38.Mülki müdafiənin xəbərdarlıq siqnalları və bu siqnallara görə əhalinin fəaliyyəti
Fövqəladə hallarda əhalinin vaxtında, dərhal xəbərdar edilməsi üçün mülki müdafiədə aşağıdakı vahid
xəbərdarlıq siqnalları qəbul edilmişdir: «Hamının diqqətinə»; «Hava həyacanı»; «Hava həyacanı qurtardı»;
«Radiasiya təhlükəsi»; «Kimyəvi həyacan».
Fövqəladə hallarda əhalinin vaxtında, dərhal xəbərdar edilməsi üçün bütün imkanlardan – radio, televiziya,
rabitə sistemlərindən, müxtəlif siqnal vasitələrindən dərhal (növbədən kənar) istifadə olunur.
Əhalinin diqqətini cəlb etmək üçün istənilən siqnaldan əvvəl, səs və işıq siqnalları vasitəsilə (sirenlər,
nəqliyyat vasitələri və s.) «Hamının diqqətinə» siqnalı verilir. Bu siqnal alındıqda ucadandanışan cihazlar, radio,
televiziya işə salınır və əhali növbəti məlumatı gözləyir.
«Hava həyacanı» siqnalı düşmənin hava hücumu təhlükəsi olduqda verilir. Siqnal belə verilir: «Diqqət!
Diqqət! Danışır mülki müdafiə qərargahı! Vətəndaşlar! Hava həyacanı! Hava həyacanı». Elan bir neçə dəfə təkrar
olunur, əhaliyə lazımi göstərişlər verilir.
«Hava həyacanı» siqnalını evdə olarkən aldıqda qızdırıcı cihazları, sobanı, qazı, işığı söndürmək, geyinmək,
uşaqlara, qocalara geyinməkdə kömək etmək, fərdi mühafizə (əleyhqaz, respirator) və ilk tibbi yardım vasitələrini
(sarğı paketi, bint, pambıq), ərzaq, içməli su ehtiyatı və sənədləri götürmək, mümkün qədər binanı tez tərk etmək,
yaxınlıqdakı sığınacaqlarda, daldanacaqlarda daldalanmaq lazımdır. İmkan olduqda qonşuları siqnal barədə
xəbərdar etmək lazımdır. Siqnal işdə olarkən verilərsə, müəssisənin xüsusi təlimatına əsasən hərəkət edilir. Tədris
müssisələrində dərslər dayandırılır, hamı dərhal mühafizə qurğularına gedir.
«Hava həyacanı qurtardı» siqnalı verilərkən əhali daldanacaqları, sığınacaqları tərk edir (komendantın
icazəsi ilə) öz iş yerlərinə (evlərinə və s.) qayıdırlar. Siqnal radio, televiziya, telefon və ya səsucaldıcı qurğular
vasitəsilə verilir.
Radioaktiv zəhərlənmə təhlükəsi olduqda və ya aşkar edildikdə «Radiasiya təhlükəsi» siqnalı verilir.
«Radiasiya təhlükəsi» siqnalını evdə olarkən aldıqda respiratoru (əgər respirator yoxdursa əleyhqazı, yaxud pambıqlı
tənzif sarğını), əvvəlcədən seçilmiş paltarı, əlcəkləri geymək, ərzaq, su ehtiyatını, dərmanları, şəxsiyyəti təsdiq edən
sənədləri götürmək və sığınacaqlara, radiasiya əleyhinə daldanacaqlara getmək lazımdır. Əgər yaxınlıqda radiasiya
əleyhinə daldanacaq (sığınacaq) yoxdursa, onda vaxt itirmədən evi kipləşdirmək: qapı və pəncərələri kip bağlamaq,
onların qabağına pərdə çəkmək, deşik və bacaları bağlamaq lazımdır. Açıq şəraitdə: əgər varsa respirator geymək
(respirator olmadıqda tənəffüs üzvlərini cib dəsmalı ilə (mümkünsə, isladılmış) örtmək) və yaxınlıqdakı sığınıcığa
və ya RƏD-ə getmək lazımdır. Yaxınlıqda (10-15 m məsafədə) sığınacaq və ya RƏD olmadıqda, respiratorlardan
əlavə dərinin mühafizə vasitələrindən istifadə olunur.
Dostları ilə paylaş: |