Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə34/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   30   31   32   33   34   35   36   37   ...   80
mulki mudafie 1-60 esas

Azərbaycanda 700 min nəfərdən çox əhalinin məskunlaşdığı 120 yaşayış məntəqəsi sel 
təhlükəli ərazidə yerləşir. Ümumiyyətlə, Azərbaycanın 1300 km
2
ərazisində sel təhlükəsi vardır. 
Naxçıvan MR, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarında mütəmaddi olaraq sellər 
baş verir.
Subasma – qurunun böyük bir hissəsinin müvəqqəti olaraq su altında qalmasıdır. Subasma 
uzun müddətli leysan yağışları, qar və buzların intensiv əriməsi, hidrotexniki qurğuların dağılması, 
dəniz sahillərində baş verən və dəniz sularını qovub sahilə, çayın mənsəbinə gətirən güclü küləklər
çay vadilərində baş verən uçqunlar və sürüşmələr, böyük həcmdə torpaq sularının qəflətən yer 
səthinə çıxması və s. səbəblər nəticəsində əmələ gələ bilər.
Subasma insanların, heyvanların məhvinə, sənaye və yaşayış binalarının, müxtəlif qurğuların 
dağılmasına, zədələnməsinə və digər material itkilərə, təhlükəli yoluxucu xəstəliklərin yaranmasına, 
yayılmasına səbəb ola bilər.
Subasma tədricən, yaxud qəflətən baş verə və 2-3 həftəyə qədər davam edə bilər. 
Yaranma səbəblərinə görə subasmalar təbii və antropogen xarakterli, davamiyyət 
müddətlərinə görə qısamüddətli (bir neçə saatdan bir neçə günə qədər) və uzunmüddətli (1-2 həftə 
və daha çox) olurlar.
Çaylarda baş verən daşqınlar nəticəsində yaranan subasmalar suyun qalxma hündürlüyünə, su 
basmış ərazinin sahəsinə, vurulmuş zərərlərin miqdarına görə xarakterizə olunurlar və 4 
kateqoriyaya bölünürlər: kiçik, orta, böyük və fəlakətli.
28.Sürüşmə və qar axını. 
Sürüşmə – ağırlıqlarının təsiri nəticəsində torpaq, dağ, daş qatlarının yamac boyu aşağıya 
doğru hərəkətidir. 
Sürüşmələr binaların, qurğuların, kommunikasiya xətlərinin, su anbarlarınin və s. obyektlərin 
dağılmasına, yaşayış məntəqələrinin əhalisi ilə birlikdə məhvinə səbəb olurlar. 


25
Sürüşmələr təbiət prosesləri, yaxud insan fəaliyyəti nəticəsində yamacların sürüşmə 
dayanıqlığı pozulduqda baş verirlər.
Sürüşmələr, mailliyi 19 dərəcə olan bütün yamaclarda baş verə bilər. Çatlı, gilli torpaqlarda 
sürüşmələr mailliyi 5-7 dərəcə olan yamaclarda da baş verə bilər. 
Sürüşmələr süxurlarının tərkibinə görə gilli, daşlı-torpaqlı, daşlı (və s.), nəmliyinə 
görə quru, zəif nəmli, nəmli və çox nəmli, sürüşmə prosesinin mexanizminə görə 
tərpənmə, sıxışdırma (sıxıb çıxartma), hidravlik çıxartma və s., yerləşmə dərinliyinə 
görə səthi, dərin və çox dərin, 
sürüşmə prosesinin gücünə görə kiçik, orta, böyük və çox böyük güclü, hərəkət (sürüşmə) 
sürətlərinə görə həddindən artıq sürətli, çox sürətli, sürətli, mülayim (1,5 m/ay), çox ləng (1,5 m/il) 
və həddindən artıq ləng (0,06 m/il). Bunlardan savayı, sürüşmələr digər xassə və əlamətlərə görə də 
təsnif olunurlar. 
Azərbaycan ərazisinin 800 km
2
sahəsi sürüşmə təhlükəsi olan zonadır. Azərbaycanda Bakı 
şəhərinin Bayıl, Əhmədli və digər rayonlarında, Xızı rayonunun Altıağac kəndində, Dəvəçi, 
Şamaxı, İsmayıllı, Ağsu, Yardımlı, Lerik, Cəlilabad, Quba, Qusar, Şahbuz rayonlarında daim 
sürüşmə təhlükəsi vardır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin