Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə8/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   4   5   6   7   8   9   10   11   ...   80
mulki mudafie 1-60 esas

A kateqoriyasıradiasiya obyektlərinin, o cümlədən, atom elektrik stansiyalarının personalı 
(ionlaşdırıcı şüalanma mənbələri ilə bilavasitə daimi və ya müvəqqəti işləyən şəxslər), radiasiya 
qəzalarında QXDTİ keçirən MM dəstələrinin şəxsi heyəti. 
B kateqoriyası – radiasiya obyektlərinin yaxınlığında yaşayan (ionlaşdırıcı şüalanma mənbələrinin 
təsiri dairəsində yerləşən) əhali. 
V kateqoriyası – A və B kateqoriyasına aid olmayan əhalinin hamısı.
Hər bir kateqoriya üçün buraxıla bilən hədd dozası qəbul edilib. 
AES qəzası baş verdikdə buraxıla bilən (icazə verilən) orta effektiv şüalanma dozasının aşağıdakı 
qiymətləri tövsiyə olunur: 
• əhali üçün – 10 ber. personal üçün – 25 ber. 
Hər bir kateqoriya üçün buraxıla bilən hədd dozası qəbul edilib..Azərbaycan Respublikasında təbii 
radioaktiv fon əsasən, 7-16 mkR/saat təşkil edir.Zonalar üzrə respublikamızda təbii radiasiya fonu 
aşağıdakı kimidir: 
− Bakı-Abşeron zonasında 7-14 mkR/saat; 
− Naxçıvan MR-də 12-15 mkR/saat; 
− Daşkəsən-Gədəbəy zonasında 7-12 mkR/saat; 
− Gəncə-Qazax zonasında 7-13 mkR/saat; 
Zaqatala-Şəki, Şamaxı-Quba zonalarında 9-26 mkR/saat; 
− Mərkəzi Aran rayonlarında 6-13 mkR/saat; 
Radiasiya fonunun 10-16 mkR/saat qiyməti normal hesab olunur. 
Çernobıl AES-nin qəza nəticələri əsasında doza gücünün (radiasiya səviyyəsinin) qiymətinə görə 
təhlükə dərəcəsi aşağıdakı kimi xarakterizə edilir: 
15–19 mR/saat – təhlükəsizdir; 20–60 mR/saat – nisbi təhlükəsizdir; 
61–120 mR/saat – yüksək diqqət tələb edir; 121 mR/saat və çox – təhlükəlidir. 
1957-ci ildən indiyə qədər Qərbi Avropa ölkələrinin və ABŞ-ın atom enegetikası obyektlərində 200-
ə yaxın qəza baş verib.Radioaktiv maddələrin ətraf mühitə çıxması ilə nəticələnən ən böyük AES 
qəzaları aşağıdakılardır: 
• Tri-mayl-Aylend (ABŞ, Harrisberq, 28 mart 1979-cu il); 
• Çernobıl AES-i (Çernobıl, SSRİ, 26 aprel 1986-cı il). 
• Fukisima-1 AES-i (Yaponiya, 11 mart 2011-ci il). 
Çernobıl AES qəzası indiyə qədər baş verən AES qəzalarından ən faciəlisi olub.
11) Atom elektrik stansiyalarında qəzalar. 


8
AES-də radiasiya qəzaları əsasən, , texniki xidmətdə buraxılan səhvlər, operator 
səhvləri,tikintisində buraxılan səhvlər, qurğuların, və digər səbəblər nəticəsində baş verir. 
İonlaşdırıcı şüalanma və ətraf mühitin radioaktiv çirkənməsinin əsas və ən çox təhlükəli mənbəsi 
AES qəzalardır.
AES-də radiasiya qəzaları əsasən, texniki xidmətdə buraxılan səhvlər, operator səhvləri, obyektin, 
yaxud texniki sistemin layihələnlirməsində, tikintisində buraxılan səhvlər, qurğuların, 
avadanlıqların köhnəlməsi və digər səbəblər nəticəsində baş verir. AES-də baş verən radiasiya 
qəzası dedikdə, radioaktiv maddələrin normadan artıq miqdarda layihədə nəzərdə tutulan 
sərhədlərdən xaricə çıxımı ilə nəticələnən qəza başa düşülür. 
Bu şkalada AES qəzaları balla ölçülən təhlükəsizlik dərəcəsinə görə aşağıdakı qruplara bölünürlər: 
1 bal – anomaliya (qeyri-adilik, əhəmiyyətsiz hadisələr);
2 bal – orta ağırlıqlı hadisələr; 
3 bal – ciddi hadisələr; 
4 bal – nəticələri AES sərhədlərindən kənara çıxmayan hadisələr;
5 bal – ətraf mühitin zəhərlənməsi riski olan qəzalar; 
6 bal – ağır qəzalar; 
7 bal – qlobal (böyük) qəzalar. 
AES qəzalarını aktiv zonanın dağılması baş verən qəzalara və aktiv zonanın dağılması baş verməyən 
qəzalara da bölürlər.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin