Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   38   39   40   41   42   43   44   45   ...   80
mulki mudafie 1-60 esas

10. Kompleks yanaşma prinsipi. Bu prinsip FH-da əhalnin mühafizə tədbirlərinin iqtisadi və sosial inkişaf 
planlarına uyğün olaraq planlaşdırılmasını, təşkilini və həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip, həmçinin 
mühafizə tədbirlərinin kompleks xarakterli olmasını nəzərdə tutur, yəni mühafizə tədbirlərinin planlaşdırılmasında, 
və təşkilində mümkün bütün təhlükəli amillər nəzərə alınır, mühafizə tədbirlərinin yerinə yetirilməsində bütün 
qüvvə vəsaitlər mümkün kifayətedici miqdarda cəlb edilir, mühafizə üsullarından kompleks şəklində (mühafizə 
qurğularında sığınma, fərdi mühafizə vasitələrindən istifadə, köçürmə) istifadə olunur. 


32
11. Obyektlərin, bina və qurğuların dayanıqlığı prinsipi- insanların təhlükəsizliyi məqsədilə onların 
fəaliyyət göstərdiyi obyektlərin, bina və qurğuların dayanıqlığının təmin olunmasını nəzərdə tutur. Əhalinin 
mühafizəsi tapşırığı bilavasitə obyektlərin, bina və qurğuların dayanıqlığının təmin edilməsi ilə sıx əlaqədardır.
12. Zəif elementlərin tətbiqi prinsipi. Bu prinsip zədələyici amillərin (onların parametrlərinin) qiyməti 
buraxıla bilən hədd qiymətini keçdikdə tezdağılan, avtomatik olaraq işə düşən, xüsusi olaraq hazırlanmış zəif 
elementlərin, qurğuların tətbiqi ilə ciddi qəzaların qarşısının alınmasını nəzərdə tutur. Məsələn, artıq təzyiq 
klapanlarının, elektrik qoruyucularının, avtomat yanğınsöndürmə vasitələrinin və s. vasitələrin tətbiqi ilə bir-çox 
qəzaların qarşısını almaq mümkün olur. Bu prinsip texnoloji sistemlər üçün nəzərdə tutulub. 
13. Homosferin və noksosferin ayrılması prinsipi- insanın həyat fəaliyyəti sferinin (homosferin) mümkün 
təhlükələrin təsiri sferindən (noksosferdən) mümkün qədər maksimum ayrılmasını nəzərdə tutur.
Bu prinsipdə əhalinin mühafizəsi aşağıda üsullarla təmin olunur: 
− təhlükənin zədələyici təsirinin azaldılması. Məsələn, texnoloji prosesdə iştirak edən, yaxud saxlanılan 
təhlükəli maddələrin miqdarının, qatılığının azaldılması (durulaşdırılması), yanan materialların yanmayan, 
çətin yanan materiallarla əvəz edilməsi, filtrlərin tətbiqi və s.; 
− məsafə vasitəsilə mühafizə (insanların təhlükə mənbəyindən təhlükəsiz məsafələrdə yerləşdirilməsi, 
fəaliyyət göstərməsi, təhlükə mənbəyi ətrafında mühafizə zonasının yaradılması, təhlükəli zonalarda 
proseslərin idarə olunmasında məsafədən idarəetmə və s.); 
− təhlükələrin təsir vaxtının və insanların həmin yerdə iştirakı vaxtının ayrılması (insanların noksosferə daxil 
olmasının müvəqqəti dayandırılması, təhlükəli qurğularda texniki qulluq və təmir işləri keçirilməzdən əvvəl 
qurğuların işinin dayandırılması və s.); 
− insanların noksosferdə yerləşməsinin məhdudlaşdırılması (məsələn, kimyəvi təhlükəli maddələrin təsiri 
zonasında iş müddənin məhdudlaşdırılması); 
− ekranlaşdırma üsulu ilə mühafizə (məsələn, radioaktiv mənbə ilə insan arasında qurğuşun ekranların, beton 
maneələrin tətbiqi, partlayış təhlükəli maddələrlə işlədikdə zirehli kameralardan istifadə və s.); 
− fərdi və kollektiv mühafizə vasitələrinin tətbiqi (skafandrların, tənəffüs üzvlərinin, dərinin, gözlərin fərdi 
mühafizə vasitələrinin, mühafizə qurğularının tətbiqi). 
14. Müstəqillik prinsipi-mm tədbirlərinin keçirilməsində tətbiq olunan ərazi- istehsalat prinsipindən irəli 
gəlir. Bu prinsip FH-da əhalinin, obyektlərin personalının təhlükəsizliyinin təmin olunmasında respublikanın 
subyektlərinin icra hakimiyyətlərinin və yerli özünü idarəetmə orqanlarının, təşkilatların, müəssisələrin öz 
ərazilərində müstəqil olaraq özlərinin qüvvə və vəsaitləri hesabına təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində 
müstəqilliyini nəzərdə tutur, yalnız göstərilən qüvvə və vəsaitlər kifayət etmədikdə, yuxarı təşkilatların və orqanların 
qüvvə və vəsaitləri cəlb olunur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin