7
şüalanmadan 30 dəqiqə sonra görsənir, III dərəcəli şüa xəstəliyində olan əlamətlər daha kəskin
formada özünü biruzə verir. Əksər hallarda
gizli dövr olmur,
ilkin reaksiyalardan sonra xəstəliyin
qızğın inkişaf dövrü başlayır. Leykositlərin sayı 100-ə, trombositlərin sayı isə bir neçə minə qədər
azalır. Ürək-damar sisteminin fəaliyyəti pozulur. İlk 10 gün ərzində şüalananların çoxu məhv olur.
Müalicənin vaxtında başlanması və intensiv aparılması xəstələrin bir hissəsinin həyatını xilas
etməyə imkan verir.
Ekstremal şəraitdə şüalanma müddətindən asılı olaraq insanların əmək qabiliyətini aşağı salmayan
–
buraxıla bilən cəmi şualanma dozalarının aşağıdakı qiymətləri təyin edilib:
•
birdəfəlik şüalanma dozası (impulslu və ya birinci 4 gün ərzində) – 50 rad;
•
çoxdəfəlik şüalanma dozası:
- 30 gün ərzində – 100 rad;
- 3 ay ərzində – 200 rad;- 1 il ərzində – 300 rad.
radiasiya normaları 3 kateqoriyaya bölünüb:
Dostları ilə paylaş: