Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Radioaktiv buludun izini 4 zonaya bölmək qəbul olunub



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   17   18   19   20   21   22   23   24   ...   80
mulki mudafie 1-60 esas

Radioaktiv buludun izini 4 zonaya bölmək qəbul olunub: 
− A zonası – mülayim zəhərlənmə zonası; 
− B zonası – güclü zəhərlənmə zonası; 
− V zonası – təhlükəli zəhərlənmə zonası; 
− Q zonası – çox təhlükəli zəhərlənmə zonası. 
Nüvə partlayışı nəticəsində yaranmış radiasiya şəraiti xəritədə aşağıdakı kimi göstərilir: 
09
.
21
.
00
.
13
20
u



 
Yerin prqnozlaşdırılmış radioaktiv zəhərlənmə zonaları: 
A – mülayim zəhərlənmə zonası; B – güclü; V – təhlükəli; Q – çox təhlükəli 
09
.
21
.
00
.
13
20
u



 
Yerin faktiki radioaktiv zəhərlənmə zonaları: 
Q – çox təhlükəli; V – təhlükəli; B – güclü; A – mülayim zəhərlənmə zonası 
 
Yerin radioaktiv zəhərlənməsinin xarakterik xüsusiyyətlərindən biri radioaktiv maddələrin parçalanması 
nəticəsində radiasiya səviyyəsinin vaxt keçdikcə azalmasıdır:
2
,
1
0
0







=
t
t
P
P
t
və ya
0
P
K
P
t
t

=

 
harada P
t 
– nüvə partlayışından t saat sonra olan radiasiya səviyyəsidir;
2
,
1
0







=
t
t
K
t
– radiasiya səviyyəsinin partlayışdan sonrakı müxtəlif vaxtlara hesablanması üçün əmsaldır. 
Elektromaqnit impulsu
Nüvə partlayışında ayrılan ümumi enerjinin 0,3%-i nüvə reaksiyası zonasından çox qısa bir müddətdə (10 
nanosaniyədə) xeyli miqdarda qamma-şüaların çıxmasına sərf olunur. Yerüstü və aşağı hava nüvə partlayışında nüvə 
reaksiyası zonasından çıxan qamma-kvantların enerjisinin kiçik bir hissəsi havanın atomlarının ionlaşmasına, əsas 
hissəsi isə ionlaşma nəticəsində əmələ gələn elektronların və ionların istiqamətlənmiş hərəkətinə sərf olunur. 
İonlara nisbətən, elektronlara daha çox enerji sərf olunduğundan, həmçinin ionlar və elektronlar arasında 
böyük kütlə fərqi olduğundan, elektronların hərəkət sürəti ionların hərəkət sürətindən çox-çox böyük olur. Hesab 
olunur ki, ionlar təqribən öz yerlərində qalırlar, elektronlar isə partlayış mərkəzindən işıq sürətinə yaxın sürətlə 


16
uzaqlaşırlar. Elektrik yüklərinin belə paylanması havada dalğalarının uzunluğu 1 m-dən 1000 m-ə qədər olan 
elektromaqnit sahələrinin yaranmasına səbəb olur. Bu sahələr qısamüddətli olduqlarından elektromaqnit impulsu 
(EMİ) adlandırılırlar. 
Qamma-şüaların atmosferlə qarşılıqlı təsirdə olduğu ərazi EMİ mənbəyi rayonu adlanır. 
EMİ sahələrinin zədələyici xassəsi əsasən, sahənin gərginliyi ilə xarakterizə olunur. 
EMİ əsasən, elektrotexniki və radioelektron cihazlara zədələyici təsir göstərir, onların işinin pozulmasına, 
sıradan çıxmasına səbəb olur. Rabitə, siqnal və idarəetmə sistemləri üçün EMİ spesifik zədələyici amil hesab olunur. 
EMİ-nin təsirindən cihazların elementlərində (tranzistorlarda, diodlarda, inteqral sxemlərdə, rezistorlarda, 
kondensatorlarda və s.) onların zədələnməsinə, sıradan çıxmasına səbəb olan gərginliklər, cərəyanlar yaranır. EMİ 
müxtəlif kommunikasiya xətləri (elektrik, rabitə və s.) vasitəsilə 10-100 km-lərlə məsafələrə yayıla bildiyindən nüvə 
partlayışının digər zədələyici amillərinə nisbətən daha uzaq məsafələrdə zədələyici təsirə malikdir. O, zərbə 
dalğasının təsirinə dayanıqlı olan mühafizə qurğularında yerləşdirilmiş elektrotexniki və radioelektron cihazlar üçün 
də böyük təhlükə kəsb edir, belə ki, EMİ-nin təsirindən həmin cihazların qidalandığı elektrik xətlərinə onların 
sıradan çıxmasına səbəb ola bilən gərginlik verilə bilər.
EMİ-nin təsirindən cihazların elementlərində (tranzistorlarda, diodlarda, inteqral sxemlərdə, rezistorlarda, 
kondensatorlarda və s.) onların zədələnməsinə, sıradan çıxmasına səbəb olan gərginliklər, cərəyanlar yaranır. Məhz, 
bu gərginliklərin (cərəyanların) təsirindən elektrotexniki və radioelektron cihazlarda artıq yüklənmə və nəticədə 
onların sıradan çıxması baş verir. 
EMİ sistemlərə (cihazlara) üç yolla təsir edir: 
1. Cihazların qoşulduqları antenna və kabellər vasitəsilə. 
2. Bilavasitə cihazlara təsir etməklə. 
3. Eyni zamanda həm antenna və kabellər vasitəsilə, həm də bilavasitə cihazlara təsir etməklə. 
EMİ insanlara bilavasitə zədələyici təsir göstərmir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin