22
Yandırıcı silah
Yandrıcı silah yandırıcı maddələr və onların tətbiq vasitələridir. Yandırıcı silah düşmənin canlı
qüvvəsini, texnikasını, silahlarını, iqtisadi obyektlərini və digər material vəsaitlərini məhv etmək,
sıradan çıxartmaq üçündür.
Yandirci maddələr və qarışıqlar –
alışıb yana bilən və yandıqda
böyük
miqdarda istilik ayıran maddələr və ya maddələr qarışığıdır.
Yandırıcı maddələr və qarışıqlara aiddirlər:
- neft məhsulları əsasında olan qarışıqlar (napalmlar);
- metallaşdırılmış qarışıqlar (pirogellər);
- termit və termitli tərkiblər;
- elektron;
- adi (ağ) və plastifikləşdirilmiş ağ fosfor;
- qələvi metallar;
- öz-özünə alovlanan yandırıcı qarışıqlar.
Neft məhsulları əsasında olan yandırıcı qarışıqlar qatılaşdırılmış və qatılaşdırılmamış olurlar.
Ən çox yayılmış qatılaşdırılmış yandırıcı qarışıq napalmdır.
Napalm qatı, yapışqan kütlə olub, qatılaşdırıcıdan asılı olaraq narıncı, sarı və ya qəhvəyi rəngli
olur. Napalm sudan yüngüldür, su üzərində yanır. Yandıqda 1000-1200
0
S temperaturlu istilik verir.
Qatılaşdırıcıdan asılı olaraq yanma vaxtı 5-10 dəqiqə olur.
Metallaşdırılmış yandırıcı qarışıqlar toz,
yaxud yonqar şəkilli maqnezium,
alüminium,
oksidləşdiricilər, maye asfalt və ağır yağlar əlavə edilmiş neft məhsullarıdırlar (pirogellər). Pirogel
boz rəngli alışqan pastadır, yandıqda 1600–2000
0
S temperatur yaradır.
Təmiz termit alüminiumun dəmir oksidi ilə qarışığıdır.
Termit qarışıqları (termitli tərkiblər) termitdən, oksidləşdiricilərdən
və birləşdirici
komponentlərdən ibarətdirlər. Termit və termitli tərkiblərdə olan bir metal oksidinin digər metalla
qarşılıqlı təsiri nəticəsində 3000
0
S temperaturlu istilik enerjisi ayrılır.
Elektron – maqniziumun (96%), alüminiumun (3%) və digər elementlərin (1%) qarışığıdır.
600
0
S temperaturda alışır, göz qamaşdırıcı ağ yaxud mavi rəngli alovla yanır və 2800
0
S–yə qədər
istilik yaradır.
Ağ fosfor – bərk, mum şəkilli, zəhərli maddədir. Mədəyə düşdükdə 0,1mq ağ fosfor insan üçün
öldürücü dozadır. Ağ fosfor havada öz-özünə alışır, yandıqda böyük
miqdarda zəhərli ağ tüstü
ayırır, 1000
0
S temperatur yaradır.
Dostları ilə paylaş: