31
36.Fövqəladə hallarda əhalinin mühafizəsi aşağıdakı prinsiplər əsasında təşkil olunur və həyata
keçirilir:
1. İnsan və cəmiyyətin təhlükəsizliyinin
prioritetliyi prinsipi (prioritetlik prinsipi)-vətəndaşların konstitusiya
hüquqlarını ifadə edir və əhalinin təhlükəsizliyini təmin etməyən heç bir
iqtisadi, inzibati, istehsalat və s. xarakterli
qərar qəbul edilməzdir. FH-da ən prioritet tapşırıq-əhalinin mühafizəsidir
2.
Kütləvilik prinsipi. Bu prinsip FH zonasında yerləşən Azərbaycan Respublikasının hər bir vətəndaşının
və həmçinin xarici vətandaşların mühafizəsinin təmin olunmasını nəzərə alır. Əhalinin
mühafizəsi tədbirləri
Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir. Bu prinsipdə
əhalinin mühafizəsinə aid tədbirlərin keçirilməsində respublikanın əhalisinin hamısının iştirakı nəzərdə tutulur. Bu
məqsədlə əhalinin müntəzəm olaraq maarifləndirilməsi də vacib şərtlərdən biridir.
3.
Preventivlik prinsipi (tədbirlərin əvvəlcədən keçirilməsi prinsipi). Bu prinsip əhalinin mühafizəsinə aid
tədbirlərin əvvəlcədən planlaşdırılmasını və həyata keçirilməsini nəzərdə tutur.
4.
Artıq preventivlik prinsipi. Bu prinsip sistemin onun fəaliyyəti üçün əhəmiyyətli olan parametrlərinin və
xassələrinin qiymətinin artıq ehtiyatının yaradılmasını, insanların eyni bir təhlükədən mühafizəsi üçün bir-neçə əlavə
qurğuların tətbiqini və s. nəzərdə tutur. Məsələn, tikinti konstruksiyalarının möhkəmlik ehtiyatının yaradılması,
dayanıqlıq ehtiyatının artırılması və s.
5.
Dərhal xəbərdarlıq və məlumatlandırma prinsipi. Bu prinsip baş verə
biləcək və ya baş vermiş
fövqəladə hadisələr haqqında əhalinin dərhal xəbərdar edilməsini, yaranmış şəraitin dəyişməsi haqqında əhalinin
mütəmaddi olaraq məlumatlandırılmasını nəzərdə tutur.
6.
Daimi rəhbərlik prinsipi. Bu prinsip hökümət, idarə və obyekt rəhbərliyi tərəfindən əhalinin mühafizəsinə,
təhlükəsizliyinə dair tədbirlərin planlaşdırılmasına, təşkilinə və yerinə yetirilməsinə
rəhbərliyin daim həyata
keçirilməsinin vacibliyini nəzərdə tutur.
7.
Fərqli (diferensial) yanaşma prinsipi. Bu prinsip əhalinin mühafizəsi tədbirlərinin planlaşdırılması və
həyata keçirilməsində ərazinin (rayonun, şəhərin, kəndin, obyektin və s.) təbii, iqtisadi, siyasi,
hərbi-sosial
xüsusiyyətləri, baş verə biləcək fövqəladə halların növü və təhlükə dərəcəsi nəzərə alınmaqla
fərqli şəkildə
planlaşdırılmasını və həyata keçirilməsini nəzərdə tutur. Bu məqsədlə, respublikamızın ərazisi zonalara, şəhərləri
qruplara, təsərrüfat obyektləri dərəcələrə bölünüb.
8.
Qarşılıqlı əlaqə prinsipi. Bu prinsip əhalinin mühafizəsinə aid tədbirlərin təşkili və yerinə yetirilməsində
Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx, uzlaşdırılmış fəaliyyətini ifadə
edir. Məsələn, müharibə dövründə əhalinin mühafizə tədbirləri Silahlı Qüvvələrin tədbirləri ilə qarşılıqlı əlaqədə
həyata keçirilir.
9.
«Məqsədyönlü və kifayətdir» prinsipi. Əhalinin və ərazinin mühafizəsi
üzrə tədbirlərin məzmunu və
həcmi mövcud qüvvə və vəsaitlərin kifayətetmə və mümkün maksimum istifadə olunması prinsipi əsasında təyin
edilir, planlaşdırılır. Əhalinin mühafizəsi üzrə bu prinsipində aşağıdakılar nəzərdə tutulur:
FH-da gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin optimal variantlarının
seçilməsi;
mülki müdafiə vəzifələrinin təsərrüfat obyektlərinin mənafeləri ilə əlaqələndirilməsi;
təhlükə yaranan dövrdə qabaqcadan təşkilati və mühəndis-texniki tədbirlərin yerinə
yetirilməsi;
mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi;
mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin olunması;
iqtisadi və sosial inkişaf planlarının tərtibində və y/ yetir-də mühafizə tapşırıqlarına üstünlük
verilməsi.
Dostları ilə paylaş: