12
1. Bölünmə reaksiyasına əsaslanan nüvə silahları (atom silahları).
Nüvə bölünmə reaksiyasına əsaslanan nüvə silahlarında nüvə yanacağı kimi uran-235, uran-233 və
plutonium-239 izotoplarından istifadə edilir.
2. Bölünmə-sintez reaksiyasına əsaslanan nüvə silahları (termonüvə silahları).
Sintez reaksiyalarında hidrogen izotoplarından (deyterium və tritium) və digər yüngül elementlərdən
istifadə olunur.
3. Bölünmə-sintez-bölünmə reaksiyasına əsaslanan nüvə silahları (kombinə olunmuş nüvə silahları).
Bölünmə-sintez-bölünmə reaksiyasına əsaslanan nüvə silahlarında termonüvə yanacağının gövdəsi U-238
izotopundan (təbii urandan) hazırlanır və bu zaman bölünmə və sintez reaksiyalarında yaranan sürətli neytronların
təsirindən U-238 izotopunun bölünməsi baş verir.Uran-238-in parçalanmasında ayrılan enerjinin hesabına partlayı-
şın gücü 2-5 dəfə, parçalanma məhsullarının hesabına isə yerin radioaktiv zəhərlənmə dərəcəsi isə 5-10 dəfə artır.
4. Əsasını sintez reaksiyası təşkil edən nüvə silahları (neytron silahları).
Nüvə sursatlarının gücü
ayrılan enerjinin miqdarı ilə təyin edilir və trotil ekvivalenti ilə ifadə olunur.
Trotil ekvivalenti - trotilin elə miqdarıdır ki, onun partlayışının enerjisi göstərilən nüvə partlayışının
enerjisinə bərabərdir.
Nüvə sursatları güclərinə görə 5 qrupa bölünürlər:
1. Ən kiçik güclü – gücü 1kt-dan az olan sursatlar.
2. Kiçik güclü – gücü 1-10 kt olan sursatlar.
3. Orta güclü – gücü 10-100 kt olan sursatlar.
4. Böyük güclü – gücü 100 kt-dan 1Mt-a qədər olan sursatlar.
5. Çox böyük güclü – gücü 1Mt-dan çox olan sursatlar.
Dostları ilə paylaş: