Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Kimya təhlükəli obyektlərdə qəzalar



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə11/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   7   8   9   10   11   12   13   14   ...   80
mulki mudafie 1-60 esas

 
13.Kimya təhlükəli obyektlərdə qəzalar 
Zədələnməsi, yaxud dağılması nəticəsində qəza-kimyəvi təhlükəli maddələrin (QKTM-lərin) ətraf mühitə 
çıxımı baş verə biləcək obyektlər kimya təhlükəli obyektlər adlanırlar. 
Təhlükəli miqdarda kimyəvi təhlükəli maddələr (KTM-lər) saxlanılan, istifadə edilən, istehsal və emal edilən 
obyektlər, KTM-ləri daşıyan nəqliyyat vasitələri kimyəvi təhlükəli obyektlərə aiddirlər.
Kimyəvi qəza – istehsalatda texnoloji prosesin pozulması, boru kəmərlərinin, tutumların, anbarların, nəqliyyat 
vasitələrinin zədələnməsi, dağılması nəticəsində kimyəvi təhlükəli maddələrin insan həyatı və sağlamlığı, biosfera 
üçün təhlükə kəsb edən miqdarda atmosferə yayılmasıdır. 
Hal-hazırda ən çox yayılmış QKTM-lərin sayı 21 hesab olunur. 
Müəyyən bir miqdarında insanlara, bitkilərə və heyvanlara müxtəlif dərəcəli zərərlər yetirə bilən maddələr
qəza-kimyəvi təhlükəli maddələr (QKTM-lər) adlanırlar. 
QKTM-lər orqanizmə tənəffüs üzvləri, qida məhsulları, su vasitəsilə, dəridən keçməklə daxil ola bilərlər.
QKTM-in orqanizmdə müəyyən toksiki effekt yaradan miqdarı toksiki doza (toksodoza) adlanır. 
QKTM-in toksiki təsirini xarakterizə etmək üçün öldürücü (L), dözülməz (I), hədd (P) toksodozalarından 
istifadə olunur.
Yayılma miqyasına görə kimyəvi təhlükəli
obyektlərdəki qəzalar aşağıdakı növlərə bölünürlər: 
1. Lokal qəzalar – KTM çıxımı ilə müşahidə olunmayan, yaxud KTM çıxımı əhəmiyyətsiz miqdarda olan 
qəzalar. Qəza nəticələri iş yerindən, bir qapalı yerdən kənara çıxmır. 
2. Obyekt növlü qəzalar – texnoloji qurğulardan və ya boru kəmərlərindən KTM-in çıxımı baş verib və hədd 
zonasının dərinliyi müəssisənin sanitar-mühafizə zonasının radiusundan kiçikdir. 
3. Yerli növlü qəzalar – zəhərli hava buludu yaşayış məntəqələrinə çatır, yaşayış məntəqəsini, şəhəri, rayonu 
əhatə edir. 


10
4. Regional qəzalar – KTM-in əhəmiyyətli miqdarda ətraf mühitə çıxımı baş verir, zəhərli hava buludu 
yaşayış rayonlarının dərinliklərinə, bir neçə rayona yayılır. 
5. Qlobal qəzalar – kimyəvi təhlükəli böyük obyektlərdə bütün KTM ambarlarının tamamilə dağılması. Belə 
hadisələr, əsasən təbii fəlakətlər, diversiya, nüvə və digər silahların tətbiqi nəticəsində baş verir. 
Qəza nəticəsində ətraf mühitə yayılmaqla kütləvi zəhərlənməyə səbəb olan QKTM-ləri 7 qrupa bölmək qəbul 
olunub: 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin