16.Nüvə partlayışı radioaktiv izotopların nüvələrinin çevrilməsində ayrılan enerji nəticəsində baş verən
partlayışdır.
Nüvə partlayışları yerüstü, yeraltı, suüstü, sualtı, hava və yüksəklik nüvə partlayışlarına bölünürlər.
1. Yerüstü nüvə partlayışı yer səthində baş verən, işıqlanma sahəsi yerə toxunan partlayışdır.
2. Yeraltü nüvə partlayışı ətraf mühiti torpaq olan partlayışdır.
3. Suüstü nüvə partlayışı su səthində baş verən və işıqlanma sahəsi su səthinə toxunan patlayışdır.
4. Sualtı nüvə partlayışı ətraf mühiti su olan partlayışdır.
5. Hava nüvə partlayışı havada, yer səthindən 10 km-ə qədər yüksəlikdə baş verən və işıqlanma sahəsi yer
səthinə toxunmayan partlayışdır.
6. Yüksəklik nüvə partlayışı yer səthindən 10 km-dən yuxarıda baş verən, ətraf mühiti seyrəlmiş hava olan
partlayışdır. Bu partlayışı stratosfer (10 ≤ H ≤ 80 km) və kosmik (H > 80 km) nüvə patlayışlarına bölünür.
Yerüstü və havanüvə partlayışlarının əsas zədələyici amilləri: hava zərbə dalğası - hava zərbə dalğası səs
sürətindən yüksək sürətlə yayılan sıxılmış hava kütləsidir, işıq şüalanması-işıq şüaları gözlə görünən ultrabənövşəyi
və infraqırmızı şüalar olub, nüvə partlayışında bir neçə saniyə ərzində təsir göstərirlər, nüfuzedici radiasiya-nüvə
partlayışında nüfuzedici radiasiya partlayış zonasından və buludundan çıxan qamma-şüaları və neytronlar selidir, yerin radioaktiv zəhərlənməsi, elektromaqnit impulsudur. HAVA ZƏRBƏ DALĞASI Hava zərbə dalğası səs sürətindən yüksək sürətlə yayılan sıxılmış hava kütləsidir. Sıxılmış həcmin ön səthi
zərbə dalğasının ön cəbhəsi adlanır.
Zərbə dalğasının əsas parametrləri izafi təzyiq (
f P
), sürət təzyiqi (
s P
),dalğanın təsir vaxtı (
) və zərbə
dalğasının ön cəbhəsinin sürətidir (V f ). Zərbə dalğasının ön cəbhəsində müşahidə olunan təzyiqin maksimal qiyməti ilə atmosfer təzyiqi arasındakı
fərq izafi təzyiq adlanır.
Hava zərbə dalğasının Sİ sistemində ölçü vahidi paskal (Pa), sistemdənxaric ölçü vahidi isə kqq/sm
2
-dir:
1 kqq/sm
2
≈ 100 kPa.
İzafi təzyiqin qiyməti aşağıdakı formullar vasitəsilə hesablanır:
− yerüstü nüvə partlayışında:
3
2
3
2
3
685
2
410
2
105
R
q
R
q
R
q
P
f
+
+
=
)
/
(
/
, kPa;
− hava nüvə partlayışında:
13
3
2
3
2
3
350
2
270
2
84
R
q
R
q
R
q
P
f
+
+
=
)
/
(
/
, kPa,
harada
q - partlayışın gücü, kq; R - partlayışın mərkəzindən (epimərkəzindən) obyektə qədər olan məsafədir, m.
Müəyyən bir qücə malik nüvə partlayışının zərbə dalğasının parametrlərini digər bir nüvə partlayışına görə
oxşarlıq qanunundan istifadə etməklə təyin etmək olar.