24
Sunaminin əsas zədələyici amilləri zərbə dalğası, yuma və subasmadır.
Sunami əlamətləri : Bəzən sunamidən əvvəl dəniz suyu səviyyəsinin qalxması və ya azalması
müşahidə olunur və bu hal bir neçə dəqiqədən bir neçə saaata qədər davam edə bilər.. Sunamidən
əvvəl heyvanlar özlərini qeyri-adi aparır, sahildən uzaq yerlərə qaçır və hündürlüklərə qalxırlar.
Sel - dağ çaylarında suyun səviyyəsinin tez bir zamanda artması ilə xarakterizə olunan, böyük
dağıdıcı qüvvəyə və yüksək sürətə malik olan, tərkibi su, qum, gil, çınqıl və daha iri daşlardan ibarət
olan, həcm çəkisi 1,08-2,3 t/m
3
olan, qəflətən baş verən qısamüddətli axındır. Sellər öz yollarında
binaları, yolları, hidrotexniki və digər qurğuları dağıdır, elektrik, rabitə, su xətlərini, körpüləri və s.
sıradan çıxarır,
Yaranma səbəblərinə görə sel axınları 7 növə bölünür: yağış, qar, buz, vulkan, seysmoen,
limnogen (təbii dağ göllərinin dağılması nəticəsində yaranır) və antropogen. Sellərin 80-90 %-i
yağış selləridir.
Tərkiblərinə görə sel axınları palçıqlı, palçıqlı-daşlı və daşlı) sellərə bölünürlər. Sellərin
apardığı ayrı-ayrı daşların diametri bəzən 3-4 metrə çatır.
Güclərinə görə sellər güclü, orta və zəif güclü olurlar.
Sel axınının hündürlüyü 10-20 m (bəzən, 40-50 m-ə qədər), sürəti 2,5-4,0 m/san (bəzən10
m/san-dən çox) olur. Sel axınının davamiyyət müddəti (dağıdıcı qüvvəsini saxlama müddəti) yarım
saatdan bir neçə saata (bəzən 6-8 saata) qədər olur. Selin dağlarda yaranma anından düz yerə çıxma
vaxtı 20-30 dəq çəkir.
Dostları ilə paylaş: