Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Nüvə partlayışının işıq şüalanmasının insanlara təsiri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
mulki mudafie 1-60 esas

Nüvə partlayışının işıq şüalanmasının insanlara təsiri 
İşıq şüalarının təsirindən dəri örtüyünün yanması nəticəsində insanların aldığı yanıqlar 4 dərəcəyə bölünür. 
I dərəcəli yanıq işıq impulsunun I = 80-160 kC/m
2
qiymətində baş verir. Dəridə qızartı, kiçik şişlər yaranır. 
II dərəcəli yanıq işıq impulsunun I = 160-400 kC/m
2
qiymətində baş verir. Dəridə qabarlar (suluqlar) əmələ gəlir. 
III dərəcəli yanıq işıq impulsunun I = 400-600 kC/m
2
qiymətində baş verir. Dərinin və əzələ toxumalarının ölməsi 
baş verir.
IV dərəcəli yanıq işıq impulsunun I  600 kC/m
2
qiymətində baş verir. Dərinin və toxumaların kömürləşməsi, görmə 
qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi baş verir. 
İşıq şüalanmasının insanlara təsirində dayanıqlıq həddi kimi işıq impulsunun I dərəcəli yanıq əmələ gətirən 
qiyməti qəbul olunur (İ = 80-160 kC/m
2
). 
Nüvə partlayışınn işıq şüalanmasının gözlərə təsirində aşağıdakılar müşahidə olunur:
- müvəqqəti korluq – müəyyən müddətdə (gündüz 5 dəq., gecə – 30 dəq.) görmə qabiliyyətinin itirilməsi; 
- göz qapağının yanması; 
- gözün ön hissəsinin (buynuz təbəqəsinin, konyuktivanın, qüzehi qişanın) yanması; 
- göz dibinin yanması. 
İşıq şüalanmasının obyektlərə təsiri 
İşıq şüalanmasının obyektlərə təsiri nəticəsində onlarda baş verən yanğınlar bəzən, zərbə dalğasının təsiri ilə 
müqasiyədə daha çox itkilərə səbəb olur. Obyektdə yanğının əmələ gəlməsi ilk növbədə, partlayışın növündən və 
gücündən, partlayışla obyekt arasındakı məsafədən, obyektin elementlərinin alovlanma qabiliyyətindən asılıdır. 
Bundan başqa, işıq şüalarının təsirindən obyektlərdə yanğının əmələ gəlməsi və yayılması bina və qurğuların 
odadavamlılıq dərəcəsindən, istehsalatın yanğın təhlükəliliyindən, obyektin ərazisində olan tikililərin sıxlığından 
(yaxud bina və qurğuların aralarındakı məsafədən), meteorologi şəraitdən, zərbə dalğasının təsirindən bina və 
qurğuların dağılma dərəcəsindən və s. amillərdən asılıdır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin