Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   2   3   4   5   6   7   8   9   ...   19

ÜÇÜNCÜ MƏKTUB 
 
Haqqım deyə ellər qalxıb ayağa,  
Səsin gəlmir, ey Şəhriyar, hardasan?  
Ayıl barı güllələrin səsinə,  
Millətinin min dərdi var, hardasan? 
  
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
86 
 
 
Mən uzaqdan görürəm o dəhşəti,  
Sən yaxından görmürsənmi vəhşəti?  
Meydanda tək qoymaz övlad milləti, 
       De, hardasan, ey sənətkar, hardasan? 
 
Alqışlardım bir zaman hər kəlməni,  
Səbəb nədir, eşitmirəm nəğməni?  
Gör haçandır, gör haçandır mən səni.  
Axtarıram diyar-diyar, hardasan? 
 
Od tutaraq alışardm şerinlə,  
Ədalətdən danışardm şerinlə,  
Ağ günlərçün çalışardın şerinlə,  
Meydanlarda axır qanlar, hardasan? 
 
Yağdırmasan lənətini cəllada,  
Bildirməsən qüdrətini cəllada,  
Göstərməsən qeyrətini cəllada,  
Etməz sənə el etibar, hardasan?! 
 
Doğma anan deyilmidir bu vətən!  
Borcumdur ki, təkrar deyim sənə mən – 
Ölüm-dirim döyüşündə cəbhədən  
Vətənsizlər edər fərar, hardasan? 
 
Qəm yelkənim dənizdədir haçandır,  
Yan canım, Təbrizdədir haçandır,  
Təbrizdədir, o sizdədir haçandır,  
Sən hardasan, ey nəğməkar, hardasan? 
 
Öz andını çıxarma gəl yadından,  
Atəş yağdır ürəyinin odundan.  
Şair kimi vətən, millət adından  
Var səsimlə çəkirəm car, hardasan? 
 
Çox da bu gün, bu dəm özüm burdayam,  
Ellər bilir ürəyimlə hardayam,  
Süleymanam, söz ordumla ordayam  
Bəs sən özün, ey Şəhriyar, hardasan?! 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
87 
 
 
ŞƏHRİYARA DÖRDÜNCÜ MƏKTUB 
 
"Hərdən belə səsin gəlsin  
Gözümüzün yaşın silsin" 
Şəhriyar 
 
Məktubunu aldım, dostum Şəhriyar,  
Düşüncəyə daldım, dostum Şəhriyar. 
 
Salamını dostlarma yetirdim,  
Məktubunu əldən-ələ ötürdüm.  
Sandım səni ordan bura gətirdim!  
Söhbət açdıq sədaqətdən, Şəhriyar,  
Bir əbədi məhəbbətdən, Şəhriyar. 
 
Nə yaxşı ki, incimədin sözümdən,  
Mən ki səni ayırmıram özümdən.  
Hər addımın yayınmayıb gözümdən,  
Arzumuzun kökü birdir, Şəhriyar,  
Eşqimizin yükü birdir, Şəhriyar. 
 
Göylərindən boz buludlar çəkilsin,  
Ürəklərdən vüsal yolu çəkilsin,  
Məclislərdə əziz adın çəkilsin,  
Silim sənin göz yaşını, Şəhriyar,  
Öpsün qardaş qardaşını, Şəhriyar!.. 
 
Könlün qüvvət, ilham alsın əlindən,  
Qoy düşməsin qələm yazan əlindən,  
Mahnı, şeir əskilməsin dilindən,  
Göz dəyməsin şöhrətinə, Şəhriyar,  
Sən gərəksən millətinə, Şəhriyar. 
 
Sən düşməni yandırmısan, yaxmısan,  
Başı üstə şimşək kimi çaxmısan.  
Öz günəşli sabahına baxmısan,  
Ellərə bel bağlamısan, Şəhriyar,  
Sevincindən ağlamısan, Şəhriyar. 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
88 
 
Yad neftinin qoxusundan məst olub,  
Nemətinin qoxusundan məst olub,  
Sərvətinin qoxusundan məst olub,  
Qoyma gəlsin sizə sarı, Şəhriyar,  
Amerika cəlladları, Şəhriyar! 
 
Vermə vətən torpağını əlindən,  
İnqilabın bayrağını əlindən,  
Qurtuluşun növrağını əlindən.  
Ağ evlilər amansızdır, Şəhriyar,  
Hiyləgərdir, vicdansızdır, Şəhriyar! 
 
Hürriyyəti boğanlara atəş aç,  
Səadəti boğanlara atəş aç,  
Həqiqəti boğanlara atəş aç,  
Kəlmələrin güllə olsun, Şəhriyar,  
Nəğmələrin güllə olsun, Şəhriyar! 
 
Fikrim bir an ayrılmayır yanından,  
Görüm bəla uzaq olsun canından.  
Ayrı deyil qanım sənin qanından,  
Bir vətənin övladıyıq, Şəhriyar,  
Mahnı, şeir fərhadıyıq, Şəhriyar! 
 
Mücahidlər çıxmaz mənim yadımdan,  
Mərd igidlər çıxmaz mənim yadımdan.  
Şəhidlərin qəbri üstdə adımdan  
Bayram çağı şamlar yandır, Şəhriyar,  
Axşam çağı şamlar yandır, Şəhriyar. 
 
Hər şəhidin məzarına səhər sən  
Tər çiçəklər, qızılgüllər səpərsən,  
Başdaşını əvəzimdən öpərsən,  
Gözlərindən axsa da yaş, Şəhriyar,  
Ürəyimiz deyildir daş, Şəhriyar! 
 
Mənim ürək sözlərimə bələdsən,  
Araz boyu izlərimə bələdsən, 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
89 
 
Bu yol çəkən gözlərimə bələdsən.  
Gəl görüşək, zaman keçir, Şəhriyar,  
Ömrümüzdən günlər köçür, Şəhriyar. 
 
Sən gəl desən, öz işimi bilərəm,  
Uşaq kimi sevinərəm, gülərəm,  
Ayaqyalın, başıaçıq gələrəm.  
Sinəmizi boşaldarıq, Şəhriyar,  
Nə yaxşı ki, sən, mən varıq, Şəhriyar! 
 
İgid, şanlı bir millətin oğlusan,  
Adlı-sanlı bir millətin oğlusan,  
Səttarxanlı bir millətin oğlusan,  
Ayrı deyil, anam, anam, Şəhriyar,  
Qan qardaşm Süleymanam, Şəhriyar! 
 
 
                                     ŞAİR SƏHƏNDƏ CAVAB 
 
Yaradan əlini sıx Süleymanın, 
O, el dərdi bilən yüksək insanın. 
Söylə ki, hələ də "axır Arazın " 
Dünyada heç belə "insafsız " olmaz. 
 
Səhənd 
 
Yaman dərin yarası var sinəmin,  
Ağrımayan harası var, sinəmin?  
Vüsal adlı çarəsi var sinəmin.  
Bu dərdimlə birdir dərdi Səhəndin,  
Şair gözü nələr gördü Səhəndin. 
 
Mən Təbrizi, Marağanı gəzmişəm,  
Həm Sarabı, həm Ovqanı gəzmişəm,  
Günbatanı, gündoğanı gəzmişəm,  
Uzun illər sorağında Səhəndin.  
Qəm yemişəm fərağında Səhəndin. 
  
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
90 
 
Nolaydı ki, bir gedəydim Təbrizə,  
Oturaydım dostlarımla üz-üzə,  
Gecələri çevirəydik gündüzə,  
Hey öpəydim gözlərindən Səhəndin,  
Zövq alaydım sözlərindən Səhəndin. 
 
Biz qardaşıq, nə özgəyik, nə yadıq,  
Atadan bir, anadan bir övladıq.  
Hicran adlı dağı yaran Fərhadıq.  
Bu ən böyük əməlidir Səhəndin,  
Mahnısının təməlidir Səhəndin. 
 
Düşünürəm gecə-gündüz yenə mən:  
Bir millətçin iki olmaz bir vətən...  
Həm o sahil, həm bu sahil qədimdən  
Torpağımdır, torpağıdır Səhəndin,  
Vətən eşqi bayrağıdır Səhəndin! 
 
Ey bacılar, ey qardaşlar, inanın – 
Ağrısı var bu ürəyin, bu canın.  
Görüm üzü qara olsun hicranın.  
Mən səsini eşitmirəm Səhəndin,  
Nəğməsini eşitmirəm Səhəndin. 
 
Bu haqq sözü küləklərə vermirəm,  
Nədən, nədən o taydan gül dərmirəm?  
Bu günahı mən arazda görmürəm  
Çünki Araz sirdaşıdır Səhəndin,  
Göz yaşımdır, göz yaşıdır Səhəndin. 
 
Deyirəm ki, qan görməsin elimiz,  
Gülşənlərə ətir səpsin dilimiz,  
Yorulmasm qələm tutan əlimiz,  
Tükənməsin mahnıları Səhəndin,  
Qoy var olsun Şəhriyarı Səhəndin! 
 
Arzuları, əməlləri solmasın,  
Ürəyinə bir daha qəm dolmasın, 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
91 
 
 
Başından bir tük də əskik olmasın,  
Hər gün bizi yada salan Səhəndin,  
Şair gözü yolda qalan Səhəndin. 
 
Pay ummaram özgəlerin malından,  
Mən tikanlı məftillərin dalından.  
Dostun necə xəbər tutum halından  
Necə görüm gülşənini Səhəndin,  
Vətənimi, vətənini Səhəndin?! 
 
Gecikməyin, verin telli saz mənə,  
Qonaq gəlir bahar mənə, yaz mənə.  
Qan qardaşım, qələm götür, yaz mənə  
Necə keçir güzəranı Səhəndin,  
Nigarandır Süleymanı Səhəndin. 
 
El güvənib öz ər oğlu ərinə,  
Dəfn etsin qoy dərdi-qəmi dərinə.  
Ağ gün gəlsin qara günün yerinə,  
Çiçəklənsin dağı-daşı Səhəndin,  
Süleymandır qan qardaşı Səhəndin! 
 
May 1968 
 
DOSTUM CAVAD HEYƏTƏ 
 
Qardaş! Qanımız bir, canımız bir, dilimiz bir,  
Hicranın əlindən sonu yox nisgilimiz bir.  
Lakin bu uzun yolda ümidsiz deyiləm mən,  
Əvvəlki kimi sən səsimə səs verəcəksən.  
Fəxr etməliyik çünki gözəl millətimiz var.  
Çox yaxşı ki, dostluqda Cavad Heyətimiz var.  
"Varlıq"dakı solmaz bağına, bağçana əhsən.  
Vahid anamız doğma Azərbaycana əhsən! 
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
92 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
93 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
94 
 
YARALARIM 
 
Yenə qəlbimdə çiçəkləndi yaram,  
Dikmişəm gözlərimi dərdli Arazdan o taya  
Nə qədər mən qoca dünyada varam,  
Könlümün dərdi bulaqtək axacaqdır bu çaya! 
 
Günlərim keçdi bu sahildə, o sahildə mənim,  
Gözlərim qaldı qızılgüldə, qərənfildə mənim.  
Qoxlayıb hər çiçəyi, hər gülü mən,  
Ucadan səsləmişəm bağrıyanıq bülbülü mən.  
Çox olub qarlı qışım, güllü yazım,  
Gəzmişəm bağrımın üstündə sazım.  
O yerin, məncə, qızıldan da gözəl torpağı var,  
Xalqının laləli bağrındasa hicran dağı var. 
 
Vurmuşam baş Xoya mən, 
Düşmüşəm gah yasa mən, gah toya mən. 
Gülmüşəm, ağlamışam, 
Ellərə bel bağlamışam. 
Udmuşam yollarının tozlarını, 
Görmüşəm alnıaçıq qızlarını, 
Gəzmişəm söz qoşaraq ellərə mən, 
Vurmuşam mizrabımı tellərə mən, 
Görmüşəm çöllərini, göllərini, 
Qoxlamışam güllərini. 
Doğrusu, heç duymamışam 
Orda keçən günlərimi,  
Qəmli və şən günlərimi  
Bircə kərə saymamışam, 
Bilməyənlər bunu bilsin, gün olub 
Gah qəmim üstün olub, gah fərəhim üstün olub. 
Seçdiyim yolda mənim, 
Keçdiyim yolda mənim 
  
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
95 
 
Başıma daş atılıb, gül atılıb,  
Od atılıb, kül atıhb. 
Eşqimə sadiq qalaraq, 
Söz qoşaraq, saz çalaraq
Mən yenə addımlamışam, 
Gülşənə addımlamışam. 
Ah, bu şirin ağrıları, 
Xeyli dərin ağrıları, 
Bir əbədi xatirətək 
Gəzdirəcəkdir bu ürək. 
 
Mən ki, el dərdinə öyrənciləm əvvəl gündən,  
Bağrı qan, köynəyi qan bülbüləm əvvəl gündən.  
Vaxt olubdur ki, qaranlıq gecələr sübhə kimi,  
Bir fənər tək asılıb dost qapısından ürəyim.  
Bürünüb gur işığa kor küçələr sübhə kimi,  
Bir saattək vurub hər an ürəyim. 
Dərdli qəlbimdə təlaş, 
Çəkmişəm hər evə baş.  
Oxuyub kölgəli gözlərdə şikayətləri mən,  
Yazmışam dəftərimə dərdli hekayətləri mən.  
Görmüşəm buzxanatək çox-yanacaqsız evlər,  
Aclığın yurdu ocaqsız evlər.  
Körpələr nəm həsir üstündə uzanmış, yatmış,  
Sanki öz qəmli həyatından usanmış, yatmış.  
Görmüşəm çox, döşü südsüz analar,  
İrzi, namusu satılmış sonalar. 
Çox da dünyaya gələn var, 
Doğulandan çox ölən var. 
 
Görmüşəm dar ağacından asılan mərdləri mən,  
Yazmışam bağrıma son köynəyi qan dərdləri mən.  
Hamının dar küçələrdən kəsilərkən ayağı,  
Zilləyib gözlərimi göylərə şairsayağı,  
Baxmışam zaviyə şəklində uçan durnalara,  
Vermişəm Göy gölü mahnımla nişan durnalara.  
Dinləyib onların ağlar səsini, 
  
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
96 
 
Yazmışam nəğmələrin nəğməsini. 
Dolaşıb Duz-duzanı, Ovqanı mən, 
                            Seyrə dalıb hər yanı mən... 
Xırman üstündə nələr görməmişəm?! 
Mülkədarlar aparıb kəndlilərin son dənini, 
Kəndlilər kinlə baxıb göylərə, ovcunda həşəm, 
Səsləmiş bir daha xoşbəxt gününü. 
Bir günüm iydəli yollarda keçib, 
Bir günüm darda keçib. 
Söz eşidib, söz demişəm, 
Gördüyümü düz demişəm. 
Təbrizin Ərk qalasından oxunub mahnılarım, 
Düşmənin bağrına oxtək toxunub mahnılarım. 
Arxalanıb ellərə mən, 
Ax, demişəm sellərə mən. 
Gül, demişəm güllərə mən. 
Bir yeni bağbandır adım! 
Qardaşıma can demişəm, 
Can sənə qurban demişəm, 
Düşməninə yan demişəm! 
Sadə bir insandır adım! 
Üstümə min ordu gəlib, 
Bağrıma dağlar çəkilib,  
Sel tökülüb, çay tökülüb  
Dalğalı ümmandır adım!  
Düşmənin hər yerdə bu an,  
Tökdüyü qan, içdiyi qan.  
Yad başı üstündə qopan  
Bir dəli tufandır adım!  
Ellərə çatsın bu səsim,  
Könlümə sığmır həvəsim,  
Sönməz alovdur nəfəsim,  
Çünki Süleymandır adım! 
Qanlı vəhşətlərə, heyhat, necə dözsün insan! 
İnanın, dağ sinəm üstündə yanan, 
Göynəyən hər yaramın öz adı, öz dəftəri var. 
Bacımın, qardaşımın, 
  
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
97 
 
Sirdaşımın 
Geniş alnında bu gün min bir əzabın təri var. 
Qəlbimin köhnə, dərin, baş yarası 
Adlanır sadəcə qardaş yarası. 
Yaş tökən gözlərimə orda bahar - qış görünür, 
Tüstüsüz hər baca bayquş görünür. 
İnanın, ordakı bağlarda qərənfillərsə 
Torpaq altında yatan körpələrin gözləridir. 
İlk bahar aşiqi bülbüllərsə, 
Qəmli bir mahnı deyir güllərə çoxdan bəridir. 
Vermişəm xalqıma çoxdan bəridir dincliyimi, 
gəncliyimi. 
Qocalıq ən qoca dərddir, bilirəm,  
Bu sözü mən lüğətimdən silirəm.  
Gəzirəm, hey gəzirəm ta nə qədər var nəfəsim, 
Ellərə çatsın bu səsim.  
Bəli, gəzdikcə o torpaqda, mənim,  
Boğazımdan nə çörək getdi, nə su.  
Deyirəm, ah, vətənim, can vətənim,  
Ömür az, mənzil uzaq, yollar uzun...  
Yox, ümidsiz deyiləm, vaxtı gələr, 
Qardaşımın baxtı gülər – 
Mən də ürəkdən gülərəm,  
Onda bir az dincələrəm! 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
98 
 
QAFURUN ÜRƏYİ 
 

 
İnsan var ki, bütün ömrü bir heçə bənzər,  
Bir saniyən döndü sənin əbədiyyətə.  
Mən günəşli yollarına saldıqca nəzər,  
Varlığımla inanıram bu həqiqətə.  
Mərd adınla fəxr edirəm, öz bakılımsan  
Bir şəhərin havasını udmuşuq, Qafur.  
Getmir, getmir xəyalımdan surətin bir an,  
İkimiz də doğru bir yol tutmuşuq, Qafur.  
Ey el oğlum, pak, müqəddəs əməlinlə sən  
Mənim şair ürəyimdə - öz evindəsən.  
Çox demişəm, yeri gəlib deyirəm yenə,  
Bir əməlin yolçusuyuq həyat eşqinə,  
Ötürürük bir-birinə öz adımızı  
Dalğalarıan bayraq kimi həyatımızı. 
 
* * * 
Əziz həyatımızı cəbhədə bayraq kimi  
Ötürüb bir-birinə dayanırıq dağ kimi.  
Sən qara torpaq altda torpağa dönsən belə,  
Şöhrətin bir nəğmə tək düşəcək dildən-dilə.  
Al mənim bu qəlbimi, yaşa onunla, Qafur,  
Vur mənalı ömrünü başa onunla, Qafur.  
Bax mənim gözlərimlə, nəfəs al nəfəsimlə,  
Yetir əməllərini nəsillərə səsimlə.  
Nəğmələrin ilk sətrində çəkilir adın,  
Ürəyimin gözlərilə görürəm səni.  
Sən torpağa düşdünsə də, həlak olmadın,  
Cürətindir, qüdrətindir coşduran məni.  
Məzarını ziyarətə tələsir dostlar,  
Həyəcanla danışırlar şücaətindən.  
Məzarına gedən yolu basmayıb otlar 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
99 
 
Ordan ayaq kəsilərmi?! Yox, yox, əbədən!  
Təslim olmur cəsur adın qara torpağa  
Silahmı saxlayırsan öz yanında sən,  
Bir gün yağı əl atarsa işdir, yarağa  
Məzarından qalxıb yenə döyüşəcəksən. 
 
II 
 
Birmərtəbəli evdə, Dağ üstü park yanmda  
Hərbin alov püskürən ən dəhşətli anında,  
İsti bir avqust günü böyük bir həyəcan var,  
Qarşıda, kim bilməyir uzun yol var, hicran var.  
Görünür bu həyətdən Bakı - sevimli şəhər,  
Xəzərin qoynundakı gümüş, almas ləpələr.  
Bu həyətdə tər töküb atasıyla gənc Qafur,  
Təbiətin əlilə sanki asılmış budur.  
Püstə ağaclarından salxım-salxım püstələr,  
Canına qüvvət gələr ondan yesə xəstələr.  
Çox dırmanıb uşaqkən Qafur bu ağaclara,  
Bənzəmiş ilk baharda özü də ilk bahara.  
Aramış budaq-budaq yuvasını quşların.  
Qonşu uşaqlarına dost tək qanı qaynamış,  
Onlarla "Kos aldı qaç", "Çumur-çumur" oynamış.   
Müxtəlif dünyası var dünyada hər uşağın,  
Burda bardaş quraraq dövrəsində ocağın,  
Əlləri yana-yana isti qutab yemişlər,  
Bir-birinə tapmaca, bir də nağıl demişlər.  
Bu ilk bahar ordusu hər gün verib əl-ələ,  
Təbiətə qan verən günəşi nəğmələrlə  
Səhər qarşılamışlar, axşam yola salmışlar.  
Ondan qaranquşların sorağını almışlar. 
 
* * * 
Qafur gəzişib bir az, daldı düşüncələrə,  
Canlandı qarşısında könül açan mənzərə.  
Məhəbbətlə bir daha doğma şəhərə baxdı,  
Sinəsitək qabaran şıltaq Xəzərə baxdı, 
  
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
100 
 
Sanki bir adam kimi gəldi dalğalar dilə,  
Uşaqlıq xatiratı çəkdi onu sahilə.  
Xəzər çağırır: "Qafur, məni danışdır deyir.  
Mənimlə görüşməmiş cəbhəyə getmə, dostum!  
Sənə bağlı könlümü pərişan etmə, dostum!  
Öpmüş qədəmlərini yaz, yay bu dalğalarım,  
Qoparır hicran çağı haray bu dalğalarıın.  
Sənin qəlbin çırpınır mənim arzularımda,  
Yad gəlsə bu sahilə, boğaram sularımda.  
Gəzişib sahilimdə, böyüyüb yetdim başa,  
Ömrümü qat ömrünə, mənim kimi min yaşa.  
Nəfəsim soyuqsa da, od tutub yanır içim,  
Gəl sərin sularımda əl-qol atıb bir də çim.  
O qoçaq rus balası dostun Volodya hanı?  
O da sənin kimiydi, yaman qaynardı qanı.  
Qafur, Qafur, - huy... Qafur, qağayılar uçur, gəl!  
Gəl, sahildə büsat qur, qağayılar uçur gəl!  
Durna, ayaqlarına qanad taxıb çıx yola,  
Atanın süfrəsi tək həmişə açıq yola.  
Evdəki dost-aşnanı yubanma, tez ötür, gəl!  
Uşaqlıq yoldaşını - Volodyanı götür, gəl!  
Nə almasdır, nə dürrdür, nə zərdir mənim adım,  
Hər damlası bir dəniz, Xəzərdir mənim adım!"  
Diksindi qəhrəmanım, dəniz də danışarmı?  
O da canlılar kimi xatirəylə yaşarmı?  
Xoş xəyallar içində sarılıb məhəbbətə  
Uşaqlıq dünyasını yönəltdi səyahətə. – 
Bu gün xəzri bərk əsir,  
Dostlar sahildə gəzir.  
Volodya deyir: - Çimək,  
Kim gözəl üzür, görək.  
Qafür deyir ki: - Sonra...  
Bir bax o dalğalara!  
Eh-söyləyib Volodya  
Atılır birdən suya.  
Budur üzür Volodya, səsləyir: - Gəl sən də üz, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
101 
 
Dalğalara bələddir körpəlikdən könlümüz,  
Sahil istidir, Qafur, sularsa çox sərindir! 

Volodya, çimdiyin yer dayazdır, ya dərindir? 
- Dərindir. 

Eybi yoxdur çətin deyil ki, üzmək! 
Dənizlə dost olanda ürək gərəkdir, ürək! 
Bir qırpımda körpüdən Qafur atılır, suya, 
Sahildəki uşaqlar baxıb düşür qorxuya. 
Dənizdə fırtına var, 
Dağ boydadır dalğalar. 
Qafur üzür, cəld üzür, 
Qağayılar tək süzür.  
Dalğalar cilovunu gəmirən atlar kimi,  
Sahibini belindən devirən atlar kimi.  
Çılğın-çılğın kişnəyir, qalxıb-enir, nədir bu?..  
Bəlkə də zəncirini qırmış divanədir bu?..  
Qafur təslim olmayır, döyüşür dalğalarla,  
Həyatında ilk dəfə qaç düşür dalğalarla.  
Qızmış aslana dönmüş yoxsa bu gün təbiət?!  
O, gah yatır, gah çıxır, yorulur ən nəhayət,  
Gedir suyun dibinə birdən-birə daş kimi,  
Volodya haray çəkir dost kimi, qardaş kimi.  
Dönüb bir xilaskara,  
Baş vurur dalğalara.  
Sular qurğuşun kimi...  
Dalğalarsa hücuma qalxmış bir qoşun kimi.  
Boylanır həyəcanla sahildeki uşaqlar.  
Əsirlər vahimədən yarpaq təki uşaqlar.  
Sahildə köpüklənən dalğaların içindən,  
Öncə iki baş çıxır, sonra iki yaş bədən  
Heç qüvvət üstün deyil qardaşlığın gücündən,  
Sahildən alqış səsi ucalır göyə birdən,  
İki dost qucaqlaşıb öpüşür dönə-dönə.  
İki dostun kölgəsi düşür qumlar üstünə.  
Başlarının üstündə qağayılar qıy vurur,  
Şən, bəxtiyar uşaqlar sahildə şənlik qurur. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
102 
 
* * * 
Salır ötən günlərə Qafur yenidən nəzər,  
Gözlərinin önündən keçir canlı lövhələr:  
Bayıldakı yosunlu, sürüşkən qayalıqlar,  
Tilovla tutduqları körpə, pullu balıqlar.  
Axşamları həyətdə, "beş-daş" oynadıqları  
Dilbər Şüvəlandakı əncir, üzüm bağları.  
Əziz məktəb dostları, o çətin imtahanlar,  
Müəllimlər, o sadə, o sevimli insanlar.  
Nəhayət, mətbəədə mürəttiblik, iş, əmək,  
Hər kitabda bir aləm, hər kitabda bir ürək.  
Ayrılır bir an Qafur dərin düşüncələrdən  
Doğrudan dar gündədir, anamız doğma vətən.  
Ağır müharibədən, düşmənlə üz-üzəyik,  
Düşmən üzü gecəyə, biz üzü gündüzəyik.  
Müharibə, bu kəlmə min qanlı yük daşıyır,  
Onun ağırlığını kiçik, böyük daşıyır.  
Müharibə deyil dost təki, - quran ellərə,  
Əsarət zəncirini çoxdan qıran ellərə.  
Nə deyim, müharibə ayrılıqdır, kədərdir.  
Bu kəlmənin dəhşəti yerdən göyə qədərdir. 
 
* * * 
Keçirdi qollarına hərbi çantanı, bir an  
Budur, ayaq saxladı bizim bakılı oğlan,  
Dedi həsrət içində: ana gəl halallaşaq,  
Ürəyini sıxma gəl, oğlun deyildir uşaq.  
-
 
Bilirəm ki, deyilsən, bir dəqiqə dur bala,  
Unutmuşdum az qala,  
Bayaqdan görməyirdi gözlərim püstələri,  
Yolda yeyərsən oğul, o çantanı ver bəri.  
Ana püstə dərdikcə əl çatan budaqlardan,  
Çəkmirdi gözlərini naməlum uzaqlardan.  
Üzüb ayaqlarını bu dəmdə yerdən Qafur  
Dırmandı pişik kimi ağaca birdən Qafur. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
103 
 
Püstə salxımlarmı doldurdu çantasına,  
Yarpaqlar arasından baxdı yurd-yuvasına.  
Atılıb yerə öpdü anasını bir daha,  
Qucaqladı məhəbbət dünyasını bir daha. 
- Hələlik əziz ana, mən getdim. 
- Get, 
yaxşı yol! 
Get, oğlum, get, nəslin tək həmişə qəhrəman ol!  
Ana əziz oğlunun baxır, baxır dalınca,  
Gözündən ixtiyarsız yaşlar axır dalınca. 
 
* * * 
 
Qara dəniz dalğalar, gəmilər, sahil, şəhər,  
Həyəcanlarla açır gözünü burda səhər.  
Cəbhənin saatıyla hər gün oyanır sular, 
Tökülən bombalardan alışıb yanır sular. 
Qəliz, qara tüstülər yüksəlir yerdən göyə, 
Qalxır alov sütunlar dərdli şəhərdən göyə. 
Qara dəniz qəzəbdən düyünləyib alnını, 
Qansız salacaq yola o hər əliqanlını. 
Çətindir nəfəs almaq, hava qurğuşun kimi. 
Düşmən təyyarələri ov gəzir quzğun kimi. 
Baxışlar şimşək çaxır, ürəklər kinlə dolu, 
Heçliyədir bu yerdən düşmənin zülmət yolu. 
Dənizçilər vətəni, möhtəşəm hərbi liman  
Deyir: "Əymərəm boyun qan sızsa da yaramdan.  
Nəhəngcə bir gəmidir, sanki, bu məğrur şəhər,  
Bağrı qandan qırmızı, dayanıb durur şəhər.  
Sevastopol müqəddəs qəhrəman rus qalası,  
Olmuşdur, olacaqdır hər zaman rus qalası. 
 
* * * 
Gəmilərdən atılan topların nərəsindən,  
Vahiməylə qaçışan düşmənlərin səsindən  
Az qalır ki, partlasın pərdəsi qulaqların,  
Düşsün ürək-göbəyi Krımdakı dağların. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
104 
 
Dərə dolu, düz dolu faşist cəmdəklərilə,  
Havanı zəhərləyən o it cəmdəklərilə.  
Döyüşür neçə aydır Sevastopol durmadan,  
Gözlərini yummayır bircə saat, bircə an.  
Sevastopol! Qapıdan çox ordular qovulmuş,  
Sənə göz tikənlərin burunları ovulmuş.  
Poladdan bir qala tək dur, gözəl şəhərim, dur!  
Düşmənlərin qəlbindən vur, gözəl şəhərim, vur!  
Üstünə atlı gələn, atsız gedib bu yerdən,  
Şöhrətli, adlı gələn, adsız gedib bu yerdən. 
Dəmir axına bir bax, 
Sənə göndərir dayaq  
Bilirsən ki, unutmaz ölüm də kəssə yolu.  
Xəzər Qara dənizi, Bakı Sevastopolu.  
Budur, o qara gözlü, o qara qaşlı Qafur  
Bakılı bir mürəttib, iyirmi yaşlı Qafur. 
     Bir gör necə vuruşur,  
     Gündüz, gecə vuruşur!  
     Azərbaycanlıdır o, möhkəmdir öz sözündə,  
     Şərəfdir dost yolunda ölüm onun gözündə.  
     Hələ bundan sonra sən tanıyacaqsan onu,  
     Bağrına basacaqsan Azərbaycan oğlunu.  
     Baxışları bu gündən gələcəyə nur saçır,  
     Zəfərlərə amansız süngüsüylə yol açır. 
 
* * * 
Gecədir... sakit gecə, hər yan qatı qaranlıq,  
Çapır öz altındakı qara atı qaranlıq,  
Susub toplar, tüfənglər... Sahildəsə bu ara  
İki cavan diqqətlə göz gəzdirir sulara.  
Rabitəçi Qafurla, komandir Sinetski  
(Döyüşdə öz dostuna hayandır Sinetski)  
Biri sakit, mərd, cəsur, biri dilli, diribaş.  
Fərqi var bir-birindən onların iki-üç yaş,  
Ulu babalarımn olmuşsa da bir zaman  
Bir-birindən ayrıca inamı, etiqadı, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
105 
 
Bu iki esgərinsə, deyil kimsəyə pünhan, 
Ayrı deyil, ekizdir etiqadı, həyatı. 
Göy sakit, dəniz sakit, gecə qaranhq gecə, 
Bəs onlar bir-birini necə seçirdi, necə?! 
Böyük inamlarmın, ölməz diləklərinin, 
Kremlin saatıyla vuran ürəklərinin 
Məşəlilə görürdü bu dostlar bir-birini, 
Dünya qədər sevirdi bu dostlar bir-birini.  
Yaşım yüz deyilsə də,  
Eşidənlər gülsə də, 
Sanıram mən də vardım o tarixi savaşda,  
Lap elə bu geyimdə, bu görkəmdə, bu yaşda.  
Yağıların indi də o şanlı gündən bəri 
- Odur, 
dostum 
qızanr yenə səhərin gözü 
Lakin bitib tükənmir odlu sinəmin sözü, 
Sənə bir sualım var, bax gözümün içinə. 
Sevgilidən-filandan varındırmı, de mənə, 
- Heç 
özüm 
də bilmirəm nə deyim, nə söyləyim. 
- Necə yəni? 
- Qoy 
sənə bir qədər şərh eləyim. 
Var desəm, yox kimidir; yox desəm, var kimidir;  
Onsuz da başıma dünya, demirəm, dar kimidir. 
- Tez-tez 
məktub yazırmı? 
- Hələ deyilik tanış. 
- Bir 
şey başa düşmədim, bir qədər açıq daınş! 
- Qonşuluqda yaşayır, evimiz üzbəüzdür, 
Mənə elə gəlir ki, qəlbim tək qəlbi düzdür. 
Mən ona çox baxmışam, o da mənə baxıb çox, 
Nə mən bir söz demişəm... Nə də o deyib... Yox, yox,  
Bağışla, komandirim, bəlkə bu aldanışdır,  
Səndən niyə gizlədim, gözlərimiz tanışdır. 
- Gözəldirmi? 
- Gözəldir! 
Adı nədir! 

Ədilə! 
- At 
bu 
utancaqlığı, qoy eşqin gəlsin dilə. 
Bir məktub yaz o qıza, yazmasan mən yazaram 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
106 
 
 
Yazaram ki, baş əyir dostum hüzurunuza.  
Yox, özün yaz, yoxsa ki, ürəyim tutmaz aram.  
Yazarsanmı? 
- Yazaram. 
- Məndən salam o qıza... 
- Sən necə, evlisənmi? 
- Nə evliyəm, nə subay, 
Haray bu ayrılığın əlindən haray, haray.  
Araya dava düşdü, toyumuz baş tutmadı 
- Məktub yazırmı? 
- Yazır, Lizadır onun adı. 
- Bağışla komandirim, harda olur və kimdir? 
- "Taman" qospitalında ürəklərə həkimdir... 
Aldı atəş səsləri bu sözlərin üstünü
Hər "dostun", hər qazmanın, hər səngərin üstünü.  
Başlandı partlayışlar... lap yaxında dalbadal,  
Dincəlmək igidlərə burda mahaldır, mahal.  
Budur cəbhə həyatı!.. Salam sənə ey səhər,  
Atəşlə verdin cavab bizə yenə ey səhər! 
 
* * * 
Səhər açdı yuxusuz al qanlı gözlərini  
Hərbin keşməkeşindən dumanlı gözlərini.  
Qafur, bakılı Qafur əlində avtomatı,  
Ölümün pəncəsindən qurtarmaqçın həyatı  
Atır, vurub öldürür, düşmənə qan uddurur.  
Gah sürünür üzü üstə, gah dayanır, gah durur,  
Burda avtomatdadır söz-söhbət, sorğu-sual,  
Avtomatla ver sual, avtomatla cavab al.  
Yenə intiqam deyir topların kobud səsi,  
Qanlı yollardan keçir könüllərin nəğməsi.  
Qəhrəmanlar, bu yerdə qalmasın bir yad deyə,  
Ölülərin üstündən keçirlər həyat, deyə.  
Qaçan o, balıq gözlü sərxoş soldatlara bax,  
Milçək kimi qırılan vicdansız yadlara bax.  
Burda nə saat bəlli, nə dəqiqə bəllidir, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
107 
 
Bizdən ölən bircəsə, düşmənlərdən əllidir. 
Həyat ölümsüz deyil, qurbansız gülməz zəfər. 
Qafurun dörd yanına səpələnir güllələr. 
Bir güllə bir əsgəri yaralayır başından. 
Ayırır bircə anda yoldaşı yoldaşından 
Bir qırpımda o gəncin enir göz qapaqları, 
Titrəyir hiddətindən Qafurun dodaqları. 
Gözünə sataşınca yadların pulemyotu, 
Alışır ürəyində sönməz, intiqam odu. 
Əlində qumbaralar sürünür torpaq üstə, 
Bir polad dağ yeriyir sanki bir mum dağ üstə. 
"Al payını!" söyləyib tullayır bombaları, 
Düşmənlərin bağrı qanadır bombaları. 
Faşist pulemyotçusu susur pulemyotuyla, 
Vidalaşır əbədi, öz murdar həyatıyla. 
Bu qəhrəmanlıq verir can, ürək matroslara. 
Sinetski: - Dalımca! - deyərək matroslara, 
Öz qoçaq dəstəsiylə keçir yenə hücuma 
Qafur da cuma-cuma 
Çatır Sinetskiyə, vəfalı yoldaşına 
İgid komandirinə, öz cəbhə qardaşına. 
Avtomatlar od saçır, 
Yağı dovşan tək qaçır. 
Döyüş susur... Komandir Qafuru qucaqlayır, 
Ürəyini dostunun ürəyinə bağlayır. 
 
* * * 
Duşmən quvvət toplayıb gəlır başı aşağı,  
Ağ canavarlar kimi eşir qanlı torpağı.  
Soxulur kor-koruna, ölə-ölə hər yana,  
Lənətə gəlsin görüm vəhşilər doğan ana.  
Komandir Sinetski döyüşlərin canıdır,  
Onun əsgərlərisə istiqbal karvanıdır.  
O, ən məsul, ən ağır vəzifə başındadır,  
Ömrünə məna verən Vətən savaşındadır. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
108 
 
O, sorğusuz, sualsız bələddir hər əsgərə,  
Oxumuş kitab kimi hər ürəyi min kərə,  
Poladdan da möhkəmdir onun əmri döyüşdə,  
O, yorulmaz keçsə də, bütün ömrü döyüşdə  
Deyir, doğma yaramdır hər soldatın yarası  
Tamam sağalsın gərək bu həyatın yarası!  
Yenə qızışır döyüş, Sinetski öndədir.  
Düşmən yaman gündədir...  
Ətrafa od yağdırır Qafurun avtomatı,  
Qorxudan faşistlərin yadından çıxır adı.  
Sataşır gözlərinə qaya dibində bu an  
Düşmən avtomatçısı... coşur ürəyində qan.  
Aman, aman, nədir bu Varlığını didir bu. 
Düşmən, Sinetskinin bağrını almış nişan,  
Avtomatda güllə yox, heç nəyə gəlmir güman.  
Nə güllə doldurmağa, nə qumbara atmağa  
Vaxtı yox, imkanı yox... qalxır birdən ayağa.  
Yoldaş leytenant!.. deyə bağırır var səsilə  
Şığıyır ildırımtək, qabaran sinəsilə  
Qaldıraraq dostluğu qəlbində bayraq kimi,  
Durur Sinetskinin önündə bir dağ kimi,  
Bir qırpımda sinəsi rəng aldı lalələrdən,  
Üzmək istəməyirdi ayaqlarını yerdən.  
Silərək sağ əlilə sol döşünün qanını.  
Qorumaq istəyirdi ölümdən öz canını.  
Rəngi soldu get-gedə, çökən dağ kimi çökdü.  
Gözündən iki damla əlvida yaşı tökdü.  
Artıq gedirəm - deyə, məni bağışla, - deyə,  
Böyük bir məhəbbətlə baxdı Sinetskiyə.  
Nəsə demək istədi... Titrədi dodaqları.  
Dostunun qucağında endi göz qapaqları...  
Dolğun gözlü komandir bu itkidən bağrı qan,  
Öpdü öz qardaşının soyuq dodaqlarından.  
O, bu adla apardı cəsur döyüşçüləri  
Müqəddəs vuruşlara... Düşmən çəkildi geri... 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
109 
 
Qara dənizə yaxın bir təpənin başında  
Qafuru basdırdılar... Onun məzar daşında  
Yazdılar bu həyatda nəçi, kim olduğunu,  
Cəbhəçilər döyüşdə bayraq etdilər onu,  
Nəğmə qoşdu könüllər onun şücaətinə,  
Görən də, görməyən də gəldi ziyarətinə. 
 
* * * 
 
Aylar, illər dolandı, dost ellər dünyasında,  
Mən bu şəhərdə oldum... yerlilər arasında  
Deyirdilər Qafurun anası çıxıb yola,  
Bala məhəbbətilə gəlmiş Sevastopola.  
Qucaqlamış can, deyə oğlunun baş daşını,  
Bir ana tək axıtmış gözünün qan-yaşını.  
Sanmış ki, hələ oğlu çıxmayıbdır bələkdən,  
Qəbrini beşik bilib lay-lay demiş ürəkdən.  
Özünü alıb ələ qalxmış ayağa birdən,  
Hanı o dostun? - deyə sual etmiş qəbrdən,  
Önündəki zabitə sataşınca gözləri,  
Axmış, sərçeşmələr tək sadə ürək sözləri,  
Sormuş: - Sən kimsən oğul? - Sinetskiyəm, ana! 
Qafurun yoldaşıyam, yetər, etmə qan, ana!  
Ana bir ah çəkərək, Sarılmış sarmaşıq tək  
Qəhrəman rus oğlunun boynuna qollarıyla.  
(Ey Vətən! İftixar et bu möhtərəm qarıyla!)  
Səni görüb oğlumu yada salıram, deyə  
Qafurumun iyini səndən alıram, deyə  
Öpmüş Sinetskini - oğlunun yoldaşını,  
Qanlı yollar şahidi, can, ürək sirdaşını.  
Demiş: "Oğlum ölməyib, qəlbi, qəlbində vurur,  
Eşidir qulağınla, baxır gözünlə Qafur.  
Gəlir balamın ətri sənin gül nəfəsindən, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
110 
 
Eşidirəm səsini könül açan səsindən.  
Bir tük də əskilməsin görüm, sənin başından.  
Ürəyin dərdlənməsin gözlərimin yaşından.  
Qanlı vuruşmalarda titrəməsin əllərin,  
Əziz balası adlan bizim qardaş ellərin.  
Qəbul et düz ürəkdən gələn xeyir-duamı,  
Bilirəm yerdə qalmaz balamın intiqamı!  
Deyirdilər bu yerə - matroslar diyarına,  
O sadə el oğlumun - Qafurun məzarına  
Bakılılar, Qafurla bir məhəlləli dilbər  
Qara matəm haşiyəli əklillər göndəriblər.  
Bəli, Qafur ölməyib, bu ada yaddır ölüm,  
Belə qəhrəmanlara yenə həyatdır ölüm.  
Burda yatan qəhrəman böyük imtahan verib,  
Bu məzar unudulmaz, bu məzar deyil qərib.  
Onun nəcib varlığı ürəklərdə yaşayır,  
Arzusu, bu yerlərdə, bu göylərdə yaşayır.  
Bilirəm, el oğlumu tapşırarkən torpağa  
Hörmətlə qardaş ellər qalxmış bir an ayağa! 
 
1950 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
111 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin