36
hidrofob örtük, danışıq quruluşu üçün membranlar, su keçirməyən kisə, su qabı üçün klapanlı qapaq və birka olur.
Qışda əleyhqazın dəstinə qızdırıcı manget əlavə olunur.
Hal-hazırda MM sistemində böyüklər üçün QP-5, QP-5M, QP-7, QP-7V, QP-7VM,
ICAN 20-100, ZM-
6800, MP-5u, uşaqlar üçün PDF-7, PDF-Ş, PDF-D və s. markalı süzücü əleyhqazlardan, 1,5 yaşına qədər olan
körpələr üçün isə süzücü əleyhqaz rolunu oynayan KZD-6 (KZD-4) uşaqları mühafizə kamerasından istifadə edilir
Süzgəcli özünüxilasedici yanğın zamanı birdəfəlik istifadə üçündür.
“S” sinfinə aid olan
yanğın
yerlərindən təxliyə olunmaq üçün tətbiq olunur. Süzgəcli özünüxilasedici aşağıdakı hissələrdən ibarətdir:
süzgəcli
özünüxilasedicinin
yerləşdirilməsi üçün çamadan; süzücü-uducu qutu və süzgəcli özünüxilasedicinin başlığı.
Süzücü əleyhqaz QP-5 süzücü-uducu qutudan (QP-5) və üz hissəsindən (ŞM-62, ŞM-62u, ŞM-66Mu)
ibarətdir. Bunlardan əlavə, əleyhqazın dəstinə çanta və tərləməyən plyonkalar (6 ədəd – bir metal qutuda) daxildir.
ŞM-62 (ŞM-62u) üz hissəsi 5 (0, 1, 2, 3, 4), ŞM-66Mu üz hissəsi isə 4 (0, 1, 2, 3) ölçüdə hazırlanır. ŞM-62
(ŞM-62u, ŞM-66Mu) üz hissəsinin ölçüsünü təyin etmək üçün ölçü lenti (santimetr) vasitəsi ilə başın şaquli əhatə
ölçüsü (başın təpəsindən, yanaqlardan və çənənin altından keçən qapalı xəttin ölçüsü) təyin edilir və 0,5 sm-ə qədər
yuvarqlaşdırılır. Ölçmə nəticəsinə görə üz hissəsinin (şlem-maskanın) ölçüsü təyin edilir:
Dostları ilə paylaş: