Zəlzələ nəticəsində yaranmış dağılma zonalarında, bir qayda olaraq, qəza-xilasetmə işləri 5 mərhələdə həyata
keçirilir:
I mərhələdə dağılma zonası qiymətləndirilir, zədələnənlərin və ölənlərin axtarışı aparılır, obyektlərin
möhkəmliyi, kommunal-enerji xətlərinin və xilasetmə işlərinin təhlükəsizliyi müəyyənləşdirilir.
II mərhələdə uçqunların üstündə (yer səthində) olan zərərçəkmişlər yığılır.
III mərhələdə dağıntılar altında qalmış insanların axtarışı həyata keçirilir.
IV mərhələdə dağıntılar altında qalmış insanların xilas edilməsi həyata keçirilir.
V mərhələdə ərazi uçqunlardan təmizlənir.
Radiasiya qəzası nəticələrinin aradan qaldırılması prosesi 3 mərhələdən: ilkin, aralıq və son mərhələlərdən
ibarət olur.
Radiasiya qəzasının nəticələrinin ləğvinin ilkin mərhələsində aşağıdakı tapşırıqlar həyata keçirilir:
-
qəza mənbəyinin lokallaşdırılması (radioaktiv maddələrin ətraf mühitə çıxmasının qarşısının alınması);
- radiasiya şəraitinin aşkar edilməsi və qiymətləndirilməsi;
- radioaktiv zəhərlənmənin zəhərli yerlərdən təmiz yerlərə yayılmasının qarşısının alınması;
- radioaktiv tullantıların müvəqqəti olaraq bir yerə yığılması.
Aralıq mərhələsində aşağıdakı tapşırıqlar həyata keçirilir:
- daimi radiasiya nəzarətinin təmin edilməsi;
- radisiya qəzasının nəticələrinin ləğvi üçün tətbiq olunacaq üsul və texniki vasitələrin müəyyənləşdirilməsi
(bu barədə qərarın qəbul edilməsi);
- radioaktiv çirklənmə təyin olunmuş səviyyəyə çatana qədər nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
-
çirlənmə obyektlərinin ləğvi, yaxud lokalizasiyası, radioaktiv tullantıların müvəqqəti və ya daimi saxlanma
yerlərinə toplanması;
-
çirklənmiş ərazilərdə yaşayan əhalinin mühafizəsinin təmin olunması.
Son mərhələdə aşağıdakı tapşırıqlar həyata keçirilir:
- planda nəzərdə tutulmuş işlərin sona çatdırılması, radioaktiv zəhərlənmə səviyyəsinin icazə verilən həddə
qədər azaldılması;
- radioaktiv tullantıların müvəqqəti saxlanması üçün təşkil olunmuş meydançaların ləğvi;
-
təhlükə sovuşana qədər radiasiya nəzarətinin təmin edilməsi;
-
əhalinin təhlükəsiz şəraitdə yaşayışının təmin edilməsi.
Radioaktiv çirklənmə mənbələrinin lokallaşdırılması və ləğv edilməsində aşağıdakı üsullardan istifadə olunur: 1. Yüksək aktivliyə malik olan radioaktiv maddələrin toplanması və lokallaşdırılması. Bu üsulun tətbiqində
ən əsas vəzifə insanların təhlükəsizliyinin təmin edilməsidir. Bu üsulda, əsasən mexaniki vasitələrdən istifadə
olunur.
2. Torpağın şumlanması.
3. Ekranlaşdırma üsulu. Bu üsul radioaktiv zəhərlənmiş üst qatın kənarlaşdırılmasından sonra həyata keçirilir.
Sənaye obyektlərində ekranlaşdırma əraziyə qumun, çınqılın səpilməsi, beton plitələrin döşənməsi, ərazinin betonla
örtülməsi vasitəsilə həyata keçirilir.
4. Çirklənmiş ərazilərin hidroizolyasiyası, bəndlərin çəkilməsi. Bu üsul yağıntıların təsirindən çirklənmənin
yayılmasının qarşısını almaq üçün tətbiq olunur.
5. Radioaktiv çirklənməni özünə birləşdirən, plenka əmələ gətirən polimerlərin və digər materialların tətbiqi.