4
1 Ki 1 saniyə ərzində 1 q radiumun (Ra-226) parçalanan atomlarının sayıdır.
1 Ki = 3,710
10
Bk;
1 Bk = 2,710
-11
Ki.
Radioaktiv parçalanma sürətini təyin etmək üçün yarımparçalanma dövrü anlayışından istifadə
edirlər. Radioaktiv parçalanma nəticəsində maddənin atomlarının sayının və ya aktivliyinin 2 dəfə
azaldığı vaxt həmin maddənin
yarımparçalanma dövrü adlanır.
Radioaktiv maddələrin parçalanmasında ionlaşdırıcı şüalar ayrılır.İonlaşdırıcı şüalanmanın
insan
orqanizminə miqdarca təsirini qiymətləndirmək üçün bir sıra fiziki
kəmiyyətlərdən istifadə
edilir.İonlaşdırıcı şüalanmanın maddələrə təsir dərəcəsini xarakterizə etmək üçün şüalanma dozası
anlayışından istifadə olunur.
6) Udulan və ekspozisiya şüalanma dozası.
Udulan şüalanma dozası udulmuş şüalanma enerjisinin (E) şüalanmaya məruz qalmış
maddənin
kütləsinə (m) olan nisbətidir:
D = E/m.
Beynəlxalq sistemdə udulan şüalanma dozasının ölçü vahidi C/kq qəbul edilib və qrey (Qr)
adlandırılıb.
1 qrey elə udulmuş şüalanma dozasıdır ki, bu dozada ionlaşdırıcı şüalanmanın 1 kq maddəyə verdiyi
enerjinin miqdarı 1 couldur.
1 Qr = 1 C/kq.
Udulan şüalanma dozasını ölçmək üçün praktikada çox vaxt sistemdənxaric ölçü vahidi – rad tətbiq
olunur (rad sözü udulan radiasiya dozası deməkdir).
1 rad elə udulmuş şüalanma dozası vahididir ki, 1 q maddədə udulmuş enerjinin miqdarı ionlaşdırıcı
radiasiyanın növündən və enerjisindən asılı olmayaraq 100 erq-ə bərabərdir.
1 rad = 100 erq/q.
1Qr = 100 rad
Dostları ilə paylaş: