43
İstifadədə olan süzücü əleyhqazlar yığılmış və kəmərləri çantanın içərisinə qoyulmuş şəkildə xüsusi olaraq
hazırlanmış dolablarda saxlanırlar. Dolablar olmayan yerlərdə süzücü əleyhqazlar yığılmış vəziyyətdə rəflərdə və
ya çiyin kəmərləri vasitəsilə asılqandan asılmış şəkildə saxlanılır.
Uzun müddətli saxlamada süzücü-uducu qutunun deşiyi tıxacla bağlanmalıdır.
R-2 respiratoru əleyhqaz çantasında, üz hissəsinin altında saxlanılır.
Dərinin fərdi mühafizə vasitələrinin saxlanılma şəraiti süzücü əleyhqazların saxlanılma şəraiti ilə eynidir.
Tədris müəssisələrində, hərbiləşdirilməmiş MM dəstələrində dərinin fərdi mühafizə vasitələri yığılmış
şəkildə xüsusi yuvaları olan dolablarda, rəflərdə saxlanılır. MM dəstələrində onlar əşya kisələrində də saxlanıla
bilərlər. OP-1M plaşını asılmış vəziyyətdə də saxlamaq olar.
Fərdi mühafizə vasitələrinin hesabı «Material vasitələrinin hesabı» kitabında aparılır. İstifadəyə verilən
FMV «Material vasitələrinin şəxsi istifadəsinin hesabı kartoçkası»na yazılır.
FMV anbarlarda növlərinə, modifikasiyalarına, təyinatlarına, partiyalarına, hazırlanma vaxtlarına, həmçinin
təyinat məqsədlərinə görə qruplaşdırılır və saxlanılır.
FMV ilk növbədə nomenklatura və partiyalarına görə qruplaşdırılır.
FMV anbarlarda ştabellərdə toplanır. Ştabellərdə yeşiklər altlıq (dayaq) üzərində olmalıdır. Altlığın
hündürlüyü (aşağı yeşiklərin aşağı hissəsi ilə döşəmə arasındakı məsafə) 10 sm-dən az olmamalıdır. Ştabellərin
hündürlüyü v ştabeldəki taraların (yeşiklərin) sayı möhkəm taralar (yeşiklər) üçün məhdudlaşdırılmır. Ştabelin
yuxarısı ilə tavan arasındakı məsafə 0,5 m-dən az olmamalıdır.
Ştabellərdə yeşiklərin sayı aşağıdakı kimi müəyyənləşdirilmişdir: əleyhqazlar üçün – 7-8 yeşikdən çox
olmayaraq; dərinin mühafizə vasitələri üçün – 6-7 yeşiyə qədər; regenerativ patronlar üçün – 7 yeşiyə qədər (bu-
rada yuxarıdakı yeşiklə tavan arasındakı məsafə 1 m-dən az olmamalıdır). Ştabellər nömrələnməlidir.
Dostları ilə paylaş: