Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə25/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   21   22   23   24   25   26   27   28   ...   80
mulki mudafie 1-60 esas

Mühafizə vasitələri: əleyhqazlar, dərinin fərdi məhafizə vasitələri, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz 
olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar. 
21.Ümumzəhərli təsirli zəhərləyici maddələr 
Ümumzəhərli təsirli zəhərləyici maddələrin tipik nümayəndələri sianid turşusu və xlorsiandır.
Sianid turşusu rəngsiz, acı badam iyi verən yağtəhər mayedir. Qaynama temperaturu 26 
0
S, donma temperaturu 
(-13) 
0
S-dir. Yüksək uçuculuq qabiliyyətinə malikdir. Buxarları paltarda udulma qabiliyyətinə malikdir.
Yer səthində dayanıqlığı yayda 15-20 dəq, qışda isə 5 saata qədərdir.
Öldürücü toksodozası 0,7-1 mqdəq/l-dir.
Xlorsian rəngsiz, kəskin, xoşa gəlməyən iyli qazdır. Qaynama temperaturu 13 
0
S, donma temperaturu (-6,5) 
0
S-dir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur.
Xlorsian toksiki xassələrinə görə sianid turşusundan 3 dəfə, zarindən 25 dəfə, zomandan 100 dəfə zəifdir. LCt 
= 2,2-2, 5 mqdəq/l-dir.
Zəhərlənmə əlamətləri: əvvəlcə ağızda metal dadı, boğazın cızılması hissi, zəiflik, başgicəllənmə, 
ürəkbulanması, qusma, danışıq çətinliyi müşahidə olunur, sonra qorxu hissi yaranır, bəbəklər genişlənir, nəbzin 
tezliyi azalır, nəfəsalma ritmi pozulur, titrəmə baş verir, xəstəni iflic vurur. Ölüm nəfəsin dayanmasından baş verir.
İlk kömək: 
- zəhərlənənə əleyhqaz geydirib antidotlu (amilpropilnitrit) ampulanı şlem-maskanın altına qoyub əzmək; 
- süni nəfəs vermək ; 
- zərərçəkmişi tibb məntəqəsinə çatdırmaq. 
Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik 
texnikalar, sığınacaqlar.
Boğucu təsirli zəhərləyici maddələr 
Tipik nümayəndəsi fosgendir.
Fosgen (CG) rəngsiz, çürümüş ot yaxud çürümüş alma qoxusu verən qazdır. Qaynama temperaturu 8 
0
S,
donma temperaturu (-126) 
0
S-dir. Böyük uçuculuq qabiliyyətinə malikdir.
Fosgen orqanizmə tənəffüs üzvləri vasitəsilə təsir edir. Zəhərlənmənin ilk əlamətləri 4-15 saatdan sonra 
(gizli dövr) görsənir. Fosgenin qatılığı 0,022 mq/l olan havada 30 dəq nəfəs almaq insan üçün ölümlə nəticələnir. 
Öldürücü toksodozası 3,3 mqdəq/l-dir.
Fosgenin dayanıqlığı yayda 15-20 dəq, qışda isə 1 saat və çox olur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin