Ərazi dəstələri Azərbaycan Respublikası subyektlərinin icra hakimiyyəti və yerli idarəetmə
orqanları tərəfindən onların ərazilərində yerləşən təsərrüfat obyektlərinin bazasında yaradılır.
Obyekt dəstələri təsərrüfat obyektlərində yaradılır və bir qayda olaraq, yaradıldıqları obyektlərdə
Qəza-xilasetmə digər təxirəsalınmaz işlərin keçirilməsi üçün tətbiq olunurlar.
Ümumi təyinatlı dəstələr kütləvi zədələnmə ocaqlarında və fəlakətli subasma zonalarında üçün
tətbiq olunurlar. Ümumi təyinatlı dəstələrə xilasetmə komandaları (qrupları), yığma komandalar
(qruplar) və mexanikləşdirilmiş yığma komandalar (qruplar) aiddirlər.
Xidmət dəstələri mülki müdafiənin müvafiq xidmətləri tərəfindən yaradılır və Qəza-xilasetmə
digər təxirəsalınmaz işlərin keçirilməsində xüsusi tədbirlərin yerinə yetirilməsi, ümumi təyinatlı
dəstələrin gücləndirilməsi, onların fəaliyyətinin hərtərəfli təminatı
.
Hərbiləşdirilməmiş dəstələrə Azərbaycan Respublikasının vətəndaşı olanlar: kişilər – 18 yaşından
60 yaşınadək, qadınlar isə 18 yaşından 55 yaşınadək cəlb edilirlər. I və II qrup əlillər, hamilə və 8
yaşınadək uşağı olan qadınlar, 3 yaşınadək uşağı olan tibbi təhsilli qadınlar isə bu dəstələrə cəlb
olunmurlar.
4)Fövqəladə hallar və onların təsnifatı.
Müəyyən bir ərazidə hərbi fəaliyyət, qəza, təbii və s. fəlakətlər nəticəsində əmələ gələn, insanların
məhvinə səbəb olan, onların sağlamlığına, həyat fəaliyyətinə, ətraf mühütə zərərli təsir göstərən,
əhəmiyyətli dərəcədə maddi-material itkilərlə nəticələnən hallar fövqəladə hallar (FH-lar) adlanır
Yaranma səbəbinə görə: qəsdən yaradılan (müharbələr, terror aktları, sosial və milli münaqişələr
və s.); qəsdən yaradılmayan (texnogen, təbii və s).
Yayılma miqyasına görə: (lokal, obyekt növlü, yerli, regional, milli və qlobal);
Sahə mənsubiyyətinə görə: (tikintidə, sənayedə, nəqliyyatda, kənd təsərrüfatında, hərbi sahədə,
meşə təsərrüfatında, kommunal-məişət sahəsində);
Dostları ilə paylaş: |