yaradır,
Biri orda min əzaba sinə gəlir, yaradır.
____________________Azərbaycan Milli Kitabxanası___________________
56
Biri burda kommunizmin təməlinə daş qoyur,
Biri orda dərbədərdir, daş üstünə baş qoyur.
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri xoşbəxt, o birisi batıb qana Təbrizdə.
LEYLA
Bu ellər göz yaşında qərq olub boğulanda,
Sevindi evdəkilər o dilbər doğulanda.
Boynuna muncuq salıb dedilər: - Gəlmə gözə,
Allah bilir, bəlkə də, düşdü ayağın bizə!
Anası layla çaldı əmizdirərək onu,
Bilmədi körpəsinin nə olacaqdır sonu.
Adını Leyla qoyub, qızı qundaqladılar,
Bəxtinə, taleyinə ümidlər bağladılar.
Heyhat! Aldanırdılar, bunlar xəyaldı, xəyal,
Bu torpaqda sevinmək, gülmək mahaldı, mahal.
Şaxta qılınc çəkərək gur-gur gurladı, durdu,
Aclıq ondan da betər gəlib qapmı vurdu.
Ehtiyac gözdən saldı Leylanın beşiyini,
Artıq çəkən olmadı gecələr keşiyini.
Aldı qanadlarına əcəl körpə Leylanı,
Sübhədək ağladılar öpə-öpə Leylanı.
Leylanı unutdular, Leylanı unutdular,
Yuyub o gül bədəni ağ kəfənə tutdular.
Aparıb tapşırdılar soyuq qara torpağa,
Qaranquşlar qondular qəbrinə ağlamağa.
DƏYİŞMƏZSƏ KÖKÜNDƏN
Qəlbimdə dəniz var yenə kindən,
Qan-yaş tökəcək el gecə-gündüz,
Bu ölkə dəyişməzsə kökündən!
Gəlmiş qapına nazlı bahar, qalx,
İstərsən əgər ağ günə çıxmaq,
Bərk tut bu baharın ətəyindən!
____________________Azərbaycan Milli Kitabxanası___________________
57
Könlüm, nə durubsan, belə olmaz!
Dər, dostlara göndər, deyim əhsən,
Ən yaxşı gülündən, çiçəyindən!
Qan-yaş tökəcək el gecə-gündüz,
Bu ölkə dəyişməzsə kökündən!
ÜRƏYİMİN QULAĞI VAR, GÖZÜ VAR
Mən ürəyi atəş dolu şairəm,
Hələ yaram sağalmayıb, gözü var.
Aman cəllad, sən vurduğun yaranın
Ürəyimdə hələ dərin izi var.
Əlimdədir bu kainat, bu dünya,
Kilid vurmaq olmaz axar bir çaya.
Ürəyimdə dalğalanan bir dərya,
Millətimin, vətənimin sözü var.
Qartal kimi süzüb uçan nəğməmdə,
Sellər kimi axıb coşan nəğməmdə,
Bahar kimi könül açan nəğməmdə,
Qan ağlayan bu ellərin özü var.
Cəllad! Yetər, çək əlini vətəndən,
Ayıraram dik başını bədəndən.
Daha məni sata bilməz hər yetən,
Ürəyimin qulağı var, gözü var!
GƏLİR
Təbriz! Dərya kimi dalğalan, çağla,
Bu elə qəhrəman bir rəhbər gəlir.
Sənin şənliyinə dostumnz bahar
Yolları edərək müəttər gəlir.
Qoy mənim sözümə şahid olsun Ərk,
Səni ölənədək mən etmərəm tərk.
Günəşin əlindən yapışıb bərk-bərk,
____________________Azərbaycan Milli Kitabxanası___________________
58
Qoynuna uğıırlu bir səhər gəlir.
Ucalır göylərə elin avazı,
Gülür bəxtsizlərin ömrünün yazı.
Rüstəm, nə durmusan, dilləndir sazı,
Ürək sevindirən bir xəbər gəlir!
ZİNDAN
Heyhat! Necə dözsün buna insan:
Vur, vur ki, yıxılsın təməlindən
Aysız və günəşsiz qara zindan!
Hər kərpici qan, hər daşı fəryad,
Gülməz üzü bir kimsənin əsla...
Dözməz buna, dözməz buna vicdan.
Vicdansıza vicdan sözü yaddır,
Şair deyəcək, susmayacaq heç,
Cəllad nə qədər içsə də al qan.
Vur, vur ki, yıxılsm təməlindən,
Aysız və günəşsiz qara zindan!
DİLBƏRİN GƏLİNLİK EVİ
Dilbər totuqca qızdı, onu verdilər ərə -
Aclıqdan ölməsin deyə dövlətli bir yerə.
Təbrizlilər dözümlü olur dərdə hər zaman,
Dilbərsə tab gətirmədi ağ saçlı dərdlərə.
Yağdıqca dəmbədəm başına tənə daşları
Şivən qopartdı, ağladı, o, gündə min kərə.
Əsdi bağında bir qara yel soldu gül üzü,
Zalım ərinsə hər baxışı döndü xəncərə.
Yad göz gəzən cənazəni heç görməsin deyə,
____________________Azərbaycan Milli Kitabxanası___________________
59
Bağlandı dar dəmir qapı, örtüldü pəncərə.
Mən acizəm bu dərdi yazım... Heçdi, bəlkə də
Cəllad ərin gözündə bu dəhşətli mənzərə.
Heyhat, qapandı bir gün onun göz qapaqları,
Dilsiz məzar gəlinlik evi oldu Dilbərə.
TƏBRİZ ZİNDANINDA
Zindanda, ah sataşdı gözüm xəstə bir qıza,
Dillən! - dedim, o bəxti qara, sönmüş ulduza.
Sıxmışdı pəncəsində onu aclıq, ehtiyac,
Boğmuşdu doğma körpəsini, qərq olub yasa.
Haqqında hökmü məhkəmənin çıxdı çox asan,
Qatil ana adıyla ona kəsdilər cəza.
Əl dəyməmiş yanınıda durur "dadlı" bir nahar,
Bir parça daş çörək, su dolu çirkli bir kasa.
Layla çalırdı sol əlinə körpə zənn edib,
Min köhnə dərdimin yarası oldu lap taza.
Birdən önündə diz çökərək söylədim: inan,
Dincəlmərəm əlimlə bu zindan dağılmasa!
VƏTƏN YANDI
O qədər nalə etdim ki, qızardı lalətək bağrım,
Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı.
Ürəkdə min yaran vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı.
Qonub damlarda asudə ötür heybətlə bayquşlar,
____________________Azərbaycan Milli Kitabxanası___________________
60
Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı.
Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,
Neçin dinmirsən, ey qardaş, soruş bir gör nədən yandı.
Durubdur başım üstündə, əlində xəncəri, cəllad,
Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən yandı.
Yadımdan çıxdı bülbültək qəfəsdə güllərin rəngi,
Qəmin, dərdin əlindən od tutub axır bədən yandı.
Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,
Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı!
TANIŞDIR
Qəfəsdən qurtulmuş yaralı şirəm,
Zəncir vura bilməz cəlladlar mənə.
Yox, yox, vura bilməz bir də yaralar –
Həm düşmənlər mənə, həm yadlar mənə!
İstəsən hər kəsi danışdır burda,
Göz yaşı elə bil yağışdır burda,
Hər addım başında tanışdır burda,
Nalələr, fəğanlar, fəryadlar mənə!
Vətənsiz bir şair cansız bədəndir,
Sevdası başımdan getmir nədəndir,
İlhamım, qüdrətim, eldir, Vətəndir,
Canımdan əzizdir bu adlar mənə!
1942
____________________Azərbaycan Milli Kitabxanası___________________
61
ÜRƏYİM PARÇALANIR
Məncə, hər doğru məhəbbətdə siyasət olmaz,
Olsa bir azca siyasət, o, məhəbbət olmaz.
Ürəyim gizlədə bilməz ki, sevir qardaşını,
Tökür hicrində açıqdan-açığa göz yaşını.
Ona baxdıqca uzaqdan ürəyim parçalanır,
Dərdli bir nəğmə deyirkən dilim ağzımda yanır.
Çağırır, gəl! - deyə hər an məni ordan haraya,
Ürəyim quştək uçur dərdli Arazdan o taya.
Deyirəm: qəm yemə, dostum, hələ mən ölməmişəm,
Sənsiz ömrümdə, bilirsən ki, deyib gülməmişəm.
Ta əzəldən yoğurub qanla bu qardaşlığı biz,
Demişik, qəbrədək ayrılmayacaqdır əlimiz!
Heç yaraşmaz sənə artıq o pərişan görkəm,
Sadiqəm andıma, qardaş, tut əlimdən möhkəm.
Nərə çək, söylə o qəlbindəki hər istəyini,
Çevirib bayrağa qandan qızaran köynəyini!
Şüvəlan, avqust 1945
O GÜN GƏLƏCƏK
Ləpələr qanlıdır Arazda yenə,
Nalə var çaldığım bu sazda yenə.
Yenə hər tin başında dar ağacı,
Ağlayır qardaşından ayrı bacı.
Yenə hər yerdə qan, ölüm dəhşət...
Çeynənir zülm əlində bir millət.
Gül - deyirlər ürəkdən ağlayana,
Bulaşıb gül, çiçək, çəməndə qana.
Vətənin sızlayır ürək yarası,
____________________Azərbaycan Milli Kitabxanası___________________
62
Buna şahid o dərdli "Ərk qalası".
Yox əsər orda, yox azadlıqdan
Müstəbidlərsə hey deyir qan, qan.
İndi artıq dünənki şən qızlar
İydəliklərdə ağlayıb sızlar,
Yox günəşdən nə bir əsər, nə bir iz,
Bir böyük yas içindədir Təbriz.
Əvəz etmiş gözəl baharı, xəzan,
Yanmayıb neyləsin bu şeri yazan?!
Necə dözsün ürək bu ayrılığa?
Son verilsin gərək bu ayrılığa!
Bilirəm ki, o an, o gün gələcək.
Yenə Təbriz çiçəklənib güləcək!
1947
DÜLGƏRİN ARZUSU
Bir qoca dülgərə rast gəldim dünən,
Hərbi paltarıma diqqətlə baxdı.
Mənə cəsarətlə yanaşdı, birdən
Sanki gözlərində ildırım çaxdı.
Öz ana dilində oxudu mənə
Könül dəftərindən bir neçə varaq.
Məni dəvət etdi sonra evinə
Dərdli kaman kimi sızıldayaraq
Bəzəyi yoxsa da kasıb evimin,
Səndən inciyərəm getməsən əgər.
İnanın, vallahi bir şurəvinin
Qapımdan girməsi dünyaya dəyər!
Onun bu sözləri canıma yatdı,
Əl sıxıb öpüşdük qan qardaşımla.
Könül ayrılığın daşını atdı,
Yan-yana, vüqarla düzəldik yola!
____________________Azərbaycan Milli Kitabxanası___________________
63
BİR MƏKTƏBİN QAPISINDA
Bir məktəb binasının keçərkən qabağından
Qəribə bir lövhənin şahidi oldum yenə.
Qoparıb atmışdılar bir gülü budağından,
Ürəyim parçalandı, hücum çəkdi dərd mənə.
A dostlar! Bu lövhəyə diqqətlə bir an baxın,
İçini çəkə-çəkə ağlayan bu uşağın
İslanıbdır dəftəri-kitabı göz yaşından,
Kim bilir nə bəlalar keçib onun başından.
Deyiləm biganə mən bu torpağın dərdinə,
Dedim, əgər qalmasam bu uşağın dərdinə
Bağışlamaz el məni, alqışlamaz el məni.
Silərək bir əlimlə körpənin göz yaşını,
Yuxarı qaldırıram bir əlimlə başını.
Soruşuram yavaşca: "Nə dərd üz verib sənə,
Bahar çağındır, bala, danışsana, gülsənə".
Boğur, dinməyə qoymur zavallını hıçqırıq,
Tökülür dodağından kəlmələr qırıq-qınq.
Gizlin deyil, əzəldən dünya ölüm-itimdir,
Dedim, bəlkə, bu körpə kimsəsizdir, yetimdir.
Bəlkə, ailəsində nə qardaş, nə bacı var,
Bəlkə, bir şirin sözə onun ehtiyacı var.
Dedim, işdir, bəlkə də, kəsilib dərslərindən,
(Dalıb düşüncələrə bir ah çəkdim dərindən)
Bəlkə, tədris haqqını ödəməyib zavallı,
Bəlkə, dünəndən bəri şey yeməyib zavallı.
Belə deyil, ey könül, ədalət divanı qur,
Öyrəndim ki, körpənin günahı yalnız budur:
O, Təbriz məktəbində vətənində, elində,
Yoldaşıyla danışıb doğma ana dilində.
Bir qara əl ağacdan qırıb budaqtək onu
Küçəyə tullamışdır, unutma, şair, bunu!
Mənim qan qardaşımın gözlərinin işığı,
Ömrünün yaraşığı
Bircə oğlu Nəriman
Gözü yaşlı, bağrı qan,
____________________Azərbaycan Milli Kitabxanası___________________
64
Qoltuğunda kitablar, körpə qəlbində qəmlər,
Qiymət dəftərçəsində xoşagələn rəqəmlər,
Məktəbin qapısında durub səhərdən bəri
Solğun yanaqlarında üç-dörd sillənin yeri!
1961
CƏNUB HƏSRƏTİ
I
Yenə şair ürəyim döndü qana,
Yağır ətrafa dilimdən odlar.
Baxıram dərdli Arazdan o yana,
Görürəm qan axıdır cəlladlar.
Öldürürlər bacımı, qardaşımı,
Tökmərəm bir daha mən göz yaşımı.
İntiqam nəğməsi var könlümdə,
Xalqın ölməz səsi var könlümdə.
Orda bükmüş belini dərd anamın,
Qara günlər keçirən mərd anamın
Qanlı əllər uzanır saçlarına.
Qəlbi daşlarsa, bu göz yaşlarına
Baxaraq, hey qoparır qəhqəhələr,
Açılır orda fəğanlarla səhər.
Dil açanlar çürüyür, zindanda,
Haqq deyənlər yox olur bir anda.
Hər baxışdan yenə qəm, qüssə yağır,
Çox ağırdır, vətənin dərdi ağır...
Mən demişdim öz ürək qardaşıma,
Bizə sadiq o dilək qardaşıma,
Açılıb gül kimi gülsən, gülərəm,
Vətən uğrunda sən ölsən, ölərəm.
Qardaşım, dönmərəm öz andımdan,
Titrəyir atdığım hər addımdan
Məni səndən, səni məndən ayıran...
____________________Azərbaycan Milli Kitabxanası___________________
65
Çox uzun sürməyəcəkdir hicran!
Bir canım var, sənə qurbandır o da.
Necə gülsün ürəyim? Qandır o da.
O gülər, məncə, vüsalınla sənin,
Yaşayır çünki xəyalınla sənin.
Nə sən onsuz, nə o sənsiz yaşamaz!
Azər övladı Vətənsiz yaşamaz!
Tut əlimdən ki, mənəm arxa sənə,
Qazanaq biz də bir ağ gün vətənə.
Yadların onda kəsilsin nəfəsi,
Bürüsün hər tərəfi nəğmə səsi.
II
Yox xəzandan o tərəflərdə baharın fərqi,
Çox böyükdür bu diyarla o diyarın fərqi.
Bürünüb matəmə kəndlər və şəhərlər, ölüdür,
Elə bil, orda həyətlər, küçələr qan gölüdür.
Mən xəyalən o sevincsiz küçələrdən keçirəm,
Kinli gözlərlə baxıb düşməni, dostu seçirəm.
Dəymə, cəllad, - deyirəm, - dəymə o qan qardaşıma,
Mənə bax, qorx qəzəbimdən, onu tək görmə, çəkin,
Qorx, yetər, vurma qaxınc gəl bu ağarmış başıma.
Dərdli qəlbində bu gün dalğalanır sonsuz kin.
Soldurub öz nəfəsinlə bağını, bağçasını,
Vətənin matəmə saldın o gözəl parçasını.
Onu bir qul kimi bir vaxt çox alıb satdın, sən
Elə zənn etmə ki, öz istəyinə çatdın sən!
Görməyirsənmi könüllərdə coşan üsyanı?
Sanma müstəmləkə sən şanlı Azərbaycanı!
Yetər ölkəmdə çəkib qəhqəhələr oynadığın,
İçirib haqq bağıran xalqa zəhər, oynadığın,
Çox güvənmə, yetər, arxanda duran dövlətə gəl,
Demə sən "körpə uşaq" dərdi coşan millətə gəl!
Sən mənim qardaşımın qatilisən hər yerdə,
Örtə bilməz bu cinayətləri heç bir pərdə.
____________________Azərbaycan Milli Kitabxanası___________________
66
İntiqam al! Deyir hər şanlı şahidin qəbri.
Qəhrəman millətimin, dinlə, tükənmiş səbri,
Öz dilindən onu məhrum elədin, ey cəllad!
Bilməyirsən belə getməz qoca dünyada həyat?!
Bilməyirsənmi o bir gün yenə zənciri qırar,
Nəmli zindanı uçurdub, yeni kaşanə qurar!?
İndidən baş çəkirəm dosta, qohum-qardaşa mən...
Gəzərək qəlbi yara yurdumu başdan-başa mən,
Yazıram qəlbimə bir-bir sənin etdiklərini,
Bilirəm, gün gələcək haqq tutacaq öz yerini.
Tutub ellərsə yaxandan çəkəcək məhkəməyə,
Onda heç kimsə sənə yetməyəcəkdir köməyə.
İntiqam ordusunun əsgəriyəm mən də! Eşit!
Olmayıb, olmayacaqdır kölə çox milyon igid!
Səsləyib dostlarımı, evləri bir-bir gəzirəm,
Səsimə hay verən olmur, tutulublar, sezirəm.
Hər xiyabanda mənə qupquru əllər uzanır.
Ağa can! Bircə qıran ver, deyə dillər uzanır,
Hər nəyim varsa cibimdən çıxarıb mən verirəm,
Həmin əllər uzanır, sonra da hərdən görürəm –
Qara şəmsiyəli bir kimsəyə... - heyhat, heyhat!..
O keçir daş kimi səssiz... ona yaddır bu həyat.
Səkkiz-on yaşlı uşaqlar ki, bahardır, məncə,
Gün çıxandan çəkərək gün batana işgəncə.
Dönür onlar əliboş, cibləri boş, evlərinə,
Bürünüb köhnə cırım-cındıra paltar yerinə. –
Ehtiyacın, görürəm, döymədiyi bir qapı yox,
Çərxi dönmüş şəhərinsə yüzü acdır, biri tox.
Yenidən insan ucuzlaşdı, çörək oldu baha...
Yox, könüllər dözə bilməz bu ağır dərdə daha!..
Məncə, bir gün gələcəkdir ki, bu qəm karvanı
Qəzəbindən coşaraq andıracaq ümmanı,
Boğacaq düşməni, aydın deyəcək istəyini,
Qaldırıb göylərə qandan qızaran köynəyini...
____________________Azərbaycan Milli Kitabxanası___________________
67
QARDAŞIMIN DƏRDİ
Dərdim bir olsaydı, olmazdı qəmim,
Gör nə günə saldı zəmanə məni.
Üstümdə saç yolub ağlayan ana,
Nə üçün gətirdin cahana məni!
Kinimdən quruyub gözümdə yaşım,
Gəlsin köməyimə dostum, qardaşım.
Əyilməz kimsəyə bəlal başım,
Yadlar boyasa da al qana məni.
Haqsız döyülməkdən üzüm göyərib,
Öz ana yurdumda qəribəm, qərib.
Damlarda bayquşlar səs-səsə verib,
Bu dərddir gətirən fəğana məni.
Cəlladlar boyamış qana vətəni,
Zülmdən gətirib cana vətəni,
Satmaram milləti, ana vətəni,
Tutub salsalar da zindana məni.
Ayağıında zəncir, qolumda zəncir,
Səslənir sağımda, solumda zəncir,
Qalanıb dağ kimi yolumda zəncir,
Qoy ellər bilməsin divanə məni.
Çoxdandır bir şirin dilə həsrətəm,
Bir doğma qardaşa, elə həsrətəm,
Yuvasız bülbüləm, gülə həsrətəm,
Tanıyır xaraba, viranə məni.
Nədir bu ayrılıq bilə bilmirəm,
Nədən bülbül qonmaz gülə, bilmirəm,
Gülmək istəyirəm, gülə bilmirəm,
Aparın şimala loğmana məni.
____________________Azərbaycan Milli Kitabxanası___________________
68
Dinləsin arzumu yaslı durnalar,
Dərdi çox, söhbətli, sazlı durnalar,
Alıb qanadına nazlı durnalar,
Aparsın o gözəl məkana məni!
Təbriz, 1942
YENƏ DURNALAR
Qanadlılar dünyasının şairlərindən,
Durnalardan söhbət açmaq istəyirəm mən.
Bahar gəldi, bu diyardan uçub getdilər,
Qaqqıldaşa-qaqqıldaşa köçüb getdilər.
Yer üzünün bizə yaxın, uzaq yerində,
Mahnımızı gəzdirdilər dimdiklərində.
Ömrüm boyu mən razıyam durnalarımdan,
Arazımı unutmadı qanadlı karvan.
Bu sahildən o sahilə qondu durnalar,
Yadlarında saxlayaraq mənim şərtimi
Lələyini qələm kimi yondu durnalar,
Yazdı Cənub torpağına köhnə dərdimi.
Aylar keçdi, soldu güllər, soldu çiçəklər,
Durnaların həsrətiylə dindi ürəklər.
Mən də hər gün gözlərimi dikdim göylərə,
Payız gəldi, qaqqıltıyla doldu dağ-dərə.
Yenə bizim bu məkana gəldi durnalar,
Yenə cənnət Lənkərana gəldi durnalar,
Gözlərində o sahilin qəmli lövhəsi,
Sözlərində qardaşımın, bacımın səsi.
Əzizsiniz bu vətənçin, elçin, durnalar!
İki sahil arasında elçim durnalar!
____________________Azərbaycan Milli Kitabxanası___________________
69
BƏLKƏ
Şair səni üzü gülən görməmişdir yaşından,
Bəlkə Araz yaranmışdır gözlərinin yaşından!
Əcdadımm qulağımda fəryadlan səslənir,
Güllərinə qan çilənmiş torpağından, daşından.
Saraydakı ağaların nə vecinə, ölkədə
Bütün millət nalə çəkib qırılsa da acından.
Bayrağında şir qocalıb, günəş çoxdan sönmüşdür,
Gələn məzar qorxusudur Pəhləvinin tacından.
Qan qardaşım! Tək deyilsən döyüşlərdə, qulaq as,
Hər gün səni səsləyirəm uca dağlar başından!
Dostları ilə paylaş: |