3
− təhlükəli – 10 000 nəfərə qədər;
çox təhlükəli – 10 000 nəfərdən çox
.
Texnogen xarakterli fövqəladə hallar istehsalatda texnoloji prosesin pozulması, təhlükəsizlik
qaydalarına əməl edilməməsi, layihələndirmədə buraxılan səhvlər, tikintidə, quraşdırmada, və s.
işlərdə layihə normalarına əməl edilməməsi, səhvlərin buraxılması, təbii fəlakətlər, hərbi
münaqişələr, terror və s. səbəblər nəticəsində baş verir.Texnogen xarakterli FH yaranma obyektinə,
nəticələrinin miqyasına, ətraf mühitin çirklənməsinə və s. əlamtlərinə və xassələrinə görə təsnif
olunurlar.Yaranma obyektinə görə texnogen xarakterli fövqəladə hallar aşağıdakı kimi təsnif
olunurlar:
1. Radioaktiv maddələrin çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş verən FH-lar.
2. Nəqliyyat qəzaları nəticəsində baş verən FH-lar.
3. Kommunal sistemlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
4. Bioloji təhlükəli maddələrin (BTM-lərin) çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş
verən FH-lar. ve.s
Praktiki baxımdan yaranma xarakterinə görə texnogen xarakterli fövqəladə halları çox vaxt 6
əsas qrupa bölürlər
:
1.
Radiasiya təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar.
2.
Kimyəvi təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar.
3.
Yanğın-partlayış təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar.
4.
Hidrodinamiki təhlükəli obyektlərdəki qəzalar nəticəsində yaranan FH-lar.
5.
Nəqliyyat qəzaları nəticəsində yaranan FH-lar.
6.
Kommunal-enerji sistemindəki qəzalar nəticəsində yaranan FH-lar.
5) Radiasiya təhlükəli obyektlərdə qəzalar. Radiasiya qəzaları və radioaktiv
maddələrin aktivliyi.
Qəza və ya dağılmaları nəticəsində ətraf mühitin radioaktiv zəhərlənməsinə, insanların,
heyvanların, bitkilərin, obyektlərin və ətraf mühitin ionlaşdırıcı şüalanmaya məruz qalmasına səbəb
ola biləcək obyektlər
radiasiya təhlükəli obyektlər (RTO) adlanır.
Radiasiya təhlükəsinə görə RTO
4 kateqoriyaya bölünürlər:
− I kateqoriya – qəza nəticəsində insanlara radiasiya təsiri mümkündür və mühafizə
tədbirlərinin yerinə yetirilməsi tələb oluna bilər;
− II kateqoriya – qəza nəticəsində radiasiya təsiri sanitar-mühafizə zonasının sərhədlərindən
kənara çıxmır;
− üçüncü kateqoriya – qəza nəticəsində radiasiya təsiri obyektin ərazisi ilə məhdudlaşır;
− dördüncü kateqoriya – qəza nəticəsində radiasiya təsiri şüalanma mənbələri ilə iş aparılan
qapalı yerlərdən (otaqlardan, binalardan) kənara çıxmır.
Dostları ilə paylaş: