Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə3/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   2   3   4   5   6   7   8   9   ...   80
mulki mudafie 1-60 esas

Təsir müddətinə görə (qısa müddətli, uzun müddətli); 
Gözlənilməzlik dərəcəsinə görə: gözlənilməyən FH-lar (təbii fəlakətlər və s.); gözlənilən FH-lar 
(sosial, siyasi, iqtisadi vəziyyət və s.). 
 
Yayılma (inkişaf) sürətinə görə: 
− partlayış sürətli (zəlzələlər, partlayışlar); 
− iti sürətli (yanğın); 
− tez yayılan (vulkan püskürməsi, daşqınlar və s.); 
− mülayim sürətli (quraqlıq, epidemiya, ekoloji təhlükəli hadisələr, və s.). 
Nəticələrin ağırlığına görə: Bu material itkilərin miqdarı, zərərçəkmiş və həlak olmuş insanların 
sayı, ve.s əsas götürülür. 
Həlak olanların sayına görə: 
− kiçik ağırlıqlı – 10 nəfərə qədər; 
− orta ağırlıqlı – 100 nəfərə qədər; 
− çox ağır 10 000 nəfərə qədər; 
− fəlakətli – 10 000 nəfərdən çox. 
Təhlükə qarşısında olan (köçürülməyə ehtiyacı olan) insanların sayına görə: 
− kiçik təhlükəli – 100 nəfərə qədər; 
− orta təhlükəli – 1000 nəfərə qədər; 


3
− təhlükəli – 10 000 nəfərə qədər;
çox təhlükəli – 10 000 nəfərdən çox

Texnogen xarakterli fövqəladə hallar istehsalatda texnoloji prosesin pozulması, təhlükəsizlik 
qaydalarına əməl edilməməsi, layihələndirmədə buraxılan səhvlər, tikintidə, quraşdırmada, və s. 
işlərdə layihə normalarına əməl edilməməsi, səhvlərin buraxılması, təbii fəlakətlər, hərbi 
münaqişələr, terror və s. səbəblər nəticəsində baş verir.Texnogen xarakterli FH yaranma obyektinə, 
nəticələrinin miqyasına, ətraf mühitin çirklənməsinə və s. əlamtlərinə və xassələrinə görə təsnif 
olunurlar.Yaranma obyektinə görə texnogen xarakterli fövqəladə hallar aşağıdakı kimi təsnif 
olunurlar:
1. Radioaktiv maddələrin çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş verən FH-lar.
2. Nəqliyyat qəzaları nəticəsində baş verən FH-lar. 
3. Kommunal sistemlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
4. Bioloji təhlükəli maddələrin (BTM-lərin) çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş 
verən FH-lar. ve.s 
Praktiki baxımdan yaranma xarakterinə görə texnogen xarakterli fövqəladə halları çox vaxt 6 
əsas qrupa bölürlər
:
1. 
Radiasiya təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar.
2. 
Kimyəvi təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar. 
3. 
Yanğın-partlayış təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar. 
4. 
Hidrodinamiki təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar.
5. 
Nəqliyyat qəzaları nəticəsində yaranan FH-lar.
6. 
Kommunal-enerji sistemindəki qəzalar nəticəsində yaranan FH-lar. 
5) Radiasiya təhlükəli obyektlərdə qəzalar. Radiasiya qəzaları və radioaktiv 
maddələrin aktivliyi. 
Qəza və ya dağılmaları nəticəsində ətraf mühitin radioaktiv zəhərlənməsinə, insanların, 
heyvanların, bitkilərin, obyektlərin və ətraf mühitin ionlaşdırıcı şüalanmaya məruz qalmasına səbəb 
ola biləcək obyektlər radiasiya təhlükəli obyektlər (RTO) adlanır. 
Radiasiya təhlükəsinə görə RTO 4 kateqoriyaya bölünürlər: 
− I kateqoriya – qəza nəticəsində insanlara radiasiya təsiri mümkündür və mühafizə 
tədbirlərinin yerinə yetirilməsi tələb oluna bilər;
− II kateqoriya – qəza nəticəsində radiasiya təsiri sanitar-mühafizə zonasının sərhədlərindən 
kənara çıxmır; 
− üçüncü kateqoriya – qəza nəticəsində radiasiya təsiri obyektin ərazisi ilə məhdudlaşır; 
− dördüncü kateqoriya – qəza nəticəsində radiasiya təsiri şüalanma mənbələri ilə iş aparılan 
qapalı yerlərdən (otaqlardan, binalardan) kənara çıxmır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin