Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   43   44   45   46   47   48   49   50   ...   80
mulki mudafie 1-60 esas

Əhalinin işləməyən kateqoriyası ilə məşğələlərdə əsas diqqət aşağıdakıların öyrənilməsinə yönəldilir: 
xəbərdarlıq siqnalları və onlara görə fəaliyyət; fövqəladə hallarda əhali tərəfindən yerinə yetirilən 
mühafizə üsulları və davranış qaydaları; fərdi və kollektiv mühafizə vasitələri, onlardan istifadə 
qaydaları; ilk kömək qaydaları. 
 
MM üzrə təlimlər 
Təlim rəhbər heyətin, dəstələrin və əhalinin MM tapşırıqlarının yerinə yetirilməsinə hazırlanmasında ən 
yüksək təhsil formasıdır.
Məqsədindən, tapşırıqlarından, keçirilmə üsulundan və iştirakçıların tərkibindən asılı olaraq obyektlərdə 
aşağıdakı təlimlər təşkil olunur və keçirilir: taktiki-xüsusi təlimlər; komandir-qərargah təlimləri; obyekt təlimləri; 
kompleks təlimlər. 
Təlimin əsas sənədi təlimin keçirilməsi planıdır. Bu planda təlimin gedişatı, təlim suallarının mərhələlər üzrə 
öyrənilməsi və yerinə yetirilmə ardıcıllığı öz əksini tapır. 
 
MM dəstələrinin şəxsi heyətinin psixoloji hazırlığı 
FH-da mümkün ola biləcək təhlükələrin yaratdığı qorxu hissinin, mənfi emosiyaların qarşısını almaq üçün 
MM dəstələrinin şəxsi heyəti mütəmaddi olaraq, belə təhlükələrə qarşı mənəvi və psixoloji cəhətdən hazırlanmalıdır. 
Mənəvi hazırlıq dedikdə, insanlarda əxlaqi prinsiplərin formalaşdırılması başa düşülür.
Konkret məqsəddən, tapşırıqdan və yerinə yetirilmə üsulundan asılı olaraq, psixoloji hazırlığı 3 növə bölmək 
olar: ümumi, xüsusi və məqsədli. 
Ümumi psixoloji hazırlıq müasir şəraitdə baş verən fövqəladə halların xarakterini, xüsusiyyətlərini, psixoloji 
amillərini nəzərə almaqla şəxsi heyətin psixikasının möhkəmləndirilməsidir. Ümumi psixoloji hazırlıq şəxsi heyətin 
müasir şəraitdə baş verən FH-ın xarakteri, xüsusiyyətləri, psixoloji amilləri ilə tanış edilməsinə əsaslanır. 
Xüsusi psixoloji hazırlıq müxtəlif şəraitlərdə fəaliyyət göstərən şəxsi heyətin psixoloji cəhətdən yüksək 
səviyyədə hazırlanmasını nəzərdə tutur. 
Məqsədli psixoloji hazırlıq müəyyən bir konkret tapşırığın yerinə yetirilməsində şəxsi heyətin psixikasının 
formalaşdırılmasına xidmət edir. 
Mənəvi-psixoloji hazırlığın əsas tapşırıqları aşağıdakılardır: 
1. Qələbəyə inam və ideya əminliyi keyfiyyətlərinin formalaşdırılması. 
2. Vətandaşlıq borcunun başa düşülməsi,kollektivçilik, dostluq, yoldaşlıq hissiyyatlarının formalaşdırılması. 
3. Vətənpərvərlik ruhunda tərbiyə. 
4. Psixoloji hazırlığın formalaşdırılması. 
5. Dəstələrdə mənəvi-psixoloji əhval-ruhiyyənin yaradılması, birliyin möhkəmləndirilməsi. 
MM dəstələrinin şəxsi heyətinin FH-lara qarşı mənəvi və psixoloji cəhətdən hazırlanmasında 
maarifləndirmənin rolu çox böyük əhəmiyyət kəsb edir. MM dəstələrinin şəxsi heyətinin öz gücünə inamı onlarda 
ruh yüksəkliyi yaradır, dəstədə formalaşmış psixoloji sabitliyi qoruyur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin