Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Aktiv zonanın dağılması baş verən qəzalar



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə9/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   5   6   7   8   9   10   11   12   ...   80
mulki mudafie 1-60 esas

 Aktiv zonanın dağılması baş verən qəzalar daha ciddi qəzalar sayılır. Bu zaman radioaktiv 
məhsullar 2-3 km hündürlüyə atılır, radioaktiv maddələrin çıxımının davamiyyət müddəti isə 
reaktorun kipliyinin təmin edilməsinə qədər (günlərlə, həftələrlə) davam edir. 
Aktiv zonanın dağılması baş verməyən AES qəzalarında radioaktiv zəhərlənmə buxar-qaz fazasının 
çıxımı hesabına baş verə bilər. Tullantıların qalxma hündürlüyü 150-200 m, davamiyyət müddəti 
isə 20-30 dəqiqə ola bilər. Çıxan radioaktiv izotoplar, əsasən ksenon, kripton və yod izotopları 
olurlar. 
 
12.AES QƏZALARINDA YERİN RADİOAKTİV ZƏHƏRLƏNMƏSİNİN XARAKTERİSTİKASI
Atom elektrik stansiyalarında qəza nəticəsində yaranan radioaktiv zəhərlənmənin xarakteri və miqyası 
reaktorun növündən, dağılma dərəcəsindən, meteoroloji şəraitdən, yerin relyefindən asılıdır. 
AES qəzası nəticəsində yaranan radioaktiv zəhərlənmə nüvə sursatlarının partlayışında yaranan radioaktiv 
zəhərlənməyə görə aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: 
1. AES qəzasında ətraf mühitə atılan bir çox izotopların yarımparçalanma dövrlərinin böyük olması ilə. 
2. AES qəzasında radioaktiv maddələrin çıxımının davamiyyət müddətinin müxtəlifliliyi, çıxım vaxtı 
küləyin sürətinin və istiqamətinin dəyişməsi nəticəsində zəhərlənmə zonalarının sərhədlərinin konfiqurasiyasının 
mürəkkəb olması ilə. 
3. Uzaq məsafələrdə «Ocaq» zəhərlənməsinin baş verməsi. 
AES qəzası nəticəsində yer səthinin radioaktiv zəhərlənməsini 5 zonaya bölmək qəbul olunub: 
− 
M zonası – zəif (radiasiya təhlükəli) zəhərlənmə zonası; 
− 
A zonası – mülayim zəhərlənmə zonası; 
− 
B zonası – güclü zəhərlənmə zonası; 
− 
V zonası – təhlükəli zəhərlənmə zonası; 
− 
Q zonası – çox təhlükəli zəhərlənmə zonası. 


9

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin