Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
mulki mudafie 1-60 esas

«Kimyəvi həyacan» siqnalı kimyəvi və bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud aşkar edildikdə 
verilir. Siqnal verilərkən dərhal əleyhqazı, əvvəlcədən seçilmiş paltarı və əlcəkləri geymək və sığınacağa getmək 
lazımdır. Əgər yaxınlıqda sığınacaq yoxdursa, havadakı zəhərli maddələrin və bakterioloji vasitələrin 
aerozollarından qorunmaq üçün binalardan istifadə etmək lazımdır. Kimyəvi zəhərlənmə zonaları dərhal tərk 
edilməlidir. Zonadan çıxış istiqaməti MM işçiləri tərəfindən göstərilir, istiqamət göstərilmədikdə, küləyə 
perpendikulyar istiqamətdə getmək lazımdır. Zona keçildikdən sonra xüsusi təmizləmə işləri həyata keçirilir. 
Bakterioloji zəhərlənmə zonasından əhalinin özbaşına çıxmasına yol verilmir.
«Kimyəvi həyacan» siqnalı verildikdə açıq şəraitdə yerləşmiş MM dəstələrinin şəxsi heyəti dərhal əleyhqazı 
geyib sığınacağa gedirlər, yaxınlıqda sığınacaq olmadıqda, əleyhqaz və və dərinin mühafizə vasitəsi geyilir.
Əleyhqaz olmadıqda tənəffüs üzvlərinin mühafizəsi üçün isladılmış dəsmaldan (şarfdan və s.) dərinin açıq 
yerlərini qorumaq üçün isə müxtəlif geyimlərdən (pencək, plaş, palto, örtük, əlcək, uzunboğaz çəkmələr və s.) 
istifadə edilir. 
Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri 
Radiasiya və kimyaya qarşı mühafizə (RKQM) – ZM-in, QKTM-in, ionlaşdırıcı şüalanmanın təsirinin ləğv 
edilməsinə, yaxud azaldılmasına yönəlmiş tədbirlər kompleksidir.
RKQM tədbirlər kompleksinə aşağıdakı tədbirlər aiddir: 
RKŞ-nin aşkarı və qiymətləndirilməsi; 
radiasiyadan mühafizə rejimlərinin hazırlanması və həyata keçirilməsi; 
dozimetrik və kimyəvi nəzarətin təşkili, həyata keçirilməsi; 
əhalinin tibbi, fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilməsi və onlardan istifadə 
olunması; 
radioaktiv və kimyəvi zəhərlənmənin nəticələrinin ləğv edilməsi. 
Radiasiya təhlükəsizliyi – əhalinin və ətraf mühitin şüalanmasını ən aşağı qiymətlərə qədər məhdudlaşdıran 
və bilavasitə əhali tərəfindən həyata keçirilən tədbirlər (adminstrativ, texniki, sanitar-gigiena və s.) kompleksidir. 
Radioaktiv zəhərlənmə zonasında fəaliyyət zamanı əhalinin şüalanmasına və ya normadan artıq şüalanmasına 


34
yol verməmək, istehsalatda məcburi dayanmanı minumuma yendirmək üçün müəyyən bir iş qaydası (üsulları və 
vasitələri) tətbiq olunur ki, bu da əhalinin radiasiyadan mühafizə rejimi adlanır. 
Əhalinin müxtəlif kateqoriyalarıf üçün 8 növ radiasiyadan mühafizə rejimi qəbul olunub:
1-3-cü rejimlər – işləməyən əhali üçün;
4-7-ci rejimlər iqtisadiyyat obyektlərinin personalı üçün;
8 – MM dəstələrinin şəxsi heyəti üçün. 
Rejim №1-taxta evlərdən (radiasiyanı zəiflətmə əmsalı K
z
=2) ibarət olan və K
z
=50 mühafizə əmsalına ma-
lik radiasiya əleyhinə daldanacaqdan istifadə edən yaşayış məntəqələrinin əhalisinin mühafizəsi üçün tətbiq olunur 
Rejim № 2 – birmərtəbəli daş binalardan (K
z
≈ 10) ibarət olan və K
z
=50 mühafizə əmsalına malik radiasiya 
əleyhinə daldanacaqdan istifadə edən yaşayış məntəqələrinin əhalisinin mühafizəsi üçün tətbiq olunur. 
Rejim № 3 – əsasən çoxmərtəbəli daş binalardan (K
z
≈ 20÷30) ibarət olan və K
z
=200-400 mühafizə 
əmsalına malik radiasiya əleyhinə daldanacaqdan istifadə edən yaşayış məntəqələrinin əhalisinin mühafizəsi üçün 
tətbiq olunur. 
Rejim № 4 – taxta binalarda (K
z
= 2) yerləşən və radiasiya əleyhinə daldanacağı (K
z
=20-50) olan 
iqtisadiyyat obyektlərinin personalının mühafizəsi üçün tətbiq olunur. 
Rejim № 5 – birmərtəbəlt daş binalarda (K
z
= 10) yerləşən və K
z
=50-100 mühafizə əmsalına malik 
radiasiya əleyhinə daldanacağı olan iqtisadiyyat obyektlərinin personalının mühafizəsi üçün tətbiq olunur.
Rejim № 6 – 5 №-li rejimdəki kimidir, yalnız RƏD üçün K
z
= 10 olmalıdır. 
Rejim № 7 – 5 №-li rejimdəki kimidir, yalnız RƏD üçün K
z
= 1000 və daha çox olmalıdır. 
Bununla bərabər, nəzərə almaq lazımdır ki, birmərtəbəli taxta evlərin zirzəmiləri radiasiyanı təqribən 7 
dəfə, çoxmərtəbli daş binaların zirzəmiləri isə 400 dəfəyə qədər azaldır. 
Gördüyümüz kimi, əhalinin bilavasitə mühafizəsi üçün 3 (1-ci, 2-ci və 3-cü) rejim qəbul olunur. Bu rejimlərin 
hər biri biri 3 mərhələdən ibarət olur:Hər bir rejim 3 mərhələdən ibarətdir: 
1-ci mərhələ – insanlar yalnız mühafizə qurğularında sığınırlar; 
2-ci mərhələ – növbə ilə evlərdə və mühafizə qurğularında sığınma; 
3-cü mərhələ – növbə ilə evlərdə və açıq havada (1 saatdan çox olmamaq şərtilə) yerləşmə.
Mərhələlərin davamiyyət müddəti zonadakı (obyektdəki) radiasiya səviyyəsindən, mühafizə qurğusunun 
radiasiyanı zəiflətmə əmsalından və digər amillərdən asılıdır. 
Respublikamızda işləməyən əhali üçün iki, RZ zonasında yerləşən obyektlərdə işləyən insanlar üçün dörd, RZ 
zonasında fəaliyyət göstərən MM dəstələrinin şəxsi heyəti üçün bir mühafizə rejimi təyin edilmişdir. Kənd əhalisi 
üçün 2 saylı, şəhər (rayon mərkəzləri) əhalisi üçün isə 3 saylı mühafizə rejimi təyin edilmişdir. 
Radiasiya və kimyəvi nəzarətdə aşağıdakılar təyin edilir: 
əhalinin şüalanma dozası; 
əhalinin, texnikanın, obyektlərin, qurğuların, avadanlıqların, suyun, qida məhsullarının və s. 
zəhərlənmə dərəcəsi; 
xüsusi təmizləmənin həcmi və tamlığı. 
MM dəstələrinin şəxsi heyətinin (əhalinin) şüalanma nəzarəti qrup və ya fərdi üsulla aparılır. Qrup üsulu eyni 
radiasiya şəraitində fəaliyyət göstərən şəxsi heyət (əhali) üçün tətbiq olunur. 
Fərdi nəzarət komandirlər (rəislər), həmçinin dəstələrdən ayrı fəaliyyət göstərən şəxslər üçün nəzərdə 
tutulmuşdur.
Radiasiya nəzarətinin təşkili aşağıdakılardan ibarətdir: 
MM qüvvələrinin dozimetrik cihazlarla təchizatı; 
əhalinin, MM dəstələrinin şəxsi heyətinin dozimetrlərlə təchizatı; 
dozimetrlərin göstərişinin vaxtında çıxarılması; 
şüalanma dozası haqqında yuxarı komandanlığa (rəhbərliyə) məlumatın verilməsi; 
nəticələrin çıxarılması, təkliflərin verilməsi. 
Kimyəvi nəzarət zəhərləyici maddələrlə, QKTM-lə zəhərlənmiş texnikanın, obyektlərin, suyun, qida 
məhsullarının, yerin, havanın, fərdi mühafizə vasitələrinin, paltarın və s. zəhərlənmə dərəcəsini və xüsusi 
təmizlənmənin tamlığını təyin etmək üçün həyata keçirilir. Kimyəvi nəzarət üçün kimyəvi kəşfiyyat cihazlarından, 
səyyar və stasionar laborotoriyalardan istifadə olunur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin