Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə27/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   23   24   25   26   27   28   29   30   ...   80
mulki mudafie 1-60 esas

Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik 
texnikalar, sığınacaqlar.
Qıcıqlandırıcı təsirli zəhərləyici maddələr 
Bu qrupa xlorpikrin, xlorasetofenon, adamsit, Si-Es, Si-Ar və digər ZM-lər aiddirlər.
Xlorpikrin (PS)
Texniki xlorpikrin azca sarı-qəhveyi rəngli və kəskin iyli mayedir. Qaynama temperaturu 112 
0
S, donma 
temperaturası (-64) 
0
S-dir. Dayanıqlığı kiçikdir, yayda açıq yerdə bir neçə dəqiqə qalır.
Xlorpikrin güclü lakrimatordur (gözün selikli qişasına təsir edən). Dözülməz qatılığı 0,05 mq/l-dir.
Böyük qatılıqda xlorpikrin boğucu təsirə malikdir və ağ ciyərin şişməsinə səbəb olur. Havada qatılığı 0,8 mq/l 
olduqda 3 dəqiqə ərzində nəfəsalma ölümlə nəticələnir.
Xlorasetofenon (CN) açıq sarı rəngli, meşə gilası iyini verən kristal maddədir. Qaynama temperaturu 247 
0
S, 
ərimə temperaturu 52 
0
S-dir. Uçuculuğu azdır.
Güclü lakrimatordur. 
Si-Es (CS) ağ rəngli, az uçucu, bibər iyi verən kristal maddədir. Ərimə temperaturu 95 
0
S-dir Tüstü halında 
tətbiq olunur. Kiçik qatılıqda gözlərə və yuxarı nəfəs yollarına qıcıqlandırıcı təsir göstərir, böyük qatılıqda isə 
dərinin açıq hissələrini yandırır, bəzi hallarda nəfəs və ürək iflici, ölüm baş verir.
Havada 0,002 mq/l qatılığında ilkin əlamətlər görsənir.
Zəhərlənmə əlamətləri: sinədə, gözlərdə güclü acışma və ağrılar, göz yaşı, ağızda, yuxarı nəfəs yollarında 
ağrılı acışma, öskürmə.
İlk kömək:
- zəhərlənənə əleyhqaz geyindirmək; 
- tüstüyə qarşı olan ampulanı şlem-maskanın altına keçirib əzmək; 
- zəhərli zonadan çıxdıqdan sonra ağzı, burun yollarını yemək sodasının suda 2%-li məhlulu, yaxud təmiz su 
ilə yumaq; 
- ZM-i paltardan və ləvazimatlardan çırpmaqla, yaxud silməklə təmizləmək.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin