Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə78/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   72   73   74   75   76   77   78   79   80
mulki mudafie 1-60 esas

 
Kəşfiyyat təminatı 
Kəşfiyyatın məqsədi – fövqəladə hallar nəticəsində yaranmış vəziyyət haqqında qısa müddət ərzində 
məlumatların toplanması və kəşfiyyatı göndərən rəisə (komandirə) çatdırılmasıdır. 
Kəşfiyyatın tapşırıqları: 
1. Radiasiya səviyyəsinin, zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrin növünün, qatılığının, 
bakterioloji vasitələrin təyin edilməsi, yerlərdə və xəritədə (sxemdə) aşkar edilmə vaxtlarını qeyd etməklə 
göstərilməsi. 
2. Dağılmış, radiasiya səviyyəsi yüksək olan və bəzi ZM və QKTM-lə zəhərlənmiş yerlərin yan keçilməsi 
üçün yeni yolların tapılması, yerlərdə və xəritədə göstərilməsi. 
3. Zədələnmə rayonlarında mühafizə qurğularının vəziyyətinin, bina və qurğuların dağılma dərəcəsinin 
öyrənilməsi. 
4. Yaralıların axtarışı və tapılması. 
5. Xilasetmə işləri keçiriləcək yerlərə yolların təyin edilməsi. 
6. RKB şəraitin dəyişməsinə fasiləsiz nəzarət. 
7. QXDTİ-nin keçirilməsində texnikanın tətbiqinin mümkünlüyünün təyin edilməsi. 
8. Zədələnmə ocağının miqyasının, zəhərlənmənin və yanğının yayılma istiqamətinin təyin edilməsi. 
 
Zədələnmə ocaqlarına hərəkətin təminatı
Obyekt dəstəsi zədələnmə ocağına MM qüvvələrinin ümumi kolonnasında, yaxud müstəqil olaraq hərəkət 
edir.
Obyekt dəstəsi zədələnmə ocağına hərəkət etmək üçün yürüş kolonnası şəklində düzülür. Kolonnanın düzülüş 
qaydası marşrutdakı və iş sahəsindəki vəziyyətdən asılı olaraq təyin edilir. Kolonnanın düzülüşünün mümkün 
variantlarından biri belədir: kəşfiyyat qrupu – hərəkəti təmin edən dəstə – əsas qüvvələr (I, II və III eşalon), ehtiyyat 
qüvvələri – texniki bağlanma. 
MM dəstələrinin zədələnmə rayonlarına hərəkəti bu hərəkəti təmin etmək üçün təyin olunmuş dəstələr 
tərəfindən həyata keçirilir. 
Hərəkəti təmin edən dəstə göstərilən marşrut üzrə hərəkət edərək: 
• yolların dağılmış hissələrini təmir edir; 
• yanan və dağılmış yerlərdən yan keçən yeni yollar salır; 
• maneələrdə keçidləri bərpa edir; 
• marşrutdakı yanğınları söndürür, yaxud lokallaşdırır;
• dağılma təhlükəsi olan binaları sökür və ya bərkidir. 


57
MM əhəmiyyətli yüklərin daşınmasının planlaşdırılması, təşkili və həyata keçirilməsinə aid tədbirlər 
kompleksi MM tədbirlərinin nəqliyyat təminatı adlanır. MM tədbirlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi qısa 
bir müddət ərzində böyük həcmdə yüklərin və böyük bir sayda insanların daşınmasını tələb edir. 
Texniki təminat nəqliyyat vasitələrini və digər texnika növlərini daim saz və hazır vəziyyətdə saxlamaq 
məqsədilə təşkil edilir. 
Texniki təminat təmir emalatxanaları, texniki xidmət stansiyaları, texniki xidmət dəstələri və təmir 
müəssisələri (təmir zavodları) və s. tərəfindən yerinə yetirilir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin