1-ci qrupa boğucu təsirli maddələr (xlor, üç xlorlu fosfor, fosgen, xlorpikrin, kükürd-xlorid) aiddirlər.
2-ci qrupa əsasən, ümumi təsirli zəhərli maddələr (dəm qazı, sianid turşusu, dinitrofenol və s.) daxildirlər.
3-cü qrupa boğucu və ümumi təsirli zəhərli maddələr (akril-nitril, hidrogen sulfid, kükürd anhidridi, azot
oksidləri) aiddirlər.
4-cü qrupa neytrop tipli zəhərli maddələr (karbon-sulfid, fosfor-üzvü birləşmələr) daxildirlər. Neytrop
zəhərlər əsəb sisteminə pozucu təsir göstərirlər.
5-ci qrupa boğucu və neytrop təsirli (ammonyak və s.) zəhərli maddələr daxildirlər.
6-cı qrupa metabolik zəhərlər (etilen oksid, metilbromid, metilxlorid, dimetilsulfat) daxildirlər.
7-ci qrupa maddələr mübadiləsini pozan zəhərli maddələr (dioksin və s.) daxildirlər.
(Bəzi mənbələrdə QKTM-ləri 6 qrupa bölürlər).
Təhlükə dərəcəsinə görəKTM-ləri 4 sinfə bölürlər:
1. Fövqəl təhlükəli (LCτ
50
0,5 q/m
3
).
2. Yüksək təhlükəli (0,5 q/m
3
≤ LCτ
50
5 q/m
3
).
3. Mülayim təhlükəli (5 q/m
3
≤ LCτ
50
50 q/m
3
).
4. Az təhlükəli (LCτ
50
≥ 50 q/m
3
).
Havada yol verilə bilən miqdarına görə KTM-lərin siniflərə bölünməsi aşağıdakı kimi xarakterizə olunur:
- 1-ci sinfə aid olan (fövqəl təhlükəli) KTM-lər (hidrogen-flüorid, fosfor-xloroksid, civə və s.) üçün –
havada yol verilə bilən miqdarı 0,1 mq/m
3
-dən az olur;
- 2-ci sinfə aid olan (yüksək təhlükəli) KTM-lər (sianid turşusu, dimetilamin, flüor, xlor və s.) üçün – havada
yol verilə bilən miqdarı 0,1-1,0 mq/m
3
həddində olur;
- 3-cü sinfə aid olan (orta təhlükəli) KTM-lər (xlorid turşusu, hidrogen-sulfid, trimetilamin və s.) üçün –
havada yol verilə bilən miqdarı 1-10 mq/m
3
həddində olur;
- 4-cü sinfə aid olan (az təhlükəli) KTM-lər (ammonyak, metilakrilat, aseton və s.) üçün – havada yol verilə
bilən miqdarı 10 mq/m
3
-dən çox ola bilər.
Ən çox yayılmış QKTM-lərə ammonyak (NH
3
), xlor (Cl
2
), karbon monooksid (CO), azot oksidləri (N
2
O,
NO
2
, NO, N
2
O
4
) və digər birləşmələr aiddirlər.