Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə75/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   72   73   74   75   76   77   78   79   80
mulki mudafie 1-60 esas

Birinci mərhələdə qüvvə və vəsaitlər qruplaşması tərəfindən QXDTİ həyata keçirilir. 
İkinci mərhələdə qəza-xilasetmə işləri sona çatdırılır, idarəetmə yerli adminstrasiyaya təhvil verilir, qüvvə və 
vəsaitlər qruplaşması QXDTİ keçirilmiş ərazidən çıxarılır, əhalinin həyat fəaliyyətini təmin etmək üçün ilkin 
tədbirlər həyata keçirilir. 
QXDTİ keçirilən ərazilərdə ilk növbədə, xilasetmə işlərinin təhlükəsizliyinə mane olan maneələr aradan 
qaldırılır. Su basmış yerələrdə arxlar çəkilirr, suyun aradan qaldırılmasını təmin edən tədbirlər həyata keçirilir. 
Elektrik xətlərində baş vermiş zədələrin aradan qaldırılması üçün elektrik xətləri qida mənbələrindən ayrılırlar 
(açarların açılması, qoruyucuların çıxarılması, ehtiyyat tədbirlərinə əməl etməklə xətlərin kəsilməsi və izolə 
edilməsi). Texnoloji borularda baş vermiş zədələrin təmiri, aradan qaldırılması üçün rezervuarlardan, texnoloji 
aqreqatlardan gələn borularda ventillər bağlanır, nasoslar dayandırılır. 
Uçqunlar altında qalmış insanların axtarışı qapıları, divarları, boruları döymək, səsləmə yolu ilə və köhnə 
rabitə xətlərindən istifadə etməklə həyata keçirilir. İnsanların uçqunlarda axtarışı üçün öyrədilmiş itlərdən, xüsusi 
cihazlardan (infraqırmızı kameralar, vibrofonlar, istiqamətlənmiş dinləmə qurğuları) da istifadə edilir. Uçqunlar 
altında qalmış sığınacaqlara ilk növbədə hava vurulur. 
Zərərçəkmişlərin tibbi yardım məntəqəsindən müalicə müəssisələrinə köçürülməsini dəstə komandirləri 
həyata keçirir. Dəstə komandirləri zərərçəkmişlərin tibbi məntəqələrə, yaxud maşınlara minmə məntəqələrinə 


55
daşınması üçün dəstənin şəxsi heyətindən sanitar drujinalara lazım olan sayda kömək ayırırlar. 
Zərərçəkmişlərin müalicə müəssisələrinə köçürülməsi üçün bütün növ nəqliyyat vasitələrindən istifadə edilir. 
Yüngül yaralılar yaxın məsafələrdə yerləşən müalicə müəssisələrinə piyada aparıla bilərlər. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin