Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə66/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   62   63   64   65   66   67   68   69   ...   80
mulki mudafie 1-60 esas

Avtomobil kolonnası 
400-500 nəfər üçün hesablanır, kolonnalarda, adətən 25-30 avtomobil olur. Normal 
şəraitdə kolonnanın hərəkət sürəti 25-30 km/saat, maşınlar arasındakı distansiya (məsafə) 25-50 m təyin edilir. 
Dağlarda, meşələrdə, bataqlıq yerlərdə buz və qarlı yollarda, yağış və qarda hərəkət sürəti 15-20 km/saat-a qədər 
azaldıla bilər.
Kolonnanın hər 3-4 saatlıq hərəkətindən sonra kiçik istirahət (1 saatlıq), gündəlik keçidin ikinci yarısının 
əvvəlində isə böyük istirahət (2 saat) təşkil edilir.
Kolonnada hər bir maşının öz yeri olur və geri qalan maşınlara kolonnanı keçmək qəti qadağan edilir. Onlar 
kolonnada öz yerlərini, yalnız istirahət yerlərində tuta bilərlər. Marşrutda kolonna yolun sağ tərəfində, avtomobillər 
arasındakı məsafə 10 m olmaqla dayandırıla bilər. Kolonnalara nömrə verilir və bu nömrəni kolonnanın bütün 
üzvləri bilməlidir.
Piyada köçürülənlərdən 
piyada kolonnaları
təşkil olunur. Piyada kolonnalarının tərkibi 500-1000 nəfərdən 
ibarət olur. İdarəetmənin asanlaşdırılması üçün onları 20-30 nəfərlik qruplara bölürlər. Hər bir qrupa başçı təyin 
edilir. Kolonnanın hərəkət sürəti 3-4 km/saat, gün ərzində keçid 30-40 km olur. Hər 1-1,5 saat-dan bir kiçik istirahət 
(15-20 dəqiqəyə qədər), günün ikinci yarısında isə böyük istirahət (1,5-2 saat) təyin edilir. Kiçik istirahət yerlərində 
insanların sayı və vəziyyəti yoxlanılır, insanlara tibbi yardım göstərilir. Böyük istirahət yerində əhalinin qidalanması 
təşkil olunur.
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın ərazi səhiyyə orqanlarına həvalə edilir. Stasionar tibb 
müəssisələri kifayət etmədikdə, əlavə tibb məntəqələri açılır. 
Kolonnaların, eşalonların tərkibinə tibb işçiləri (əsasən, köçürülənlərdən) təyin edilir, onlar lazımi dərman və 
ləvazimatlarla təmin edilirlər.
Köçürmə dövründə ictimai asayişin qorunması üzrə tədbirlərin planlaşdırılması və yerinə yetirilməsi 
Azərbaycan Respublikası Fövnəladə Hallar Nazirliyinin Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti və Azərbaycan 
Respublikası DİN-in ictimai asayişin mühafizə orqanları tərəfindən həyata keçirilir. Bu məqsədlə komendant və 
patrul xidmətləri təşkil edilir, postlar qoyulur. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin