Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə20/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   16   17   18   19   20   21   22   23   ...   80
mulki mudafie 1-60 esas

Nüfuzedici radiasiya 
Nüvə partlayışında nüfuzedici radiasiya partlayış zonasından və buludundan çıxan qamma-şüaları və 
neytronlar selidir. Fiziki xassələri müxtəlif olan bu 2 şüalanmanın ümumi cəhəti onların havada partlayış 
mərkəzindən bir neçə km-ə qədər yayılması, canlı toxumalarda atom və molekulların ionlaşmasına səbəb 
olmalarıdır.
Qamma-şüalar nüvə partlayışı zonasından nüvə reaksiyası başlanan andan bir neçə saniyə ərzində çıxırlar. 
Qamma-kvantların havanın atomlarını ionlaşdırması və öz enerjilərinin bir hissəsini itirərək yeni istiqamətdə 
hərəkət etmələri onların enerjiləri tükənənə qədər davam edir.  
Neytronlar atomların elektron örtüyü ilə qarşılıqlı əlaqəyə girmirlər. Onlar atomun nüvəsi ilə toqquşduqda ya 
səpələnir, ya da nüvə reaksiyasını törədib, nüvədən yüklü hissəciklərin və qamma-kvantların çıxmasına səbəb 
olurlar. Nüfuzedici radiasiyann təsirindən insanlar şüa xəstəliyinə düçar olurlar

Nüfuzedici radiasiya elektrotexniki və radioelektron avadanlıqlara (cihazla-ra) təsir göstərir, onların sıradan 
çıxmasına səbəb olur. Nüfuzedici radiasiyanın elektrotexniki və radioelektron avadanlıqlara (cihazlara) təsiri im-
puls xarakterli olub,təsir müddəti qamma-şüaları üçün mikrosaniyələr,neytronlar üçün isə millisaniyələr təşkil edir 
Orta və daha çox güclü hava və yerüstü nüvə partlayışlarında nüfuzedici radiasiyanın təsir radiusu zərbə 
dalğasının, işıq şüalanmasının təsir radiusundan kiçik olduğundan, belə nüvə partlayışlarında nüfuzedici 
radiasiyanın elektrotexniki və radioelektron avadanlıqlara (cihazlara) təsirinin qiymətləndirilməsi heç bir əhəmiyyət 
kəsb etmir.
Nüfuzedici radiasiya çox kiçik güclü nüvə sursatlarının, həmçinin neytron sursatlarının partlayışında 
insanlara, elektrotexniki və radioelektronika cihazlarına, fotomateriallara təsir edən əsas zədələyici amillərdən 
biridir.
18.Yerin radioaktiv zəhərlənməsi 
Nüvə partlayışında yerin radioaktiv zəhərlənməsi aşağıdakı mənbələr hesabına yaranır:
• nüvə yanacağının bölünmə məhsulları (β- və γ-şüalanma mənbələri); 
• partlayış zamanı nüvə yanacağının bölünməyən hissəsi (α-şüalanma məbəsi). Partlayış xarakterli bölünmə 
reaksiyasında yanacağın təqribən, 20 %-i iştirak edir, qalan hissəsi isə yayılaraq ətraf ərazini çirkləndirir; 


15
• torpaqda və digər materiallarda neytronların təsirindən yaranan radioaktiv izotoplar (keçirilmiş aktivlik). 
Neytronların təsirindən torpağın tərkibində parçalandıqda β- və γ-şüaları buraxan alüminium-28, manqan-56, 
natrium24, dəmir-59 və s. radioaktiv izotoplar yaranır. 
Nüvə partlayısında yaranan radioaktiv bulud torpaqla birlikdə yuxarı qalxıb külək istiqamətində yerə 
tökülərək yer səthinin (obyektlərin) radioaktiv zəhərlənməsinə səbəb olur. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin