Udulan doza gücü – vahid vaxt ərzində udulan dozanın miqdarıdır:
P=D/t .
BS-də udulan doza gücünün ölçü vahidi kimi Qr/san ölçü vahidindən istifadə olunur.
1 Qr/san elə udulan doza gücüdür ki, bu doza gücündə şüalanmaya məruz qalan maddədə 1 saniyədə
1 Qr şüalanma dozası yaranır. Praktikada udulan şüalanmanın doza gücünü qiymətləndirmək üçün
rad/saat (mrad/saat, və s.) sistemdənxaric ölçü vahidindən geniş istifadə olunur.
Ekspozisiya doza gücü vahid vaxt ərzindəki ekspozisiya dozasıdır. BS-də ekspozisiya dozasının
ölçü vahidi kimi Kl/kq
.
san, sistemdənxaric ölçü vahidi kimi isə rentgen/saat (R/saat, mr/saat və s.)
qəbul olunub.
1 R/saat =7,17 10
-8
Kl/kq san.
Ekvivalent doza gücü ekvivalent dozanın müəyyən vaxt ərzindəki artımıdır, BS-də ölçü vahidi
Zv/san, sistemdənxaric ölçü vahidi isə ber/saat-dır.
9) İonlaşdırıcı şüalanmanın bioloji təsiri. Şüalanma xəstəliyinin inkişaf
dövrü.
İnsan orqanizmində atom və molekulların ionlaşması ionlaşdırıcı şüaların birbaşa və dolayı yolla
təsiri nəticəsində baş verir.
İonlaşdırıcı şüalanma insanlara 3 yolla təsir edə bilər: - xarici – radioaktiv buluddan yer səthinə, obyektlərin üzərinə çökmüş radioaktiv maddələrdən;
- daxili – hava, su və qida məhsulları ilə;
- kontakt – radioaktiv maddənin dəriyə, paltara çökməsi nəticəsində.
,
=
R T T H W E
6
İonlaşdırıcı şüalanmanın insanlara kontakt yolla təsiri radioaktiv maddələrin bilavasitə dəri səthinə
və selikli qişaya düşməsi nəticəsində baş verir. Kontakt şüalanmada ən çox əllərin, üzün, boynun
və başın dərisinin radiasiya yanıqları (radiasiya zədələnməsi) baş verir.
Radiasiya yanıqları yüngül, orta və ağır dərəcəli olurlar.