38
İP-4 əleyhqazından fərqli olaraq, İP-5 əleyhqazından həm quruda, həm də su altında istifadə etmək olar.
İP-4 və İP-5 təcridedici əleyhqazların iş prinsipi tənəffüs üzvlərinin ətraf mühitdən təcrid edilməsinə, tənəffüs
zamanı buraxılan havanın karbon 4-oksiddən, su buxarlarından
Oksigen regenerativ patronda olan regenerativ maddənin nəfəsvermə zamanı buraxılan havanın tərkibində
olan su buxarları və karbon 4-oksidlə reaksiyası nəticəsində alınır.
Təcridedici əlehqazlarda (regenerativ patronlarda) regenerativ maddə kimi əsasını natrium superoksid
(NaO
2
) və ya kalium superoksid (KO
2
) təşkil edən qarışıqlardan istifadə olunur.
Regenerativ patronları dəyişməklə təcridedici əlehqazlarda 8 saat qalmaq olar.
Oksigenli-təcridedici əleyhqaz KİP-8 zərərli maddələr olan havada və oksigen çatışmamazlığı şəraitində
tənəffüs üzvlərini mühafizə etmək üçündür.
KİP-8 oksigenli-təcridedici əleyhqazın mühafizə müddəti 2 saata qədərdir. Əleyhqazın
tərkib hissəsi olan
oksigen balonunda oksigenin miqdarı 200 litr olur. Oksigenlə doldurulmuş cihazın çəkisi 10 kq-dır.
Tənəffüs aparatı AP-96M açıq sxemlə (aparatdan-nəfəsalma və atmosferə-nəfəsvermə) işləyir və:
- sənaye müəssisələrində, gəmilərdə, binalarda, qurğularda yanğının söndürülməsi zamanı,
- qəza-xilasetmə işlərinin aparılmasında tənəffüs yolları və gözləri zəhərli toksiki
maddələrdən mühafizə
etmək üçün;
- xilasedici qurğusu ilə zərərçəkmişlərin tənəffüs üçün yayarlı olmayan hava zonasından təxliyə olunması
üçün;
- dalğıc variantında 20 metr dərinliyə qədər su altında qəza-xilasetmə və dalğıc işlərinin yerinə yetirilməsi
üçün tətbiq olunur.
Dostları ilə paylaş: