Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
mulki mudafie 1-60 esas

Vaksinlər və anatoksinlər peyvənd vasitəsilə orqanizmə keçirilməklə orqanizmdə yoluxucu xəstəliklərə qarşı 
immunitet yaradan xüsusi preparatlardır. Taun, sarı qızdırma, səpmə tif, tülyaremiya, bruselloz, sibir yarası və s. 
xəstəliklərə qarşı tətbiq olunurlar. 
Anatoksinlər immunogen xassəsini saxlayan, zəhərli xassəsini isə itirmiş toksinlərdir. Difteriya və s. 
xəstəliklərə qarşı tətbiq olunurlar. 
Zərdab preparatları yoluxucu xəstəliyə yoluxmanın qarşısını tez bir zamanda alan effektiv vəsaitdir. Botulin 
və viruslar əleyhinə tətbiq olunan zərdablar hal-hazırda ən effektiv müalicə vasitələridir. 
Bakteriofaqlar bakteriyanı məhv edən viruslardır. Xolera və digər yoluxucu xəstəliklərə qarşı tətbiq olunur. 
Antibiotiklər yoluxucu xəstəliklərin törədicilərinə, inkişafına qarşı ttbiq olunan dərman preparatlarıdır.
Yuxarıda göstərilənlərdən bir çoxu Aİ-2 apteçkasının tərkibinə daxildir.
Tabel üzrə tibbi fərdi mühafizə vasitələrinə Aİ-2 fərdi apteçkası, fərdi sarğı paketi, İPP-8, İPP-10 kimya 
əleyhinə fərdi paketlər aiddirlər.
Fərdi apteçka Aİ-2 zəhərləyici və kimyəvi təhlükəli zəhərli maddələrin, ionlaşdırıcı şüalanmanın, bioloji 
(bakterioloji) vəsaitlərin təsirlərinin azaldılması, profilaktikası, zədələnmə zamanı ilk tibbi (özünə və qarşılıqlı) 
köməyin göstərilməsi üçündür. Dərman vasitələri plastmas qutuda və onlar üçün təyin olunmuş yuvalarda 
yerləşdirilir. 

I yuvada: içərisində arğıkəsici dərman (1 ml 2 %-li promedol məhlulu) olan şprits-tyübik yerləşdirilib. 
Güclü ağrılarla müşahidə olunan yanıqlarda və zədələrdə (sümük sınmaları, çatları, ağır yaralanma) istifadə olunur. 
Sülh dövründə şprits-tyübik apteçkadan çıxarılıb ayrıca saxlanılır; 

II yuvada: qırmızı rəngli penalda əsəb-iflic təsirli ZM-lərə qarşı tətbiq edilən 6 ədəd taren həbi 
yerləşdirilib. Əsəb-iflic təsirli ZM tətbiq olunduqda dərhal 1 həb, zəhərlənmə əlamətləri aşkar olunduqda isə daha 1 
həb qəbul edilir. Növbəti həbi yalnız 5-6 saatdan sonra qəbul etmək olar; 

III yuvada: rəngsiz penalda bakteriya əleyhinə 2 №-li vəsait (15 ədəd sulfadimetoksin həbi) yerləşdirilib. 
Şüalanma nəticəsində baş verən mədə-bağırsaq pozuntularında istifadə olunur. Birinci gün birdəfəyə 7 həb, növbəti 
iki gündə isə hər gün 4 həb qəbul edilir; 

IV yuvada: hər birində 6 ədəd çistamin həbi olan (radiasiya əleyhinə 1 №-li vəsait – RS-1) 2 ədəd çəhrayı 
rəngli səkkizüzlü penal yerləşdirilib. Şüalanma təhlükəsi olduqda şüalanmadan əvvəl, birdəfəyə 6 həb qəbul edilir. 
Əgər yenidən radiasiya təhlükəsi olarsa, yalnız I qəbuldan 4-5 saat sonra 6 həb qəbul etmək olar; 

V yuvada: hər birində 5 ədəd xlortetraçklin həbi (bakteriya əleyhinə 1 №-li vəsait) olan 2 ədəd rəngsiz 
dörd tərəfli penal yerləşdirilib. Bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud baş verdikdə, həmçinin yanıqlarda, 
yaralanmalarda infeksiyaya qarşı tətbiq olunur. Əvvəlcə birdəfəyə 5 həb, 6 saatdan sonra isə yenə 5 həb (birdəfəyə) 
qəbul edilir; 

VI yuvada: içərisində radiasiya əleyhinə 2 №-li mühafizə həbləri (kalium-yodid) olan dörd tərəfli, ağ 
rəngli penal yerləşdirilib (qəbul olunma qaydası «3.1. Əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları» başlığı 
altında, səh. 321-də verilib); 

VII yuvada: içərisində 5 ədəd etaperazin həbi (qusma əleyhinə vəsait) olan mavi rəngli penal 
yerləşdirilib. Şüalanmanın ilk əlamətlərində, baş zədəsi nəticəsində yaranan ürəkbulanmasında 1 həb qəbul edilir. 
Ürəkbulanması davam edərsə, hər 3-4 saatdan sonra 1 həb qəbul etmək lazımdır; 
Son zamanlar ehtiyat yuvada qıcıqlandırıcı QKTM-lərə qarşı vəsait (fiçilin) və psixokimyəvi təsirli ZM 
əleyhinə trankvilizator (triftazin) yerləşdirilir. 
İPP-8, İPP-10 fərdi paketlər insanın dəri örtüyünün açıq hissələrinin, əleyhqazın üz hissəsinin və geyimin 
dəriyə toxunan yerlərinin deqazasiysı üçündür. Zarin, zoman və ipritlə zəhərlənmədə istifadə olunurlar. 
İPP-8 kimyaya qarşı fərdi paket şüşə flakondan (həcmi 135 ml-dir), 4 ədəd tənzif tampondan və 1 ədəd 
hermetik kisədən ibarətdir. Çəkisi 320 qramdır.
Kimyaya qarşı fərdi paket İPP-10 deşicisi olan qapaqdan və metal balondan ibarətdir.
Çəkisi 240 q, həcmi 160 ml-dir.  
Fərdi sarğı paketi yaraların və yanıqların sarınması üçün tətbiq olunur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin