Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Respiratorlar üz hissəsinin quruluşuna görə



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   51   52   53   54   55   56   57   58   ...   80
mulki mudafie 1-60 esas

Respiratorlar üz hissəsinin quruluşuna görə tam üzlü maska, yarımmaska və 1/4 maska növlü olurlar.
Tam üzlü maskalı (maska növlü) respiratorlar tənəffüs üzvləri ilə bərabər gözləri də mühafizə edir və daha 
yüksək mühafizə qabiliyyətinə malikdirlər. 
Yarımmaskalar çənə, ağız və burun hissəsini örtür. 
1/4 maskalı respiratorlar yalnız burun və ağzı örtür, çənə hissəsi açıq qalır. Mühafizə qabiliyyəti xeyli aşağıdır 
və hal-hazırda istifadə olunmur. 
Yarımmaskalar formalı və formasız olurlar 
Havanın təmizlənməsi üsuluna görə də respiratorlar fərqlənirlər: 
− adsorbsiyaya əsaslanan respiratorlar; 
− xemosorbsiyaya əsaslanan respiratorlar; 
− katalizə əsaslanan respiratorlar; 
parçanın bir-neçə qatından süzüulməyə əsaslanan respiratorlar. 
Respiratorlar tənəffüs üzvlərinin digər vasitələrində olduğu kimi mühafizə əmsalı ilə (zərərdi qarışığın ətraf 
mühitdəki qatılığının respiratorun altındakı qatılığa nisbəti) xarakterizə olunurlar. 
FFP1 sinfinə aid olan respiratorların nominal mühafizə əmsalı 4, FFP2 üçün 12, FFP3 üçün isə 50-ə bərabərdir. 
Nominal əmsal respiratorun altına keçən havada zərərdi maddələrin qatılığının neçə dəfə azalmasını göstərir. 
Məsələn, FFP3 sinfinə aid olan respiratorlarda nominal əmsalın 50 olması respiratorun altına keçən havada zərərdi 
maddələrin qatılığının onun havada olan qatılığına görə 50 dəfə azalmasını göstərir. 
Bəzi respiratorların süzgəcində (filtrində) tətbiq edilən aktiv kömür zərərli üzvi maddələrin buxarlarını 
absorbsiya edir. 
Bir çox respiratorların süzücü qatları elektrostatik yüklü materiallardan ibarət olur. Belə materiallar havada 
olan kiçik hissəcikləri özlərinə cəlb edir, bununla da kiçik dispers hissəciklərin tutulmasının effektivliyi artmış olur.


41
Respiratorla nəmləndikdə onların effektivliyi azalır. Belə ki, respiratorların iş prinsipi elektrostatik süzməyə 
əsaslanır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin