59.QXDTİ-nin keçirilməsində dəstə komandirlərinin işinin mahiyyəti və ardıcıllığı Dəstə komandiri tapşırıq aldıqdan sonra onu aydınlaşdırır, yaranmış şəraiti qiymətləndirir, qərar qəbul edir
və əmr verir.
Dəstə komandiritapşırığı aydınlaşdırarkən onun dəstəsinin MM qüvvələr qruplaşmasında və ümumi
tapşırığın yerinə yetirilməsindəki rolunu və yerini başa düşməli, dəstənin tapşırığını və görüləcək fəaliyyətin
xarakterini aydınlaşdırmalıdır. O, fəaliyyət üçün hazırlıq tədbirlərini təyin edir, hazırlıq üçün göstəriş verir.
Dəstə komandiri şəraiti qiymətləndirdikdə aşağıdakıları öyrənir və qiymətləndirir: QXDTİ keçiriləcək
yerlərdə dağıntıların, yanğınların, zəhərlənmənin xarakterini; görüləcək işlərin xarakterini və həcmini; RKB şəraiti
və onun tapşırığın yerinə yetirilməsinə təsirini; özünün dəstəsinin və verilmiş qüvvə və vəsaitlərin vəziyyətini;
obyektin və onun konstruktiv elementlərinin dağılma dərəcəsini; yer səthinin xarakterini; meteoroloji şəraiti; ilin və
günün vaxtını.
Dəstə komandiri qərarında təyin edir: işlərin yerinə yetirilmə ardıcıllığını, tabeliyində olan və verilmiş
dəstələrin tapşırığını, qarşılıqlı fəaliyyət qaydasını, idarəetmənin təşkili və təminatı üçün tədbirləri.
Dəstə komandiri əmrində göstərir: 1. İş sahəsinin sərhədlərini.
2. İş sahəsində yaranmış ümumi vəziyyəti.
3. Dəstənin və onun bölmələrinin tapşırıqlarını.
4. Qonşu bölmələrin tapşırıqlarını.
5. Dəstələr, manqalar arasındakı qarşılıqlı əlaqə qaydasını.
6. Dəstələrin fəaliyyətini təmin edən tapşırıqları.
7. Tapşırıqların yerinə yetirilmə vaxtını.
8. Rabitənin təşkilini.
9. İdarəetmə və xəbərdarlıq siqnallarını.
10. Məlumatların rəhbərliyə verilməsi vaxtını və qaydasını.
11. İdarəetmə məntəqəsinin yerini.
Zədələnmə ocaqlarında QXDTİ-nin təşkili və yerinə yetirilməsi FH-lar zonasında qəza-xilasetmə işlərinin keçirilməsini şərti olaraq ilkin, birinci və ikinci mərhələlərə bölmək
olar.
İlkin mərhələdə əhalinin mühafizəsi, yerli qüvvələrin köməyi ilə zərərçəkmişlərin xilas edilməsi, fövqəladə
halların nəticələrinin aradan qaldırılması üçün qüvvə və vəsaitlər qruplaşmasının yaradılması, QXDTİ-nin
keçirilməsinə hazırlanması işləri həyata keçirilir.