Ammonyak (NH
3
)
Ammonyak kəskin boğucu qoxusu olan rəngsiz, havadan 2 dəfə yüngül, yanar qazdır. Suda yaxşı həll olur. -
36
0
S-də mayeyə çevrilir. Maye halında daşınır. Ammonyak buxarları hava ilə partlayıcı qarışıq əmələ gətirir.
Sinir sisteminə təsir edir, kiçik qatılıqda gözləri, yuxarı nəfəs yollarını qıcıqlandırır. Orta qatılıqda bunlardan
əlavə, ürək bulanması, üzün qızarması, tərləmə, sinədə ağrılar müşahidə olunur. Yüksək qatılıqda yuxarı nəfəs
yollarının, boğazın güclü qıcıqlanması, öskürmə, nəfəs çatışmamazlığı, narahatçılıq, baş gicəllənməsi, mədədə
ağrılar və qusma baş verir. Çox yüksək qatılıq ölümə səbəb olur.
Xlor (Cl
2
)
Xlor yaşıl-sarı rəngli boğucu, kəskin iyli qazdır. -34
0
S tempraturda mayeyə çevrilir. Maye şəklində daşınır.
Suda yaxşı həll olur. Buxarları havada su buxarları ilə birləşdikdə ağ-yaşıl rəngli duman yaranır. Xlor havadan
təxmini 2,5 dəfə ağır olduğuna görə, binaların aşağı mərtəbələrinə, zirzəmilərə dolur. Nəfəs yollarını, gözləri və
dərini qıcıqlandırır, təngənəfəslik, sinədə kəskin ağrı, gözlərin acışması, quru öskürək, qusma müşahidə olunur.
Ağ ciyərin şişməsinə səbəb ola bilər. Ayaq üstə keçirilən zəhərlənmə bəzən, bir neçə gündən sonra ölümlə
nəticələnir. Güclü qatılıqda ani ölüm baş verə bilər: zəhərlənən boğulmağa başlayır, sifəti göyərir, huşun itirir və
nəfəsalma dayanır. Otaqda xlor iyi hiss etdikdə əleyhqazdan və ya 2%-li çay sodasında (çay sodası olmasa suda)
isladılmış sarğıdan istifadə edin. Qapını, pəncərəni və nəfəsliyi bağlayın, mənzilinizin hermetikliyini təmin edin.
Mütamadi olaraq havaya su səpin.
Karbon-monooksid (CO)
Karbon-monooksid (karbon (II) oksid, dəm qazı) – rəngsiz, iysiz, havadan bir az yüngül, yanmayan qazdır.
Karbon-monooksid güclü zəhərdir. O, qandakı hemoqlobinlə (hemoqlobin toxumaları oksigenlə təmin edir),
oksigenə nisbətən daha möhkəm birləşərək karboksihemoqlobin əmələ gətirir, başqa sözlə desək, qanda
oksihemoqlobindən oksigeni sıxışdırıb çıxarır. Qanda oksigenin miqdarı 8 %-ə qədər azala bilər
(anoksemiya baş verə bilər). Qan oksigeni orqanizmin toxumalarına daşıya bilmir və nəticədə toxumaların oksigen
11
aclığı (hipoksiya) yaranır. Ciyərdə, ürəkdə və beyində tirozinazın və suksinatdehidroqenazın aktivliyini azaldır.
Karbon-monooksid karbohidrogen mübadiləsinə təsir edir, qanda şəkərin miqdarını çoxaldır. Fosfor, azot
mübadiləsini pozur.
Güclü baş ağrısına, baş gicəllənməsinə, qulaqlarda səs gurultusuna, üzün qızarmasına, acışmasına, ürək
bulanmasına, qusmaya səbəb olur və bir müddətdən sonra insanı yatırdır. Ölüm nəfəsalmann dayanması
nəticəsində baş verir.
Dostları ilə paylaş: |