Elm anlayışı
133
rəkkəb, qeyri-bircins sistem kimi qəbul etməkdir. Bu
cür yanaşma halında sistemin mahiyyəti onun daxili
strukturu ilə paralel şəkildə öyrənilməli olur; belə ki,
bu amillərdən birinin məlumluğu digərinin tədqiqi
üçün başlıca şərtdir. Elmin strukturunun müəyyən-
ləşdirilməsi sahəsində əldə edilmiş ən kiçik nailiyyət
onun mahiyyətinin tədqiqi işinə böyük təkan vermiş
olur və əksinə.
İstənilən məsələnin tədqiqi iki zahiri yolla şərh
oluna bilər: 1) baxılan hadisəni öz obyektiv gedişin-
də təsəvvür etmək, tədqiqatçının müdaxiləsini “nə-
zərə almaq”; 2) hadisədəki qanunauyğunluqları onla-
rın öyrənilməsinə uyğun gələn idrak prosesi ilə bir-
likdə şərh etmək.
Bu iki üsul arasındakı fərqi biz ona görə zahiri
adlandırırıq ki, tədqiqatın öz xüsusiyyətlərini, istifa-
də olunan metodları şüurlu surətdə dərk etmədən
məsələni müvəffəqiyyətlə öyrənmək mümkün deyil.
Bizcə, hər iki şərh üsulunda nəticələrin üst-üs-
tə düşməsini yoxlamaq tədqiqat işi üçün əsas meyar-
lardan biridir. Buna görə də, “elm” sisteminin ma-
hiyyətinin öyrənilməsini “elm” anlayışına tərif veril-
məsi ilə, onun strukturunun tədqiqini isə anlayışın
əhatə dairəsinin təyini ilə müqayisə etmək olduqca
maraqlıdır. Hər bir anlayış digər anlayışlarla ortaq
əhatə sahələrinə malik ola bilər. Bu isə o deməkdir
ki, “elm” sisteminin əhatə etdiyi elementlərdən bəzi-
ləri digər sistemlərə də aid ola bilər. Məsələn, “elmi
Elmşünaslığa giriş
134
bilik” anlayışı “elm” və “bilik” anlayışlarının əhatə
dairəsinin kəsişmə sahəsinə müvafiq gəlirsə bu fakt-
dan “elm” və “bilik” sistemlərinin qarşılıqlı münasi-
bətinin tədqiqində istifadə etmək olar və lazımdır.
Məhz bu cür yanaşma halında elmin birtərəfli qiy-
mətləndirilməsi halları aradan qalxmış olur. “Elmi
bilik” anlayışından başqa, onlarca ortaq əhatəli anla-
yışlar vardır ki, onların hər biri “elm” sisteminin mü-
vafiq qarşı sistemlə birlikdə malik olduğu ümumi
sahəni göstərir. “Elmi tədqiqat”, “elmi idrak”, “elmi
əsər”, “elmi müəssisə”, “elmi laboratoriya” və s. bu
kimi anlayışlara “elm” sisteminin çox vacib tərkib
elementləri uyğun gəlir. Lakin sistemin strukturunu
müəyyən edərkən bir cənnəti də nəzərə almaq la-
zımdır ki, “elmi” predikatı ilə müəyyənləşən bu cür
hadisələrin bəziləri bir-birini əhatə edir. Buna görə
də, sistemin makrostrukturu və mikrostrukturu təyin
edilərkən eynitərtibli elementlər kompleksi seçmək
lazım gəlir və ya quruluşun çoxpilləli xarakteri nə-
zərə alınmalıdır.
“Elm” – mürəkkəb sosial sistemlər qrupuna
daxil olmaqla müxtəlif mənşəli elementlərin dialek-
tik məcmuyunu əks etdirir. Buna görə də yəqin ki,
elmin tədqiqi də çoxaspektli olmalıdır. Lakin “elm”
sisteminin makrostrukturunu müəyyənləşdirmək və
onun əhatə dairəsini təxminən də olsa sərhədləndirə
bilmək üçün indiyə qədər öyrənilmiş olan faktlar da
yetərli ola bilər.
Elm anlayışı
135
Yuxarıdakı təhlildən göründüyü kimi, “elm”
anlayışının mövcud təriflərindən heç biri sosioloji
nəticələrin genetik yolla alınmasını əhatə etmir və
buna görə də, elmdə sosioloji rakurs yalnız zahiri
əlamətlərə görə və ya faktlar toplusu kimi müəy-
yənləşdirilir. Elmə təkcə qnoseoloji aspektdə yana-
şanlar yox, onu ictimai fəaliyyətin bir növü kimi
qəbul edənlər də elmin sosioloji problemlərinin ge-
netik mahiyyətini öyrənməyə nail ola bilməmişlər.
Buna səbəb isə belə yanaşmanın birtərəfli olmasın-
dan daha çox, həddindən artıq qeyri-müəyyən olma-
sıdır. Elmdə sosioloji məqamların genetik şəkildə
müəyyənləşdirilə bilməsi üçün elmi fəaliyyət bütün
konkretliyi ilə, həm də bütün inkişaf tarixi boyunca
öyrənilməlidir. Bu cəhət elmin sosioloji və tarixi
aspektlərdəki tədqiqinin ayrılmazlığını ifadə edir.
Tarixi tədqiqat baxılan hadisənin ictimai tə-
rəqqi fonunda öyrənilməsini tələb edir. Əks halda bu
cür tədqiqatın heç bir faydası olmazdı, zira bizə la-
zım olan yalnız səbəbiyyət əlaqəsini öyrənməkdir.
Konkret faktların xronoloji ardıcıllığını öyrənmək
tarixi tədqiqat üçün yalnız hazırlıq mərhələsi ola
bilər: “Texnika
∗
tarixinin xronoloji və coğrafi ardı-
cıllıqla incəliklərinə qədər, çoxcəhətli və maksimum
dərəcədə konkret şərhi tarixi hadisələrin düzgün
∗
Elm və texnikanın tədqiqat üsulları yaxın olduğundan bu
fikir eynilə elmə də aid edilə bilər (S.X.).
Elmşünaslığa giriş
136
araşdırılması və ümumiləşdirilməsi üçün əsas baza-
dır”.
1
Tarixi yanaşma metodunun məğzi də məhz bu
“araşdırma və ümumiləşdirmə” mərhələlərində öz
əksini tapır. Faktların xronoloji düzülüşündən ibarət
olan tarix sonrakı tarixi tədqiqat üçün yalnız ilkin
hazırlıq rolunu oynamış olur.
Beləliklə, elm və texnika tarixi baxımdan, yəni
onların əhatə etdiyi müxtəlif konkret hadisələrin xro-
noloji düzülüşü ilə yox, bütöv “elm” və “texnika”
sistemlərinin özlərinin müxtəlif dövrlərdəki vəziy-
yətlərinə, daha geniş əhatəli proseslərdə bir tərkib
elementi kimi tutduqları mövqelərə görə öyrənil-
məlidir. Elmin tarixi tədqiqində nə Kepler qanunla-
rından, nə Darvinin təkamül nəzəriyyəsindən, nə ra-
dioaktivliyin kəşfindən, nə də Eynşteynin nisbilik
nəzəriyyəsindən danışmağa ehtiyac vardır.
Ziddiyyətli görünmürmü? Sistemin daxili qu-
ruluşunu nəzərə almadan onun inkişaf prosesini necə
öyrənmək olar? Belə çıxmırmı ki, bu cür yanaşma
inkişaf prosesini yalnız xarici əlamətlərə görə təyin
edərək, daxili hərəkətverici qüvvəni, baxılan siste-
min daxili quruluşunu nəzərə almamaq deməkdir? –
Xeyr, əsas məsələ sistemin quruluşunu və onun in-
kişaf mənbəyini düzgün təyin etməkdədir. Elm və
texnikanın inkişaf tarixi bu sistemlərdəki daxili zid-
1
А.А.Зворыкин, Н.И.Осьмова, В.И.Чернышев, С.В.Шу-
хардин. История техники. М., 1962, с. 17.
Elm anlayışı
137
diyyətlərin həlli prosesi kimi başa düşülür. Qüsurlu
olan isə elm və texnikanın daxili quruluşunu, mən-
tiqi strukturunu ayrı-ayrı elmi və texniki nailiyyət-
lərin məcmuyu kimi başa düşməkdir.
Tarixi tədqiqat üçün ilkin zəruri amillərdən bi-
ri də baxılan sistemin məntiqi strukturunun məlum-
luğudur. Bu tələb dialektikada yaxşı məlum olan
tarixi ilə məntiqinin vəhdəti prinsipini ifadə edir. Nə
elmi, nə texnikanı, nə də onların qarşılıqlı münasibə-
tini bu metodlardan təkcə biri ilə öyrənmək olmaz.
Tarixi tədqiqat hadisəni ictimai tərəqqi fondunda öy-
rənməyə imkan verdiyi kimi, məntiqi təhlil də onun
ümumi mənzərəsini yaratmağa, daxili quruluşunu və
hərəkətverici qüvvələrini müəyyənləşdirməyə imkan
verir.
Elm və texnikanın tarixi rolunu, sosial-genetik
mənşəyini və inkişaf xüsusiyyətlərini təyin etmək
üçün onlara biliklərin və qurğuların stasionar məc-
muyu kimi deyil, fəaliyyətdə olan sistem kimi bax-
maq lazım gəlir. Bu sistemlərin əsas hərəkətverici
qüvvəsi isə insandır; həm də müəyyən zəruri biliyə,
əmək və tədqiqat vərdişlərinə malik olan insan –
elmi işçi və ya texnik. Elmi və texniki inkişaf heç də
səlt proses olmayıb, ayrı-ayrı konkret fəaliyyət
aktlarının toplusu kimi mövcuddur. Belə konkret
fəaliyyətlərin hər biri isə müəyyən bir fərdin və ya
fərdlər qrupunun hesabına mümkün olur. Fərd özlü-
yündə elmi işçi və ya texniki işçi olmaqdan başqa,
Elmşünaslığa giriş
138
eyni zamanda insandır, şəxsiyyətdir. O, öz bioloji
varlığını saxlamaq üçün yeməli və geyməlidir, bir
şəxsiyyət kimi isə ictimai münasibətlər sferasına da-
xildir. Məhz buna görə də, elm və texnikanın inkişaf
xüsusiyyətləri ictimai tərəqqinin müvafiq mərhə-
lədəki vəziyyəti ilə şərtlənir.
Sosial mühitin təsiri təkcə elmi və texniki işçi-
lərin ictimai vəziyyətlərinə olan təsir ilə kifayətlən-
mir. “Elm” və “texnika” sistemlərinin daxili qurulu-
şuna həm də müxtəlif təchizat vasitələri (binalar, la-
boratoriyalar, eksperimental vasitələr, kitab və jurnal
buraxılışı üçün ləvazimat – bütün bunlar üçün isə
milli gəlirdən pay) daxildir ki, onların təşkili və ida-
rə olunması bilavasitə mövcud sosial şəraitlə bağlı-
dır. Bundan başqa sistemdə əsas ünsürlərlə yanaşı
əlaqə ünsürlərinin də olması vacibdir, zira sistemin
daxili tamlıq şərti yalnız bu vaxt ödənilə bilər. Doğ-
rudan da, “elm” və “texnika” sistemlərində əsas ün-
sür rolunu oynayan elmi və texniki işçilərlə yanaşı,
çoxlu sayda köməkçi, əlavə işçilər (məsələn, inzibati
işçilər, xidmətçilər, təsərrüfat, mühasibət və dəftər-
xana işçiləri və s.) də mövcuddur ki, sistemin sosial
tamlığı yalnız bu ünsürlərin vasitəsilə mümkün olur.
Köməkçi işçilərdən heç biri konkret elmi və
texniki nailiyyətlərin əldə olunmasında iştirak etmir.
Və yəqin buna görədir ki, indiyə qədər onların mü-
vafiq sistemlərdəki mövqeləri tədqiq olunmamışdır.
Lakin təcrübə göstərir ki, köməkçi işçiləri – əlaqə
Elm anlayışı
139
ünsürlərini daxil etmədən elm və texnika sistem kimi
öyrənilə bilməz.
Köməkçi işçilərə tələbat müasir dövrün xüsu-
siyyəti olsa da, mahiyyət etibarilə xeyli qədim kök-
lərə malik olub, zehni və fiziki əmək bölgüsü ilə sıx
surətdə bağlıdır.
Konkret elmi və texniki fəaliyyət zehni və fi-
ziki əmək bölgüsündən əvvəl də mövcud olmuşdur.
Bu dövr üçün xarakterik olan cəhət ondan ibarətdir
ki, adamlar elmi və texniki işlə əlavə bir iş kimi – öz
maddi ehtiyaclarını ödədikdən sonra məşğul olmuş-
lar. Zehni və fiziki əmək bölgüsü hər bir fərdin öz
daxilində getmişdir. O dövrdə elm fərdlərdə qapanan
sistemlərin rabitəsiz toplusu kimi təsəvvür oluna bi-
lər.
∗
Lakin o vaxtdan ki, bəzilərinin topladığı məh-
sul başqalarının da təminatı üçün kifayət edibdir, hə-
min başqaları «əlavə işlərlə» məşğul olmaq imkanı
əldə ediblər. «Əlavə işlər» isə ən çox elmdən, incə-
sənətdən və texniki vasitələr hazırlanmasından ibarət
olub. Bu hal yeni əmək bölgüsünə uyğun gəlir və
“elm” və “texnika” sistemləri də müvafiq keyfiyyət
dəyişilmələri keçirirlər. Məsələn, konkret elmi və ya
texniki fəaliyyət indi artıq bir fərd çərçivəsində
∗
Belə hallara, dövr üçün xarakterik olmasa da, istisnalar
şəklində, hətta yeni (Kopernikdən sonrakı) mərhələdə də rast
gəlirik. Məsələn, Spinoza maddi təminat üçün fiziki işlə (linza
hazırlamaq) məşğul olub.
Elmşünaslığa giriş
140
tamamilə qapana bilmir, belə ki, elmi işlə məşğul
olan hər bir fərd öz maddi təminatı baxımından baş-
qasından asılı olur. Deməli, elmi və ya texniki fəa-
liyyət sosial xarakter alır.
Müasir dövrdə – kollektiv fəaliyyət dövründə
elmi iş daha bir sıra yeni keyfiyyətlər kəsb edir. Ar-
tıq işçilər nəinki təkcə maddi təminat və ya hər hansı
kənar amillər baxımından başqalarının fəaliyyətlə-
rindən asılı olurlar (bilavasitə istehlak şeyləri isteh-
salı və dolayısı istehsal), həm də konkret fəaliyyət
özü də fərdlər çərçivəsindən kənara çıxır, “başqala-
rından” asılı olur. Sistem adamlara nəzərən tam qa-
panma imkanını tədricən itirir. Daha yalnız nisbi qa-
palılıqdan söhbət gedə bilər.
“Elm” və “texnika” sistemlərinin getdikcə ge-
nişlənməsi əsasən iki başlıca amil hesabına baş ver-
mişdir:
1. Konkret tədqiqat işləri artıq əməli bilik çər-
çivəsində aparıla bilmir və digər tədqiqatların əldə
etdiyi ilkin elmi nəticələrə əsaslanmaq lazım gəlir.
İnformasiyanın yayılması prosesi sürətləndikcə ilkin
məlumat toplusunu getdikcə daha geniş ərazilərdən
və daha çox təfərrüatı ilə öyrənmək mümkün olur və
bu proses, nəhayət, bütün planet miqyasında yayılır
(indiki dövr).
2. Mövcud elmi məlumatlar əsasında belə,
müəyyən nisbi qapalı fəaliyyət aktını həyata keçir-
Elm anlayışı
141
mək mümkün olmur və bu hal kollektiv tədqiqatı zə-
ruriləşdirir.
Kollektiv tədqiqatın (laboratoriyalar, institut-
lar, müxtəlif elmi təşkilatlar və s.) «elm» sisteminə
gətirdiyi yeni tipli keyfiyyət dəyişikliyi sistemin nisbi
tamlığını qorumaq üçün elmi fəaliyyətdə iştirak et-
məyən «köməkçi işçilərin» də bu sistemə daxil ol-
masıdır. Bu cəhəti biz ona görə xüsusilə qeyd edirik
ki, o nəinki təkcə elmin və ya texnikanın, həm də
ümumiyyətlə bütün mücərrəd sistemlərin ictimai as-
pektdə öyrənilməsi üçün olduqca böyük əhəmiyyət
kəsb edir.
Konkretlik üçün yalnız elmi institutlardakı və-
ziyyəti təhlil etməyə çalışaq. Burada elmi işçilər yal-
nız elmi fəaliyyətdə bulunurlar. Bəs qalan işlər? İns-
titut binasını başqaları tikir, cihazları başqaları qəbul
edir, başqaları yerləşdirir, işə götürmək, işdən çıxar-
maq, ezamiyyət vermək, müxtəlif sənədləri tərtib et-
mək, maaşları gətirmək, paylamaq və s. bu kimi işlə-
ri başqaları görür…
∗
Bütün bu «başqalarsız» kol-
lektiv fəaliyyət mümkün deyil. Lakin bu hal başqala-
rının baxdığımız elmi tədqiqat sistemi ilə yanaşı
«elm» sisteminə də daxil olmasınımı göstərir? Bizcə,
hələlik buna tam əsas yoxdur. «Başqaların» «elmi
∗
Bu işlərdən bəziləri (məs., cihazlara tələbatın müəyyən-
ləşməsi və s.) elmi işçilərin iştirakı ilə və ya bilavasitə elmi iş-
çilər tərəfindən görülməlidir, lakin hər halda elmi iş sayıla bil-
məz.
Elmşünaslığa giriş
142
tədqiqat» sisteminə, baxdığımız halda instituta, daxil
olması ən çox onların elmi işçilərlə bilavasitə qar-
şılıqlı münasibətdə olması ilə bağlıdır. Bu halda sis-
tem həm də nisbi qapalı münasibətlər sferası ilə
müəyyənləşir. Əgər belə olmasaydı, onda elmi tədqi-
qat sisteminə daha çox elementlər daxil etmək lazım
gələrdi və əslində bəlkə də heç bir sistemdən söhbət
gedə bilməzdi, zira sistem təşkil etmək müəyyən
tələblərlə şərtlənir.
Məsələn, elmi işçilər üçün zəruri olan istehlak
şeyləri olmasa, elmi tədqiqat da əsla mövcud ola bil-
məzdi. Lakin biz bu istehlak şeylərinin istehsalı pro-
sesini və ya müvafiq istehsalçıları elmi tədqiqat sis-
teminə daxil etmirik və bu zaman qəbul olunur ki,
elmi işçilər pul qazanmaqla özlərini təmin etmiş
olurlar. Konkret elmi tədqiqat sisteminə daxil olan
cəmi bir element – maaş bütün istehlak məsələlərini
təmsil edir ki, bu da baxdığımız sistemin başqa əla-
qədar sistemlərə nəzərən nisbi müstəqilliyini təmin
etmiş olur.
Zehni və fiziki əmək bölgüsü ümumi şəkildə
xeyli qədim tarixə malik olsa da, konkret elmi fəa-
liyyətlərin nisbi qapalı sistem səviyyəsinə qədər yük-
səlməsi prosesi hələ heç də bütövlükdə həyata keç-
məmişdir. Optimal elmi siyasət yeridildikdə alimin
şəxsi və ictimai həyatda ehtiyacları ilə əlaqədar
məsələləri dövlət özü həll edir və elmi işçilərin bu
məsələlərə vaxt itirməsinə ehtiyac qalmır. Əks halda
Elm anlayışı
143
elmi işçilər, incəsənət xadimləri və s. öz əsas peşələ-
rindən başqa, həm də özlərini dolandırmaq haqqında
düşünməli olurlar. Bu hal indi kapitalizmdə qismən
mövcuddur. Belə ki, elmi işçi öz yaşayışı üçün lazım
olan gəliri başqa sahələrdə yox, məhz elmi sahədəki
fəaliyyəti ilə qazana bilər. Lakin bu qazanc haqqında
hər halda düşünmək lazım gəlir və o həmişə eyni
miqdarda olmayıb, bəzən təsadüflərdən də asılı olur.
Nəticədə elmə müstəqil sistem kimi baxmaq müm-
kün olmur. Tarixi tədqiqat göstərir ki, indiki dövrdə
konkret elmi fəaliyyətin iki müxtəlif inkişaf səviyyə-
sinə uyğun olan formaları paralel şəkildə mövcud-
dur. Yəni elmi iş həm peşə, vəzifə kimi, həm də an-
caq mənəvi-intellektual ehtiyac kimi bəzi alimlər,
məsələn, Vayskopf, elmi fəaliyyətin missiyadan pe-
şəyə çevrilməsini yaxşı hal hesab etmir.
Ümumiyyətlə, elm və texnikanın inkişafı icti-
mai tərəqqidə qlobal mövqe tutsa da, onların konkret
mövcudluq formaları müxtəlif quruluş xüsusiyyət-
lərinə malikdir və bu müxtəlifliyi elm və texnikanın
ümumi qlobal inkişafının nəticəsi kimi izah etmək
olur; sistemin tam qapalı olmaması və digər əlaqədar
sistemlərdə baş verən dəyişilmələrin təsiri bütün aş-
karlığı ilə özünü məhz burada göstərir.
Yuxarıdakı mühakimələrdən aydın olur ki, el-
min konkret mövcudluq formalarını öyrənmədən,
onun hərəkətverici qüvvələrini, onunla bilavasitə
əlaqədar olan maddi elementlər çoxluğunu (qeyri-
Elmşünaslığa giriş
144
maddi ünsürlər olan elmi bilik və elmi idrakdan fərq-
li olaraq) təhlil etmədən “elm” anlayışının mahiyyə-
tini müəyyənləşdirmək cəhdləri, doğrudan da, mü-
vəffəqiyyətsizliklə nəticələnməli imiş. Elmi yalnız
bilik kimi, onun tərkib hissəsi kimi öyrənmək və ya
onu təkcə qnoseoloji aspektdə təqdim etmək bir sıra
dəfolunmaz çətinliklər törədir ki, bunların da ən
əsası inkişafın və ya elmi-texniki tərəqqinin sosioloji
problemlərini düzgün qoya bilməməkdir.
Fəlsəfi ədəbiyyatda elmin sosiologiyasına dair
yazılmış bir sıra əsərlərdə bu problemin bəzi cəhət-
ləri öz ətraflı və düzgün elmi izahını tapsa da, elmin
daxili sosial ünsürləri, bu ünsürlərin formalaşma
xüsusiyyətləri və tarixi inkişaf qanunauyğunluqları
çox az öyrənilmiş və ya heç tədqiq olunmamışdır.
Halbuki elmin sosial bir sistem kimi öyrənilməsi
onun əsas və köməkçi sosial komponentlərinin
müəyyənləşdirilməsini tələb edir. Belə ki, müasir
mənada ümumictimai elmi tərəqqidən danışmaq
üçün ilk növbədə elmi fəaliyyətin mümkünlüyünü
təmin edən sosial mövcudluq şərtlərini öyrənmək
tələb olunur. Yalnız bunun sayəsində ayrı-ayrı elmi
işçilərin fərdi elmi fəaliyyətinin birləşərək qlobal,
ümumictimai elmi fəaliyyət prosesini necə əmələ
gətirdiyini düzgün təsəvvür etmək olar. Yalnız elm-
də sosial ünsürlərin rolunu və funksiyasını düzgün
qiymətləndirmək sayəsində elmi fəaliyyətin zəruri
tərkib hissəsi olan elmi idrak prosesi ilə bu pro-
Elm anlayışı
145
seslərin toplusu, həm də sadə toplu deyil, üstəlik
özünəməxsus rabitə vasitələrini də əhatə edən sosial
sistem arasındakı əlaqəni düzgün başa düşmək olar.
“Elm” sisteminin sosial ünsürlərə malik olması
elmin sosiologiyasında əsas sahələrdən birini təşkil
etsə də, bu məsələ elmin problemlərindən yalnız
biridir. Ümumiyyətlə elmin ictimai həyatla bağlılığı
üç ardıcıl mərhələyə bölünə bilər.
1. İctimai həyatın, mövcud mədəni səviyyənin,
texnikanın elmin mövzusuna, onun müvafiq dövr
üçün səciyyəvi olan problemlərinin müəyyənləşmə-
sinə təsiri. Bununla əlaqədar olaraq qeyd etmək la-
zımdır ki, ictimai tələbat elmin inkişafında istənilən
başqa amilə nəzərən daha böyük rol oynayır. F.En-
gelsin yazdığı kimi, “əgər texnika xeyli dərəcədə el-
min vəziyyətindən asılıdırsa, onda elm texnikanın
vəziyyət və tələblərindən daha çox asılıdır. Əgər cə-
miyyətdə texnikaya tələb meydana gəlirsə, bu tələb
elmi onlarca universitetin irəlilədə biləcəyindən daha
çox irəlilədir».
1
2. İctimai amillərin elmi fəaliyyətin həyata ke-
çirilməsinə təsiri. Bu amillər özü aşağıdakı kimi təs-
nif edilə bilər:
a) Elmi fəaliyyətin icraçıları olan elmi işçilərin
sosial vəziyyəti; onların həyat tərzi və sosial-psixo-
1
K.Marks və F.Engels. Seçilmiş məktublar. Bakı, Azərnəşr,
1955, s. 492.
Elmşünaslığa giriş
146
loji mövqeyinin elmi işin intensivliyi və keyfiyyətinə
təsiri.
b) Elmi işçilərin sosial mövqeyinin onların
ideologiyası və dünyagörüşləri vasitəsilə elmi tədqi-
qatın nəticələrinin müxtəlif tətbiq variantlarının se-
çilməsinə, onların müxtəlif cür şərh olunmasına – in-
terpretasiyasına təsiri.
v) Elmi fəaliyyətin maddi təchizatı üçün zəruri
olan maliyyə məsələlərinin ictimai quruluşun spesi-
fikasından asılılığı.
q) Eksperimental elmi fəaliyyətin təşkilinin
mövcud texniki inkişafı səviyyəsindən asılılığı.
d) Elmdə kommunikativ fəaliyyətin mümkün-
lüyünü təmin edən köməkçi əlaqə ünsürlərinin zəru-
riliyindən irəli gələn məsələlər; kommunikativ siste-
min təşkil xüsusiyyətlərinin, köməkçi heyətin yerləş-
dirilməsi və maddi təminatı məsələlərinin mövcud
sosial quruluşun yaratdığı imkanlar və qoyduğu
məhdudiyyətlərlə şərtlənməsi.
3. Elmi fəaliyyətin nəticələrinin – elmi bilik-
lərin praktik istifadəsinin mövcud sosial şəraitdən və
mədəni-texniki inkişaf səviyyəsindən asılılığı. Bura-
ya ilk növbədə biliklərin bilavasitə məhsuldar qüv-
vəyə çevrilməsi prosesi daxildir ki, bu proses müx-
təlif sosial-iqtisadi şəraitlərdə müxtəlif istiqamətlər-
də həyata keçir; yəni sosial quruluşdan asılı olaraq
ya ümumi ictimai tərəqqinin təkanverici amili kimi,
|