Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
 ümumi nəzəri təhlildən ölkə miqyasın-

da durum təhlilinə keçək. Müasir mərhələdə dövlətin 

və cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri 

elmi potensialın qorunub-saxlanması və ondan milli 

inkişaf  naminə  maksimum  səmərə  ilə  istifadə  olun-

masıdır.  Əgər  bu,  Elmlər  Akademiyasının  ənənəvi 

strukturunu saxlamaq və buradakı elmi mühiti bərpa 

etmək  hesabına  mümkündürsə,  bütün  qüvvələri  bu 

istiqamətdə  yönəltmək, AMEA-nı  hər  vasitə  ilə  dir-

çəltmək  və  onu  işlək  mexanizm  vəziyyətinə  qaytar-

maq lazımdır.  Lakin bunun üçün böyük təşkilatçılıq 

işi  və  büdcədən  böyük  miqdarda  vəsait  ayrılması 

tələb olunur.  

Əlbəttə,  Elmlər  Akademiyası  qorunub  saxlan-

malıdır.  Lakin  hansı  formada,  hansı  fəaliyyət  isti-

qamətlərində  və  hansı  infrastruktura  daxil  olmaqla? 

Bunlar  irəlicədən  müəyyənləşdirilməlidir.  Bu  gün 

Akademiyanın  keçmiş  SSRİ  Elmlər  Akademiyasın-

dan qopub ayrılmış və təşkilati forması yeni miqya-

sın  tələblərinə  uyğun  gəlməyən  hazırkı  vəziyyətini 

eynilə qoruyub saxlamaqdansa, onu daha mobil, da-

ha çevik və daha məqsədyönlü bir quruma çevirmək 

tələb olunur. Əgər biz elmi potensialımızın bazasın-

da  həqiqətən  rentabelli,  işlək  bir  elm  modeli  qura 

bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər get-



Elmin idarə olunması  

 

 



281

məyəcəyinə,  “fundamental  elm  –  tətbiqi  elm  –  tex-

noloji ideya – mühəndis-konstruktor layihəsi – isteh-

sal”  zəncirində  hər  bir  halqaya  ayrılan  vəsaitin  son-

rakı halqaların hesabına səmərə verəcəyinə əmin ola 

bilər.  


“Elm”  anlayışı  ilə  əhatə  olunan  tədqiqat  sahə-

ləri praqmatiklik prizmasından, habelə son nəticənin 

milli  və  ümumbəşəri  dəyərlərlə  əlaqəliliyi  baxımın-

dan üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elmlərdir 

ki,  onların  da  real  fayda  gətirməsi  yaxın  və  uzaq 

məqsədlərə  xidmət  baxımından  iki  cür  olur.  Müəy-

yən  bir  əməli  fəaliyyət  sahəsinin  elmi  əsaslarla  qu-

rulması,  konkret  bir  istehsal  müəssisəsinin  texniki 

təchizatının  yeni  elmi  biliklər  əsasında  təkmilləş-

dirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsa-

sında  daha  optimal  texnoloji  prinsipin  həyata  keçi-

rilməsi  sayəsində  elm  qısa  müddətdə  fayda  verə  bi-

lər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə 

çəkilən xərclərlə tətbiqdən alınan gəlir arasında müs-

bət  balans  yaranır  ki,  bu  da  xalis  gəliri  müəyyən 

edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki, 

söhbət  yeni  elmi  biliyin  kəşfindən  deyil,  başqaları 

(başqa  ölkələrdəki  tədqiqatlar)  tərəfindən  əldə  edil-

miş  hazır  biliklərin  sadəcə  tətbiq  yollarının  araşdı-

rılıb tapılmasından və tətbiq prosesinin texniki icra-

sından  gedir.  Daha  doğrusu,  deyilənlər  elmin  özün-

dən  daha  çox,  elm  ilə  istehsal  arasındakı  əlaqə  pro-

seslərinə aiddir.  


Elmşünaslığa giriş 

 

282



“Elm”  anlayışına  daxil  olan  tətbiqi  elmlər  isə, 

istehsalın  cari  tələblərinə  cavab  olmayıb,  daha  çox 

dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fun-

damental  elmlər  sahəsində  əldə  olunmuş  biliklərin 

üzərində qurulur. Burada söhbət bu və ya digər kon-

kret  istehsal  müəssisəsinin  rekonstruksiyasından  de-

yil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin 

ümumi  ehtiyaclarının  yeni  tələblər  əsasında  ödənil-

məsinə  yönəldilmiş  fəaliyyətdən  gedir.  Bu  fəaliyyət 

istehsal  sahəsində  yox,  elmin  öz  hüdudları  çərçivə-

sində aparılır. Ona görə də, burada alınan yeni bilik-

lərin  haradasa  hökmən  tətbiq  olunacağına  və  gəlir 

gətirəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bəhrə-

sini verir, lakin bundan faydalanmaq, istifadə etmək 

vəzifəsi  istehsalçıların  üzərinə  düşür.  Sənaye  mü-

əssisələrinin  tərkibində  bu  məqsədlərə  xidmət  edən 

layihə-konstruktor  büroları  və  hətta  xüsusi  “elm” 

bölmələri  fəaliyyət  göstərir  ki,  bunlar  da  bir  qayda 

olaraq “sahə elmləri” adı altında əhatə olunur.  

Tətbiqi elmlər sahəsində fəaliyyət hətta bilava-

sitə  konkret  müqavilələr,  sifarişlər  əsasında  aparıl-

masa  da,  onların  hansı  istehsal  sahəsində,  hansı  tə-

sərrüfat  forması  üçün  istifadə  olunacağı  irəlicədən 

məlumdur.  Bu  baxımdan,  tətbiqi  elmlərin  yerli  iqti-

sadiyyatın  istiqamətlərinə  və  tələblərinə  uyğun  yö-

nəldilməsi  prinsipcə  mümkündür.  Dünyanın  bütün 

ölkələrində  tətbiqi  elmlərin  əsas  hərəkətverici  qüv-

vəsi  yerli  iqtisadiyyatın  ehtiyaclarıdır.  Heç  bir  öl-



Elmin idarə olunması  

 

 



283

kədə  bütün  tətbiqi  elm  sahələrində  fəaliyyət  göstə-

rilmir və bu mümkün də deyil. Əlbəttə, dünya hökm-

ranlığı  iddiasında  olan  super  ölkələr  öz  məhsulları 

üçün  bütün  dünya  bazarlarını  açıq  saxlayırlar.  Am-

ma  bunun  üçün  təkcə  elmi-texnoloji  rəqabət  və  iq-

tisadi  mexanizmlər  kifayət  deyil;  bu  məqsəd  üçün 

siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.  

İqtisadi  müstəqilliyin  təmin  olunması  üçün 

əsas şərt bundan ibarətdir ki, yerli iqtisadiyyatın eh-

tiyaclarına  uyğun  olan  tətbiqi  elm  sahələrinin  inki-

şafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər 

həm  maddi,  həm  də  mənəvi  aspektlərdə  stimullaş-

dırılmalıdır.  

Fundamental  elmlərdə  isə  nəinki  konkret  tət-

biqi  sahələr,  hətta  tətbiq  istiqamətləri  də  irəlicədən 

müəyyənləşdirilə bilmir. Burada elmi axtarışların si-

farişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün-

dür”  prinsipi  əsas  tutulur.  Əlbəttə,  burada  əldə  olu-

nan biliklər də istifadəsiz qalmır. Hər hansı  yeni el-

mi  bilik  nə  vaxtsa,  hansı  ölkədə  isə,  hansı  istehsal 

sahəsində  isə  istifadə  olunacaqdır.  Lakin  ünvan  və 

zaman qeyri-müəyyəndir.  

Beləliklə, fundamental elmlər milli ideallardan 

daha çox, ümumbəşəri ideallara xidmət edir. Əlbəttə, 

bəşər  övladı  olaraq  bizim  hər  birimiz  ümumbəşəri 

tərəqqidə  iştirakçı  olduğumuz  üçün  fəxr  etməliyik; 

lakin şüurlu surətdə, yaxın və uzaq məqsədləri anla-

maqla. Belə ki, müasir fizikanın, məsələn, elementar 


Elmşünaslığa giriş 

 

284



zərrəciklər  nəzəriyyəsinin,  kvant  elektrodinamikası-

nın, ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbay-

canda heç kim fəaliyyət göstərməsə, bu sahələr inki-

şaf etmiş xarici ölkələrdə onsuz da tədqiq olunacaq-

dır. Bu sahələrdə əldə olunan yeni elmi biliklərin tət-

biqi  kiçik  ölkələrin  texniki  imkanları  şəraitində  on-

suz  da  mümkün  deyildir.  Fundamental  elmlərin  ön 

cəbhəsində  əldə  edilən  yeniliklər  ancaq  çox  yüksək 

texnika və texnologiya bazasında istifadə olunmaqla 

praktik  səmərə  verə  bilər.  Təsadüfi  de-yil  ki,  Azər-

baycanda  da  bu  sahələrin  ancaq  nəzəriyyəsi  ilə,  əs-

lində  nəzəriyyə  də  çox  vaxt  operativ  eksperimental 

dəstək  tələb  etdiyindən,  riyaziyyatı  ilə  məşğul  olur-

lar.  Bəli,  riyaziyyat  yeganə  sahədir  ki,  burada  eks-

perimental  baza  və  müvafiq  texnoloji  inkişaf  səviy-

yəsi  olmadan  da,  elmin  ön  cəbhəsinə  girmək  müm-

kündür. Təki intellekt olsun, istedad olsun. İntellek-

tual  imkanlarına  görə  isə  bizim  millət  heç  kimdən 

geri  qalmadığından,  alimlərimiz  məhz  nəzəriyyə  və 

riyaziyyatla bağlı sahələrdə böyük uğurlar əldə edə-

rək  dünya  elminə  layiqli  töhfələr  verirlər.  Lakin  bi-

zim dünya elminə verdiyimizlə ondan aldığımız ara-

sında optimal balans yaranırmı? Böyük istedad sahi-

bi olan alimlərimizin dünyada gedən elmi proseslər-

dəki iştirakı pərakəndə xarakter daşıyır? Elmi tədqi-

qatın,  elmi  informasiyanın  əslində  çox  qiymətli  ol-

duğu  bir  zamanda  biz  tədqiqatlarımızın  nəticələrini 

dünya  elminə  havayı  bağışlayırıq?  Əlbəttə,  bütün 



Elmin idarə olunması  

 

 



285

sahələrdə  olduğu  kimi  burada  da  biz  öz  milli 

mentalitetimizə uyğun olaraq genişqəlblilik nümayiş 

etdirə  bilərik.  Lakin  hər  şeyin  bir  həddi  vardır.  Biz 

özümüzün  ən  yüksək  sərvətimiz  olan  intellektual 

potensialımızdan  praqmatik  düşüncə  ilə  istifadə 

etməyi  bacarmalıyıq.  Bunun  üçün  dünya  elm  prak-

tikasında məlum modellər vardır ki, müstəqil dövlət 

olduqdan  sonra  bu  barədə  də  düşünməliyik.  Biz  is-

tedadlı  gənclərimizə  qrantlar  verərək  onların  elmi 

fəaliyyət  layihələrini  maliyyələşdirən  beynəlxalq 

fondların  “səxavətinə”  də,  nəhayət,  səmimiyyət  və 

sadəlövhlük müstəvisindən fərqli bir müstəvidə qiy-

mət verməliyik. Biz intellektual mülkiyyət haqqında, 

patent  haqqında  sadəcə  qanunlar  qəbul  etməklə  ki-

fayətlənməyərək,  onların  Azərbaycan  gerçəkliyində 

həqiqətən  işləməsinə  nail  olmalıyıq.  Bütün  bu  deyi-

lənlər  ilk  növbədə  fundamental  elmlər  sahəsindəki 

tədqiqatlarımıza aiddir.  

Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu 

və  ya  digər  sahəsində  tətbiq  olunaraq  gəlir  vermə-

sələr də, bizim milli maraqlarımızla bilavasitə bağlı-

dırlar  və  onların  inkişaf  etdirilməsi  müstəqil  Azər-

baycan Respublikasının ən böyük vəzifələrindən  bi-

ridir.  Bu  elmlər  dünya  elmi  prosesinə,  ümumbəşəri 

dəyərlər  kompleksinə  dolayısı  ilə  daxil  olsalar  da, 

bilavasitə Azərbaycanla, xalqımızın, millətimizin ta-

rixi  və  bu  günü  ilə,  milli  dünyagörüşümüzlə,  fəlsəfi 

fikrimizlə, milli iqtisadiyyatımızın təşkilati problem-


Elmşünaslığa giriş 

 

286



ləri  ilə  və  nəhayət,  dinimiz,  dilimiz,  mədə-niyyəti-

miz,  ədəbiyyatımızla  bağlı  olan  elmlərdir.  Bu  sahə-

lər insanla, cəmiyyətlə bağlı olduğuna görə elmlərin 

təsnifatında ya humanitar elmlər,  ya da ictimai elm-

lər adı altında qruplaşdırılır.  

Fundamental  elmlərdən  fərqli  olaraq  ictimai 

elmlər  ümumbəşəri  miqyas  daşımaqla  bərabər,  hər 

bir  millət  miqyasında  həmin  millətin  maraq  dairəsi-

nə uyğun ikinci, regional mövcudluğa malikdir. Yə-

ni,  ümumdünya  tarixi  ilə  yanaşı  Azərbaycan  tarixi 

də  vardır.  Ümumi  iqtisadi  nəzəriyyə  ilə  yanaşı, 

Azərbaycan  iqtisadiyyatı  da  nisbi  müstəqil  şəkildə 

tədqiq olunur və s.  

İctimai elmlər sahəsində də dünya miqyasında 

gedən  prosesləri  öyrənənlər  çoxdur.  Biz  məşğul  ol-

masaq  da,  tarixi,  fəlsəfəni,  iqtisadi  nəzəriyyəni  öy-

rənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azər-

baycanın tarixini, fəlsəfi fikrini, iqtisadiyyatını, icti-

mai-siyasi  problemlərini,  dilini,  ədəbiyyatını  və  s. 

başqaları bizim qədər təfərrüatlı öyrənməyəcəklər və 

ya  əgər  öyrənsələr  də  obyektivliyi  gözləməklə,  ya-

xud  bizim  milli  maraqlar  prizmasından  öyrənməyə-

cəklər.  

Fundamental, tətbiqi və ictimai elm sahələrinin 

hər  birinin  öz  xüsusiyyətləri  vardır  və  elmin  inkişaf 

konsepsiyası  hazırlanarkən  və  bu  konsepsiyaya  uy-

ğun  təşkilati  formalar  müəyyənləşdirilərkən  bu  xü-

susiyyətlər  mütləq  nəzərə  alınmalıdır.  Nəzərə  alın-



Elmin idarə olunması  

 

 



287

malıdır ki, inkişaf etmiş ölkələrdə ictimai-siyasi qu-

ruluş və iqtisadi münasibətlər sistemi artıq qərarlaş-

dığından,  onların  bu  sahədə  ciddi  problemləri  yox-

dur. Bu ölkələr elm dedikdə, əsasən təbiət elmlərini 

nəzərdə tuturlar. Burada  prioritetlik də ola bilsin ki, 

məhz təbiət elmlərinə verilir. Lakin biz, yeni iqtisadi 

münasibətlərə  keçən,  yeni  cəmiyyət  və  yeni  dövlət 

quran,  milli  özünüdərk  prosesinə  yeni  qədəm  qoy-

muş olan bir xalq keçid  dövründə prioritetliyi məhz 

bu  quruculuq  proseslərinin  elmi-nəzəri  əsaslarına 

vermək  məcburiyyətindəyik.  Amma  bu,  əlbəttə, 

digər elmlərin sıxışdırılması hesabına həyata keçiril-

məməlidir.  

Elmi  fəaliyyət  çox  ağır  və  baha  başa  gələn, 

böyük  resurslar  tələb  edən  bir  sahədir.  Hətta  ən  bö-

yük ölkə belə, elmin bütün sahələrində müasir tələb-

lər səviyyəsində tədqiqat işləri apara bilməz.  

Hər  bir  ölkədə  tətbiqi  elmlər  bir  qayda  olaraq 

onun  öz  iqtisadiyyatının  ehtiyaclarına  uyğun  istiqa-

mətlərdə  inkişaf  etdirilir.  Bu  baxımdan,  təbii  ki, 

Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri 

müəyyənləşdirilməli  və  tədqiqatlar  əsasən  bu  isti-

qamətlərə yönəldilməlidir.  

Lakin tətbiqi elmlərlə yanaşı fundamental elm-

lər  də  vardır  və  onlar  bir  qayda  olaraq  bütün  öl-

kələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkələrdə 

inkişaf  etdirilir.  Azərbaycanda  elmə,  o  cümlədən, 

fundamental  elmlərə  praqmatik  münasibət  hələ  for-


Elmşünaslığa giriş 

 

288



malaşmadığından  çoxları  bu  sahəyə  sadəcə  milli 

imici yüksəldən bir amil kimi baxır.  

Həm  fundamental,  həm  də  tətbiqi  elmlər  iki 

müxtəlif  parametrlə  səciyyələnir.  Sözün  dar  məna-

sında,  həqiqi  mənasında  böyük  elm  –  elmi  yaradı-

cılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə 

edilməsi,  elmi  nəzəriyyələrin  formalaşması  prosesi 

vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəyyənləşir. 

Lakin elm piramidası həm də oturacaq müstəvisinin 

sahəsi ilə, artıq məlum elmi biliklərin və nəzəriyyə-

lərin  mənimsənilməsi  və  yayılma  dərəcəsi  ilə  ölçü-

lür.  


Hər  hansı  bir  ölkədə  əhalinin  maariflənməsi, 

savadlılıq  dərəcəsi,  klassik  elmi  biliklərin  tədris 

proqramlarına  daxil  edilməsi  və  yayılması  prosesi, 

daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə 

zənginləşməsi, elmi biliklərin əhali arasında paylan-

ması və  ya daha doğrusu, elmi biliklərin adi şüurun 

strukturuna daxil olması – bəli, bütün bunlar da gös-

təricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi 

yoxdur.  

Müasir  dövrdə  Azərbaycanda  elmi  potensial-

dan səmərəli istifadə etmək və onu ictimai tərəqqinin 

mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək 

üçün  qarşıda  duran  vəzifələrdən  biri  elmin  təşkilati 

strukturunu yeni tələblərə uyğun surətdə qurmaqdan, 

onu  optimallaşdırmaqdan  ibarətdir.  Əlbəttə,  biz  bü-

tün dünya  alimlərinin birgə səyi ilə  yaradılan və in-



Elmin idarə olunması  

 

 



289

kişaf  etdirilən  və  bütün  sahələri  əhatə  edən  böyük 

elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və is-

tifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına 

uyğun olaraq qoşulur.  

Əsas  məsələ  məqsədin  düzgün  seçilməsidir. 

Elm  bizə  nədən  ötrü  lazımdır?  Biz  elmin  hansı  sa-

hələrindəki  nailiyyətləri  öz  ölkəmizdə  tətbiq  etmək 

imkanlarına  malikik?  Bizim  sənayenin  və  kənd  tə-

sərrüfatının texnoloji inkişaf səviyyəsi və burada is-

tifadə  olunan  qurğuların  elmi  tutum  dərəcəsi  öyrə-

nilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sa-

hələrinin  üstün  əhəmiyyət  kəsb  etdiyi,  digər  tərəf-

dən, bizim texnologiyanın elmin hansı inkişaf səviy-

yəsinə adekvat olduğu nəzərə alınmalıdır.  

Məsələ  burasındadır  ki,  fundamental  elmlərin 

inkişaf səviyyəsi ilə tətbiq üçün uyğunlaşdırılmış sə-

viyyə arasında xeyli böyük fərq vardır. Başqa sözlə, 

tətbiqi elmlər fundamental elmlərin təqribən 5-10 il, 

bəzi  sahələrdə  isə  hətta  20-30  il  bundan  əvvəlki 

nailiyyətlərindən  istifadə  edir.  Ancaq  o  ölkələr  fun-

damental elmlərin inkişafında xüsusilə maraqlıdır ki, 

onlar yeni elmi kəşflərin hamıdan əvvəl tətbiq olun-

masına  qadirdirlər.  Dünyada  cəmi  bir  neçə  belə  su-

perdövlət vardır və bu ölkələrdə yeni elmi biliklərin 

qorunması, yad əllərə düşməməsi üçün xüsusi təşki-

lati  mexanizmlərə  böyük  əhəmiyyət  verilir.  Bu  sı-

rada  elmi  ideyaların,  kəşflərin  patentləşdirilməsi  

xüsusi yer tutur.   


Elmşünaslığa giriş 

 

290



Əlbəttə, elm ilə istehsal arasındakı münasibət-

lərin  düzgün  tənzimləndiyi  cəmiyyətlərdə  elmə  qo-

yulan vəsaitin artması olduqca səmərəli olur. İnkişaf 

etmiş  ölkələrdə  elm  ən  çox  gəlir  gətirən  sahələrdən 

biridir.  Elmə  qoyulan  hər  manatın  gətirdiyi  gəlir 

faizlərlə  deyil,  misillərlə  ölçülür.  Lakin  bunun  üçün 

əvvəlcə  elmi  potensialın  səfərbər  olunması  və  məq-

sədli surətdə yönəldilməsi lazımdır.  

Dünyada  elmin  təşkili  praktikasında  Elmlər 

Akademiyası həqiqətən ən diqqətəlayiq formalardan 

biridir.  Elmi  tədqiqatların  mərkəzləşdirilmiş  surətdə 

həyata keçirilməsinin böyük üstünlükləri vardır. La-

kin  nəzərə  alınmalıdır  ki,  bu  cür  mərkəzləşmiş  sis-

tem daha çox dərəcədə sosializm cəmiyyəti üçün sə-

ciyyəvi  idi.  Bəli,  sosializmin  bu  sahədə  kapitalizm 

cəmiyyətinə  nisbətən  həqiqətən  üstünlükləri  var  idi. 

Lakin  iqtisadiyyat  sahəsində  dövlət  monopoliyasın-

dan  imtina  edilməsi  və  bazar  münasibətlərinə  keçil-

məsi  şəraitində  elmin  mərkəzləşmiş  qaydada  fəaliy-

yəti  bir  sıra  çətinliklərlə  bağlıdır.  Biz  bu  mahiyyət 

fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki qay-

dada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik. 

Burada əvvəlcə iki müxtəlif ictimai-iqtisadi sistemin 

üstün  cəhətlərinin  inteqrasiyası  kimi  çox  mürəkkəb 

bir  prosesin  elmi-metodoloji  əsasları  işlənib  hazır-

lanmalıdır.  



  Vahid  ümumbəşəri  elm  prosesinə  daxil  ola 

bilməyən,  elə  bil  ancaq  özü  üçün  yaradılmış  lokal 



Elmin idarə olunması  

 

 



291

elm  strukturları  əsl  elm  sayıla  bilməz.  Böyük  elmə 

daxil  olmağın  öz  şərtləri  vardır.  Bunlardan  biri 

dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin 

və  elmi  axtarışların  ön  cəbhəsində  olmaqdır.  Cəbhə 

xəttindən geridə qalanlar müasir elmi prosesə qoşul-

mayaraq,  yalnız  artıq  keçilmiş  yolların  künc-buca-

ğında  yer  tuta  bilərlər,  lakin  bu,  elm  hesab  edilə 

bilməz. 

Müəyyən  bir  xalq  və  ya  ölkə  üçün  elm  yalnız 

ayrı-ayrı  adamların  mənəvi  tələbatı,  intellektual  əy-

ləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiyyət-

lə  istənilən  ictimai  fəaliyyət  sahəsinin  inkişafına 

xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-

tədqiqat  sahələri  ilə  müxtəlif  praktik  fəaliyyət  sa-

hələri arasında isə bir körpü olaraq müvafiq texnika 

və  texnologiya  sahəsi  dayanır.  Bu,  olduqca  böyük, 

bütün  ölkə  miqyasında  həyata  keçən  mürəkkəb  icti-

mai  prosesdir.  Lakin  bütöv  bir  ölkə,  hətta  ən  böyük 

ölkələr üçün də müstəqil elm məkanından danışmaq 

mümkün  deyil.  Hətta,  keçmiş  SSRİ  kimi  nəhəng 

ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. 

Ona  görə  də,  hər  bir  ölkə  elm  strategiyasını  öz  im-

kanlarına uyğun olaraq qurmalıdır.  

İndi biz müstəqil Azərbaycan Respublikasında 

elmin  inkişaf  perspektivlərini  araşdırarkən  köhnə 

təşkilati  formalara,  onların  müsbət  ənənələrinə  hör-

mətlə yanaşmaqla bərabər, yeni, zamanın tələblərinə 

daha çox cavab verən optimal təşkilati formalara da 


Elmşünaslığa giriş 

 

292



biganə  qalmamalıyıq.  Qanunvericiliyin  məqsədi  ya-

radıcılıq  axtarışlarının,  o  cümlədən  təşkilati  forma 

axtarışlarının  məhdudlaşdırılması  deyil,  əksinə, 

fayda verə biləcək istənilən yeni formaya hüquqi im-

kan  verilməsidir.  Bu  baxımdan,  biz  elm  və  təhsilin 

birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən 

ümumi  prinsipləri  ön  plana  çəkməyə  və  süni  məh-

dudiyyətləri  aradan  götürməyə  çalışmalı,  bürokratik 

mexanizmləri  sadələşdirməliyik.  Xatırlatmaq  istər-

dim  ki,  Milli  Elmlər  Akademiyası,  heç  şübhəsiz, 

Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xid-

mətləri  olan,  böyük  kadr  potensialına  malik  nəhəng 

bir  qurumdur.  Ona  görə  də  yarım  əsr  ərzində  topla-

nılmış təcrübəni nəzərə almadan  yeni bir qurum ya-

ratmaq  sadəlövhlük  olardı.  Bu  səbəbdən  də,  Azər-

baycanda  elmin  inkişafı  ilə  bağlı  islahatlar  aparılar-

kən ilk növbədə Elmlər Akademiyasının təcrübəsinə 

istinad edilməlidir. 

Elmin optimal fəaliyyəti onun daxil olduğu da-

ha  böyük  ictimai  sistemlərin  təşkilati  mexanizmləri 

ilə sıx surətdə bağlıdır.  

Elmi-texniki  tərəqqini,  bir  tərəfdən,  öz  müstə-

qil  strukturuna  malik  olan  bütöv  bir  hadisə  kimi, 

digər  tərəfdən  isə,  daha  böyük  miqyaslı  hadisənin 

hissəsi  kimi  nəzərdən  keçirmək  olar.  O,  ictimai 

tərəqqinin, xüsusən də hər bir ölkənin sosial-iqtisadi 

inkişafının tərkib hissəsini təşkil edir. 


Elmin idarə olunması  

 

 



293

İstehsalın  intensivləşdirilməsi  prosesini  aşağı-

dakı iki fazaya ayırmaq olar: elmi-texniki tərəqqinin 

sürətləndirilməsi  və  elmi-texniki  tərəqqinin  nailiy-

yətlərinin vaxtında və səmərəli şəkildə iqtisadiyyatın 

bütün  sahələrinə  tətbiq  edilməsi.  Bu  cür  şərti  böl-

güyə ehtiyac ondan irəli gəlir ki, hər fazanın öz nisbi 

müstəqil məzmunu və problemləri var. Lakin bir çox 

hallarda  onlar  əsassız  olaraq  qarışıq  salınır,  mürək-

kəb tərkibli fəaliyyətin hissələri arasında fərqlər  nə-

zərdən qaçırılır. 

İqtisadiyyatın 

inkişafının 

sürətləndirilməsi 

prosesinin  tərəfimizdən  şərti  olaraq  qeyd  olunan 

ikinci  fazası  elmi-texniki  tərəqqinin  hüdudlarından 

kənara  çıxır.  O,  ölkənin  bütövlükdə  təsərrüfat  siste-

mi  ilə  bağlı  olub istehsalatın  texniki  yenidən  qurma 

işlərinə olan tələbatının öyrənilməsi, bazarın tələbat-

ları  ilə  yeni  texnologiyaya  keçid  arasındakı  ziddiy-

yətlərin  aradan  qaldırılması,  yeni  texnikaya  maddi 

və  mənəvi  marağın  artırılması,  yaradıcı  əməyin  hə-

vəsləndirilməsi, təsərrüfat mexanizminin bütövlükdə 

elmi təşkili və s. kimi problemləri əhatə etməklə da-

ha  çox  təşkili-idarəetmə  xarakteri  daşıyır.  Gördüyü-

müz  kimi,  elmi-texniki  tərəqqinin  istehsalata  tətbiqi 

kifayət qədər mürəkkəb və çoxtərəfli proses olmaqla 

məzmununa  görə  elmi-texniki  tərəqqidən  fərqlənir. 

Bunu  xüsusi  olaraq  vurğulayırıq,  çünki  son  illər 

“elmi-texniki tərəqqi” anlayışı geniş mənada işlədilir 

ki, bu da onun kateqoriya statusuna uyğun gəlmir. 



Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin