Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə33/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   29   30   31   32   33   34   35   36   ...   80
mulki mudafie 1-60 esas

 
 
27.Sunami, sel, subasma. 
Sunami okean və dənizlərdə (həmçinin okean və dəniz sahilləri yaxınlığında) baş 
verən zəlzələlər, vulkan püskürmələri, sürüşmələr, böyük bir quru sahəsinin okean və 
dənizə uçması nəticəsində yaranan uzun və hündür dalğalardır.
Sunami dalğasının hərəkət sürəti 100-1000 km/saat həddində olur.
Dənizdə sunami dalğalarının hündürlüyü 60 sm-dən çox olmur. Sahil yaxınlığında sunami 
dalğasının hündürlüyü 30 m-ə, bəzi hallarda isə daha çox hündürlüyə çata bilər. Açıq okeanda 
sunami dalğalarının uzunluğu 100-160 km və daha çox olur. 
Sunaminin gücü balla təyin olunur: 
• 1 bal – çox zəif, zərərsizdir; 
• 2 bal – zəif, sahili bir azca su basır; 
• 3 bal – orta, sahili su basır, portlarda zəif zədələnmələr baş verir; 
• 4 bal – güclü, sahili su basır, kiçik gəmilər sahilə atılır, insan tələfatı ola bilər; 
• 5 bal – çox güclü, sahili su basır, portun tikinti və qurğuları dağılır, böyük sayda insan 
tələfatı olur. 


24
Sunaminin əsas zədələyici amilləri zərbə dalğası, yuma və subasmadır.
Sunami əlamətləri : Bəzən sunamidən əvvəl dəniz suyu səviyyəsinin qalxması və ya azalması 
müşahidə olunur və bu hal bir neçə dəqiqədən bir neçə saaata qədər davam edə bilər.. Sunamidən 
əvvəl heyvanlar özlərini qeyri-adi aparır, sahildən uzaq yerlərə qaçır və hündürlüklərə qalxırlar. 
 
Sel - dağ çaylarında suyun səviyyəsinin tez bir zamanda artması ilə xarakterizə olunan, böyük 
dağıdıcı qüvvəyə və yüksək sürətə malik olan, tərkibi su, qum, gil, çınqıl və daha iri daşlardan ibarət 
olan, həcm çəkisi 1,08-2,3 t/m
3
olan, qəflətən baş verən qısamüddətli axındır. Sellər öz yollarında 
binaları, yolları, hidrotexniki və digər qurğuları dağıdır, elektrik, rabitə, su xətlərini, körpüləri və s. 
sıradan çıxarır,
Yaranma səbəblərinə görə sel axınları 7 növə bölünür: yağış, qar, buz, vulkan, seysmoen, 
limnogen (təbii dağ göllərinin dağılması nəticəsində yaranır) və antropogen. Sellərin 80-90 %-i 
yağış selləridir. 
Tərkiblərinə görə sel axınları palçıqlı, palçıqlı-daşlı və daşlı) sellərə bölünürlər. Sellərin 
apardığı ayrı-ayrı daşların diametri bəzən 3-4 metrə çatır. 
Güclərinə görə sellər güclü, orta və zəif güclü olurlar. 
Sel axınının hündürlüyü 10-20 m (bəzən, 40-50 m-ə qədər), sürəti 2,5-4,0 m/san (bəzən10 
m/san-dən çox) olur. Sel axınının davamiyyət müddəti (dağıdıcı qüvvəsini saxlama müddəti) yarım 
saatdan bir neçə saata (bəzən 6-8 saata) qədər olur. Selin dağlarda yaranma anından düz yerə çıxma 
vaxtı 20-30 dəq çəkir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin