Elm yarandıqdan sonra hər şey


Elm:   genezisdən özünüdərkə qədər



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   2   3   4   5   6   7   8   9   ...   28

Elm:  

genezisdən özünüdərkə qədər 

 

 



Elm  Yeni  Dövrün  məhsuludur.  Qədimdə  və 

hətta orta əsrlərdə elmdən danışarkən əslində müasir 

mənada elm yox, onun hansı isə elementləri, əlamət-

ləri nəzərdə tutulur. Müasir elmin tarixən ilk ünsür-

lərindən  biri  insanın  aşkar,  verballaşan  bilikləri  idi; 

yəni  əməli  fəaliyyətin  içərisində,  sinkretik  və  qeyri-

aşkar  biliklərdən  fərqli  olaraq,  ilk  dəfə  fəaliyyətdən 

ayrılıb  müstəqil  varlıq  kimi  ortaya  çıxan  biliklər.  O 

vaxtlarda insanın öz fiziki həyatının təmin olunması-

na yönəli əməli fəaliyyət sahəsindən fərqli olan əsas 

hadisə  –onun  zehni  fəaliyyətlə  məşğul  olması  idi. 

Fiziki və zehni əməyin tarixi bölgüsü biliklərin yara-

nışı və inkişafı üçün yeni imkanlar açdı. 

İnsanın  fəallığı  onun  əllərinin,  ürəyinin  və 

beyninin  fəaliyyəti  kimi  üç  istiqamətə  ayrılır:  əməli 

fəaliyyət  –  fiziki  enerjinin  realizasiyası,  düşüncə, 

ağıl, bilik kimi terminlərlə ifadə olunan rasionallıq – 


Elm: genezisdən özünüdərkə qədər 

 

 



25

əqli  enerjinin  realizasiyası  və  bir  də  poeziya  (ümu-

miyyətlə incəsənət) – hissi, emosional enerjinin rea-

lizasiyası. Düzdür, qədim dövrdə bu bölgü hələ tam 

kristallaşmamışdı  və  gah  birinci  ilə  ikinci,  gah  da 

ikinci ilə üçüncü tərəflər hələ qarışıq şəkildə idi. Yə-

ni  zehni  fəaliyyətin  müəyyən  elementləri  əməli  işin 

tərkibində,  bətnində  formalaşırdı.  Ş.Sührəvərdinin 

dediyi  kimi,  “hərəkətlər  qabiliyyətlərə  gətirib  çıxa-

rır”,


1

  qabiliyyət  isə  artıq  müəyyən  biliklərin  vərdiş 

halında mövcudluğudur. Digər tərəfdən, bədii poetik 

düşüncə ilə məntiqi düşüncə də hələ tamamilə ayrıl-

madığından  və  mifik  təfəkkürün  tərkibində  mövcud 

olduğundan,  müstəqil  zehni  fəaliyyət  də  öz  növbə-

sində  dini-mistik  təcrübə  ilə  qatışıq  halında  olurdu. 

Bu baxımdan, qədim türk tarixində şamançılıq zehni 

fəaliyyətin  durulması  yolunda  mühüm  bir  mərhələ 

olmuşdur.  

Zehni  fəaliyyətin  də  öz  növbəsində  parçalan-

ması, daxili bölgü getməsi faktı bəlli olsa da, sinkre-

tizm uzun müddət davam etdiyindən dəqiq meyarlar 

əsasında  təsnifat  aparmaq  hələ  mümkün  deyildi. 

“Sənət” anlayışı özü də çox tutumlu idi və elmlə sə-

nət arasında dəqiq sərhəd çəkilə bilmirdi.     

“Metafizika”  əsərinin  orijinalında  sonralar 

“elm” kimi tərcümə olunmuş sözün necə verildiyini 

və onun nə dərəcədə müasir science anlayışına  ade-

                                                 

1

 Ş.Y.Sührəvərdi. Filosofların görüşləri. Bakı, Elm, 1986, s. 



13.  

Elmşünaslığa giriş 

 

26



kvat  olduğunu  bir  yana  qoyub,  Aristotelin  məşhur 

tədqiqatçısı V.F.Asmusun da bu məsələdə tərəddüd-

lü olduğunu qeyd edək. O, “Metafizika”ya qeydlərdə 

yazır  ki,  Aristotel  “elm”  və  “sənət”  arasındakı  fərq-

ləri  heç  də  həmişə  birmənalı  şəkildə  nəzərə  almır.

1

 



Başqa sözlə desək, bu anlayışlar müasir anlamla mü-

qayisədə hələ formalaşmamışdı.  

Ən ilk dövrlərdə insan ancaq asudə vaxtlarında 

fikrə  dala  bilərdi.  Nə  zaman  ki,  cəmiyyətin  özünün 

də  məqsədyönlü  düşüncəyə  ehtiyacı  yaranmışdır, 

onda bir qisim adamlar başqa yüklərdən azad oluna-

raq,  məhz  düşüncə  sahəsində  ixtisaslaşmışlar.  Aris-

totel özü də sənət və elmlə məşğul olmaq üçün asudə 

vaxtın xüsusi rolunu qeyd edirdi. O, riyaziyyatın  və 

digər sənətlərin (fikir verin, riyaziyyat da sənət kimi 

qeyd  olunur  –  S.X.)  ilk  dəfə  Misirdə  yaranmasının 

səbəbini  də  orada  kahinlərin  digər  yüklərdən  azad 

olaraq asudə vaxt qazanması ilə izah edirdi.

2

 Amma 



diferensiasiya  getmədiyinə  görə,  bütün  bu  qarışıq 

hikmət  tədricən  vahid  bir  ad  altında  –  fəlsəfə  kimi 

ümumiləşdirilmişdir.  Və  təbii  ki,  ilkin  elmi  biliklər 

də  fəlsəfənin  tərkibində  olmuşdur.  Ancaq  indiki  in-

kişaf  səviyyəsindən  baxdıqda,  biz  o  dövrün  zehni 

nailiyyətlərini  qruplaşdıra  bilirik,  müasir  meyarları 

                                                 

1

  Аристотель.  Сочинения  в  4-х  томах,  т.  1,  М., 



«Мысль», 1976, Примечания, с. 453. 

2

 Аристотель. Метафизика // Сочинения в 4-х томах, т. 



1, s. 67. 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



27

tətbiq etməklə, nəyin həqiqətən fəlsəfəyə, nəyin mi-

fə,  nəyin  elmə,  nəyin  dini  dünyagörüşünə  aid  oldu-

ğunu müəyyənləşdirərək, hər birinin tarixini ayrılıq-

da  nəzərdən  keçiririk.  Bu  cür  yanaşdıqda,  elmin  də 

tarixi çox qədimlərə gedib çıxır.  

Bununla belə, həmin dövrlərdə insanların elmi 

düşüncəsi  çox  vaxt  ümumiyyətlə  idrak,  ağıl,  təfək-

kür  kimi  anlayışlarla  ifadə  olunmuşdur.  Xristianlıq 

fəlsəfəsində  elmi  düşüncə  bütövlükdə  inkar  olundu-

ğundan, yaxud qəbul edilmədiyindən, insanın dünya-

görüşü  strukturunda  əsasən  ağıl  komponentindən 

bəhs edilmişdir. Məsələn, Avqustinin təlimində ağıla 

nə qədər yüksək qiymət verilsə də, o, əsasən metafo-

rik formada təqdim olunur və insanın real həyatdakı 

düşüncələrinin  təsnifatı  verilmir.

1

  Təxminən  eyni 



düşüncə tərzi orta əsr İslam Şərqi üçün də səciyyəvi-

dir.  Hətta  Kant  təbiətşünaslıq  haqqında  yazdıqlarını 

(tənqidəqədərki  dövr)  əql  haqqında  yazdıqları  ilə 

əlaqələndirmir.  Başqa  sözlə  desək,  onun  naturfəlsə-

fəsi epistemoloji sistemindən əvvəl yazıldığına görə, 

empirisizmin  və  mexanisizmin təsirindən  xali  deyil. 

“Səmanın” ümumi təbii tarixi və nəzəriyyəsi əsərin-

də Kant yazırdı ki, o, təbiəbin bütün böyük nizamını 

ancaq  iki  qüvvənin  –  cazibə  və  itələmənin  vasitəsi 

ilə izah etmişdir.

2

 Bu fikir o dövrlərdə fikirləri qəsb 



etmiş  Nyuton  mexanikasının  hakimi-mütləqliyi  şə-

                                                 

1

 Bax: ААвгустин. Исповедь. Москва: Канон+, 1997. 



2

 Кант. Сочинения. Том 1. М., 1966, с. 131. 



Elmşünaslığa giriş 

 

28



raitində  yazılmışdı. Amma sonralar Kant özü dünya 

nizamının  aprior  biliklərsiz  təsəvvür  oluna  bilmə-

məsini isbat etsə də, bu yeni idrak təlimi zirvəsindən 

qayıdıb naturfəlsəfəni təzədən yazmağa cəhd göstər-

məmişdi. Nəticədə epistemologiya bir addım qabağa 

getsə də, elm fəlsəfəsi bir addım geridə qalmışdı.    

Nə  vaxtsa  vahid  biliklər  sistemi  əvəzinə  ayrı-

ayrı elmi ideyalar var idi – qaranlıq səmada ulduzlar 

kimi.  Zaman  keçdikcə  və  bu  ideyalar  çoxaldıqca, 

ayrı-ayrı bürclər və kəhkəşanlar formalaşır, ayrı-ayrı 

fənlər  yaranır.  Bəs  nə  vaxtsa  bu  müxtəlif  fənlərdən 

vahid bir elm və dünyanın vahid bir elmi mənzərəsi 

formalaşacaqsa,  bu  analogiyanı  davam  etdirsək, 

göydən  qaranlıqlar  çəkiləcəkmi  və  səma  ancaq  bir 

“süd yolunumu” xatırladacaq?! 

Lakin elmin keçməli olduğu bu yol sonsuzdur; 

ona görə də, o həmişə sanki bu yolun başlanğıcında-

dır. Digər tərəfdən, elmin artıq qət etdiyi bu başlan-

ğıc mərhələsinin özü də bir sonsuzluqdur. Yəni müa-

sir  elm  iki  sonsuzluq  arasındadır.  Amma  qarşıdakı 

sonsuzluğun tərtibi daha yüksəkdir.   

Elmdə  nə  isə  yeni  bir  nəticə  ala  bilmək  üçün 

ilk  növbədə  əvvəlki  elmi  biliklərin  mənimsənilməsi 

tələb olunur. Bu isə ictimai miqyasda təşkilatlanmış 

bir  elmi-təhsil  sisteminin  mövcudluğu  şəraitində 

mümkün olur. Bu sistem özü də daim öyrənilməli və 

təkmilləşdirilməlidir. Həm də təkcə konseptual məz-

mun  baxımından  deyil,  sosial  və  təşkilati  struktur 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



29

baxımından.  Müasir  dövrdə  elmi  adi  şüur  səviyyə-

sində  idarə  etmək  mümkün  deyil.  Onu  elmi  surətdə 

idarə edə bilmək üçün isə elmin rüşeym halından bu 

günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyl-

lərini  aşkara  çıxarmaq  və  məqsədəuyğun  istiqamətə 

yönəltmək tələb olunur. 

Elm nə vaxtdan başlanır? 

«Elm»  anlayışının  necə  başa  düşülməsindən 

asılı olaraq bu suala müxtəlif cavablar vermək olar. 

1.  Elm  (elmi  bilik)  insanların  ilk  dəfə  «nəyə 

görə»,  «hansı  səbəbdən»  sualını  qoyduğu  vaxtdan 

başlanır.  İnsanların  dünya  hadisələrini  izah  etmək 

cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sua-

lını  deyil,  həm  də  «nəyə  görə  belədir»  sualını  qoy-

maları  biliklərin  bölgüsünə  gətirir;  əməli  biliklərlə 

yanaşı  ilk  elmi  biliklər  yaranır  ki,  bu  hadisə  müəy-

yən mənada elmin başlanğıcı kimi qəbul oluna bilər. 

Adi  şüur  adət  olunmuş,  standart  vəziyyətlərdə 

necə hərəkət etmək lazım olduğunu göstərirsə də, bu 

vəziyyəti şərtləndirən səbəbləri aşkar etmək üçün ki-

fayət deyil. Bunun üçün adi şüur hüdudundan kənara 

çıxmaq tələb olunur. 

Belə nəql edirlər ki, guya bir dəfə  İ.Nyutonun 

başına alma düşür; alim bu hadisədən heyrətlənir və 

ümumdünya cazibə qanunu ideyasına gəlib çıxır. Əl-

bəttə,  bu,  sadəlövh  bir  təxmindir.  Amma  mətləb 

bunda deyil. Mətləb hekayətin bir şərhi ilə əlaqədar 

adi şüurla elmi şüuru fərqləndirməkdir. 1972-ci ildə 


Elmşünaslığa giriş 

 

30



respublikamızda  «Gənc  fiziklər»  məktəbinin  açılış 

mərasimindəki çıxışında Xudu Məmmədov bu heka-

yətə müraciət edərək dedi ki, əgər ümumdünya cazi-

bə  qanunu  almanın  düşməsinə  görə  kəşf  olunsa  idi, 

ən  çox  ehtimalla,  İngiltərədə  yox,  Qubada  kəşf  olu-

nardı… Ancaq əsas məsələ almanın düşməsində de-

yil,  kimin  başına  düşməsindədir.  Əsas  məsələ  bun-

dadır  ki,  alma  düşəndə  adam  sadəcə  başını  yanamı 

çəkir, yoxsa düşünürmü ki, axı, alma niyə, nə səbəb-

dən  düşür?  Bu  sual  ilk  baxışdan  nə  qədər  sadə  gö-

rünsə də, adi şüur hüdudunun keçilməsini tələb edir. 

Bu  sualın  qoyulması  məsələyə  elmi  münasibətin 

başlanğıcıdır. 

2. Elm – biliklərin bir sistem kimi formalaşdığı 

vaxtdan  başlanır.  Yəni  elə  bir  vaxtdan  ki,  birincisi, 

bu  vaxta  qədər  toplanmış  biliklər  yeni  əldə  olunan 

bilik üçün meyara çevrilir; Artıq qərarlaşmış olan bi-

liklərə  uyğun  gəlmək,  onları  tamamlamaq  elmiliyin 

şərti kimi çıxış edir. Yaxud, ikincisi, mövcud biliklər 

zəminində  daha  obyektiv  gerçəklikdən  yeni  faktiki 

material  gözləmədən  yeni  bilik  almaq  imkanı  yara-

nır;  başqa  sözlə,  mövcud  biliklər  sistemi  özü  özünü 

inkişaf  etdirmək  keyfiyyəti  əldə  edir.  Elmin  özünü-

inkişaf sisteminin olması onun müasir dövrdə siner-

getik kontekstdə araşdırılmasını da aktuallaşdırır.  

Elm həm də sosial sahədə vahid və bütöv sis-

tem kimi formalaşır. Elmi biliklər sistemi daha artıq 

elm  hadisəsini  tam  səciyyələndirmək  üçün  kifayət 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



31

etmir.  Elm  dedikdə  bir  neçə  en  kəsiyini;  elmi  bilik 

və elmi fəaliyyət sahələrini, habelə sosial təşkilatlan-

maya  xidmət  edən  elmi-bürokratik  qurumları  ehtiva 

edən mürəkkəb qeyri-bircins sistem nəzərdə tutulur. 

İstər  «elm»  sistemi,  istərsə  də,  elmi  inkişaf 

prosesi  yalnız  son  onilliklərdə  xüsusi  tədqiqat  pred-

metinə çevrilmişdir ki, bu da elmin sosial və iqtisadi 

rolunun  ciddi  surətdə  artması  ilə  əlaqədardır.  Təbii 

ki, tədqiqat elə ilk mərhələdən sistemli xarakter daşı-

ya bilməzdi və buna ehtiyac da olmamışdır. Bu sahə-

nin tədqiqinə hər dəfə elmin və elmi inkişafın müx-

təlif cəhətlərini öyrənmək zərurəti yaranarkən, qarşı-

ya çıxan tələblərin konkret xüsusiyyətlərinə, spesifi-

kasına uyğun olaraq müraciət edilmişdir. Buna görə 

də  müxtəlif  aspektlərdəki  tədqiqatlar  xeyli  dərəcədə 

rabitəsiz  xarakter  daşıyır.  Bununla  belə,  hələ  vahid 

tədqiqat  sistemi  formalaşmasa  da,  bu  sahədəki  elmi 

işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaş-

dırmaq olar. Elmin tarixi, metodoloji, qnoseoloji, so-

sioloji, iqtisadi, psixoloji aspektlərdəki tədqiqi, həm-

çinin onun planlaşdırılması və proqnozu probleminin 

öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqi-

qat sahəsi kimi götürülə bilər. Bu sahələrin öz arala-

rındakı  əlaqə  çox  zəifdir.  Halbuki  elm  bütöv  sistem 

təşkil etdiyindən, onun müxtəlif aspektlərdəki tədqi-

qi  də  vahid  terminoloji  əsasa  malik  olmalı,  sistemli 

xarakter  daşımalıdır.  Ayrı-ayrı  tədqiqat  qollarının 

ortaq məxrəcə gətirilə bilməsi üçün, vaxtaşırı da ol-


Elmşünaslığa giriş 

 

32



sa,  tədqiqat  predmeti  haqqında  bütöv  təsəvvür  əldə 

edilməsi  vacibdir.  Bu  tələbatı  ödəmək  üçün  son 

dövrlərdə  elmin  müxtəlif  istiqamətlərdə  öyrənilmə-

sindən  alınan  nəticələri  vahid  tədqiqat  sahəsində  – 

elmşünaslıqda birləşdirmək təşəbbüsü göstərilir. 

Müasir  dövrdə  elmin  mahiyyətini  və  inkişaf 

qanunauyğunluğunu  müəyyənləşdirmək  zərurəti  bü-

tün aydınlığı ilə özünü göstərsə də, problem öz qəti 

həllini  hələ  tapmamışdır.  Lakin  bu  sahədə  bir  sıra 

konkret nailiyyətlər əldə edilmiş, elmin başlıca xüsu-

siyyətləri, inkişaf meylləri və s. müəyyənləşdirilmiş-

dir. 


Sərlövhəsinə  görə  elmin  metodoloji  təhlilinə 

həsr  olunmuş  əsərlərdə  adətən  heç  də  bütövlükdə 

«elm»  sistemi  yox, onun tərkib elementləri, konkret 

elmi  tədqiqat  metodları,  xüsusi  elmi  problemlərin 

fəlsəfi məsələləri öyrənilir. Bununla yanaşı, metodo-

loji  aspektdəki  tədqiqat  elmşünaslığın  strukturunda 

mühüm yer tuta bilər. Lakin təəssüf ki, bu sahələrin 

əlaqəsi hələ çox zəifdir. 

Elmin sistemli tədqiqində müxtəlif aspektlərdə 

əldə  olunmuş  nəticələrin  hamısı  nəzərə  alınmalıdır. 

Hər bir tədqiqat aspektində elmin müəyyən cəhətləri 

öyrənilir  ki,  bunları  bilmədən,  onun  bütöv  mən-

zərəsini yaratmaq mümkün deyil. 

Sistemli  yanaşma  elmin  mahiyyəti  ilə  yanaşı, 

struktur  və  elementlərinin  də  müəyyənləşdirilməsini 

tələb edir. Həm də bu zaman bir yox, iki cür sistem 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



33

öyrənilməlidir: əvvəla, «elm» sisteminin özü – onun 

elementlərindən  təşkil  olunmuş  sistem,  ikincisi,  el-

min  bir  element,  yaxud  altsistem  kimi  daxil  olduğu 

daha mürəkkəb sistemlər və burada elmin yeri. 

Elmin  ayrı-ayrı  aspektlərdəki  tədqiqində  bir 

qayda olaraq onun yalnız müəyyən bir cəhəti öyrəni-

lir, elmin bütöv hadisə kimi tədqiqi, onun makroxas-

sələri və  yekun funksiyaları kölgədə qalır. Məsələn, 

«elmin tarixi tədqiqi» adı altında adətən elmin tarixi 

əvəzinə, elmi biliyin və konkret elmi kəşflərin tarixi 

öyrənilir;

1

  halbuki  elmi  bilik  elm  sisteminin  tərkib 



elementlərindən  yalnız  biridir.  Belə  hallarda  nəzərə 

alınmalıdır  ki,  sistemin  və  onun  tərkib  elementləri-

nin keçirdiyi keyfiyyət və kəmiyyət dəyişilmələri za-

manca  uzlaşmaya  da  bilər.  Məsələn,  elmi  biliklərin 

inkişafında  inqilabi  çevrilişlər,  dünyanın  elmi  mən-

zərələrinin əvəzlənməsi və s. hələ sosial «elm» siste-

minin keyfiyyət dəyişikliyi keçirdiyinə dəlalət etmir. 

Elmi  biliyin  tarixi  inkişaf  yolunun  izlənməsi 

elmin  ümumi  inkişaf  qanunauyğunluğunun  müəy-

yənləşdirilməsi  üçün  xüsusi  əhəmiyyətə  malikdir. 

Belə  ki,  bütöv  «elm»  sisteminin  keçdiyi  əsas  tarixi 

                                                 

1

 Bax,  məs.: Ф.Сабадвари, А. Робинсон. История анали-



тической  химии,  М.,  «Мир»,  1984;  А.Паннекук.  История 

астрономии.  М.,  Наука,  1966;  М.Льоцци.  История  физики. 

М., Мир, 1970; Возникновение и разитие химии с древней-

ших  времен  до  XVII  века.  Всеобшая  история  химии.  М., 

Наука,1983; К.А.Рыбников. Возникновение и разитие мате-

матической науки. М., Просвещение, 1987 və s.  



Elmşünaslığa giriş 

 

34



mərhələlər  yalnız  konkret  elmi  yaradıcılıq  xüsusiy-

yətlərinin, istifadə edilən elmi idrak metodlarının, el-

mi biliyin toplanma və saxlanma vasitələrinin, infor-

masiya mübadiləsi və s. cəhətlərin müxtəlif dövrlər-

də  və  müxtəlif  ictimai-iqtisadi  şəraitlərdəki  vəziy-

yətlərinə görə müəyyənləşdirilə bilər. 

Əgər  elmi  kəşflər,  yeni  elmi  biliklər  xronoloji 

ardıcıllıqla sıraya düzülərsə, əlbəttə, bu, elmin həqiqi 

tarixini  ifadə  edə  bilməz.  Hər  bir  yeni  mərhələdə 

alim  üçün  önəmli  olan  ancaq  elmin  ön  cəbhəsidir. 

Yəni  elmi  ictimaiyyət  tərəfindən  qəbul  olunmuş 

“son  həqiqətlər”  əsas  götürülür.  Halbuki,  hər  hansı 

biliyin elmi ictimaiyyət tərəfindən qəbul olunmasına 

qədər keçdiyi təbəddülatlı yolu izləmədən, alternativ 

fikirlər  və  versiyalarla  tanış  olmadan,  gələcək  axta-

rışlar  zamanı  ortaya  çıxan  yeni  yol  ayrıclarında  se-

çim etmək çətin ola bilər.  

Keçmişdə  atılmış,  tarixin  qaranlığında  qalmış 

bir çox ideyalar gələcəkdə kara gələ bilər. Ona görə 

ki, hər bir zamanda elmi ictimaiyyətin qəbul etmədi-

yi  ideyalar  əslində  iki  səbəbdən  atılmış  olur.  Onlar 

zamanına görə, ya çox köhnədir, ya da əksinə, zama-

nını  qabaqlayır  və  dövrün  normal  düşüncəsinə  sığ-

mır.  Bax,  bu  mənada  keçmiş  həm  də  gələcək  üçün 

olan ideyalar xəzinəsidir.  

Zaman  heç  də  yalnız  elmin  öz  daxili  məntiqi 

əsasında axmır. Yəni dəyişən, yeniləşən ancaq bilik-

lər  deyil,  dövrün  tələbləri,  insanların  dünyagörüşü, 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



35

sosial  sifarişlər  də  dəyişir.  Ona  görə  də,  elmi  bilik-

lərin  inkişaf  yolu  heç  də  ancaq  daxili  proses  kimi 

nəzərdən  keçirilə  bilməz.  Elm  tarixi  elmin  öz  sər-

hədlərindən  kənara  çıxan  bir  miqyasda,  daha  geniş 

planda  öyrənilməlidir.  Bunun  üçün  hər  bir  fənnin 

sərhədlərini  keçərək  bütövlükdə  elmin  hansı  inkişaf 

mərhələsində olduğunu, daha sonra isə ümumiyyətlə 

elmin sərhədlərini keçərək dövrün düşüncə tərzini və 

üstün  dünyagörüşünün  hal  və  məqamını  nəzərə  al-

maq lazımdır.  

Elmin  ümumi  inkişaf  qanunauyğunluğunu  aç-

mağa  çalışan  mütəfəkkirlər  arasında  adətən  Sen-Si-

mon,  O.Kont,  H.Spenser,  Q.Bokl,  C.S.Mill  və  s.-in 

xidmətləri xüsusi qeyd edilir.

1

  Ən çox diqqətə layiq 



olan konsepsiyalardan biri Kontun “üç mərhələ” qa-

nunu hesab olunur. Onun fikrinə görə, “bizim hər bir 

əsas  ideyamız  hər  bir  bilik  sahəsi  ardıcıl  olaraq  üç 

nəzəri haldan keçir: teoloji və ya fiktiv, metafizik və 

ya mücərrəd, nəhayət, elmi və ya müsbət hal”.

2

 Ma-



raqlıdır  ki,  Kont  bu  qanunauyğunluğu  təkcə  ümu-

miyyətlə  elmə  deyil,  hər  bir  ideyaya  da  şamil  edir. 

Onun  fikrinə  görə,  elm  inkişaf  etdikcə,  biliklər  əv-

vəlcə  teoloji,  sonra  isə  metafizik  elementlərdən  təd-

                                                 

1

  Л.А.Маркова.  Наука.  История  и  историография  XIX-



XX вв. М., Наука, 1987, с. 21. 

2

 О. Конт. Курс положительной философии. Т. 1, СПб., 



1900, с. 4 // Л.А.Маркова. Наука. История и историография 

XIX-XX вв., с. 35. 



Elmşünaslığa giriş 

 

36



ricən xilas olur və nəticədə ancaq müsbət biliklər qa-

lır.  Bax,  beləcə,  pozitivizmin  banilərindən  sayılan 

Kont  metafizikanı  (əslində  ümumiyyətlə  fəlsəfəni) 

inkar  etməyə  qalxışır.  Lakin  Kont  hələ  tam  inkarçı-

lıq mövqeyindən çıxış etmir. O, hər halda elmi yara-

dıcılıq  prosesində  metafizik  düşüncənin  müəyyən 

dərəcədə  iştirakını  nəzərə  alaraq  elmin  bir  vəzifəsi 

olaraq bu kənar təsirdən azad olmaq yollarından da-

nışır.  H.Spenser  isə  elmdə  teoloji  və  metafizik  dü-

şüncənin  hər  hansı  bir  formada  iştirakını  və  rolunu 

tamamilə inkar edir. Belə çıxır ki, elm ancaq öz da-

xili  potensialı  hesabına,  öz  təməli  üzərində  təkamül 

yolu  ilə  inkişaf  edir.  Əlbəttə,  Kontun  yanaşması 

Spenserin  yanaşmasına  nisbətdə  daha  məqbuldur. 

Belə  ki,  o,  həm  yaradıcı  təfəkkürün  təməl  dairəsini 

daha geniş götürür, həm də tarixi və sosioloji aspekt-

ləri nəzərə alır. Amma Kont da elmin fəlsəfə və din-

lə  yanaşı  və  qarşılıqlı  əlaqədə  inkişafından  bəhs  et-

mək əvəzinə, bu üç dünyagörüşü və təfəkkür forma-

sını qarşılaşdırır, onları tarixi yanaşma əsasında, xro-

noloji ardıcıllıqla düzür və elmi ən son, ən üstün və 

ən  “müsbət”  (pozitiv)  mərhələ  kimi  təqdim  etməyə 

çalışır.  

Təəssüf  ki,  elmin  fəlsəfədən  təcrid  edilməsi 

meyli Kont və Spenserdən sonra da davam etdirilmiş 

və neopozitivizmdə, postpozitivizmdə, tənqidi rasio-

nalizmdə  elmin  reduksiyası  və  kənar  amillərdən 

arınması, eliminasiyası adı altında ayrı-ayrı elmi mə-



Elm: genezisdən özünüdərkə qədər 

 

 



37

sələlərin təsviri mahiyyət kontekstindən və səbəbiy-

yət zəncirindən çıxarılmış, elmi faktların şaquli müs-

təvidə  deyil,  ancaq  üfüqi  müstəvidə  struktura  daxil 

edilməsinə  üstünlük  verilmişdir.  Məhz  problemin 

dərininə  izahından,  fəlsəfi  qatdan  qaçaraq  ancaq 

faktların təsvirinə üstünlük verildiyi üçün elm çərçi-

vəsinə  salınmış  dil  və  elmi  dilin  semantikası  kimi 

məsələlər  önə  keçmişdir.  Halbuki,  müasir  eksperi-

mental  cihazların və mürəkkəb riyazi əməliyyatların 

nəticəsi  kimi  alınan  yeni  bilikləri  səliqə-sahmanla 

təsvir  etmək  ancaq  “normal  elm”  hüdudunda  fayda 

verə bilər. Bütün böyük ideyaların, kəşflərin əsasın-

da  isə  bütövlükdə  dünyagörüşünü  dəyişən,  daha  də-

rin qatlara enərək indiyədək yazılanları təzədən yaz-

mağa vadar edən fəlsəfi yönlü yanaşmalar dayanır.  

Təsadüfi deyil ki, A.Koyre Yeni Dövr elminin 

təməlində duran Qaliley prinsiplərini elmdə çevriliş-

dən  daha  çox,  fəlsəfədə  çevriliş  hesab  edir.  Koyre 

yazır  ki,  Qalileyin  “Dialoqlar”ı  elm  haqqında  kitab 

olmaqdan daha çox, bir  fəlsəfə kitabıdır. ... Belə ki, 

astronomik  problemin  həlli  yeni  fizikanın  struktu-

rundan asılıdır və o da öz növbəsində təbiət haqqın-

da  elmin  strukturunda  riyaziyyatın  yeri  məsələsinin 

həllini tələb edir ki, bu da bir fəlsəfə məsələsidir.

1

  



Spenserin  şərhində  elmin  inkişaf  yolu  həddin-

dən artıq sadələşir: “Elm ... qavrayışların əqli nəticə 

                                                 

1

  A.Koyre.  Galileo  and  Plato  //  Metaphysics  and 



Measurement / Ed. A.Koyre. Harvard, 1968, c. 35. 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin